Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 1,45 Mb.
səhifə36/67
tarix25.06.2018
ölçüsü1,45 Mb.
#51687
1   ...   32   33   34   35   36   37   38   39   ...   67

100

2012/

IV

1) Heyvanlar haqqında nağıllar

a) İlkin təsəvvürləri və totemist görüşləri əks etdirən nağıllar

b) Alleqorik nağıllar

2) Sehrli nağıllar

3) Məişət nağılları

4) Uşaq nağılları 

Bu təsnifat ilk növbədə heyvanlar aləmindən bəhs edən süjetlərin da-

xili  spesifikasını,  müxtəlif  dövrlərin  təsəvvürlərinə  görə  onların  qrup -

laşdırılmasını,  insanın  dünyanı  dərketmə  mərhələsində  təbiətə  və  təbiət

canlılarına münasibətini, əhilləşən və əhilləşməyən heyvanlarla insanların

münasibətini öyrənməyə imkan yaradır (1, 314-315).

Xüsusilə qeyd edək ki, Azərbaycan xalq yaradıcılığında özünün xüsusi

mövqeyi ilə seçilən nağıllar, yazılı ədəbiyyatda isə təmsillər olduqca ge -

niş,  əhatəli  və  zəngindir.  Nağılların  məzmun  baxımından  belə  şəkillən-

məsi, əlbəttə ki, ilk növbədə yerli şərait və mühitlə bağlı olan məsələdir.

Yazılı ədəbiyyatda diqqətimizi cəlb edən təmsil janrı isə şifahi xalq ədə -

biy  yatında  geniş  yayılan  heyvanlar  haqqında  olan  nağılları  xatırladır.

Hey vanlar  haqqında nağılların və  təmsillərin yaranması  eyni qanu na uy -

ğun luğa əsaslanır. 

Prof. M.H.Təhmasib yazır: “Heyvanlar haqqında nağıllar ibtidai icma

dövründə yaranmış, qədim ovçu, eləcə də əkinçi qəbilə və tayfalarda uzun

müddət xüsusi əfsun vasitəsi kimi istifadə edilmiş, daha sonralar isə alle-

qorik  nağılların  və  təmsillərin  yaranmasında  çox  əhəmiyyətli  rol  oyna -

mışdır (2, 44).

Nağıl  tədqiqatçılarından  olan  V.Y.Propp  isə  heyvan  obrazları  ilə  hə -

mişə  insana  işarə  olunması  haqqında  yayılmış  mülahizə  ilə  razılaşma-

yaraq göstərir ki, təmsildən fərqli olaraq nağıl üçün alleqorizm tamamilə

yaddır (2, 44).

Heyvanlar  haqqında  nağılların  sonrakı  dövr  böyük  qismində  güclü

alleqoriya özünü göstərməkdədir. Alleqorik nağıllar heyvanlar haqqındakı

nağıllar  içərisində  xüsusi  mövqeyə  malik  olduğu  kimi,  eyni  zamanda

peşəkar nağılçılıqda ayrıca mərhələ təşkil edir. Folklorşünaslıqda Y.V.Çə -

mənzəminli  istisna  olmaqla sehrli  nağılların  qaynaqlarının aşkarlanması

istiqamətində də böyük işlərin görüldüyünü söyləməmək müm kün deyil.

Bu tip nağıllarda qədim əcdadımızın dünyanı dərketmə mərhə lə sinə məx-

sus baxışları özünü əks etdirmişdir. Və bir çox xalqların həyatında ənə nə -

vi olan süjet, motiv və heyvan obrazları bizim nağıllarımızda da baş ob -




101

2012/

IV

raza çevrilmişdir. Bunlar epik təfəkkürün təbiət və təbiət qüv vələrinə mü -

nasibətinin  əks  olunduğu  mərhələdə  meydana  gəlmişdir.  İn san  tə fək kü -

ründə,  həyatında,  məişətində  baş  verən  dəyişikliklər  hey van lar  haqqın-

dakı  nağıllarda  əksini  tapmışdır.  Heyvanlar  haq qındakı  nağıllarda  tote -

mist dövrün təsəvvürləri daha güclüydü. Bu totemlər bizim xalq düşün cə -

mizdə əsasən, qurd, keçi, ilan, dovşan və s. ibarətdir. Bu baxımdan “Ovçu

Pirim” nağılı maraq doğurur. Nağılda totem ilandır. 

V.P.Anikinə görə, “Heyvanlar haqqında nağıllardakı alleqoriya ictimai

şüuru sürətləndirmiş, qədim insanı ibrətamiz həqiqətlərlə üz-üzə qoymuş

və  beləliklə,  alleqoriya  insanın təkamülündə mühüm mərhələ olmuşdur.

Bu  təkamül  bizim  heyvanlar  haqqındakı  alleqorik  nağıllarda  da  özünü

göstərir. Məsələn, “Bir it ağzında sümük parçası körpü ilə gedirdi. Suya

ba xanda gördü ki, orada da bir it ağzında sümük parçası aparır. Özünü su -

ya atdı ki, həmin sümüyü də ələ keçirsin. İt sudakının öz kölgəsi ol du ğunu

bilmədi. Çayda boğulub öldü” (1, 317).

Göründüyü kimi, bu alleqoriyada insan acgözlüyün qurbanı olur. Al -

leqorik bədii detal insanı təkcə düşündürmür, eyni zamanda onu tərbiyə

edir,  xarakter  və  xasiyyətinin  formalaşmasına  təsir  göstərir.  Alleqoriya

özü məcazi ifadə növlərindən biridir. Hər hansı bir mücərrəd fikrin, an la -

yışın konkret predmet, yaxud hadisənin köməyi ilə təsvir edilməsidir. Al -

leqoriyadan təmsil və nağıllarda, ümumiyyətlə, satirik əsərlərdə geniş isti-

fadə edilir. Belə əsərlərdə tülkü surəti-hiyləgər adamları, qurd-acgöz ləri,

aslan-igid və mərd şəxsləri təmsil edir. Füzulinin “Bəngü Badə”, Sabirin

“Tülkü və qarğa”, “Ağacların bəhsi” şeirləri alleqorik əsərlərdir (7, 9). 

Nağılların çoxu komikdir, onlarda söhbət kələkbaz, hiyləgər heyvanlar

(Asiya və Afrika xalqlarında dovşan, Afrika xalqlarında tısbağa, hörüm -

çək,  Amerika  induslarında  koyot,  Avropa  xalqlarında  tülkü)  haqqında

gedir.  Heyvan-triksterlər  əxlaq  normalarına  riayət  etməyə  çalışmırlar,

güclü, amma səfeh, həmişə daha zəif olan hiyləgərin sərt kələyinin qur-

banı olurlar. Heyvanlar haqqında komik nağıllar dünyanın qeyri-kamilliyi

üzərində yüksəlməyə imkan verir, ona gülür və bununla daha kəskin əxlaq

normalarından azad olmaq haqqında komik nağılların zamanla uşaq audi-

toriyasına daxil olmasına səbəb olur. Heyvanlar haqqında nağılların digər

qismi  apoloqdur;  burada  komik  başlanğıc  əxlaqiliyə  nisbətən  səssiz -

ləşdirilir. Apoloq öyrədir və nəsihət verir, lakin əxlaq dərsləri sözsüz (dil-

siz- A.X.) varlıqlara aid olduğundan apoloqların əxlaqını nisbiləşdirir və

ona yenə də komik çalar verir (3, 102). 




102

2012/

IV

Heyvanlar və quşlar nağıllarda düşünür və danışır. Təbiətin canlan dı -

rıl ması animist dünyagörüşündən gəlir. Poetik şərtilik daşıyan bu xü su siy -

yət sehrli nağıllarda, tapmacalarda, əfsanələrdə və b. janrlarda da tə sadüf

olunur.  Deməli, nə personajlar –  heyvanlar, nə də onların  düşünmək  və

danışmaq qabiliyyəti, təkcə heyvanlar haqqındakı nağıllarda tə sadüf olun-

mur.  Ancaq  sehrli  nağıllarda  heyvanlar  baş  iştirakçı  olmur,  əsa sən

köməkçi  funksiyasını  yerinə  yetirirlər.  Heyvanlar  aləmindən  bəhs  edən

nağıllarda isə müxtəlif heyvan və quşlar əsas iştirakçı olur, onların hə rə -

kət və münasibətləri süjetin əsasında durur. Sehrli nağıllarda bütün hey-

vanlar və quşlar bir səciyyə daşıyır və sehrli köməkçi funksiyasını yerinə

yetirir. Heyvanlar aləmindən bəhs edən nağıllarda isə həmin obraz lardan

hər biri fərdi səciyyə daşıyır. “Ovçu Pirim”, “Tülkü və qurd”, “Tülkü ilə

canavar”,  “Ac  qurd”,  “Tülkünün  kələyi”,  “Tülkü  baba  və  hacıleylək”,

“Tül   kü  və  kəklik”,  “  Tülküynən  toyuq”,  “Eşşəklə  tülkünün  dostluğu”,

“Tül kü və ilan”, “Tülkü, tülkü, tünbəki”, “Hiyləgər keçi”, “Qo  ca aslan”,

“Əhməd və Sənəm” nağılları heyvanlar aləmindən bəhs edən nağıllar ki -

mi Azərbaycan folklorşünaslığında öz yerini tutub (2, 47-50). Azər bay can

folklorunda  “Şəngülüm,  Şüngülüm,  Məngülüm”  tipli  na ğıl lar,  rusların

“Canavar və keçi” nağılında olduğu kimi, sehrli nağıllarla səsləşir. “Şən -

gülüm,  Şüngülüm,  Məngülüm”ü  sehrli  nağıllara  yaxınlaş dıran  başlıca

cəhət onda axmaqlıq və kələkbazlıq motivinin zəifliyidir. Keçi ca na vara

hiylə, fırıldaq vasitəsilə yox, açıq vuruş yolu ilə qalib gəlir. Kə lək bazlıq

və  axmaqlıq  motivi  heyvanlar  aləmindən  bəhs  edən  nağıllara  xü susi

komiklik gətirir və əks qütblərin  yaxınlaşma  və qovuşmasında, ey ni  bir

aləmin fiqurlarına çevrilməsində hoqqabazlıq mühüm rol oynayır (5, 41).

Heyvanlar  haqqında nağıllarda gülüşün mahiyyəti araşdırılarkən  mü -

bahisə doğuran cəhətlərdən başlıcası sosial satira məsələsi ilə bağlıdır. Bir

çox folklorşünaslar belə hesab edirlər ki, heyvanlar aləmindən bəhs edən

nağıllarda heyvanlar bir bəhanədir və müxtəlif heyvan surətləri vasitəsilə

insanlar təsvir olunur. Heyvanlar haqqında nağılları təmsil və alleqoriya

kimi  qiymətləndirən  folklorşünaslar  bu  nağıllarda  müxtəlif  heyvanların

davranışlarını  ictimai  həyatın  ayrı-ayrı  lövhələrinin  ifadəsi  kimi  qəbul

edir, güclünün gücsüzə münasibətində əzən və əzilən təbəqələrin möv qe -

yini axtarırlar. Heyvanlar haqqında nağıllarda sosial həyatın qa barıq ifa -

dəsini axtaran folklorşünaslar bu nağılların komikliyinə də sosial ədalət-

sizliyi  tənqid  və  ifşa  etməyin  bir  vasitəsi  kimi  baxırlar.  Əlbəttə,  so sial

məzmun  ifadə  etməkdə,  satirik  mahiyyət  daşımaqda  pis  olacaq  bir  şey




Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə