Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 1,45 Mb.
səhifə23/67
tarix25.06.2018
ölçüsü1,45 Mb.
#51687
1   ...   19   20   21   22   23   24   25   26   ...   67

64

2012/

IV

Bayatıların  sənətkarlıq  xüsusiyyəti  təkcə  cinas  rədif  və  qafiyələrdən

ibarət deyil. Bayatılarda qafiyələrlə yanaşı alliterasiya da ritmin yaradıl-

masında  əsas  vasitələrdən  biridir.  Alliterasiya  sözün  əvvəlində  eyni  və

yaxın səs, yaxud səs qruplarının səsləşməsi kimi izah edilir, eyni zaman-

da ahəng qanununun da fəal rolu göstərilir. “Bizə gəlib çatan abidələrin

tədqiqindən müəyyən edilmişdir ki, qədim türk şeirində qafiyə olma mış -

dır. Onun funksiyasını alliterasiya yerinə yetirmişdir. Azərbaycan bayatı -

larında  alliterasiya  və  qafiyə  ritmin  əmələ  gəlməsində  fəal  iştirak  edir”

(11, 61).

Əzizinəm, oraqnan,

Gül biçilər oraqnan.

İtirmişəm qoşa qardaş,

Gəzirəm soraqnan 

(Ayna Qurban qızı, Qamışlı kəndi).

Qeyd  etdiyimiz bayatının üçüncü misrasının sonunda iki yanaşı sözün

alliterasiyası göstərilmişdir. Eyni zamanda, bu sözlərdə sait səslərin bir-biri-

ni izləməsini də görürük. Bu da öz növbəsində assonans ( sait səslərin allit-

erasiyası) hadisəsini yaradır. Bayatıda həm sait, həm də samit səslərin allit-

erasiyası birgə işləndikdə alınan bədii effekt daha təsirli və qüvvətli olur. 

Bayatılar ayrı-ayrı bölgələr üzrə məhdudlaşmayıb son dərəcə üstün bir

xüsusiyyətə də malikdir: formaca sadə, dilə yatımlı söz düzümündən iba -

rət  olduğundan  kütləvi  xarkter  daşıyır,  geniş  yayılır.  Bunun  nəticəsində

ba yatıların  müxtəlif  bölgələrdə  variantları  yaranır.  Kəlbəcər  folklor  nü -

munələri kimi topladığımız bayatılar içərisində də elə bayatılar var ki, on -

ların variantları müxtəlif bölgələrdən toplanmış bayatılarla oxşarlıq təş kil

edir. Bəzən bu oxşarlıq bütün misralarda eyni olduğu halda, yalnız sonun-

cu  misrada  onu  söyləyən  tərəfindən  dəyişdirilir.  Bunun  səbəbi  müxtəlif

bölgələrdə yaşayan xalqın özünəməxsus yaşayış tərzi, problemləri olduğu

üçün onlar bu dəyişikliyi öz dərd-qəminə, sevinc-kədərinə uyğun olaraq

ifadə edir.

Yox aşiq tikə-tikə,

Kəs bağrımı tikə-tikə.

Öləndə yar ağlasın,

Kəfənim tikə-tikə (4, 261).



65

2012/

IV

Yaxud:


Gəzər evi tikə-tikə,

Kəs bağrımı tikə-tikə.

Məni anam ağlasın,

Kəfənim tikə-tikə 

(Qüdrət Allahverdi qızı, Nəcafalı kəndi).

Yuxarıda verilmiş nümunələrin birinci variantında mövzu nakam aşi -

qin dilindən söylənmiş qarğış olduğu halda, bu motiv topladığımız nü mu -

nədə daha qabarıq göstərilmiş, fərqli olaraq “yar” əvəzinə “ana” sözü işlə -

dil mişdir.

Mən aşiqəm Salyana,

Dara zülfün sal yana.

Necəsən bir ah çəkəm,

Araz qopa Salyana 

(Xalıqverdi Həmid oğlu, Zivel kəndi).

Yaxud: 

Mən aşiqəm Salyana,



Dara zülfün, sal yana.

Necəsən bir ah çəkim,

Kür quruya, sal yana (4, 35).

Seçdiyimiz  variantlar  arasındakı  bayatılarda  ifadə  olunan  mövzu,

ideya əsasən son misrada həm dəyişdirilmiş, həm də daha da qabarıq for-

mada  göstərilmişdir.  Kürü  qurudan  “ahla” Arazı  Salyana  qopardan-çat-

dıran “ah” arasında fərq hiss olunur: biri çayın qurumasını, digəri isə onun

məcrasından  daşıb  çıxmasını  ifadə  edir.  Doğrudur,  hər  ikisi  onun  yara -

danının keçirdiyi hissi, intizarı, həsrəti göstərmək üçün söylənibdir.

Əzizim birdə mən,

Doldur içim bir də mən.

Ömür keçdi, gün keçdi.

Kəlbəcəri görmərəm birdə mən 

(Qüdrət Allahverdi qızı, Nəcafalı kəndi).




66

2012/

IV

Yaxud:


Əzizim birdə mən,

Doldur içim bir də mən.

Ömür keçdi, gün keçdi,

Cavan olmam birdə mən (4, 154).

Bayatılarda bəzən bu variantlıq özünü mövzu və ideyada daha qabarıq

göstərir. Kəlbəcər sakinlərindən topladığımız bayatılar içərisində mövzu

baxımından  Şəki  və  Qarabağ  ərazisindən  toplanmış  bayatılarla  yaxınlıq

möv cuddur. Bu yaxınlıq ayrı-ayrı mövzularda – vətən, təbiət, nakam sev -

gi və s. olur. Bəxtdən, taledən şikayət, narazılıq topladığımız bayatı nü -

mu  nə sində belə ifadə edilib: 

Əzizim o da yazdı,

Bu dərin, o dayazdı.

Fələyə mən neylədim,

Bəxtimi oda yazdı 

(Xalıqverdi Həmid oğlu, Zivel kəndi).

Şəki və Qarabağ folklor nümunələrində isə bu mövzu aşağıdakı kimi

ifa də edilib:

Mən aşiqəm bəxti kəm,

Taleyi kəm, bəxti kəm.

Mən fələyə neylədim, 

Fələk mənə baxdı kəm. (1, 321)

Əziziyəm bəxti kəm,

Naxışı kəm, bəxti kəm.

Aman fələk neylədin,

Mənə yaman baxdın kəm (2, 146).

“Hər bir bayatının arxasında insan taleyi, mürəkkəb bir ictimai “mən”

dayanır. Bu “mən”in daxili aləmi çoxcəhətli, rəngarəng və zəngindir, çün -

ki bu “mən” tarixən formalaşan, həmişə yetkinləşmə və yüksəlişdə olan

ic timai “mən”dir” (10, 150). 

Nə  yazılı,  nə  də  şifahi  ədəbiyyatda  bayatı  ədəbi  janrların  heç  birinə

bən zəmir. Burada məzmun əsatir və əfsanə ünsürlərinə qarışmır. Elə bil

insan bayatı ilə dərdini, fikir və düşüncəsini kiməsə söyləyir.




67

2012/

IV

İşin  elmi  nəticəsi. Azərbaycan  şifahi  xalq  ədəbiyyatının  lirik  qoluna

da xil  olan  bayatılar  mövzu  baxımından  çoxşaxəli  olduğu  kimi  yaranma

əra zi sinə,  şəraitinə  görə də  müxtəlif  və  rəngarəngdir.  Kəlbəcər  regionu -

nun əhalisindən toplanan bayatılar bunu aydın şəkildə özündə əks etdirir.

Eyni  zamanda,  məqalədə  bayatıların ayrı-ayrı  bölgələr üzrə  məhdudlaş-

madığı da özünü göstərmişdir.



İşin  elmi  yeniliyi.  Azərbaycanın  müxtəlif  bölgələrində  məskunlaşan

Kəlbəcər regionunun əhalisindən toplanmış yeni materiallarda bayatıların

mövzu və ideyasını və həmin bayatıların variantlarını müqayisə etməklə

xalqın poetik düşüncəsi, yaradıcılıq qabiliyyəti göstərilmişdir. 



İşin tədqiqi əhəmiyyəti. Kəlbəcərdə bayatı söyləmək, bayatı qoşmaq

ənənəsi bu gün də davam etməkdədir. Ayrı-ayrı folklor söyləyicilərindən

toplanan bayatılar irəliki illərdə Kəlbəcər regionuna aid folklor toplusu-

nun çıxarılması işində tədqiqi əhəmiyyətə malik ola bilər.



ƏDƏBİYYAT

1. Azərbaycan folklor antologiyası, II kitab (Şəki folkloru), Bakı, 2002, Səda,

563 s. 

2. Azərbaycan folklor antologiyası, V kitab (Qarabağ folkloru), Bakı, Nurlan,



2009, 414 s.

3. Azərbaycan bayatıları (toplayanı H.Əlizadə), Bakı, Azərnəşr, 1938, 144 s.

4. Azərbaycan bayatıları, Yeninəşr, 2004, 304 s.

5. Bünyadov T. Bayatılar haqqında // Ədəbiyyat jurnalı, №2, 1998

6.  Cəfərzadə  Ə.  Bayatı  düşüncələrim  (Folklor  guşəsi)  //  Qobustan  jurnalı,

№4, 1980, 24 s. 

7. Həsən Ş., Quliyev H. Xalq bayatıları etnoqrafik mənbə kimi // Ulduz jur-

nalı, №8, 1984, 49 s. 

8. Laçınlı A. Bayatılarda təbiət tərənnümü // Azərbaycan təbiəti jurnalı, №3,

1978, 31 s

9. Mursaquliyev V. Sözün ünvanı. Bayatıların toplanması haqqında // Ulduz

jurnalı, №2, 1987, 52 s.

10. Təhməzov M. Bayatı sözü haqqında // Azərbaycan jurnalı, №9, 1979, 187 s. 

11.  Vəliyev  M.  Bayatılarda  alliterasiya:  Azərbaycan  şifahi  xalq  ədəbiyyatı

haqqında // Ulduz jurnalı, №2 ,1980, 63 s.

12. Vəliyev V. Bayatılarımız  haqqında. Azərbaycan  gəncləri qəzeti,   27  av -

qust, 1977

Rəyçi: F.e.d., prof. Kamran Əliyev



Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə