Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 1.45 Mb.
səhifə27/67
tarix25.06.2018
ölçüsü1.45 Mb.
1   ...   23   24   25   26   27   28   29   30   ...   67

77

2012/

IV

Sarın  və  bayatıların  fonopoetik  strukturuna  ümumi  nəzər  saldıqda

gördük ki, hər iki nəzm örnəyi arasında elə bir ciddi struktur fərqi yoxdur.

Bəzi  hallarda  dilin  ümumi  xüsusiyyətlərinin  təsiri  ilə  qafiyələnmə  üsu-

lunda müəyyən fərqlər olmuşdur. Sarın və bayatıların ümumi xarakteris-

tikasına  gəldikdə  isə,  ilk  iki  misranın  əsas  məzmuna  giriş  xarakteri

daşıyır.  Lakin  “giriş”  hissədəki  “Əzizinəm”,  “Əziziyəm”,  “Mən  Aşiq”

kimi  qəlib  sözlərlə  başlaması  Azərbaycan  folkloruna  aid  hal  sayılır  və

qumuq sarınlarında bu hala rast gəlinmir. Ümumiyyətlə sarınlar hər hansı

bir qəlib sözlərlə başlamır. 

Sarınların  Azərbaycan  folklorunda  alternativi  olan  başqa  bir  folklor

örnəyi isə ağılardır. “Qumuq ədəbi dilində yas, quzey qumuqlarında va -

yax və güney qumuqlarında şahalay kimi işlədilən kəlmə mərasimi, həm

də  mərasimdə  nəzm  və  nəsrlə  söylənənlərə  verilən  addır”  (12,  290).

Vayaxların ağılardan fərqi ondadır ki, ağılar quruluşca bayatıyla eynidir.

Amma  məzmunca  hüzünlüdür,  ölümü  xatırladır.  Lakin  vayaxlar  həm

məzmunca,  həm  də  quruluşca  sarınlardan  fərqlənir.  Məsələn,  aşağıdakı

vayax örnəyinə diqqət yetirək:

Ölüm degen zalimdir, 

Ölgen degen kıyındır.

Ölümler, seni otunq gömülsün,

Kara yer, seni karnınq juvulsun!

Kara yerdən başqa kanlı yok,

Kara yerni karqamaqa qal da yok:

Sadaklılar onda barıp sayrılqan.

Sandıklılar onda barıp uy bolqan (6, 33).

Azərbaycan folklorundan ağı örnəyinə nəzər salaq:

Getdi gülüm ağlaram,

Oldu zülüm ağlaram.

Bir vədəsiz yel əsdi, 

Tökdü gülüm, ağlaram (2, 169).

Və yaxud başqa bir örnək:

Ana, gerçəkdən ağlar,

Yad ağlar, yalan ağlar.




78

2012/

IV

Oğul dağı görənin,

Sinəsin fələk dağlar (2, 169).

Göründüyü kimi, Azərbaycan ağıları ilə vayaxlar arasında fərq vardır.

Sarınlar forma və quruluşca vayaxlardan daha çox Azərbaycan ağıları ilə

bənzərlik təşkil edir. Ancaq vayaxlar məzmun və mahyyət baxımı ilə ağı -

la ra daha yaxındır. 

Meyxanalarla  oxşar  və  fərqli  xüsusiyyətləri:  Qumuq  və  Azərbaycan

fol klorunda sarınların bayatılarla yanaşı, meyxanaya (bədiyyə) bənzərliyi

diqqətdən qaçmır. Meyxanaların mövzusu rəngarəngdir. O, özündə tərif,

tarixi hadisələri, yumoru, ironiyanı ehtiva edir. “Meyxanələrin xalq sənəti

ilə əlaqədə olub folklora aid olduğunu təsdiqləyən xüsusiyyəti türk xalq

yaradıcılığı  (Azərbaycan,  özbək,  türkmən)  onun  müşairə  (deyişmə,

beytləşmə), hərbə-zorba şəklində olmasıdır... Meyxanələrdə, bir tərəfdən,

xalq  tamaşaları,  “Kosa-kosa”  oyununun,  qaravəllilərin  bəzi  epizodları

mövcuddursa, digər tərəfdən sufi-dərviş qəsidələrinin, mərsiyələrin, dini

ifaçılıq  janrlarının,  bəhri-təvillərin,  müşairələrin  (deyişmələrin),  qəzəl-

lərin, bədii qiraətin, aktyorluğun, ifaçılığın, musiqinin, bəstəkarlığın və s.

sənət növlərinin təsirini və sintezini görürük” (13, 10). Meyxanaların sa -

rınlarla bənzərliyi əsasən ondadır ki, meyxanə türk şeir növünün və heca

vəzninin xüsusiyyətlərini daşıyır. Meyxanaların qafiyə növlərinin çar paz,

qarışıq, dairəvi, bütöv və s. olması, hecalarının sayının təkliyi və beləlik-

lə daxili bölgüdə qeyri-bərabər iki hissəyə bölünməsi onu türk şeir şəklinə

yaxınlaşdırır. Hecadaxili bölgülər, fonopoetik quruluş sistemi bizə heç də

yabancı deyil: 

Bağların məhvi çəkib, sinəmdə dağ salmış idi,

O gözəl mənzərəni kənddən uzaq salmış idi,

Babalar zəhmət ilə gör necə bağ salmış idi,

Qaynamır çeşmələri ondakı qaynaqlarının,

Hanı ağ şanısı bəs Abşeron bağlarının (8, 234-235).

Şeir örnəyində “dağ”, “uzaq”, “bağ” sözləri bir-biri ilə uyum içərisin -

də dir.  Son  iki  misradakı  “qaynaqlarının”,  “bağlarının”  sözləri  qarşılıqlı

uyum içərisindədir. Sarınlardan bir örnəyə diqqət yetirək:

Almanı alıvanı,

Kokannı şirivanı,




79

2012/

IV

Senden sadaqa bolsun

Kızlanı kerivanı (6, 119).

Göstərdiyimiz bu sarın örnəyində “alıvanı”, “şirivanı”, “kerivanı” söz -

ləri qarşılıqlı uyum içərisindədir. Göründüyü kimi, bu uyum heca vəz ni -

nin xüsusiyyətidir. Sarınlarla meyxanənin başqa bir oxşarlığı da ondadır

ki, meyxanada əsas söz son beytdə bayatıda isə son 3, 4 misrada deyilir.

Xüsusilə beyt meyxanalar ilk baxışda sarınları andırır. Beyt meyxanələr

forma  etibarı ilə  öz  aralarında qafiyələnən qoşa  misralardan ibarət  olur.

Bu  misralar  hökmən  bir-birini  tamamlamalı,  bitkin  fikir  ifadə  etməlidir

(13, 116). Aşağıdakı meyxana örnəyinə diqqət yetirək:

Əhval tutmaq yaxşıdır -

Gər, qiyabi olmasa.

Əgər vaxtın bizimlə,

Haqq-hesabı olmasa.

Nəyə gərək o sorğu,

Dil cavabı olmasa ... (14, 2)

Sarınların meyxanalarla bənzərliyi olduğu kimi fərqli xüsusiyyətləri də

vardır. Bunlardan ilk nəzərə çarpan heca sayının çox olmasıdır. Bil di yi -

miz kimi, sarınlar 7 hecadan və 4 misradan ibarətdir. Meyxanələrin isə he -

ca sayı dəyişik ola bilir. Məsələn, bəzi meyxanalar 12 hecalıdırsa:

Aləmi bir-birinə, bala, qatmısuz,

Meyxanada, vallah, mənə çatmısuz... (13, 85)

Bəziləri 15 hecalıdır:

Bağların məhvi çəkib, sinəmdə dağ salmış idi,

O gözəl mənzərəni kənddən uzaq salmış idi (13, 84).

Göründüyü kimi, meyxanələr dəyişkən heca sayına sahibdirlər. Sarın -

lar isə bir qayda olaraq 7 hecalıdır. 



Nəticə

Araşdırmamızdan  gördük  ki,  sarınlar qumuq  folklorunun  ör nəyi  olsa

da, Azərbaycan folklorunda bayatı və meyxanalarla, eyni za man   da ağılar-

la bənzərlik təşkil edir. Bu bənzərlik istər mövzu baxımından, istər quru-






Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   67


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə