Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 1,45 Mb.
səhifə18/67
tarix25.06.2018
ölçüsü1,45 Mb.
#51687
1   ...   14   15   16   17   18   19   20   21   ...   67

49

2012/

IV

Maraqlıdır  ki,  ölkəmizin  ərazisində  kökü  minilliklərin  dərinliklərinə,

daha dəqiq desək, ən azı Eneolit dövrünə qədər uzanan “yağış çağırmaq”

ovsunu  Aratta  dövləti  dövründə  (e.ə  lll  –  ll  minilliklərdə)  də  davam

etmişdir ki, bu barədə şumer mətnləri xəbər verməkdədir. Həmin mətn lər -

dən aydın olur ki, Aratta əhalisinin həyatında əkinçilik önəmli yer tutur-

du. Burada dəmyə əkinçiliyi geniş yayılmışdı. Əkin sahələrinin məhsul-

dar olması isə yağışın yağıb – yağmamasından asılı idi. Əsasən taxıl və

noxud əkən Aratta əhalisi quraqlıq zamanı kahinə (şamana) müraciət edir,

o  da  ovsun  oxumaqla  yağışın  yağmasını  təmin  edirdi.  Bu,  şumer  mixi

kitabələrinin birirndə öz əksini belə tapmışdır:

“Tanrıların  ali  kahini  İşkur  göyü  guruldadır,  ildırım  çaxdırır,  dağlara

lərzə salır və yağış yağdırır. Bu zaman buğda və noxud göyərir... yetişən

buğdanı anbara... Arattanın ali kahini üçün gətirir və sarayda onun qa ba -

ğına tökür...” (11, 66).

Burada ən qədim türk inanc və adətlərinin izinə rast gəlirik. 

Şumer mənbəyində haqqında bəhs edilən olay bu ənənənin köklərinin

ən azı lll minilliyə və Azərbaycan (Aratta) ərazisinə uzandığını sübut edir.

Arxeoloji qazıntılar nəticəsində isə məlum olmuşdur ki, ölkəmizin əra zi -

sində  bu  inam  və  adət  hələ  Eneolit  dövründə  (e.ə.  Vl  –  lV  minilliklər)

mövcud olmuşdur. Xatırladaq ki, arxeoloq H. Cəfərovun yazdığına görə,

Azərbaycanın Eneolit əhalisinin həyatında dini ayin və ovsun mərasimləri

də müəyyən yer tuturdu. Qarğalar təpəsində kiçik çalada tapılmış və odun

təsirindən qaralmış daş topasını tədqiqatçılar quraqlıq zamanı yağış “ça -

ğırmaq”mərasimi ilə bağlayırlar (11, 32).

Şumer mənbələri Arattanın mədəni səviyyə baxımından Şumerdən üs -

tün olduğunu, bu üzdən də Şumer hökmdarı En – Merkarın (Merkar xa -

nın) öz ölkəsində məbədlər tikdirmək üçün arattalı ustalara ehtiyac duy -

du ğunu  əks  etdirməkdədir.  Həmin  mənbələrə  görə,  Şumer  hökmdarı

Aratta sənətkarlarına sahib olmaq üçün İniniyə (Umay Nənəyə) dua edə -

rək deyərmiş :

“Xanımım İnini, (Aratta adamları) qoy mənə Urukda qızıl və gümüşü

ustalıqla emal etsinlər, təmiz lacivərd parçalarından, qızıl – gümüş qa tı şı -

ğından, təmiz  lacivərddən... Urukda, açıq təpədə,  sən  yaşadığın “Anşan

evində” qoy (məbəd) tiksinlər. İşıqlı Giparın (İnini və kahinlərin yaşadığı

ibadətgahın)  ortasını,  sən  yaşadığın  yeri  Aratta  (adamları)  qoy  mənim

üçün  bəzəsin...  Aratta  adamları  dağlarından  dağ  daşı  gətirsinlər,  qoy

mənim üçün böyük ibadətgah ucaltsınlar. Böyük məbədi, (tanrılar) məbə-




50

2012/

IV

dini qoy parıldatsınlar. Mənim ayinlərimi kulabda qoy mənim üçün qoy

düzgün ifadə etsinlər. İşıqlı dağa bənzər “abzu”(hovuz, şəlalə, fontan) qoy

mənim  üçün  qursunlar,  (meşəli)  dağa  bənzər  “eredu”  mənim  üçün  qoy

təmizləyib hazırlasınlar...” (11, 65-66)

Bu  mətndən  gördüyümüz  kimi,  Şumer  şahı  təkcə  məbədlər  tikmək

üçün yox, həm də dini ayinləri düzgün ifa etmk üçün arattalılara ehtiyac

duymuşdur ki, bu da  dolayısı ilə şumerlərin Arattanın dini təsiri altında

olduğunu və ya hər iki ölkənin eyni dini görüşləri paylaşdıqlarını göstərir.

Başqa bir mətndən isə belə aydın olur ki, hər iki ölkədə eyni dil və eyni

yazıdan istfadə olunurdu. Həmin mətndə şumer qasidinin En – Merkarın

məktubunu Aratta hökmdarına (ali kahininə) gətirməsindən söz açılır və

deyilir:

“Arattann ali kahini bişmiş gili (mixi kitabəni) elçidən aldı..., gilə bax -

dı, sözlər mismar kimi qalxdılar” (11, 64). 

Musa  Kağankatlı  özünün  "Albaniya  tarixi"  kitabında  qeyd  edir  ki,

Yafəsin oğullarından  olan Kimerdən  (Qamerdən)  kimmer (qamer)  xalqı

törəmişdir:

“Yafəsin oğulları budur: Homer (Kimer) – hamirlər (kimmerlər) onun

nəslindəndirlər...” (1, 14-15).

Kimmerləri  e.ə.  Vlll  əsrin  Azərbaycan  və  Ön  Asiya  sakinləri  kimi

göstərən  mixi  kitabələrdən  fərqli  olaraq  Herodot  e.ə.  V  srdə  onlardan

Qara  dənizin  quzey  sahillərinin  sakinləri  kimi  söz  açmaqdadır.  Tarixin

atası  eyni  zamanda  onların  bu  əraziyə  iskitlərin  təzyiqi  ilə  Araz  çayı

sahillərindən köç etməyə zorlandıqlarını bildirməkdədir. Belə hesab olu -

nur ki, bu etnik qrup guya Güney Qafqaz və Ön Asiyaya Quzey Qafqzdan

Daryal  keçidini  keçərək  gəliblərmiş,  yəni  onlar  Azərbaycan  və  Ön

Asiyanın  avtoxton  əhalisi  deyilmiş.  Bu  fikrin  doğru  olmadığını  irəlidə

gös`tərəcəyik.  Hələliksə  qeyd  edək  ki,  onların Araz  çayını  keçərək  e.ə.

715-ci ildə Urartu ordusunu darmadağın etdikləri və Urartunu tutduqları

dəqiq məlum olan faktdır (12, 278-281).

Kimmerləri "qamira" adlandıran aşşur mənbələri onlardan Manna, yə -

ni Azərbaycan sakinləri kimi söz açmaqda və onların hökmdarı Tuq dam -

menin  (Toxtamışın)  adını  çəkməkdədirlər.  (13,  327-219).  Rus  və  bəzi

Avropa elmi ədəbiyyatında yayğın olan fikrə görə bu xalq irandilli idi (14.

239-241). Lakin  əldə  olan təkzibedilməz dəlillər  bunun əksini sübut et -

məkdə,  kimmerlərin  türkdilli  olduqlarını  birmənalı  şəkildə  ortaya  qoy-

maqdadır.




51

2012/

IV

Bu baxımdan erkən orta əsrlər tarixçisi Prokopiyanın dedikləri əvəzsiz

mənbə hesab edilə bilər:

"...Saqinlərdən sonra ölkədə çoxluq təşkil edən Meotiy bataqlığından

Tanais  çayının  bataqlığa  tökülən  yerinə  qədər  çoxlu  hun  tayfaları  yer-

ləşmişlər.  Burada  yaşayan  xalqları  qədimdə  kimmer,  indi  isə  utiqur

adlandırırlar" (15, 20; 13. 96-97).

Prokopiyanın  verdiyi  məlumatdan  göründüyü  kimi,  hun  türkləri,  o

cümlədən hunların bir qolu olan utiqurlar qədimdə kimmer adlanmışlar.

Bu isə o deməkdir ki, kimmerlərin türklüyü antik müəlliflərdə heç bir şüb -

hə oyatmamışdır.

Hun soylarından olan utiqur və kutriqurların mənşəyi ilə bağlı bir əf -

sanə də eyni fikri təsdiqləyir. Bahəddin Ögəl özünün “Türk mifolo gi yası”

kitabının Avropa hunlarının maralla bağlı əfsanələrindən söz açan bölü -

mündə həmin əfsanəni də təqdim edir:

Vaxtilə  Kimmer  kralının  Kutriqur  və  Utiqur  adlı  iki  oğlu  var  imiş.

Günlərin birində bu iki uşaq ov etmək üçün çölə çıxır. Ov axtardıqları za -

man dişi bir marala rast gəlir və maral qovmağa başlayırlar. Maral qaçır,

uşaqlar qovurlar və ən nəhayət, bir dənizin kənarına gəlirlər. Uşaq lar mar-

alı  dənizə  sıxışdırıb  vurmaq  istəyirlr,  lakin  maral  dənizə  atılıb  üz məyə

başlayır.  Uşaqlar  da  üzə-üzə  maralın  dalınca  gedirlər.  Maral  qabaqda,

uşaqlar  da  arxasında  sahilə  çıxırlar.  Uşaqlar  quruya  ayaq  basan  kimi

maral yoxa çıxır (16, 575).

Hun  türklərinin  genezisi  ilə  bağlı  bu  əfsanə  sözügedən  xalqın  Ana -

doludan Şərqi Avropaya  gəldiklərini, soy ağaclarının kimmerlərdən, de -

mə li, Azərbaycan və  Şərqi Anadoludan  cücərdiyini söyləməyə tam  əsas

verir.

Yuxarıda qeyd etdik ki, Musa Kağankatlının yazdığına görə, Yafəsin



oğullarından biri Kimer idi və kimmerlər onun soyundandır (1, 14-15).

Müəllif  eyni  zamanda  kimmerlərin  soy  babası  olan  Kimeri  Azər -

baycanın (Albaniyanın) Yafəsdən sonrakı ikinci xaqanı kimi təqdim edir. 

1933-cü  ildə Aşşurbanipalın  (e.ə.  668-663)  Ninəviyyədəki  İştar  mə -

bədindən  tapılmış  mərmər  lövhə  üzərindəki  yazısında  başqa  yazılardan

kimmerlərin xaqanı kimi tanınan Tuqdamme (Toxtamış) "Saka ölkə si"nin

və  ya  sakların  hökmdarı  kimi  təqdim  edilir.  Mətnin  naşiri  R.Tompson

"saka"  (sak)  ifadəsindən  sonra  gələn  mixi  işarəni  özünəməxsus  şəkildə

şərh edərək, bu halda hansısa fərqli sak boyundan söhbət getdiyi fikrini

əsaslandırmaq istəmişdir. Lakin sonralar X.Tadmor iddia etdi ki, ifadəni




Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə