Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 1,45 Mb.
səhifə22/67
tarix25.06.2018
ölçüsü1,45 Mb.
#51687
1   ...   18   19   20   21   22   23   24   25   ...   67

60

2012/

IV

növləri,  şəkil  və  qolları  yüzilliklər  boyu  xalqın  poetik  süzgəcindən  ke -

çərək  yeni  çalarlar  qazanmışdır.  Bir  neçə  dəfə  toplu  halında  çap  edilən

bayatılar  (3;  4)  xalqın  hissinin,  mənəviyyatının,  kədər-sevincinin  bədii

ifadəsidir, onun gerçəkliyə münasibəti, tarixi yaddaşıdır. Bayatılar Azər -

baycan  xalqının  həyatını,  məişətini,  adət-ənənələrini  real  cizgilərlə  əks

etdirdiyi  üçün  xalq tərəfindən həmişə sevilmiş,  mühafizə edilərək  dillər

əzbəri olmuş və onların ideya-bədii xüsusiyyətləri barəsində xeyli təd qi -

qatlar aparılmışdır (5; 8; 12). “Elə bu zamandan başlayaraq xalqımız üçün

nədir bayatı, nə olub suallarına cavab tapmağa çalışdım və bu qənaətə gəl -

dim ki, Azərbaycan xalqının tarixini, məişətini, qeyrətini, bütün mə nəvi

üstünlüklərini, arzu və əməllərini əks etdirən monumental, bütöv bir əsər -

dir bayatı! Bayatı şirin körpə laylası, dərdli ağı, acı qürbət, əsarət fəryadı,

zindandan dar ağacından qopan üsyan səsi, təbii fəlakətə, ölümə, xəs tə -

liyə, ictimai haqsızlıqlara qarşı etirazdır” (6, 22).

Azərbaycanın bir çox regionlarında olduğu kimi Kəlbəcərdə də bayatı

janrı geniş yayılmışdır. Vətən həsrəti çəkən kəlbəcərlilərin hər birinin qəl-

bində mütləq qəmli bir bayatı öz yerini tutub, onlar yaddaşlarda dərin iz

buraxan  sarsıntıları yada salır,  dünənimizdən,  ötən  günlərimizdən  xəbər

verir: 


Əzizim, gözüm qaldı,

Deməyə sözüm qaldı.

Ayrı düşdüm vətəndən,

Yollarda izim qaldı.

Yaxud:

Qəlbimə od düşübdü,



Yadıma yurd düşübdü.

Vətən dərdi çəkməkdən

Ürəyimə dərd düşübdü 

(Şamama Nəbi qızı, Milli kəndi).

Dərin fəlsəfi mənalı nəğmələrin – bayatıların məzmunu həyatın və ya -

şayışın müxtəlif sahələrindən götürülür. Vətən  həsrəti,  köçkünlük dər di,

qəriblik  nənə-babalarımızın  qəlbində  sağalmaz  yaraya  çevrilibdir.  Bun -

dan başqa topladığımız bayatıların bir qismi məhəbbət, intizar, istək-arzu,

vüsal və həsrət motivli nümunələrdir:



61

2012/

IV

Tərlan quşu uçdu gəl,

Bizim bağa düşdü gəl.

Sən qoynuma düş, isin,

Üç ay soyuq qışdı gəl 

(Xalıqverdi Həmid oğlu, Zivel kəndi).

Həyatdan,  taledən,  zəmanədən  şikayət,  narazılıq,  giley-güzar,  etibar-

sızlıq kimi cəhətlər bayatılarda elə ümumiləşdirilmişdir ki, onun hər bir

mis rasında  yaradıcısının,  bütünlükdə  isə  xalqın  ürək  çırpıntıları  duyul-

maqdadır: 

Burdan bir leyli getdi,

Dayandı xeyli, getdi.

Yar sözümdən incidi,

Məndən gileyli getdi 

(Xalıqverdi Həmid oğlu, Zivel kəndi).

Yaxud:


Əzizim, qara baxtım,

Qar yağdı qara baxtım.

Həyat güldü üzümə,

Açıldı qara baxtım.

Və yaxud:

Qəribəm ölkə səndən,

Yol gedir ölkə səndən.

İstərəm baş alıb gedəm,

Qorxuram yol kəsəndən 

(Şamama Nəbi qızı, Milli kəndi).

Bəzi bayatı nümunələrimizdə isə xalq hələ qədim zamanlardan vur ğu -

nu olduğu füsünkar dağlarını, qədrini bildiyi gül-çiçəyini, havasını, su yu -

nu, həmin gözəl nemətlərin ətrini öz könül poeziyasına qatmışdır: 

Dağlar marala qaldı,

Otu sarala qaldı.

Sərin çeşmə, göy bulaq,

Yenə marala qaldı.



62

2012/

IV

Yaxud:


Ömürdə xəstə olub,

Baş qoymadım balınca.

Dağlarda ovcu oldum,

Dağlardan kam alınca 

(Qənirə Möhsün qızı, Dəmirçidam kəndi).

Bayatılar xalqımızın həyatı, dünyagörüşü, məişəti və mənəviyyatı ilə

sıx  bağlıdır.  “Keçmişdə  qız  bəyənərkən  onun  bir  sıra  müsbət  xüsu siy -

yətləri  nəzərə  alınardı:  xarici  görkəmi,  gözəlliyi,  sadəliyi,  işgüzarlığı,

evdarlığı, sağlamlığı və s. Bu keyfiyyətlər öz ifadəsini baya tılarda da tap-

mışdır” (7).

Bulağın daşı mənəm,

Üzüyün qaşı mənəm.

Gedib özgə axtarma,

Qızların başı mənəm 

(Şamama Nəbi qızı, Milli kəndi).

Bunlarla yanaşı bayatılarımızda indiyədək öz mənşəyindən ayrılmayan

el-oba  sözləri,  məhəlli  ünsürlər,  dialekt  və  şivələr  yaşamaqdadır.  Bəzən

bayatılarda  onun  hansı  dövrdə  və  məkanda  yarandığını  bildirən  bir  söz

belə kifayət edir. “Ayrı-ayrı regionlarda yaşayan əhalinin məişətini, adət-

ən`ənəsini, istifadə etdiyi əşya və geyim adlarını və s. öyrənmək üçün bu

cür sözlər mənbə rolunu oynayır” (9). 

Arxalığı qədəh yar,

Boyu boydan gödək yar.

Sən duman ol, mən çiskin,

Vətən deyib gedək, yar 

(Sultan Novruz oğlu, Milli kəndi).

Bayatılarımızın özünəməxsus rədif, qafiyə və cinasları vardır. Bir çox

şeir şəkillərində təsadüf etdiyimiz cinas qafiyələr onu yaradanların poetik

kəşfidir. Eyni səs tərkibli sözün bir neçə məna çalarını tapmaq, onu şeirdə

qafiyə yerində işlətmək böyük qüdrət tələb edir: 




63

2012/

IV

Maral bu dağa çatdı,

Bülbül budağa çatdı.

Ləblərin sorum bir az,

Dodaq dodağa çatdı.

Yuxarıda göstərilən  bayatının ilk iki misrasında maralın  “bu dağa” –

hansısa  işarə  edilən  bir  dağa  çatdığını,  bülbülün  isə  “budağa”  –  ağacın

budağına çatdığını tələffüzdə eyni səslənən sözlərdən düzələn cinas şəkli

olduğunu görürük.

Əzizim o da yazdı,

Bu dərin, o dayazdı.

Fələyə mən neylədim,

Bəxtimi oda yazdı 

(Xalıqverdi Həmid oğlu, Zivel kəndi).

Bu  bayatının birinci misrasında isə “o da yazdı” kiminsə yazı yaz dı -

ğını, ikinci misrada isə “o dayazdı” dərinliyin az olması mənasında və so -

nuncu, əsas fikrin ifadə edildiyi misrada isə “oda yazmaq” mənasında iş -

lədilərək yüksək sənətkarlıq göstərilmişdir. 

Həm qafiyə, həm də rədifdə cinas şəkli:

Mən aşiq yaram azdı,

Hov çəkən yaram azdı.

Yaxşı sev, yaxşı yarı,

Ordakı yaramazdı 

(Xalıqverdi Həmid oğlu, Zivel kəndi).

Omonim sözlərin işlədilməsi də cinas rədiflər yaradır ki, bu da baya -

tının poetik xüsusiyyətini daha dolğun ifadə edir:

Mən aşiq tikən gülə,

Sarmaşıq tikən gülə.

Heç kimsə göz tikməsin,

Mən gözüm tikən gülə 

(Mustafa Əhməd oğlu, Yanşaq kəndi).



Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə