Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 1,45 Mb.
səhifə32/67
tarix25.06.2018
ölçüsü1,45 Mb.
#51687
1   ...   28   29   30   31   32   33   34   35   ...   67

91

2012/

IV

nunu, ədəbiyyat və tarixlərini təşkil edir;  maariflənmiş xalqlarda  xalqın

müqəddəs irsi kimi təxəyyül üçün zəngin qida verir» fikri ilə ifadə etmiş

və bildirmişdir ki, «…bir xalqın əfsanələri başqaları üçün müqəddəs ola

bilməz»  (15,  1–12).  Çünki  miflər  hər  bir  xalqın  özünü  tanıması  və

mənşəyi barədəki təfəkkürünün ifadəsidir. Onlar xalqın həyatını, inkişaf

dövrlərini,  həyatında  baş  vermiş  dönüş  proseslərini  əks  etdirmək  ba xı -

mından mühüm əhəmiyyətə malikdir. Ona görə ki, insan cəmiyyətinə xas

olan qaydalar miflərdə əks olunurdu. O dövrdə isə, bugünkü kimi, ic ti mai

maariflənməni ictimai şərait təyin edirdi. Deməli, ən qədim cə miy  yətlərdə

maariflənmənin əsas forması əsatirdən ibarət idi. Mifik gö rüş lərdə isə şah

obrazına  xüsusi  önəm  verildiyini  nəzərə  alanda  cə miy yətin  şaha  olan

münasibətinin haradan qaynaqlandığını öyrənmək çə tin deyil. 

Miflə tarixi faktları müqayisə edərkən belə məlum olur ki, m.ö. assur

yazılarından  da  göründüyü  kimi,  qədim Azərbaycan  dövləti  olan  Man -

nada  hakimiyyəti  hökmdar  idarə  etmişdir.  Hakim  sülalənin  ha kimiyyəti

irsi,  hökmdarın  yanındakı  ağsaqqallar  şurası  isə  gənəşmə  qurumu  idi,

əslində süzerenin verdiyi hökmü təsdiqləməyə məcbur olurdu. Lakin hök-

mdarın  hakimiyyəti  məhdud  və  təkbaşına  idi.  Hökmdar  dövlətin  xarici

siyasətini özü seçir, istədiyi zaman özü  də siyasəti  də-yişdirirdi (4,  65).

Hətta Qədim Şumerdə I Ur sülaləsinin nümayəndələri müxtəlif rütbələr, o

cümlədən «Kainatın hökmdarı» rütbəsini daşıyırdılar (21, 85).

Qədim türk dünyagörüşünə görə isə, xaqan Göyün (Tanrının) yerdəki

təmsilçisi  hesab  edilirdi  (16,  573).  Deməli,  hələ  qədimlərdən  insanlar

göy də Allaha, yerdə şahlarına inanırdılar, onun əmrlərini sözsüz icra edə -

rək  bütün  tapşırıqlarına  itaət  edirdilər.  N.Cəfərov  qədim  türklərlə  bağlı

araşdırmalarında göstərir ki, türkün yaşadığı torpağın da, cəmiyyətin də,

qəbilənin də taleyini Tanrı müəyyənləşdirir. Əgər Tanrı  istəməsə,  kimsə

türk cəmiyyətinin  hökmdarı (kağanı) ola bilməz. Ona görə  də  türklərdə

hökmdar kultu mövcud olmuş, hətta tanrıçılığın tənəzzülündən sonra da

yaşamışdır. Mükəmməl epos təfəkkürü üçün tək bir Tanrı (tək bir hökm-

dar,  tək  bir  qəhrəman!..)  lazım  idi.  Ona  görə  də  qədim  türk  eposunun

(müxtəlif  mənbələrdə bu  və ya digər şəkildə mühafizə olunmuş  dastan-

ların)  əsas  qəhrəmanları  «Tanrı»  obrazının  transformları  olan  hökmdar-

qəhrəmanlardır  ki,  onların  iradəsi  həmin  dastanı  yaradan  epos  tə fək -

kürünün  (xalqın,  etnosun,  etnik-mədəni  sistemin  və  s.)  bilavasitə  iradə-

sidir. Tanrı türk insanını, türk cəmiyyətini, türk dövlətini və türk hökm -

darını hifz edir (6, 15-16). Sonrakı dövrlərdə də şahlara xüsusi güc sahibi,




92

2012/

IV

fövqəladə  şəxsiyyət  kimi  sitayiş  təkmilləşərək  sərkərdəyə,  siyasi  liderə

olan münasibətin, eyni zamanda da rəğbət və inamın əsasını qoymuş, bu

haqda müəyyən fikirlər yaranmışdır. 

Ayrı-ayrı ölkələrin hökmdarları ilə bağlı materialları təhlil edərkən ay -

dın  olur  ki,  hökmdar  obrazı eyni mifologiyadan,  ümumi  mifoloji  tə fək -

kürdən qaynaqlanır. Bəs niyə eyni mifologiyadan? A.Acaloğlunun yaz dı -

ğına  görə,  qədim  zamanlarda  mövcud  olan  birliklər  dövründə  mi foloji

düşüncə hakim olduğundan, mifoloji sistem cəmiyyətin ideo lo giyası kimi

fəaliyyət göstərirdi. Mifologiya isə konkret etnik-mədəni birliklərin arx-

aik dövrlərdə meydana çıxan universal sistemi idi. Lakin mə lum olduğu

kimi, hər bir xalq özünün tarixi mövcudiyyəti ərzində sabit və dolğun bir-

lik halında qalmayaraq daim dəyişir. Onun həyatında tarix boyu bir neçə

parçalanma və birləşmə (konsolidasiya) dövrü, yaxud etnogenez prosesi

müşahidə  edilir.  Bir  etnosdan  müəyyən  qrup  ayrılır  və  bə zən  müstəqil

olaraq,  bəzən  isə  başqa  qruplarla  birləşərək  yeni  etnos  ya ra dır  (məs.,

Kiyev Rusunun dağılması və bugünkü rus, ukrayna, belarus et noslarının

yaranması). Digər halda isə bir neçə nisbətən kiçik etnos birləşərək daha

böyük  etnik  birliyin  meydana  çıxmasına  səbəb  olur  (Məs.,  12-ci  yüzil-

likdə monqol etnosunun formalaşması). Hər bir yeni yaranan etnos isə öz

sələflərindən tam bir sıra cizgilərə görə fərqlənir. Hər bir mifoloji sistem

onu yaradanların tarixi mövcudiyyətinin ilk çağlarında for  malaşır. Həmin

çağlarda isə bugünkü tək-tək dillərdən və etnoslardan söhbət gedə bilməz-

di (8, 12–14). Deməli, hələ qədimlərdə ayrı-ayrı etnos lar və dillər olma -

dığına görə güman etmək olar ki, mifologiya da ümumi idi. Beləliklə də

müəllif  belə  qənaətə  gəlir  ki,  ayrı-ayrı  xalqlarda  hökmdarlar  haqqında

olan  mifik  görüşlərin  oxşar,  yaxud  eyni  olması  tə bii dir,  onlar  eyni  sis-

temdən qidalanırlar. Onu da qeyd etmək lazımdır ki, bu mifoloji gö rüş lə -

rin çox hissəsi tarixi faktlarla uyğunluq təşkil edir. Çünki biz mifologiya

ilə tarixi faktları müqayisə etdikdə, bəzən mifologiyada özünə yer tapmış

hadisələrin tarixən baş verdiyinin şahidi oluruq. Məsələn, tarixi faktlara

görə,  e.ə.  XVII  –  XII  əsrlərdə  mövcud  olan  Şan-İn  hökmdarlarının

mənşəyi ilahiləşdirilmişdi. Çin hökmdarlarını «Sə manın övladları» ad lan -

dırırdılar. Ali hakimiyyət «Van» adlanan hökm dara məxsus idi. Van «Mən

adamlar arasında yeganəyəm» ifadəsilə özünü başqalarından fərqləndirir-

di və müharibə dövlətin əsas işindən biri hesab edilirdi. Müharibəyə ge -

dən hökmdar isə, mütləq əsirlərlə qayıtmalı idi. (21, 497). Mifik gö rüş lər -

də özünə yer almış bu tarixi faktlar isə bir həqiqətdir və qədim dövrlərin




Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə