Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 1,45 Mb.
səhifə35/67
tarix25.06.2018
ölçüsü1,45 Mb.
#51687
1   ...   31   32   33   34   35   36   37   38   ...   67

98

2012/

IV

dir. Heyvanlar haqqında nağıllar və təmsillər də məzmun və ideyalarına,

səciyyə  və  mahiyyətlərinə  görə  ayrı-ayrı  formalarda  müşahidə  olunur.

Heyvanlar  haqqında  nağıllar  və  təmsillər  özlərinin  süjet  və  motivləri,

möv zu  və  ideyalarına  görə,  qəhrəmanların  xarakteri  və  psixologiyasına

görə  əksər  xalqlar  arasında  eyni  səciyyə  kəsb  edir.  Heyvanlar  haqqında

nağıllar və təmsillər demək olar ki, eyni məzmuna malikdir. Belə ki, hər

iki si  məxsus  olduğu  xalqın  istək  və  arzusunu,  gələcəyə  ümidini,  tarixə

mü   nasibətini, insan və zaman haqqında dünyagörüşünü ifadə edir.

Nağıllar və təmsillər ayrı-ayrı xalqların etnik təfəkkürünün təmsilçisi -

dir, bununla yanaşı müxtəlif sahələrdə öz mövcudluğunu qorumaqdadır.

Bu  sahələr  içərisində  ədəbiyyat  xüsusi  əhəmiyyətə  malikdir.  Ədəbiyyat

cəmiyyətə funksional təsir imkanları baxımından digər sahələrdən əsaslı

şəkildə  fərqləndiyindən  onun  məzmununda  zəngin  mənəvi dəyərlərimiz

olan nağıllar və təmsillər öz varlığını qoruyub saxlayır. Azərbaycan ədə -

biy   yatşünaslığında  nağıllar  və  təmsillər  ayrı-ayrılıqda  bir  çox  alimlər

tərəfindən tədqiq olunsa da, “Heyvanlar haqqında nağıllar və təmsil janrı

(Azərbaycan şifahi və yazılı ədəbiyyatının nümunələri əsasında)” ayrıca

təd qiqatın predmetinə çevrilməmişdir. Məhz buna görə də həmin mövzu-

nun öyrənilməsi və tədqiq edilməsi mühüm əhəmiyyətə malikdir.

Bu  da bir həqiqətdir ki, təmsillərin söylənilməsi  xüsusi  bir  situasiya,

mə rasim və təmtəraq tələb edirsə, nağılların söylənilməsi belə bir hazır-

lığa və auditoriyaya ehtiyac duymur. Amma hər ikisinin söylənilməsi ra -

hat olduğu üçün, real həyat lövhələrini əks etdirdiyi üçün cəmiyyətimizdə

geniş  yayıla  bilmişdir.  Demək,  nağılların  və  təmsillərin  yaranması  hər

şeydən öncə, dövr, zaman və şəraitlə bağlıdır.

Heyvanlar  haqqında  nağıllardakı  heyvanlarla  bağlı  arxaik  görüşlərin

ifadə  olunduğunu  nəzərə  çarpdırmaq  üçün  folklor  nümunələrini  yazılı

ədəbiyyatdakı alleqorik əsərlərlə müqyisə etmək faydalı olardı. Q.Zakirin

“Sədaqətli  dostlar  haqqında”  adlı  təmsilində  tısbağa,  qarğa,  kəsəyən  və

ahunun dostluğundan, onların bir-birlərinə möhkəm sədaqət nümayiş et -

dir   məsindən bəhs olunur. Dostlardan biri dara düşəndə digəri əlindən gə -

lən son köməyi belə əsirgəmir. “Dost dosta tən gərək” adlı nağılında isə

şir, qurd və tülkü arasında olan dostluq heç də bir-birinə sədaqət şərtinə

əsaslanmır. Şir bir öküz, qurd bir qoyun, tülkü isə bir toyuq ələ keçirir. Şir

qurda buyruq verir ki, ələ keçirilən yeməkləri bölüşdürsün. Qurd öküzü

şirə,  qoyunu  özünə,  toyuğusa  tülküyə  məsləhət  bilir.  Şir  bu  bölgüdən

acıq   lanır, dartıb qurdun dərisini boğazından çıxarır və qurdu parça-parça




99

2012/

IV

eləyir. Bunu görən tülkü məsləhət bilir ki, şir öküzü və qoyunu yeyib na -

har etsin, toyuğu da şam yeməyinə saxlasın. Şir bu bölgüdən çox razı qa -

lır. Q.Zakirin misal gətirdiyimiz təmsili ilə “Dost dosta tən gərək” nağılı

arasında başlıca fərq məhz ondadır ki, birinci nümunədə heyvanlar insan-

ları təmsil edir, ikinci nümunədə isə heyvanlar məhz heyvanların özlərini

təmsil  edir.  Q.Zakirin  “Sədaqətli  dostlar  haqqında”  təmsili  əxlaqi  nor-

malara əsaslanır və didaktik məqsəd daşıyır. “Dost dosta tən gərək” nağı -

lında isə nümunəvi dostluğun təsviri mümkün deyil. Ona görə ki, bu dost -

luq əxlaqi normalara yox, “heyvani sərbəstliyə” əsaslanır (5, 41).

Q.Zakirin “Xain yoldaşlar haqqında” təmsili də səciyyəvi nümunə ola

bilər. İlanla tısbağanın hiyləsini duyan dəvə yeməyi onların əlindən alır.

Təmsilin  poetikasına  uyğun  olaraq  müəllif  finalda  əxlaqi  nəticə  çıxarır,

dostluqda xəyanəti mənfi hal kimi pisləyir. 

Heyvanlar haqqında nağıllarda və ayrı-ayrı təmsil nümunələrində xal -

qın  dünyagörüşü,  mübarizliyi,  humanist  keyfiyyətləri  əks  olunur.  Hey -

van lar haqqında nağıllar və təmsillər insanların mənəvi cəhətdən zəngin-

ləşməsində,  pis  əməllərdən  uzaqlaşmasında  əhəmiyyətini  bu  gün  də

qoruyub saxlamaqdadır. Amma məsələ heyvanlar haqqında nağılların və

təmsillərin gerçək təbiətini və janr xarakterini daha da aydın təsəvvür et -

mək  üçün  onların  geniş  mətn  materialını  toplayıb  üzərində  təhlil  apar -

maqdan ibarətdir.

Bildiyimiz  kimi,  qədim  zamanlardan  bəri  insanlar  həmişə  bir-biriylə

anlaşmağa və tanışlığa can atmış, qarşılıqlı əlaqə şəraitində yaşamağa ça -

lış mışlar.  Bu  da  ilk  növbədə  insanların  bir-birilə  ünsiyyət  ehtiyacından

doğ muşdur. Ünsiyyətin qurulmasında  böyük potensial  qüvvəyə, lakonik

ifa də  üsuluna  və  geniş  məzmuna  malik  olan,  insanda  yüksək  mənəvi-

əxlaqi  keyfiyyətlər yaradan,  insanı  daha  da  zənginləşdirən  nağılların  da

rolu böyük olub. 

Onu da qeyd edək ki, nağıllar həm də bəşər tarixinin müxtəlif dövrlə -

rin də yaşamış xalqların  dilində  işlənə-işlənə, yaddaşında  qoruna-qoruna

bu günümüzə gəlib çatmış, parlaq bir inciyə dönmüş, şifahi xalq ədəbiy-

yatında öz dərin mənasını, varlığını qoruyub saxlamışdır. Nağılların yara -

dıcısı bədii yaradıcılıq istedadı olan insandır. Ümumxalq malı olan nağıl-

ların toplanması və nəşri uzun və çətin bir mərhələni keçmişdir. 

Azərbaycan  nağıllarının  ilkin  təsnifatları  Ə.Müznib,  A.Baqri,  Y.Çə -

mən  zəminli və H.Zeynallı tərəfindən verilmişdir. Azərbaycan nağıllarının

aşağıdakı təsnifini daha dürüst hesab edirik: 




Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə