Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 1,45 Mb.
səhifə25/67
tarix25.06.2018
ölçüsü1,45 Mb.
#51687
1   ...   21   22   23   24   25   26   27   28   ...   67

70

2012/

IV

məzmunu, lirizmi, emosionallığı və estetik gücü ilə Azərbaycan xalq şeiri

nümunələri içərisində möcüzələr yaratmışdır” (12,13).

Türk  şeirinin  əsas  keyfiyyəti  ritmik  səciyyə  daşımasındadır.  Qədim

türk  sillabik  şeirinin  əsas  xüsusiyyəti  alliterativ  səs  təkrarları,  təxminən

hər sətirdə eyni hecaların olması, səslərin uyumudur. Yığcamlığı və mü -

ha fizəkarlığı ilə seçilən sarınlarda bu keyfiyyət özünü daha çox qoruyub

günümüzədək  gətirib  çıxara  bilmişdir.  Sarınlarda  ritm  və  vəzn  xüsusiy -

yətlərinin  özünəməxsusluğu  heca  daxilində  misraların  sayında  və  bölü -

mündə özünü göstərir. Sarınların misralarının sayı 7, yəni təkdir. Bu tək-

lik sayəsində misralar öz daxilində iki – cüt və tək hissəyə bölünərək sta-

tik ahəngi saxlayaraq tarazlığı qoruyur. Sarınların misradaxili semantikası

əvvəlində  irəli  sürülən  müddəanın  daha  sonra  genişləndirilməsi  yaxud

dəqiqləşdirilməsi və inkar edilərək bədii təzad yaratmasındadır. 



Sarınların  strukturu: Sarınların  poetik  strukturuna  diqqət  yetirək.

“Bədii  struktur  dedikdə  əsərin  daxili  quruluşu,  mühitdən  asılı  olmayan

immannet  forması,  yəni  işarə  -  işarə  əlaqələri  nəzərdə  tutulur”  (5,  15).

Sarınların poetik ritmi yəni, misradaxili hecaların bölümü və sayı əsasən

qanunauyğunluğa tabedir və aşağıdakı kimidir: 

1,2,4-cü misralarda 3/4, üçüncü misrada 4/3 tənasübü;

a) 1,2,3-cü misralarda 4/3 tənasübü, 4-cü misrada 4/4 tənasübü. 

Sarın


Avruma da avruyman,

Sav tügülmen nece de,

Sensiz getgen günlerim

Gündüz tügül-geçe edi. 

Sonuncu misrada sarınların ümumi xarakteristikasından kənara çı xı la -

raq 7 yox, 8 heca işlənmişdir.

b) 1,2,4-cü misrada 4/3 tənasübü 3-cü misrada 3/4 tənasübü.

Avruma da avruyman,

Umut da yoq canıma,

Umut da bolar edi,

Bir sen gelseng yanıma.



71

2012/

IV

c) 1,2,4-cü misralarda 3/4 tənasübü 3-cü misrada 4/3 tənasübü

"Ah!"-desem, ahım paşman,

Uyada bala quşman,

Bala quşun tas etip,

Qıdıra çıqgan yaşman.

d) 1,3,4-cü misralarda 3/4 tənasübü, 2-ci misrada 2/5 tənasübü.

Bu sarınlar üçün tez-tez rast gəldiyimiz xarakterik bir haldır. Görünür,

qumuq dilinin bəzi xüsusiyyətləri sarınlarda belə misradaxili bölgüyə yol

açmışdır. 

Aytayım alim yimik,

Alim mutalim yimik,

Men seni köp süyemen

İçimde canım yimik!

e) bütün misralarda 4/3 tənasübü 

Aq üyleni xalçası

Art tamında gül açar.

Meni dertli yüreyim

Sen açmasan, kim açar?

Sarınların fonopoetik qatındakı hecaların təqtilər daxilindəki düzümü

Azərbaycan folklorunda da xarakterikdir. 

Qafiyə növləri: Sarın və bayatı qafiyələrinin növlərinə nəzər yetir dik -

də isə aşağıdakıları müşahidə edə bilirik:

Tam qafiyələrdə:

sarınlar 

bayatılar

Akuşa tav, avar tav,

Hay salıram oyanmır

Çıqası malqa essi yav.

Dərdə qəmə boyanmır

Dos güydürken yüregin

Eşq oduna düşmüşük

Bolurmu yarası sav?(6, 119)

Mən yanıram, o yanmır (3, 74).



72

2012/

IV

Yarım qafiyələrdə:

sarınlar 

bayatılar

Kaptal etsenq, kayıp et,

Köç eyləsin sənəm yar

Karşı aldınqa yayıp et,

Qalsın səndə tənəm yar.

Sen syüygende, syüygenmen,

Səni aləm sevsə də,

Daqı syüysem, ayıp et (6, 118)

Əzəl sevən mənəm yar (3, 74)

Misranın və ya ritmik bölümün sonunda qafiyələrin işlənmə yerlərinə

uyğun olaraq təqtilərin sonunda qafiyələin uyumuna nəzər yetirək: 

sarınlar

bayatılar

almalanı ahsan

qara atın kəkili

bavlanı şaptalısan (10, 8)

tel-tel olub tökülü(3, 77)

Misraların sonunda 

sarınlar


bayatılar

Kalkı yaqada karaman

Bayquş mənəm, bayquş mən

Men aytqan syözde barman.

Hamı quşdan say quş mən,

Gyün tiyqende iriymen.

Nə bəlalı quş oldum,

Saqa karap yüryüymen (6, 122)

Sızıldaram ya, qış mən (3, 143)

Qafiyələnmə üsulu sarın və bayatıların geniş yayılmış aaba şəklindən

fərqli variantlarda da mövcuddur. 

Aaba üsulu

sarınlarda 

bayatılarda

Otbaş alda olturup, (a)

Su gəldi daşa dəydi (a)

Kesevelrin işırıp. (a)

Kirpiklər qaşa gəldi. (a)

Tiymegin busurmanqa, (b)

Bivəfa yar yolunda (b)

Oltyürersen bişirip (a) (6, 118). 

Gül ömrüm başa dəydi (a) (3, 33).

Abcb üsulu:

sarınlar 

Kajarlar kajan asmas,

Erten axşam oilavsuz.

Barırsan bir kukayqa,

Gyününq qetmes yılavsuz. (6, 118)

Abcb üsulu ilə deyilmiş bayatı şəklinə rast gəlmədik. 



73

2012/

IV

Qafiyələşmədə diqqətimizi çəkən məqamlardan biri də odur ki, bayatı -

lar da aaba üsulu olduqca geniş yayılmışdır. Aaba üsulu ilə söylənən bay-

atılar bəzən daxili hecalarda bəzən sözlərdə səs artımı və ya azalması ilə

müşayiət olunsa da, yenə də aaba üsulu hökm sürür. Məsələn:

Dərd getdi qada qaldı,

Günüm fəryada qaldı.

Zülm əlindən el köçdü,

Yurd yuvam, yada qaldı. (3, 148)

Və ya


Elədimi yüz dənə,

İnci, sədəf yüz dənə.

O gündən çox qorxuram,

İnciyəsən üz dönə...(3, 163)

Aaaa üsuluna uyğun bayatılar

Dağ başın duman aldı,

Çən getdi, duman qaldı.

Sonalar köç eylədi,

El, oba sara qaldı (3, 163).

Və ya:


Dost dostun atın aldı,

Davanı satın aldı,

Evim o gün yıxıldı,

Ağam bir xatın aldı... (3, 148) 

Aaaa üsulu ilə söylənən sarınlara rast gələ bimədik. 

Sarın  və  bayatılarda  səs  təkrarlarının  işlənmə  yerləri  misra  və  bənd

daxilində:

sarınlar 

bayatılar

Tavlanı tarmaqından (6, 120).

Gəmi gəli, yan gəldi (3,166)

Səs təkrarları çarpaz şəkildə:




Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə