Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 1,45 Mb.
səhifə24/67
tarix25.06.2018
ölçüsü1,45 Mb.
#51687
1   ...   20   21   22   23   24   25   26   27   ...   67

68

2012/

IV

AMEA Folklor İnstitutunun doktorantı

SARINLARIN  BAYATI VƏ MEYXANALARLA BƏNZƏR VƏ

SARINLARIN BAYATI VƏ  MEYXANALARLA  BƏNZƏR VƏ

FƏRQLİ  XÜSUSİYYƏTLƏRİ

FƏRQLİ XÜSUSİYYƏTLƏRİ

XÜLASƏ

Sarınların Azərbaycan  və  türk  xalq  ədəbiyyatındakı  bayatı  və  manilərlə  bənzərliyi

indiyədək bir çox alimlərin diqqətini çəkmişdir. Türk sillabik şeirinin davamı olan sarın

örnəkləri Anadolu türkləri, qaqauz, iraq türkmanlarının mani, özbəklərin “əşulə”, yaxud

“aşulə”, krım tatarlarının “cır”, Kazan tatarlarının “çır”, adlandırdığı eyni şeir şəklidir.

Məqalədə sarınlarla bayatı və meyxanaların oxşar və fərqli xüsusiyyətləri araşdırılacaq. 



Açar sözlər: sarın, bayatı, meyxana, sillabik şeir

THE SIMILAR AND DIFFERENT FEATURES OF SARIN, 

THE SIMILAR AND DIFFERENT FEATURES OF SARIN, 

BAYATI AND MEYKHANAS

BAYATI AND MEYKHANAS

SUMMARY 

The similarity of bayati and sarin in the folk-lore of Azerbaijan and kumukh has led

to interest of many scholars. The Anadolu turcks, gasguz, Irag turkmans called this form

of poetry as mani, ozbeks as “ashule”  or  “ashule”,  Kirim  tatars as jir, Kazan tatars as

chir. All of them are the same form of poetry. In article will explore similar and differ-

ent feautures of bayati, sarin and meykhana. 



Key words: sarin, bayati, meykhana, sillabik poem

ПОХОЖИЕ И РАЗЛИЧНЫЕ ОСОБЕННОСТИ САРЫН, 

ПОХОЖИЕ И РАЗЛИЧНЫЕ ОСОБЕННОСТИ САРЫН, 

БАЯТЫ И МЕЙХАНА

БАЯТЫ И МЕЙХАНА

РЕЗЮМЕ

Сходства баяты и сарын в Азербайджанском и кумыкском фольклоре заин те ре -

совал многих учёных. Анатолийских турок, гагаузы, Ирагские тюркманы называет

этого стихотворного жанра как мани, узбеки как ашуле, ешуле, Крымские татары

как джыр, Казанские татары как чыр. В статье будет исследоваться похожие и раз -

личные особенности баяты, сарын и мейхана. 



Ключевые слова: сарын, баяты, мейхана, силлабическая стихотворения 

Məsələnin  qoyuluşu. Qumuqlar  mahnı,  nəğməyə  sarın  deyir.  Sarın

türk sillabik şeirinin heca vəznli örnəyidir və ümumtürk şeirinin qanuna -

uy ğunluqlarını özündə əks edir. Bu şeir dördləmə formasında olur və ab -

cb şəklində qafiyələnir. Sarınlar və bayatılar eyni şəkildə təhlil olunur. 

İşin  məqsədi. Qumuq  Azərbaycan  folkloru  ümumtürk  kontekstinin

par çalanmış qollarıdır. Bu xalqların maddi, mədəniyyət, tarixi, ədəbi və

folklor əlaqələrinin öyrənilməsi mühüm amildir. Buna görə də, qumuq və



69

2012/

IV

Azər baycan folkorunda mövcud olan oxşar və fərqli xüsusiyyətlərin öy -

rə nilməsi hər iki xalqın folklor tarixinin öyrənilməsinə imkan yaradır.

Əsas mətn

Sarınların Azərbaycan və türk xalq ədəbiyyatındakı bayatı və manilər-

lə  bənzərliyi  indiyədək  bir  çox  alimlərin  diqqətini  çəkmişdir.  Sarınları

izah edərkən Çetin Pekaçar belə bir açıqlama edir. “Sarın, şəkil və qafiyə

özəllikləri tərəfindən baxıldığında maninin qumuq türkçəsindəki qarşılığı

olan  mənzum dörtlüklərə verilən addır.”  (10, 334) Doğan Kaya sarınlar

haqqında yazır: “Sarın qumuqların toylarda və qız və oğlanların qarşılıqlı

olaraq  (deyişərək  – A.Q)  oxuduqları  mahnılara  verilən  addır”  (6,  625).

Əmin  Abid  də  sarınlar  haqqında  maraqlı  fikir  yürüdür:  “Qu muq”

türkcəsilə  Dağıstan  əhalisi  arasında  bu  mani  növü  (söhbət  sarınlardan

gedir – A.Q.)  inkişaf etmiş  bir haldadır. Bunlar  ümumi quruluşca Azər -

baycan  bayatılarına  çox  yaxın  bir  şəkil  göstərməkdədirlər.”  (1,  205).

Əmin Abidin  sarınları  bayatılarla  yaxınlaşdırması  təsadüfi  hal  sayılma-

malıdır.  Çünki  diqqətlə  incələndikdə  sarınlarla  bayatıların  heç  bir  ciddi

fərq ləri olmadığını, hətta eyniliyini görə bilirik. Azərbaycan folklorunda

bayatı  adlanan  bu  şeir  növünü  bütün  türk  dillərində  ifadə edən  sözlərin

anlamı  “nəğmə”,  “mahnı”,  “türkü”  kimi  tərcümə  olunur.  Türk  nəzminə

mənsub alliterasiya  sarın  və bayatılarda  da  öz hökmünü  qoruyub  saxla-

maqdadır.  “Türk  ədəbiyyatı  ilə  məşğul  olan  bütün  alimlərin  təsdiqi  ilə

türk  nəzm  şəklində  əsas  ölçü  “qitə”dir  (dörtləmələr).  Bayatı-mani  növü

qitə halında bir vahiddir” (1, 223). 

Bayatıların  öyrənilməsində  Bəkir  Çobanzadə,  Əmin  Abid,  Hə nəfi

Zeynallı, Asif Hacıyev, Çetin Pekaçar, Tudora Arnaut, Sədnik Paşayev və

s.  alimlərin  böyük  xidmətləri  vardır.  Bunlarla  yanaşı,  Elxan  Məmmədli

özünün “Təcnislər” kitabında bilavasitə bu janr haqqında araşdrıma apar -

mışdır (11). 

Türk sillabik şeirinin davamı olan sarın örnəkləri Anadolu türkləri, qa -

qauz, iraq türkmanlarının mani, özbəklərin “əşulə”, yaxud “aşulə”, krım

tatarlarının “cır”, Kazan tatarlarının “çır”, adlandırdığı eyni şeir şəklidir.

Qumuq folklorunda sarın, Azərbaycan folklorunda bayatı adlan dırılan bu

türk şeir örnəyi minilliklərin dərin qatlarından süzülərək bir xalqın, mil-

lətin tarixinin, mədəniyyətinin izlərini özündə daşıyır. 

Qumuq  və  Azərbaycan  folklorunun  ən  qədim  janrlarından  biri  olan

sarınlar  və  bayatılar  forma  baxımından  sadə  görünsələr  də,  dərin  məna

kəsb edirlər “Bayatı kiçik lirik şeirdir. Lakin bu lirik şeir öz bədii tutumu,



Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə