Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 1,45 Mb.
səhifə30/67
tarix25.06.2018
ölçüsü1,45 Mb.
#51687
1   ...   26   27   28   29   30   31   32   33   ...   67

86

2012/

IV

ləri»nin  müqayisəli  şəkildə  tədqiqi  və  öyrənilməsi  sahəsində  bir  mənbə

kimi istifadə edilə bilər.

ƏDƏBİYYAT

1.  Göyçə aşıqları  və  el  şairləri.  /Tərtib edəni  Hüseyn  İsmayılov, 2  cilddə,  I

cild, Bakı: Səda, 2006

2. Azərbaycan Sovet Ensiklopediyası: 10 cilddə, VIII c. Bakı: 1984

3. Göyçəli T. Göyçə aşıq məktəbi”, Bakı: Göytürk, 1998

4. Məhərrəmov. Z. XX əsr Göyçə aşıq mühiti. Bakı: NPB, 1997

5. Qasımlı.M Ozan-Aşıq sənəti. Bakı:Uğur 2003

6.  Ustad  aşıqlar.  Tərtib  edənlər:  P.Əfəndiyev,  M.Həkimov,  N.Məm mədova.

Bakı:Gənclik, 1983

7. Azərbaycan xalq-professional musiqisi: aşiq sənəti. Bakı: Şur, 2002

8. İ.Ələskərli. Sazlı sözlü Göyçə. Bakı:Azərnəşr, 1999

9. H.İsmayılov. Aşıq sənətinin inkişaf mərhələləri. “Dədə Qorqud” toplusu,

Bakı, 2002/1

Rəyçi: F.f.d. Seyfəddin Rzasoy 



87

2012/

IV

AMEA Folklor İnstitutunun doktorantı

e-mail: redshafag@gmail.com

HÖKMDAR VƏ ONUNLA  BAĞLI  MİFİK GÖRÜŞLƏR

HÖKMDAR VƏ  ONUNLA BAĞLI MİFİK  GÖRÜŞLƏR

XÜLASƏ

Hökmdarın  ilahiləşdirilməsi  və  fövqəltəbii  şəxsiyyət  kimi  təsvir  edilməsi  folklor

nümunələrindən və məişətimizdən yan keçməmiş, hətta tarixdə də müəyyən izlər qoy-

muşdur. Məqalədə ayrı-ayrı xalqların hökmdarla bağlı mifik görüşləri və bununla əlaqə-

dar  tarixi  faktlar  müqayisə  edilmişdir. Ali  hakimiyyətin  qədim  tarixə  malik  olması  və

insanların göydə Allaha, yerdə hökmdara inamları məqalənin əsasını təşkil edir. 



Açar sözlər: hökmdar, Şah Abbas, mifik görüşlər, tarix

THE KING AND MYTHICAL VISION ABOUT HIM

THE KING AND MYTHICAL VISION ABOUT HIM

SUMMARY

The deification of the king and his image as a supernatural person left a mark in folk-

lore and in history. The mythical vision of different people which are associated with the

king and historical facts about him compares in this article. The article traces the rela-

tionship of history and man's faith that the king is God's representative on earth.

Key words: king, Shah Abbas, mythical vision, history

ЦАРЬ И МИФИЧЕСКИЕ ВИДЕНИЯ СВЯЗАННЫЕ С НИМ

ЦАРЬ И МИФИЧЕСКИЕ ВИДЕНИЯ СВЯЗАННЫЕ С НИМ

РЕЗЮМЕ

Обожествление  царя  и  описание  его  как  сверхъестественной  личности  оста -

вило след как в фольклоре, так и в истории. В статье сравниваются мифические ви -

де ния разных народов, которые связаны с царем, а также исторические факты об

этом. В статье прослеживается взаимосвязь хода истории и веры человека в царя

как в наместника Бога на земле. 



Ключевые слова: царь, Шах Аббас, мифические видения, история

Məsələnin  qoyuluşu.  Azərbaycan  folklorunda  şah  obrazı  hər  zaman

tədqiqatçıları  düşündürən  məsələlərdən  olmuşdur.  Bununla  bağlı  folklor

nümunələrini araşdırdıqda isə  şahlara olan yüksək münasibətin  qədim ta-

rixə malik olduğunu və mifik görüşlərdən qaynaqlandığını müşahidə edi rik.



İşin  məqsədi. Dastanlarda,  nağıl,  əfsanə  və  s. folklor  nümunələrində

təsvir edilmiş şah obrazını tarixi baxımdan təhlil etmək və mifoloji araş -

dırmalarla müqayisə etməkdir.

XIX əsrin əvvəllərində danimarkalı V. Münter mixi yazıları oxuyarkən

mətnlərdə tez-tez rast gəlinən bir qrup işarəni padşahlıq rütbəsini göstərən

söz kimi qəbul etmiş və onları «şah», «şahlar şahı» kimi başa düşmüşdü

(21,  75).  Düzdür,  hələ  qədimlərdə  nə  başçı,  nə  də  hökmdar  tərəfindən



88

2012/

IV

idarə edilməyən tayfalar olmuşdur. Məsələn, C. Frezer Avstraliyada belə

tayfalar haqqında və onların praktiki olaraq gənc tayfa üzvlərinin iştirakı

olmadan  məşvərət  üçün  toplaşıb  bütün  mühüm məsələlərin həlli  barədə

qərar qəbul edən qoca və nüfuzlu kişilərin demokratiyasından, daha dəqiq

desək, oliqarxiyasından ibarət siyasi sistemi haqqında məlumat vermişdi.

Müəllifin  yazdığına  görə,  Avstraliya  aborigenlərinin  məşvərət  üçün  yı -

ğışan və öz qəbilələrini idarə edən bu ağsaqqallarının çox hissəsi, əsasən,

öz totem klanlarının rəhbərləri olub, ümumi cadugərlik ilə məşğul idilər.

Əfsanələrə görə, bütün insanların – həm dirilərin, həm də ölülərin ruhu ilə

müəyyən mənada bağlı olan müqəddəs daşların və çubuqların saxlandığı

müqəddəs  yerləri  (adətən,  onlar  dərənin  dibində,  yaxud  yerin  dərinlik-

lərində yerləşirdi) mühafizə etmək onlara həvalə olunmuş funksiyalardan

ən mühümü idi (9, 99). Əslində ən qədim zamanlardan müxtəlif ölkələrdə

bu və ya başqa formada belə  birliklər mövcud olmuşdur. Sadəcə olaraq

Avstraliyanın inkişafın ən aşağı səviyyəsində olan yerli əhalisindən fərqli

olaraq bizdə belə tayfalar çoxdan təkamülə uğramış, cəmiyyətdəki quru-

luşlar  biri  digərini  əvəz  etmiş  və  insanlar  belə  kortəbii  idarəçilikdən  əl

çəkmişlər.  Beləliklə  də,  zaman  keçdikcə  insanları  müəyyən  istiqamətə

yönləndirən bir səlahiyyət sahibi – hökmdar seçilmiş və dövləti o idarə et -

mişdir. Aparılan arxeoloji qazıntılar zamanı Erkən Tunc dövrünə (m.ö. IV

minilliyin sonu – II minillik) aid edilən tapıntılar hələ qədimdən Azər bay -

can ərazisində dövləti hökmdarın idarə etdiyini göstərir. Bəzi qə birlərdə

tapılan şarşəkilli cilalı toppuz başlıqları hakimiyyət rəmzi sayılır və hələ

qəbilə  icması  dövrünə  dair  tapıntılardandır  (4,  25).  Həm  tarixi,  həm  də

mifoloji  xarakterli  bütün  məlumatlar  şahların  hələ  cəmiyyət  bər qərar

olandan bəri yüksək mövqedə olduqlarını göstərir. Bütün xalqlarda şah -

lara demək olar ki, yüksək münasibət mövcud olmuşdur. Bəs şah sö zünün

mənası nədir və bu  yüksək  titul  kimlərə şamil  edilirdi?  Şah –  fars sözü

olub, Yaxın və Orta Şərqin bəzi ölkələrində və Dehli sultanlığında mo nar -

xın titulu hesab edilirdi. Şah ti-tulu ilk dəfə Sasanilər dövlətində işlənmə -

yə başlamışdır. İranda şahlıq rejimi devrilənədək bu titul şahənşah adı ilə

mövcud idi (3, 473). Sonralar işlənən padşah (farsca «şahlar hökmdarı»)

titulu  şahənşah  (Yaxın  və  Orta  Şərqdə),  imperator  (əsasən,  Qərbdə)  tit-

ullarına uyğundur. Hökmdarın xalq arasında yüksək nüfuza malik olması

mifik görüşlərdə və məişətimizdə də görünməkdədir. Hətta şah haqqında

olan bu mifik görüşlərin təsiridir ki, indinin özündə də məişətdə «şahlara

layiq»  ifadəsini  ən  yaxşı  hesab  etdiyimiz  hərəkət  və  davranışa,  yaxud




Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə