Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 1,45 Mb.
səhifə2/67
tarix25.06.2018
ölçüsü1,45 Mb.
#51687
1   2   3   4   5   6   7   8   9   ...   67

5

2012/

IV

T.Hacıyev  Qaracuq  dağını  Qarabağın  indiki  Xocavənd  ərazisindəki

dağ silsiləsi olaraq göstərir (6, 7). Eyni zamanda müəllif Qaracuğun qap -

lanı təyinini sistematik olaraq götürərək bu təyində Qazan xanın atasının

və Bayındırın adları ilə yanaşı Qaracuq Çobanın adının da bəylik alandan

sonra ən qüvvətli şəxs olaraq bu sistemə daxil olduğu və Qazan xanın on -

dan da üstün olduğunun işarəsi olaraq Qaracuğun qaplanı olması qə naəti -

nə gəlir (6, 32).

S.Babayev,  N.Babayev  Qaracuğun  Naxçıvan  şəhərinin  cənubunda  qə -

dim kənd olduğunu və təyinin bu kəndlə bağlı olduğunu iddia edir (1, 171).

F.Sümər  ərəb  coğrafiyaşünası,  səyyah  əl-İstəxriyə  istinadən  Qara cu -

ğun  (Karaçuk)  “Sır-dərya  çayının  orta  yatağındakı  Fəraq  olduğu  fikrini

irəli sürür və XI əsrə qədər Fərağın Karacuk adı daşıdığını qeyd edir (5,

54). Bizim fikrimizcə, Qaracuq sözünün toponim və hidrotoponim olaraq

görülməsi (dağ, kənd, şəhər, çay sahili) və s. anlayışlar konkret br məkanı

deyil, bütün Oğuzu (DQK-də Qalın oğuzu) modelləşdirir. Hətta M.Kaş qa -

rinin Qaracuğu Oğuz şəhərlərindən biri hesab etməsi şəhər anlayışından

daha  çox  Oğuz  adını  proyeksiyalandırıb,  Qaracuğun  Oğuza  aidliyini

diqqətə çatdırmaq istədiyindən irəli gəlmişdir. Nəzərə alsaq ki, “təxminən

X əsrin sonu, XI əsrin birinci yarısından qədim “Oğuz” etnoniminin əvə-

zinə daha çox Türkmən adı istifadə olunurdu” (7, 5). O zaman M.Kaş qa ri -

nin  1072-1074-cü  illərdə  yazdığı  “Divani-lüğətüt-türk”  əsə rin də  nə  üçün

oğuz adına bu şəkildə diqqət çəkilməsinin gerçək mahiyyəti aydın olur.

Qaracuq  dağının  Oğuz  ölkəsinin  ümumi  adını  ifadə  edən  onomastik

va   hid  olaraq  işlənməsi  xan  öyüncü  təyininin  spesifikası  baxımından  da

özünü doğruldur. Belə ki, Qazan xan Ulaşın oğlu, doğan günəşin yavrusu,

miskinlərin umudu, Oğuz soyunun aslanı, Oğuz ölkəsinin qaplanı Qalın

Oğuzun dövləti və s.-dir. Əgər Oğuz soyunun aslanı təyinində Oğuz etno-

su ifadə olunubsa və Qazan (Bayındır) onun xaqanı olaraq götürülübsə,

Qaracuğun  qaplanı  təyinində  Oğuz  məkanı  eyni  funksiya  ilə  göstərilib.

Əgər aslan və qaplanın eyni semantik cərgədə durduğunu qəbul etsək, tə -

yinlərin  anlam  baxımından  yaxın  olması  bizə  aydın  olur.  Bu  yaxınlıq

digər təyinlər arasında da özünü göstərir. Bezə, miskin umudu təyini ilə

“qalmış yigit  arxası” təyinlərinin status və funksiya yaxınlığı göz qaba -

ğın dadır. T.Hacıyev bu anlam yaxınlığını “məzmun yaxınlığı” adlandırır

(6,  31).  M.Kaşqarinin  Cəbəli-Qaracuq  (Qaracuq  dağı)  adını  ölkə  adı

olaraq dəyərləndirməsi onomastik qaydalarla ziddiyyət təşkil etmir. Dağ

adının  yurd,  ölkə  adı  olaraq  işlənilməsi  ənənəvi  olaraq  işləkdir.  Altay

ölkəsi, Qafqaz, Skandinaviya və s. 



6

2012/

IV

Epik  mətndə  Qaracuq  dağının  hansı  dağ  olması  tələb  olunan  deyil.

Hətta  ola  bilər  ki,  bir  neçə  dağ  semantik  olaraq  bir  dağ  adı  altında  bir-

ləşsin. Məna baxımından daha uca, zirvəli dağları ifadə edən anlam alçaq

dağ adında daşına bilməz. Eyni zamanda situasiya baxımından alçaq dağ

və təpələri ifadə edən söz alçaq dağların adı ilə epik mətnə daşınır. Əgər

DQK mətninin status və situasiya tələbatı Qaracuq dağının yerini müəy -

yən ləşdirmək məcburiyyəti yaradarsa, o zaman Qaracuq dağı rütbə təyini

ifadə etdiyi üçün gündoğanda olmalıdır. İfadə planında bu daha yüksək,

gözəl, işıqlı anlamları əks etdirirsə, əvvəldə qeyd etdiyimiz kimi mətnaltı

kod səviyyəsində daha şərəfli mənsəb olan hakimiyyət mövqeyini, iyerar -

xik  üstünlüyü  özündə  gizləyir.  Bozoq-uçoq  yer  bölgüsünü  uçoqların

xeyrinə gündoğana köçürür. Elə Əbülqazi Oğuznaməsində Qaracuq dağ

Oğuz  məkanının  güneyində  göstərilmişdir  ki,  günlə  bağlılıq  və  doğuya

(şərqə) meyillilik gərəyindən Oğuz epik ənənəsində eyni anlam da şı mış -

dır (4, 75).

B.Ögəl,  hətta  Əbülqazi  Oğuznaməsindən  çıxış  edərək  Qaracuğu  gü -

ney dən alıb doğuya (şərqə) keçirmişdir “Oğuz elinin şərq tərəfi (kün to -

ğuşu): İşşıq qol, Almalıq və çevrəsi, sayram, Qorqut dağı, Qaracıq dağı,

Quzeyi:  təmir  qazuğu:  Uluğ  dağ  və  Kiçik  dağ.  Kün  batışı:  sır  suyunun

ayağı, Yanqqı kənd Qaraqum” (8, 240-41). Aşkar görünür ki, B.Özəl gü -

neyi də doğu ilə birgə götürərək digər cəhətləri şimal və qərb göstərmiş,

Qaracuq  dağını  birmənalı  şəkildə  gündoğanda  görmək  istəmişdir.  Ola

bilsin ki, müəllif DQK mətninin epik tələbatından çıxış etmişdir.

Biz Qaracuq dağın gündoğanda olmasını mərkəzi mövqe baxımından

qəbul  edir,  lakin  bütün  Oğuz  məkanını  işarələyərkən  buna  ehtiyac  gör-

mürük. Qazan xan Qaracıq dağının qaplanı olmaqla onsuz da hakim iyer-

arxiya təşkil edir. Sadəcə olaraq seçilən bir dağ silsiləsi vardırsa, bu hök-

mən gündoğanda yerləşən dağın epik mətndə klişeləşəcəyindən xəbər ve -

rir. Elə örnəklər də belə olduğunu təsdiq edir. DQK-də Qazan xanın Gür -

cüs tan  ağzında  oturması  (9,  42),  yurdunun  bu  ərazidə  yerləşməsi  də

DQK-nin  Oğuz  məkanında  Qazandağın,  Qazangöl  gölünün,  Qazangöl

dü zü nün  və Qazanlının  şərqdə, yaxud şərqə tərəf çox meyilli olması da

bunu təsdiq edir (1, 338-39).

Məqsədyönlü olaraq “Qaracuq” sözünün etimoloji araşdırılmasına da

ehtiyac  vаr.  Qaracuğ-Qaracuq-Karacuq  kimi  müxtəlif  türk-Oğuz-uyğur

transkripsiyasına görə adlanan eyni sözün oxunuşu özündə maraqlı mət -

ləblər  saxlayır.  Belə  ki,  qara  sözü  lüğətlərdə  müxtəlif  anlam  daşımaqla




Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə