Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 1,45 Mb.
səhifə4/67
tarix25.06.2018
ölçüsü1,45 Mb.
#51687
1   2   3   4   5   6   7   8   9   ...   67

9

2012/

IV

hakim olduğu, qaplan kəsildiyi böyük, uca dağ anlayışını düşüncəyə yer-

ləşdirir. Qaraquc və Qaracuq dağ, zirvə olaraq bu anlamı sabit fikir tər zinə

çevirir.  Hətta  biz  deyərdik  ki,  Qaraquc  dağ  anlamında  DQK-də  özünü

göstərir. Belə  gö rünür  ki,  Qaraquc  I  boyda  adı  çəkilən  Qazlıq  (Qazılıq)

dağının zirvəsidir. “Qaraqucda qazlıq atlar” ifadəsi (9, 73, 92, 123, 124,

125) “Yelisi Qara Qazlıq atlar” (9, 38, 72) ifadəsi kimi də Qazılıq dağının

atları  anlamında  mətndə  işləkdir.  Bu  ba xımdan  Qaraqucda  qazlıq  atlar

deyilərkən Qazlıq dağının zirvəsində olan atlar nəzərdə tutulur ki, bu da

assosiativ  şəkildə  dağ,  zirvə  anlamını  Qaracuğun  qaplanı  təyininə

bağlayır. Eyni zamanda zooloji assosiasiya ilə at-qaplan rabitəsi yaradıb

Qaracuq dağının qaplanı anlamını təkrar-təkrar yaddaşda bərpa edir. Elə

Qaraquc sözü yer (toponim) olaraq iş lən diyi kimi at anlamında (zoonim)

da işlənir. “Qaraquc ata binənlər”, Qa ra qucun qulağı görünməz olsa” (9,

72,  117)  DQK-nin  mü qəd di mə sin də  işlənən  “Qarağuca  qıymayınca  yol

alunmaz” (9, 31) (Qa rağuc atını in cit məyincə yol getməz) və s.

Qaraquc XII boyda Beyrəyin dilində yer adı kimi səslənir. Aruz Bey -

rəyi Qazanın yerləşdiyi məkandan öz yanına çağırır. Əvvəldə qeyd etdiy-

imiz  kimi  Qazan  yüksəkdə Ala  dağda  (9,  123) Aruz  isə  alçaqda-düzdə

yerləşir. Şaquli binar oppozisiyada dayanan xaotik tərəfə – Aruza Beyrək

onu aldadıb gətirdiklərini söyləyərək:

Aruz, mana bu işi edəcəgin bilsəydim,

Qaraqucda Qazlıq atuma binərdim” (9, 124) deyir.

Bu  situasiyada  Qaraquc  yüksək  yer  adı  anlamını  daşımaqla  bərabər

Qazan xanın yerləşdiyi məkanı işarələyir. Hətta biz deyərdik mətnaltı lay

səviyyəsində Ala dağla Qaraqucun eyni semantik düzümdə durmasından

əlavə  eyni  ərazidə  yerləşən  dağ  silsiləsi  (oronim)  olmasını  özündə  sax -

layır. Bu silsiləyə Qazlıq dağı da aiddir. DQK-nin VII boyunda adı keçən

Qazılıq qoca Bayındırın vəziri və iç Oğuzdan olmasıyla ad semantemi ilə

Qazlıq dağının Qazan xanın yerləşdiyi əraziyə yaxın olmasını mətn struk-

turunda işarələyir. Beləliklə, DQK lüğəti Ala dağın və Qazlıq dağının dağ,

Qaraqucun  dağ  zirvəsi  olduğunu  göstərir  (9,  31)  və  qeyd  etdiyimiz  şə-

kildə  Qaracuqun  qaplanı  təyininin  dərəcəsini  yüksəltməyə  xidmət  edir,

Qazan və Bayındırın Qara uçuğun qaplanı olmaqla ən uca pilləni tutduq -

larını işarələyir. Salur boyunun tamğa işarəsi də Oğuz xanın ağac ko ğu -

şundan çıxan xatunu vasitəsilə uçoq tayfasını törətməsini işarələyib ağac

stixiyasını  rəmzləndirir.  Ağac  işarəsi  təsiri  bağışlayan  bu  işarə  (Y)  öz



10

2012/

IV

gövdəsi  ilə  Oğuz  xaqanı,  budaq  hissəsi  ilə  uçoq  tayfasının  üç  əcdadını

(Göy  xan,  Dağ  xan,  Dəniz  xan)  modelləşdirir.  Salur  boyunun  uçoqdan

olması  məhz bu  işarənin  dediyimiz  anlamda  olduğunu təsdiqləyir. Əgər

Salur boyu Bozoqdan olsa idi təbiidir ki, tamğa işarəsi fərqli olacaqdı. Ən

maraqlı da orasındadır ki, uçuq adının ilk hecasını təşkil edən uç, uc səs-

lərinin Salur boyunun etnik-sosial səviyyədə modelləşməsində ciddi şək-

ildə iştirak etməsi mənbələrdə diqqət çəkir. Belə ki Salur boyunun tamğa

işarəsi  eyni  şəkildə  Orxon-Yenisey  əlifbasında  işlənərək  “ç”  səsi  ifadə

edir və “iç” kimi oxunur (14, 38).

Yazıçıoğlunda Salurun onqonu uç, uc adı ilə tanınan quşdur (1, 234).

Salur boyunun digər üç boyla sümük hissəsi isə “uc” (ayla adlu) adlanır

(1, 234).

Məhz  Qazan  xanın  yerləşdiyi  məkanın  Qaraquc  olması  da  sözün  so -

nun cu hecasının “quc” şəklinin uçuq, ucuk ifadəsinin ilk hecası ilə eyni

şəkil törəməsi Qaracuq-Qarauçuk qaplanı ilə Qaraquc məkanı anlayışları

arasında Qazan xan keyfiyyətlərini ifadə edən etiket formulları təşkil edir. 

Qaplan sözünün etimoloji açımına ehtiyac yoxdur. Qaplan pişikkimilər

fəsiləsindən yırtıcı məməli heyvan olan bəbirdir (15, 131). Bu barədə mü -

bahisə  də  əhəmiyyətsizdir.  Lakin  bu  sözün  semantikasını  araşdırmağa

ehtiyac  var.  İlkin  olaraq  biz  onu  görürük  ki,  DQK-də  qaplan  aslan

sözünün eynimənalı tərəfi kimi semantik-assosiativ formada yanaşı işlə -

nir. “Aslanla qaplana bir oğul yedirdinsə, degil mana” (9, 38), “Nə biləyin

oğul, arslandanmı aldı, yoxsa qaplandanmı aldı?” (9, 39), “Amit soyunun

aslanı”,  “Qaracuğun  qaplanı”  (9,  42,  63,  95),  “Ağqayanın  qapla nının

erkəyində...aq sazın aslanında bir köküm var” (9, (XI b) 118). Bu baxım-

dan  yuxarıda  “Amit  soyının  aslanı”  təyinində  işlənən  soy  göstəricisinin

ardınca  yurd  göstəricisi  kimi  meydana  çıxan  Qaracuğun  qaplanı  eyni,

yaxud yaxın anlam daşıyır. Qaplan da aslan kimi eyni semantik cərgəyə

aid  olan  metafora  və  alleqoriya  kimi  mərdlik,  şücaət  və  yenilməzlik

anlamında çıxış edir. Eyni zamanda Oğuz yurdunun (məkanının) xanını

(Qazan) və xaqanını (Bayındır) işarələyir. Qaplan sözünü totem anlayışı

olaraq götürən müəlliflər əsasən DQK-nin XI boyunda Qazan xanın ka -

fərlərə meydan oxumasında oxuduğu soylamadan misal gətirirlər. Qa zan

xan bu soylamasında deyir:

Ağ qayanın qaplanının erkəgində bir köküm var,

Ortac qırda sizin keyiklərünüz turğurmıya.

Aq sazın aslanında bir köküm var,




Qaz alaca yundını turğurmıya.

Əvvay qurd ənügi erkəgində bir köküm var,

Ağca bəkil tümən qoyının gəzdirmiyə.

Ağ sunqur quşı erkəgində bir köküm var,

Ala ördək qara qazun uçurmıya (9, 118-19).

Bu misallardakı məlumat yükünü nəzərdə tutaraq bu zoonimləri to tem

anlayışı kimi qəbul edənlər olsa da (16, 158,159), mətn tam olaraq bunu

təsdiq  etmir.  Ümumiyyətlə,  totemizmin  türk,  xüsusilə  də  Oğuz  mə də -

niyyətində mövcudluğu barədə ciddi mübahisələr vardır. (17, 80). B.Ögəl

totemizmi inkar etməsə də, onun dəyişikliyə uğraması, simvolik hadisəyə

çevrilməsi  barədə  fikir  nümayiş  etdirir.  Totem  hesab  edilən  qurd

anlayışından bəhs açan müəllif qeyd edir ki, “qurd m.ö. II əsrdə belə ib ti -

dai totem mahiyyətini çoxdan itirmişdi” (8, 59, 60). B.Ögəlin mü la hi zə si -

ni DQK soylamasındakı “Əzvay qurd ənügi erkəgində bir kö küm var” an -

layışının totem olaraq iddia olunmasına qarşı götürsək, bu mi sal ların fərq -

li anlam kəsb etməsini görmüş olarıq. A.Acalov örnəklərdə hər hansı bir

heyvan adının müsbət şəkildə aşkarlandıqda o saat onu totem olaraq izah

etməyin yanlış olduğunu göstərir (18, 8). 

Eyni zamanda müəllif totemizmin bir mərhələ olaraq bütün xalqların

ondan  keçmək  məcburiyyətində  olmadığını,  konkret  olaraq  Avstraliya,

Afrika və Amerikanın yerli tayfalarının totemist baxışlara sahib olduğunu

qeyd edir (18, 8). Eyni qənaəti türk alimi Y.Z.Yörükanda da görürük. O

yazır:  “Amerika  və  Avusturaliyada,  Afrikanın  cənubunda  ve  şebheli

olarak Assamda, Hindistanın cenubunda görülen totemçilik hayatından ve

dininden dünyanın diğer yerlerinde yaşamakta olan milletlerin ve bilhas-

sa tarihte en parlak rolleri üstlenmiş ve beşeriyyeti herekete keçirmiş olan

türklerin de geçmiş olduklarına hükümetmek salahiyyetini bize verebile-

cek kanaat verici amarelere sahip deyiliz” (19, 5-6). Müəllif eyni zaman-

da totemçilikdən aşağı mədəniyyətə və türklərdən fərqli irqə malik olan-

ların keçdiyini bildirir. “Totemçilik müessesi beyaz ve sarı irklarda değil,

koyu renkli ve en az medeni olan irklar nezdinde caridir” (19, 5).

Bizim fikrimizə gəlincə, biz türk, xüsusilə də Oğuzlarda totemçiliyin

həm olması, həm də olmaması qənaətindəyik. Yəni «totem vardır» de mi -

rik, yaxud «totem yoxdur» demirik, «totem həm vardır, həm də yoxdur»

deyirik. Ziddiyyətli görünən bu mülahizə fəlsəfədə əksliklərin vəh dəti ad -

landırılan fəlsəfi düşüncə tərzinin analogiyası kimi özünü göstərir. Oğuz

(türk) mədəniyyətində totemçiliyin olması və olmaması müddəasını irəli

11

2012/



IV


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə