Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 1,45 Mb.
səhifə26/67
tarix25.06.2018
ölçüsü1,45 Mb.
#51687
1   ...   22   23   24   25   26   27   28   29   ...   67

74

2012/

IV

Sarınlar


bayatılar

At aytmay, ogyüz aytmay,

Aylar keçdi il kimi,

Adam ayta oynay.

Kaman qaşlar mil kimi

Men çi seni syüedim,

Yar gəldi qürbət eldən,

Syüymege ananq koymay (6,119).Qəlbim açdı gül kimi (3,167).



Misralararası  xüsusiyyət: Sarın  və  bayatıların  3  və  4-cü  misrasının

özünəməxsus  xüsusiyyəti  mövcuddur.  İlk  iki  misra  ilə  giriş  etdikdən

sonra əsas məzmuna keçid məhz 3-4-cü misralarda gerçəkləşir. Bəzən 3-

cü  misra  digər  misralardan  hecalarının  sayına  görə  də  fərqlənir.  Əmin

Abid  bayatıların  təsnifatını  verərkən  üçüncü  misra  haqqında  fikirlərini

belə açıqlayır: “Üçüncü misranın başqa bir xüsusiyyəti də qısa və ya uzun

olmasıdır, bəzi bayatılarda üçüncü misra, ümumi vəzndən azdır. Bu azlıq

altı hecadan aşağı enməz. Bəzi bayatılarda üçüncü misra ümumi vəzndən

uzun olur, səkkiz hecalı olanlar çoxdur” (1, 215).

sarınlar


bayatılar 

Qaşların bar qaqmaday,

Ulduza bax, aya bax,

Kirpiklerin xunduzday.

Yar əlində yay bax.

Savla bere spatın

Ümman axtarırsan, 

Kökdegi Mars yulduzday (6, 122).         Dərd dolu dəryaya bax (3,147).

Sarınlarda diqqətimizi çəkən digər bir hal iki sözün yan-yana gələrək

qafiyələnməsidir. Bu hal bayatılarda da mövcuddur. Məsələn: 

sarınlar

bayatılar

Qün çıqar arka betden,

Salma bu dərdə məni,

Daray çıqar Dermetden.

Vermə namərdə məni,

Men seni alır edim,

Qurtar namərd əlindən

Bolur bolmas jennetden (6, 119). Yetir bir mərdə məni...(3, 167) 

Qeyd  etməliyəm  ki,  bu  cür  cinaslamalar  həm  sarınlarda  həm  də  ba-

yatılarda geniş yayılmışdır. 

Sarınların digər analoqları: Sarınların geniş yayılmış növlərindən biri

də gəlin gətirilərkən söylənənlərdir. Toy evinin adamları gəlin gətirərkən

xüsusilə  qadınlardan  biri  sarınları  deyir,  digərləri  də  “Ay  qay,  qalalay”

deyərək onu müşayət edirlər (6, 20). Bəzən bu nəqarət “ananay” sözü ilə

də əvəz olunur. “Ananay” sözü bizə Şumerlərdə mövcud olan evlilik ila -



75

2012/

IV

həsi  İnannanı  xatırladır  (15,  251).  Olduqca  böyük  ehtimalla  “ananay”

sözünün İnanna ilahəsi ilə əlaqəsi vardır. 

Aya


Kazixan qele toy bulan,

Şapi qele koy bulan

Kolum damqa urayım,

Ay qay, qalalay,

Şu qyun bulan turayım.

Muminat


Baqır kazan qyoterqen

Temir oçaq tyüqyülmü?

Syüyqen kızıng kolqa alqan

Ay qay, qalalay (6, 20).

Bu sarın örnəklərinə Azərbaycan folklorunda da rast gəlinir. Azər bay -

canda daha çox Haxışda olaraq bilinən bu bayatı növü daha çox xınayax -

dılarda  qız  evi  və  oğlan  evinin  qarşılıqlı  surətdə  deyişməsi  idi.  Çimnaz

Əziz qızı  xına  gecəsini  izah  edərkən haxışdalara  da geniş yer  vermişdir:

“Xına gecəsi oğlan evi xonça düzəldib qız evinə gedər. Hələ giriş qapısı-

na çatmamış, gəldiklərini bildirmək üçün hakuşka (haxışda – A.Q.) gedər-

lər. Hakuşka bəzən atmaca xarakteri daşıyırdı” (4,21). Hakuşkaların məz-

munu  sarınlarda  olduğu  kimi  ailə-məişət  zəminində  olur.  Bəzən  gəlinlə

qaynananın bir-birini sancması kimi hallarla da qarşılaşılır. Hakuşkaların

bəzilərinin məzmunu gəlin-qaynana münasibətinə aid olurdu” (4, 21).

Yaşıllar ay yaşıllar, hakuşka,

Ağaca dırmaşallar, hakuşka.

Bu zamanın qızları, hakuşka

Ər üstdə dalaşarlar, hakuşka.

Əzizim badamçalar, hakuşka

Bar verməz badamçalar, hakuşka

Bu zamanə qızları, hakuşka

Əqrəb tək adam çalar, hakuşka.




76

2012/

IV

Gəlinin anası da söz altında qalmamaq üçün dərhal cavab verməlidir:

Yedin noğul, qaynana, hakuşka,

Doğdun oğul, qaynana, hakuşka.

Oğluvu əlindən aldım, hakuşka,

Çatla, boğul qaynana, hakuşka.

Damda dirək, qaynana, hakuşka,

Tövlədə kürək, qaynana, hakuşka.

Oğlun evə gələndə, hakuşka,

Hamıdan zirək, qaynana hakuşka... (4, 22)

Haxışdalar qarşılıqlı atışma şəklində deyilən  bayatı növüdür. Qumuq

folklorunda taqmaq deyilən sarın növünə çox bənzəyir. Taqmaqlar sarın-

ların elə bir növüdür ki, burda müəllif sözləri və bəndləri bir-birinin ardın-

ca düzməli, eyni zamanda bəndləri arasında məna və məzmun bir-birini

tamamlamalıdır (15, 252). Əli Şamil “Uyğur, qaqauz, Güney Qafqaz türk-

lərinin  folkloru  və  ədəbiyyatı”  kitabında  Əli  Şamil  yazır:  “Çox  zaman

sarınlar  deyişmə  şəklində  söylənilir.  Deyişmə  şəklində  söylənən,  yəni

əsasən bədahətən deyilən sarınlara taqmaq deyirlər” (12, 298). 

Sarınları müşahidə etdikdə gördük ki, Azərbaycan folklorunda və xü -

su silə  İraq  türkmanlarının  folklorunda  geniş  yayılan  kəsmə  bayatılar

qumuq folklorunda mövcud  deyil.  Kəsmə bayatılar  İraq  türkmanlarında

“xoyrat”  adı  ilə  məşhurdur.  Kəsmə  bayatılar  bayatı  formasında  olub,

1,2,4-cü misra həmqafiyə, 3-cü misra isə sərbəst olur. Fonopoetik struk-

turu və qafiyələşmə üsulu bayatılardan fərqlənmir. Kəsmə bayatının ba-

yatılardan  fərqli  cəhəti  əsasən  birinci  misranın  əvvəlində  işlədilən

“Əzizinəm”, “Mən aşıq”, “Eləmi” kimi qəlib sözlərin işlənməməsidir: 

Durdu qəm,

Açdı yaram, durdu qəm,

Mən miskin olduğumçün

Üstümə qurdurdu qəm.

Qanad ağlar,

Ox titrər, qanad ağlar,

Ovum yaralı getdi,

Boyandı qana, dağlar (9, 98).




Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə