Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 1,45 Mb.
səhifə29/67
tarix25.06.2018
ölçüsü1,45 Mb.
#51687
1   ...   25   26   27   28   29   30   31   32   ...   67

83

2012/

IV

uzaqlaşma meyilləri güclənirdi. “Aşıq sənətinin təkamül dövrü Səfəvi ha -

kimiyyətinin Şah İsmayıl dövründəki  ideyalardan – milli özünəməxsus-

luqdan,  türk  xalq  sufizminə  məxsus  ideyalardan  tədricən  uzaqlaşması,

başqa  sözlə  milli  və  dini  ideoloji  zəminin  getdikcə  tənəzzülə  uğraması

prosesi ilə şərtlənir” (1, 7).

Göyçə aşıq mühitinin inkişafında el şairləri saz aşıqları qədər mühüm

rola  malik  olmuşlar.  El  şairləri  Göyçə  aşıq  mühitinin  poetik  ənənəsinin

yaradılmasında  görkəmli  rola  malik  idilər.  Bu  mühitdə  aşıqlar  öz  sənət

dərəcələrinə  bölündüyü, ustadlıq zirvəsinə qalxa bildikləri  kimi, el şair-

lərinin  də  özünə  məxsus  yaradıcılıq  dərəcələri  olmuşdur.  Göyçədə  xalq

poeziyasının yaradılması sahəsində özünü bir ustad kimi təsdiq edən bir

çox sənətkarlar Haqq aşiqləri adını almışlar. Haqq aşiqliyi öz inkişafında

müxtəlif mərhələlərdən keçmişdir. Haqq aşiqliyinin mərhələləri Hüseyin

İsmayılova görə belə olmuşdur.

Haqq aşiqliyinin mərhələləri:

Mərhələləri

Dövrü


1. Təkkə mərhələsi 

XIII-XVI əsrlər

2. Saray mərhələsi

XVI-XVII əsrlər

Aşıqlıq dövrünün mərhələləri isə belə olmuşdur:

Aşıq subyektinin xarakteri

Dövrü

1. Haqq aşıqlığı (aşiqlik)



XIII-XVII əsrlər

2. Sənətçi aşıqlıq 

XVII-XX əsrlər (9, 94)

XVII-XVIII  əsrdə  qızılbaşlıq  ideologiyasının  daşıyıcıları  olan  sufi-

aşiqlərin cəmiyyətdəki mövqeyi də sarsılır. Saray qapılarının üzünə açıq

olduğu dövrdə aşıq musiqisi özünün görünməz intibah mərhələsini yaşa -

mışdır. Divan ədəbiyyatının təsiri ilə sufi-aşıq yaradıcılığına bir sıra janr-

lar əlavə olunmuşdur. Yeni dastan növlərinin yaranması məhz bu döv  rün

məhsuludur.  Vaxtı  ilə  saraya  dəvət  olunmuş,  dövlətin  ideoloji-mə dəni

işlə rində iştirak etmiş, dövlət tərəfindən himayə olunmuş haqq aşiqlərinin

əyalətlərə, tərəkəmə-elat mühitlərinə yenidən, bir qədər də keyfiyyət dəy-

işmələrinə  məruz  qalaraq  daxil  olması  başlanır.  Onlar  sufi  ayinlərində

qazandıqları  zəngin  ilahi  musiqi  və  şairlik  təcrübəsi  ilə  sənətçi  kimi

fəaliyyət göstərməyə başlayır və sözü, sazı ilə sənət meydanını fəth edir -

lər.  “I  Şah Abbasın  islahatları  nəticəsində  dövlət  aparatında  əksə riyyəti



84

2012/

IV

fars  dilli  ünsürlərdən  ibarət  olan  bürokratların  rolu  gücləndi.  Pay taxtın

İsfahana köçürülməsi (1597-1598) və İranın daxili vila yət lərinin iqtisadi

və  siyasi  cəhətdən  əhəmiyyətinin  artması  Səfəvilər  dövlətinin  tədricən

İran dövlətinə çevrilməsinə səbəb oldu.”(1, 405). 

Aşiq  sənətində  “Səfəvi  hakimiyyətindən  sonrakı  dövr  XVIII  əsrin  II

yarısından günümüzə qədərki ... mərhələdə estetik-əyləndirmə funksiyası

aparıcı mövqedədir”(2, 16). Göyçə aşıq mühitinin misilsiz nümayəndələri

olan Dərdli Nəsib, Qul Mahmud, Simpirli Sevgili, Ağ Aşığın yaradıcılığı

həmin mərhələnin nümayəndələridir. Miskin Abdalın törəmələri isə son-

ralar iki tayfaya – “Şadmanlı” və “Ocaqlı” tayfalarına bölünmüşdür. 

XIX əsr Göyçə aşıq mühiti Azərbaycan aşıq poeziyasına Ağ Aşıq, Aşıq

Alı, Aşıq Ələsgər, Alçalı Məhərrəm, Aşıq Musa kimi məşhur sənətkarlar,

Şişqayalı Şair Aydın, Şair Əziz, Hacı Əliş Ağa, Mirzə Bəylər, Şair Kazım,

Usta Abdulla və başqaları kimi qüdrətli el şairləri bəxş etmişdir. Həmin

əsrin çox görkəmli el şairlərindən biri də Dərdli Nəsibdir.

Dərdli Nəsibin Göyçənin Ozanlar kəndində, təxminən 1670-cı illərdə

anadan olmuşdur. Ozanlar kəndində mədrəsədə təhsil almış Dərdli Nəsi -

bin əsərləri ilə tanış olduqca onun XVII yüzilliyin böyük sufi mürşidi ol -

du ğu qənaətinə gəlinir. Dərdli Nəsib təxəllüsü də bir təriqət yolçusunun

sufi təbindən gəlir. Onun dövrümüzə qədər gəlib çatmış gəraylılardan: –

“Geriyə”, Haqq-divanı”, qoşmalarından isə: – “Çatıf, çatmayıf”, “Obası

çiçəkli, eli Göyçədi” – ni misal göstərmək olar.

Şimpirli Sevgili XVII yüz illiyin ortalarında Göyçənin qədim Şimpir

elində  (Babacan  kəndi  yaxınlığında,  xarabalıqları  indidə  durur)  doğul-

muşdur.  XVII  əsrin  ortalarından  başlayaraq  aşıq  yaradıcılığında,  aşıq

sənətkar  statusuna...(1,  216)  keçidin  başlanğıcı  müşahidə  olunur.  XVIII

əsrin ortalarına doğru pir, övliya dərəcəsinə qədər əvvəllər yüksəlmiş sufi

aşiqlərin mistik-ideoloji funksiyası estetik-əyləndirmə funksiyasına keçə -

rək sənətçi aşıqlar səviyyəsinə enir. Bu dövr aşıq yaradıcılığının sənətçi-

lik mərhələsi kimi səciyyələndirilir.

Durna gedər olsa Turan elinə

Söylə, yara bir salamım var mənim.

Həsrət qaldım onun şirin dilinə,

Söylə, yara bir salamım var mənim.

Şeirlərinin əksəriyyətini sevgilisi Qul Mahmuda ünvanlamış Şimpirli




85

2012/

IV

Sevgili,  XVII  əsrdə  yaşamış  bir  qadın  üçün  öz  hisslərini  nə  qədər  açıq

ifadə etməsinin şahidi oluruq.

Göyçə aşıq mühitində  öz yeri,  öz  məqamı olmuş Şimpirli  Sevgilinin

bizim  zamanımıza  gəlib  çatmış  gəraylılardan:  –  “Yarı  mən”,  “Mahmu -

dum”, “Yollar, hey!”, “Olubdu”, “Gəlmədi”, “Mənim”, “Eylədi” qoşma -

la rın dan: – “İnanıbdı”, “Yar mənim”, “Oğlan” və s. şeirlərinə nəzər sal -

dıqca dini-ruhani mövzuların öz yerini məhəbbət mövzularına verməsinin

əyani şahidi oluruq. Bu şeirlərdə artıq estetik-əyləndirmə funksiyası apa -

rıcı mövqedədir.

Qul Mahmud XVI yüzilliyin ortalarında Göyçənin qədim Şimpir elin -

də doğulmuşdur. (1605-ci ildə vəfat etmişdir). (1, 44) Dövrümüzə qədər

gəlib  çatmış  şeir  nümunələrindən  sufi  poeziyasına  dərindən  yiyələnmiş

kamil  bir  sənətkar  olduğu  görünür.  Qul  Mahmudun  şeirləri  sevgilisinin

həsrətində  olan  aşiqin  həsrət  və  dərd-ələmi  ilə  qəmə,  kədərə  bürün-

müşdür. Xalq arasında onun Şimpirli Sevgili ilə olan eşqindən rəvayətlər

vardır.

Mahmudun yolunu oba-el gözlər,



Günlər keçər, aylar ötər, il gözlər.

Qohum-qardaş gecə-gündüz yol gözlər,

Hər xətanı qova-qova gəlmişəm.

Qul  Mahmudun  dövrümüzə  qədər  gəlib  çatmış  şeirlərinin  sayı  məh-

duddur. Onlardan: – “Görmüşəm” gəraylısını, “Gəlmişəm”, “Yetir”, “Mə -

nim”, “Ağlaram”, “Tapmadım”, “Qovuşdu”, “Gecələr” qoşmalarını sa da -

lamaq olar.

XVI-XVII əsirlərdə Göyçə aşıq mühitinin formalaşmasında başqa aşıq

və  el  şairlərinin  misilsiz  xidmətləri  olmuşdur.  Bu  sənətkarlar  haqqında

məlumat başqa məqalələrdə öz əksini tapacaqdir.



İşin elmi nəticəsi. Ustad aşıqlarımızdan olan Dərdli Nəsibin, Şimpirli

Sevgilinin, Qul Mahmudun fəaliyyətinin Göyçə aşıq mühitinin formalaş-

masında  oynadığı  mühüm  rolun  ortaya  çıxarılmasıdır.  Mühitin  zəngin

ənənəsinin  yaranması  nəticəsində  sonrakı  dövrlərdə Ağ Aşıq, Aşıq Alı,

Aşıq Ələsgər kimi ustadların yetişməsinə nail olunması «Aşıq mühitinin»

nailiyyəti kimi sayıla bilər.



İşin tədqiqi əhəmiyyəti. Göyçə aşıq mühitində fəaliyyət göstərmiş el

sənətkarlarının fərdi ifaçılıq xüsusiyyətlərinin araşdırılması «Aşıq mühit -




Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə