Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 1,45 Mb.
səhifə40/67
tarix25.06.2018
ölçüsü1,45 Mb.
#51687
1   ...   36   37   38   39   40   41   42   43   ...   67

109

2012/

IV

Azərbaycan sovet nizamişünaslığı «burjua-sovet» ideoloji qarşıdurma

modelindən Nizaminin milli və ədəbi mənsubiyyəti məsələsində kifayət

qədər  uğurla  istifadə  edirdi.  Bu  model  Azərbaycan  nizamişünaslarına

Nizamini  fars,  İran  şairi  hesab edən nəhəng qərb  şərqşünaslarının yara -

dıcılığına,  o  cümlədən  bu  məsələdə  xüsusi  fəallıq  edən  İran  alimlərinə

sərbəst tənqidi münasibət bəsləməyə imkan verirdi. Qərb alimlərinə sovet

ideoloji yanaşmasında birdəfəlik olaraq «mürtəce burjua ideolo giyasının

daşıyıcıları» damğasının vurulması bundan istifadə edən Azər baycan ədə -

biyyatşünaslarına «milli məsələyə» toxunmağa, daha doğrusu, «milli mə -

sələnin»  «formaca  –  milli,  məzmunca  –  sosialist»  modelindən  kənarda

qalıb,  haqqında  danışılması  yasaq  olan  məsələlərindən  də  söz  açmağa

şərait  yaradırdı.  Bu  cəhətdən Azərbaycan  alimləri  şairin  yara dı cılığında

daha  çox  sosial  idealların  təcəssümünə  fikir  verən  sovet  alimərindən

fərqli olaraq, Nizaminin ana vətəni, milli və ədəbi kimliyi mövzularını da

heç vaxt diqqətdən kənarda qoymurdular. Əslində, Həmid Araslı, Rüstəm

Əliyev,  Azadə  Rüstəmova,  Qəzənfər  Əliyev,  Nüşabə  Aras lı,  Çingiz

Sadıqoğlu,  Xəlil Yusifov və  başqa nizamişünasların yara dı cılığına (bax:

1; 2; 3; 4; 5; 6 və s.) diqqət versək, onların şairlə bağlı çox incə və həssas

milli nöqtələrə toxunduqlarının şahidi olarıq. Ancaq sovet nizamşünas la -

rının bütövlükdə mənsub olduğu siyasi məkanın ideoloji çərçivəsi onlara

Nizaminin milli və ədəbi kimliyi məsələsini bütün çılpaq lığı ilə qoymağa

imkan  vermirdi.  Məsələn,  bu  problemin  qoyuluşu  Mə həm məd  Əmin

Rəsulzadənin Azərbaycan kütləvi oxucusunun 1991-ci ildə Rüstəm  Əli -

yevin  tərcüməsində  tanış  olduğu  «Azərbaycan  şairi  Nizami»  əsərindəki

səviyyəyə gedib çatmırdı (bax: 7; fəl.e.d. Yadigar Türkelin çevirməsində

yeni nəşri üçün bax: 8). Halbuki böyük mütəfəkkir Rəsulzadənin sistem-

li  şəkildə  qoyduğu  məsələlərdən  sətiraltı  şəkildə Azərbaycan  nizamişü-

nasları  da  bəhs  etmişdilər. Ancaq  bütün  bunlarla  bərabər  həqiqət  ondan

ibarətdir ki, Azərbaycan alimləri dövrün yol verdiyi imkanlardan istifadə

etməyə  çalışaraq,  Nizaminin Azərbaycan  xalqına  və  ədəbiyyatına  mən-

subiyyətini özünəməxsus yollarla gerçəklik faktına çevirə bildilər.

Bu gün Nizaminin milli və ədəbi mənsubiyyəti məsələsi Rusiya və İran -

da  yenidən  aktuallaşıb.  Rusiya  artıq  bir  sovet  dövləti  olmaqdan  çıxıb:

ümummilli sovet məkanı, ümumsovet maraqları ortadan qalxıb. Bundan is -

tifadə edən maraqlı (şovinist-siyasi) dairələr indi Nizaminin milli və ədəbi

kimliyi  məsələsini  də  Rusiyanın  keçmiş  sovet  respublikalarından  olan

Azərbaycanla münasibətlərində siyasi alver predmetinə, o cümlədən siyasi




110

2012/

IV

müstəqilliyi  iqtisadi  potensialı  ilə  hər  gün  daha  da  artan  xətlə  güclənən

Azərbaycana qarşı təzyiq vasitələrindən birinə çevirmək istəyirlər.

İrana gəlincə onun mövqeyi Rusiyadan bir qədər fərqlidir. Burada həm

siyasi, həm də milli faktorlar var. İranın Qərblə, Amerika ilə hər gün daha

da  gərginləşən  hazırkı  siyasi  durumunda  onu  daha  da  çətin  vəziyyətə

salmaq istəyən daxili və xarici qüvvələr bu ölkənin onun ən yaxın qon şu -

su olan Azərbaycanla  münasibətlərini  korlamaq,  bu  ölkələri  düşmən et -

mək istəyirlər. Təbii ki, qonşu dövlətdə İran-Azərbaycan münasibətlərinin

bütün dialektik mahiyyətini dərk edənlər var. Türk və fars etnosunun ya -

ratdığı İran siyasi fenomeni, İranın xüsusilə son minillikdəki siyasi tarix-

inin  məzmun  və  mahiyyətcə  birmənalı  olaraq  türklərlə  bağ lılığı  müasir

Azərbaycan və İran dövlətlərini vahid tale müstəvisində qovuşduran ilahi

dialektikadır. Azərbaycan (o cümlədən Türkiyə) yeganə dövlətdir ki, onu

İrana düşmən olmağa heç nə məcbur edə bilməz. Bu gün İranla «can bir

qəlbdə olan» Ermənistan onu öz mənafeyi naminə fikirləşmədən qurban

verər. Ona görə müasir İranda və dünyada onun Azərbaycanla candan və

qandan gələn qardaşlığını düşmənçiliyə çevirmək istəyən qüvvələr var və

bu  niyyət  xüsusilə  Ermənistanın  İrana  münasibətdə  yeritdiyi  xarici

siyasətin heç də gizlədilməyən əsasını təşkil edir. Nizaminin azərbaycan-

lı  olmaması  haqqında  son  dövrlərdə  İrandan  gələn  səslərin  arxasında

erməni məkrinin durduğu da aydın görünür. 

Nizaminin  Azərbaycan  xalqına  və  ədəbiyyatına  mənsubluğu,  yaxud

məsələnin daha geniş aspekti kimi, onun milli və ədəbi kimliyi məsələsi

tədqiqatçılardan bu problemin həllinin uyğun metodoloji modelinin tapıl-

masını  tələb  edir.  Mövcud  yanaşmalarda  kifayət  qədər  ağıllı  məqamlar,

aktual  tezislər,  ciddi  postulatlar  olsa  da,  problemin  həllinin  metodoloji

sistemi bugünə qədər ortaya qoyulmamışdır. Bu, məqalənin həll edəcəyi

məsələ olmasa da, onun ümumi konturlarına toxunmaq, əsas tezislərindən

bəhs etmək mümkündür.

Birincisi, bu məsələdə ilk növbədə milli kimliklə ədəbi kimliyin müna-

sibətlərini aydınlaşdırmaq lazımdır. Çünki bunlar heç də həmişə biri-biri-

ni təsdiq etmir. Bu baxımdan:

milli kimlik – yaradıcı şəxsin milli-etnik mənsubiyyəti;

ədəbi kimlik – onun hansı milli-ədəbi maraqları təmsil etməsidir.

İnsanın milli etnik mənsubiyyəti də onun milli kimliyini heç də həmişə

təyin etmir. L.N.Qumiloyun dediyi  kimi, bir insanın milləti onun etnik-

bioloji  mənsubiyyəti  ilə  yox,  özünü  milli  baxımdan  kim  olaraq  dərk




Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə