Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 1,45 Mb.
səhifə41/67
tarix25.06.2018
ölçüsü1,45 Mb.
#51687
1   ...   37   38   39   40   41   42   43   44   ...   67

111

2012/

IV

etməsi (milli özünüdərklə) müəyyənləşir. Bu halda Nizaminin milli-etnik

mənsubiyyəti, yəni onun bioantropoloji subyekt olaraq Azərbaycan türkü,

yoxsa fars olması şairin öz yaradıcılığından boy verən milli kimliyini təs-

diq, yaxud inkar etmir. Bu cəhətdən Nizami yaradıcılığında aydın ifadə -

lən miş,  onun  insan  konsepsiyasının  əsas  bədii-estetik  konsepti  səviyyə-

sinə  qədər  inkişaf  etdirilmiş  türk  milli  kimliyi  açıq  şəkildə  boy  verir.

Türklük Nizami yaradıcılığının ruhuna hopmuş, yaratdığı bədii dünyanın

ab-havasına,  rəng-ruhuna  çevrilmişdir.  Keçən  əsrin  20-ci  illərində İrana

səfər etmiş akademik Marrın şəhadətinə görə, İran alimləri farsca yazdığı-

na görə onu İran-fars şairi hesab etsələr də, «Əz asare-Nizami buye-türk

miyayəd»  («Nizaminin  əsərlərindən  türk  iyi  gəlir»)  deyərək,  şairin

yaradıcılığını ruhən (candan-könüldən) qəbul edə bilmirlər.

İran-fars alimlərinin bu etirafı, əslində, Nizaminin milli kimliyini açıq

şəkildə ortaya qoyduğu kimi, onun milli-etnik mənsubiyyətini də aydın-

laşdırır. Yaradıcılığı «türk ətri saçan» şair bütün varlığı ilə türklüyə bağlı

olmuş  və  o,  türklüyü  həm  fəlsəfi-ilahi,  həm  də  bədii-estetik  konsept

səviyyəsində mənalandırmışdır. 

İkincisi, türklük Nizami üçün dərk olunmuş etnik özünüifadə modeli

idi.  «Xosrov  və  Şirin»  əsərində  Azərbaycan  hökmdarı  Məhinbanunun

qardaşı qızı Şirin sevdiyi fars şahzadəsi Xosrovdan ötrü çılğın hərəkətlərə

yol verəndə bibisi ona deyir:

Əgər o – Aydırsa, biz – Afitabıq (Günəşik – S.R.),

O – Keyxosrov, bizsə – Əfrasiyabıq (9, 119).

Bu beyt təkcə Nizaminin yox, eləcə də Azərbaycan xalqının milli kim-

liyinin, milli varlığının, bu xalqın dünyanın harasından başlayıb harasına

getdiyinin  «manifesti»,  milli  «bəyannaməsidir».  Bu  beyt  eyni  zamanda

Nizami şəxsiyyətinin etnik-mədəni varlığımızın hansı qaynaqlarına bağlı

olduğunu, şairin nə qədər aydın milli-ideoloji düşüncəyə malik olduğunu

parlaq şəkildə ortaya qoyur.

Beytdə  İran-Turan  (fars-türk)  kimliyinin  iki  mühüm  səviyyəsi  ifadə

olunub:


1. Təbii-kosmoqonik kimlik: Ay-Günəş (Afitab);

2. Etnik-siyasi kimlik: Keyxosrov-Əfrasiyab.

Bu qoşalıqda türk mifoloji düşüncəsinin əsas elementləri modelləşib.

Ay (gecə, qaranlıq) astral obraz olaraq Keyxosrovun işarəsidirsə, Günəş




112

2012/

IV

(gündüz,  işıq) Əfrasiyabın rəmzidir.  Keyxosrov İran əsatirlərinin qəhrə -

ma nı olmaqla fasrların siyasi əcdadları, ideoloji eponimləri sırasındadır.

Əfrasiyab da Turan qəhrəmanı, türklərin siyasi hakimiyyət şəcərəsinin ən

mühüm  mifoloji  obrazıdır.  Nizami Ay  obrazını  Keyxosrovun  simasında

İran dövlətçilik ənənəsinin simvolu, siyasi atributu kimi verirsə, Günəşi

də  Əfrasiyabın  timsalında  türk  dövlətçilik  ənənəsinin  ideoloji  simvolu,

siyasi atributu kimi təqdim edir.

Göründüyü kimi, Nizaminin bu beytində türk etnik-mədəni varlığının,

türk mifoloji yaradılış modelinin ən mühüm ünsürləri bədiiləşmişdir. Bu

bədiiləş mə heç bir halda beytdə təqdim olunan milli kimlik informa si ya -

sının  ənənədən  gəlməməsi,  siyasi-ideoloji  düşüncənin  tarixinə  sərbəst

bədii fantaziya müstəvisində yanaşılması kimi yanlış təsəvvürlər yarada

bilməz. Belə ki, Əfrasiyabın hun-türk sərkərdəsi Alp Ər Tunqanın olduğu

məlumdur.  Hun  türklərində  siyasi  hakimiyyət  Günəşə  bağlıdır  və  bu

mənada Əfrasiyab//Alp Ər Tunqa öz mifoloji yaradılış kimliyi ilə günəşi

təmsil edir. Bu baxımdan, Nizaminin sözü gedən beyti ondakı milli kim-

lik  informasiyasını möhtəşəm  türk  tarixinin  hun  dövrünə,  yəni  özündən

1300 il, bizdən isə 2000 il qabaqdakı tarixə bağlayır (bu barədə geniş şək-

ildə bax: 10, s. 152-155).

Üçüncüsü,  istər  İranda,  istərsə  də Azərbaycanda  hələ  bu  günə  qədər

yaradıcı  subyektin  ədəbi  kimliyinin  düzgün  təyinetmə  modeli  tapıl-

mamışdır.  Bu,  birbaşa  «İran  ədəbiyyatı  tarixi»  və  «Azərbaycan  ədəbiy-

yatı  tarixi»  konseptləri ilə  bağlı  məsələdir. Azərbaycan  ədəbiyatşünas lı -

ğında tarixi Azərbaycan ərazisi ilə hər hansı formada bağlı olan avesta dil -

li, midiyadilli, mannadilli, albaniyadilli, ərəbdilli, farsdilli, azərbaycandil -

li nə və kim varsa, hamısı Azərbaycan ədəbiyyatı elan edilib. O cümlədən

İran ədəbiyyatşünaslığında fasr dilində yazan əksər yaradıcı subyektləri,

xüsusilə Azərbaycan şairlərini İran ədəbiyyatı saymaq ənənəsi var. Hər iki

ənənə yanlışdır.

Şərq ədəbiyyatı tarixində ərəb dilində yazmaq ənənəsi olduğu kimi, fars

dilində yazmaq ənənəsi də olmuşdur. Bu, bütün ərəbdilli şairlərin ərəb ədə -

biyyatına mənsub olması demək olmadığı kimi, bütün farsdilli şairlərin də

fars ədəbiyyatına mənsub olması demək deyil. Nizami fars di lində yazmış -

dır. Bu halda o, birmənalı şəkildə farsdilli ədəbiyyatın nüma yəndəsidir. An -

caq farsdilli ədəbiyyat heç də tamamilə fars ədəbiyyatı demək deyil. Burada

farsların fars etnopoetik düşüncə modelində ya rat dıqları fars ədəbiyyatı sa -

yıldığı kimi, Nizami və onun kimi Azər baycan şairlərinin fars dilində, lakin




113

2012/

IV

türk  etnopoetik  düşüncə  modelində  yaratdıqları  da Azərbaycan  ədəbiyy-

atıdır.  Belə  olmasaydı,  İran  mütəxəssisləri  Nizamini  formal  olaraq  İran

ədəbiyyatı tarixinə daxil etsələr də, onu «türk ətri saçan» («türk iyi gələn»)

sənətkar kimi öz milli ruhlarına yad hesab etməzdilər.

Dördüncüsü, Nizami nə onun yaradıcılığında təcəssüm olunan ümum-

bəşəri və milli ideallar, nə də mənsub olduğu dövrün ədəbi məkanı ba xı -

mından ona bu gün dar milli maraqlar, məkrli siyasi niyyətlər müstə vi sin -

də yanaşan rus şovinistlərinin və İran ermənisifət siyasətbaz larının dərk

edə  biləcəyi  fenomen  deyil.  O,  ümumbəşəri  şairdir.  Öz  ya radıcılığında

bütün dünya xalqlarının, ümumən insanlığın mənafeyini güdən, yaratdığı

milli obrazlar gülşənində türklüyü bədii-estetik gözəlliyin etalonuna çevi -

rən  Nizami  tərənnüm  etdiyi  bu  ümumbəşəri  və  ümumilli  idellara  görə

dünya  ədəbiyyatının faktına çevrilmişdir. Onu  dar milli  çərçivəyə  sığış -

dırmaq  istəyən  hər  kəs  (o  cümlədən  bu  iddiaya  düşə  bi lə cəyimiz  halda

bizlər də) bu həqiqətlə razılaşmalıdır. 



Nəticə.  Nizamini  nə  farsdilli  Şərq  ədəbiyyatı  tarixindən,  nə  farsdilli

Azərbaycan ədəbiyyatı tarixindən, nə də öz milli-etnik dühasını fars dilin -

də  gerçəkləşdirməklə, bu  dildə yaranan ədəbiyyata  Firdovsidən  ta ma milə

fərqli olaraq ümumbəşəri dəyərlər gətirdiyi, Firdovsinin yaratdığı dar mil-

lətçilik  ideyaları  içərisində  boğulan  ədəbiyyata  onun  ehtiyacı  olduğu

ümum milli ideyaları bəxş etdiyi fars ədəbiyyatı tarixindən ayırmaq ol maz.



ƏDƏBİYYAT

1. Araslı H. Şairin həyatı. Bakı, 1967 

2. Алиев Р. Поэма о бессмертной любви. Баку, «Язычы», 1991

3. Rüstəmova A. Nizami Gəncəvi: həyatı və sənəti. Bakı, «Elm», 1979

4.  Алиев  Г.  Темы  и  сюжеты  Низами  в  литературах  народов  Вос тока.

Москва, «Наука», 1985

4. Araslı N. Nizami və türk ədəbiyyatı. Bakı, «Elm», 1980 

5. Sasanian Ç. Nizaminin «Leyli və Məcnun» poeması. Bakı, «Elm», 1985

6. Yusifov X. Şərqdə İntibah və Nizami Gəncəvi. Bakı, «Yazıçı», 1982

7. Rəsulzadə M.Ə. Azərbaycan şairi Nizami. Bakı, 1991

8. Rəsulzadə M.Ə. Azərbaycan şairi Nizami. Bakı, «Təknur», 2011

9. Gəncəvi N. Xosrov və Şirin. Tərcümə edəni Rəsul Rza. İzahların mü əllifi

M.Sultanov. Bakı, «Yazıçı», 1983

10. Rzasoy S. Oğuz mifinin paradiqmaları. Bakı, «Səda», 2004



Rəyçi: F.e.d., prof. Kamran Əliyev


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə