Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 1,45 Mb.
səhifə3/67
tarix25.06.2018
ölçüsü1,45 Mb.
#51687
1   2   3   4   5   6   7   8   9   ...   67

7

2012/

IV

bərabər  rəng  ifadəsindən  əlavə,  yaxud  rəng  simvolikasının  semantik

anlamı olaraq həmçinin “böyük” mənasında da işlənir (1, 169). Daha doğ -

rusu, ilkin mənası böyük olmuş, sonra digər sözlər kimi funksionallaşıb

müxtəlif anlam qazanmışdır. DQK mətni lüğət olaraq bu məna və anlam-

ları  da  özündə  əks  etdirir.  Böyük,  uca  mənasında  Qaradağ  (oronim)  (1,

61), Qarabudağ (antroponim) (1, 67), Qara dəmir (hidronim) (1, 70), Qara

buğa  (zoonim)  (1,  85),  Qaracuq  (toponim)  (1,  73)  və  s.  bu  kimi  sözlər

“qara” sözünün böyük mənasında işləndiyini təsdiq edir. Eləcə də Qara -

cuq sözü toponim olaraq Qara (böyük) və cuq sözlərinin birləşmə sindən

əmələ gələn mürəkkəb sözdür. Çünki “qara” böyük anlamını ver dikdə cıq,

cuq şəkilçisinin ona qoşulması dil faktı olaraq mümkün deyil. “Cuq” şə -

kilçisi düzəltmə isim əmələ gətirən şəkilçi olaraq (cıq, cık, cuq) kiçiltmə,

əzizləmə anlayışını törədir. Misal üçün kiçicik, körpəcik və s. demək olar,

böyükcük, yekəcik və s. kimi müraciət etmək olmaz. Elə bu səbəbdən də

Qaracuq sözündə işlənən “cuq” sözünün DQK mətninə birbaşa aidiyyatı

olaraq  uçuk,  ucuk  sözünü  ifadə  etdiyini  Qaracuq-Karacuk  deyil,  məhz

Qara  uçuk,  yəni böyük uçuk  anlamında olduğunu  ehtimal edirik. Uçuk,

ucuk  sözü uçoq kimi  tanıdığımız Oğuz tayfasını ifadə  edir. H.Araslının

1939-cu ildə  latın  əlifbasında nəşr etdirdiyi “Kitabi-Dədə Qorqud”  das-

tanında  bu  söz  elə  Qaracuq  kimi  deyil,  Qara  Coq  kimi  ya zılmış,  Qara

uçoq sözünə daha yaxın söz oxşarlığı özünü göstərmişdir (10, 31). Uçoq

sözünün  uçuk,  ucuk,  bozoq  sözünün  isə  buzuq,  buzuk  kimi  işlənməsi

şifahi və yazılı örnəklərdə təsdiqini tapır. Oğuz Kağan dastanında DQK-

də bozoq kimi işlənən tayfa buzuk olaraq ifadə olunur. “Sağ yanda buzuk-

lar oturdu”  (11, 33). Əbülqazi  Bahadır  da  uçoqları  “uçuklar”, bozoqları

“buzuklar”  olaraq  tanıdır  (4,  65).  Qara  uçuk  (q)  ifadəsinin  qaracuq  (k)

şəklinə  düşməsi  göz  qabağındadır.  Şifahi  nitqdə  fonetik  səs  itkisi  (iki

saitin  yanaşı  gəlməsində  biri  düşüb)  və  “c”-nin  “ç”-yə,  q  (k)nin  “ğ”-yə

çevrilməsi bəsit fonetik qanunauyğunluqdur. Dissimilyativ və assimilya-

tiv qaydalar sözlərin bu şəkildə dəyişməsini əsaslandırır. Həm çinin yazılı

mətndə  Qaracuq  sözünün  Qaracuğa  çevrilməsi,  q-ğ  dəyişikliyi  kimi

fonetik xüsusiyyət ismin yiyəlik, yönlük və təsirlik hal qəbul etməsində

özünü  göstərir.  Diqqət  çəkdiyimiz  nümunədə  məhz  bu  linqvistik  qayda

qüvvədədir. Çünki bu söz yalnız epik şəkildə, eyni təyini bildirmək üşün

işlənir. Bəs nə üçün bu söz məhz böyük anlamında qaradır və ucuklar niyə

böyük ucuq hesab olunur? Biz dəfələrlə söyləmişik ki, uçoqların sağ qolu,

hakim  əsası  bozoqlardan  mənimsəməsi  DQK-də  dastan  boyu  müxtəlif




8

2012/

IV

şəkillərdə özünü göstərir. Xüsusilə də diqqət çəkdiyimiz təyinlər ali sta-

tusu və hakimiyyət mövqeyini təmsil etdiyi üçün bu təyinlər üstündə tay-

falar  arasında  açıq  və  gizli  mübarizə  gedir.  Uçoqlar  məhz  hakim  möv -

qelərinin qanunauyğunluğunu göstərməyə çalışırlar. Bütün hallarda sağda

uçoqlar,  solda  bozoqlar  oturur  (9,  52,  68).  Gün doğanın  və  Ala  dağın

onlara  məxsusluğu  əsaslandırılır  (9,  42,  123).  Sanki  uçoqlar  (Qazan-

Bayındır) törə və əhd qaydalarına uyğunluqlarını sözlü-sözsüz, psixi-mi -

mikal səviyyədə əsaslandırmağa çalışırlar. Məhz bu davranış təzahürünün

bir tərəfi kimi – özü də çox əhəmiyyətli tərəfi olaraq uçoqlar böyük ad -

landırılır.  Əslində  onlar  böyük  deyil,  kiçikdir.  Hətta  Rəşidəddin  Oğuz -

naməsində Oğuz yabqularının (hakimlərinin) ara sında yalnız Eymur bo -

yun dan  yabquların  çıxdığı,  qalanların  isə  bozoq  tayfasının  dörd  məlum

boylarından olduğu bildirilir. “Oğuz soyundan olan padşahlar beş övladın

törəmələridir:  Kayı,  Yazır,  Eymur,  Avşar  və  Beqdili.  Padşah  yalnız  bu

boylardan olmuşdur” (13, 60). Aydın olur ki, DQK-də nəinki bozoqların,

hətta uçoqların hakim qolu olan Eymur boyundan olan hakimlərin hüququ

da epik mətndə, eləcə də eposda (epos həm də mərhələli tarixdir) pozulur.

Çünki  Bayındır  və  Qazan  uçoqların  başqa  boyundandır.  Daha  doğrusu,

boy əcdadlarıdır. Elə bu baxımdan da Qaracuq dağı doğuda görünür, Qara

uçuq  isə  bu  dağın  adında  öz  böyüklüyünü  əsaslandırır.  Əslində  isə

Qaracuq dağ deyil, qara uçuq olaraq Oğuz boy birləşməsidir, iki tayfadan

biridir. Lakin dağ assosiasiyası həm bu adın şərəfini yüksəldir, həmçinin

Oğuz düşüncəsində eyni anlam daşıyan mənaları məqsədə doğru yönəldir.

Qaracuğun  qaplanı  olmaq dağın deyil, Qara  uçukun  qaplanı  olmaq mə -

nasında  da  işləkdir.  Qaplanın  dağda  yerləşən  sıx  meşəliklərdə  mövcud

olan  zooarealı  assosiativ  qaplan  adının  yanaşı  gəlməsində  assosiasiya

törədir. Qaracuğun qaplanı həm qara uçu kun, həm Qaracuq dağının qap -

lanı anlamını daşıyır. Elə DQK-də Qa racuk sözü üç dəfə işlənməsiylə soy

arxetipi olaraq uçoq ların “uç” sayına işarə edir. Sözün son hecası isə yeri-

ni dəyişərək tərsinə oxunur, Qaracuq Qa ra quc olur. Bu silsilə psixi-assosi -

ativ daşınıb, Qaracuq sözünün ona oxşar şərəfli yer adını variativ şəkildə

təfəkkürdə  assosiasiya  etməklə  bu  adın  ucalığını  Qaracuq  adı  ilə  eyni

anlam da mətnaltı və şüuraltı təbəqəyə yerləşdirir. Hətta Qaracuğ olmasa

belə,  Qaraquc  uca  yer  anlamını  mexaniki  olaraq  bu  anlamın  onunla

əlaqələnməsini şərtləndirir. Çünki qeyd etdiyimiz kimi, qaplan sözü dağ

anlayışını  yaddaşda  canlandırır  ki,  Qaracuğun  və  yaxud  Qaraqucun

qaplanı ifadəsinin qulaq informasiyası fərqinə varılmayan Qara ucuqların




Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə