Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 1,45 Mb.
səhifə38/67
tarix25.06.2018
ölçüsü1,45 Mb.
#51687
1   ...   34   35   36   37   38   39   40   41   ...   67

105

2012/

IV

tapır. Təmsillərlə bağlı digər bir xüsusi cəhət isə odur ki, təmsillərdə per so -

najlardan əlavə mühiti təsvir edən obrazlar olmur, hadisələr yalnız müəy yən

heyvanların,  bitkilərin,  yaxud  əşyaların  təsviri  ətrafında  cərə yan  edir.  Bu

sadəlik təmsilin məzmununa, quruluşuna xüsusi bir gözəllik ve rir.

Qeyd etdiyimiz kimi, təmsil janrını daha geniş və əhatəli şəkildə araş -

dırmaq üçün ilk növbədə onu folklora aid olan heyvanlar haqqında nağıl-

larla  paralel  şəkildə  öyrənmək  məqsədəuyğundur.  Bu  halda  oxşar  və

fərqli xüsusiyyətləri də müəyyənləşdirə bilərik. Çünki təmsil yazılı ədə -

biy yatın ən qədim janrlarından biri olduğuna baxmayaraq, heyvanlar haq -

qında  nağıllarla  müqayisədə  yeni  bir  hadisə  kimi  müşahidə  olunur  və

yazılı ədəbiyyatda təmsilin yeri, mövqeyi məsələsi ciddi maraq doğurur. 



İşin elmi nəticəsi. Heyvanlar haqqında nağıllar və təmsil janrının məz-

mun xüsusiyyətləri, nəzəri-praktik əhəmiyyəti məqalədə öz əksini tapmış,

sistemli şəkildə təhlil edilmişdir.

İşin elmi yeniliyi. Məqalənin əsas elmi yeniliyi onun mövzu orijinal-

lığı ilə müəyyənləşir. Heyvanlar haqqında nağıllarla təmsil janrının məz-

mun xüsusiyyətləri müqayisəli şəkildə öyrənilib. Məqalə folklorşünas lı -

ğımız üçün aktuallıq kəsb edən dəyərli mövzulardandır. 



İşin  tətbiqi  əhəmiyyəti. Məqalədə  heyvanlar  haqqında  nağıllar  və

təm sillər tam dolğunluğu ilə təsvir edilib, eləcə də təmsil janrının poetik

struk tur elementləri və obrazlar sistemi təhlil edilib. 

ƏDƏBİYYAT

1. Azad  Nəbiyev.  “Azərbaycan  xalq  ədəbiyyatı”,  II  hissə  (orta  əsr  və  yeni

dövr folklor yaradıcılığı), 648 səh., Bakı: “Elm” nəş., 2006

2. Oruc Əliyev. Azərbaycan nağıllarının poetikası. Bakı: “ Səda” nəş., 2001

3.  “Folklor  terminləri”. Tərtib  edən: Ağaverdi  Xəlil.  Bakı:  “Nurlan”,  2010,

140 səh


4. Y.V.Çəmənzəminli. Əsərləri, üç cilddə, III cild. Bakı: “Elm”, 1977

5. M.Kazımoğlu. Gülüşün arxaik kökləri. Bakı: “Elm” nəş., 2005

6. M.Kazımoğlu. “Nağıl və dastanlarda ikiləşən obrazlar”. Elmi axtarışlar-//,

2009. Bakı: “Nurlan”, 2009, səh. 9

7.  “Ədəbiyyatşünaslıq  terminləri  lüğəti”.  Tərtib  edən:  Əziz  Mirəhmədov.

Bakı: ” Maarif”, 1978

8. Əsgər Ə., Qıpçaq M. Türk savaş sənəti. Bakı: “Maarif”, 1996

9. Cəlal Bəydili. Türk mifoloji sözlüyü. Bakı: ”Elm”, 2003



Rəyçi: F.e.d., prof. İsrafil  Abbaslı


106

2012/

IV

AMEA Folklor İnstitutunun 

“Mifologiya” şöbəsinin müdiri, 

filologiya üzrə fəlsəfə doktoru

e-mail: seyfeddin_rzasoy@mail.ru

NİZAMİ  GƏNCƏVİNİN  MİLLİ VƏ ƏDƏBİ  KİMLİYİ

NİZAMİ GƏNCƏVİNİN MİLLİ VƏ  ƏDƏBİ KİMLİYİ

HAQQINDA

HAQQINDA

XÜLASƏ

Məqalədə XII əsr şairi Nizaminin milli və ədəbi mənsubiyyəti məsələsinin nəzəri və

metodoloji  tərəfləri  araşdırılır.  Dünya  ədəbiyyatının  məşhur  şairi  olan  Nizami  Azər -

baycanın Gəncə şəhərində yaşayıb-yaratmışdır. Bu, onun nisbəsində və yaradıcılığında

aydın  şəkildə  əks  olunmuşdur.  Bütün  bu  tarixi  və  bioqrafik  faktlara  baxmayaraq,

Nizaminin 870 illiyi ərəfəsində Rusiyada və İranda şairin milli mənsubiyyəti haqqında

məsələ  yenidən  gündəmə  gəlmişdir.  Onların  əlində  qeyri-elmi  və  yalançı  faktlardan

başqa əsas arqument Nizaminin fars dilində yazmasıdır. Bu məqalə müəllifinin fikrincə,

bu məsələdə milli və ədəbi mənsubiyyətləri bir-birindən fərqləndirmək lazımdır. Niza -

minin  fars  dilində  yazması  onun  farsdilli  ədəbiyyata  mənsub  olmasını  göstərir.  Lakin

nəzərə almaq lazımdır ki, XII əsrdə təkcə fars şairləri yox, həm də Şərqin bir çox xalq -

larının şairləri, o cümlədən Azərbaycan şairləri fars dilində yazırdılar. Məhz bu şairlərin

əsərləri sayəsində nəhəng farsdilli Şərq ədəbiyyatı yaranmışdır. 

Açar sözlər: Nizami, ədəbiyyat, folklor, Azərbaycan ədəbiyyatı, fars ədəbiyyatı, şərq

ədəbiyyatı, türklük 



ABOUT NIZAMI GANJAVI'S NATIONAL AND LITERARY 

ABOUT NIZAMI GANJAVI'S NATIONAL AND LITERARY 

BELONGING

BELONGING

SUMMARU

In the article it is analyzed the theoretical and methodological sides of national and

literary belonging of the XII century poet Nizami. The world famous poet Nizami lived

and created in Ganja city of Azerbaijan. It is clearly reflected in his literary activities. In

spite of all these historical and biographical facts, problem about national belonging of

the poet has been on the agenda, in the eve of 870 annual of Nizami in Russia and Iran.

Another basic argument in their hand except unscientific and lying facts is that Nizami

has written all poems in the Persian language. According to the author of given article,

in this question it is necessary to distinguish a national and literary belonging from each

other. Poet’s writing in the persian language shows his belonging to persian literature. It

is necessary to consider this fact, that in the twelfth century not only the Persian poets,

but also poets from many other eastern countries, including the Azerbaijan poets have

written in the persian language. Just owing to this persian poets' works giant East litera-

ture has been created, playing exclusively large role in development of east literature.



Key words: Nizami, literature, folklore, Azerbaijan literature, Persian literature East

literature, being turkic




Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə