Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 1,45 Mb.
səhifə42/67
tarix25.06.2018
ölçüsü1,45 Mb.
#51687
1   ...   38   39   40   41   42   43   44   45   ...   67

114

2012/

IV

QUBADLI FOLKLORUNDAN ÖRNƏKLƏR

QUBADLI  FOLKLORUNDAN  ÖRNƏKLƏR

Dağlıq Qarabağın cənub-qərbində yerləşən Qubadlı rayonunun çox qə -

dim və maraqlı tarixi var. Bu rayonun ərazisi tariximizin sirlərini divar-

larına həkk etmiş qədim abidələrlə zəngindir. Rayon əsasən dağlıq, dağ -

ətə yi,  meşə  və  çay  yatağı  ərazilərindən  ibarətdir.  Qubadlıda  Bərgüşad,

Hə   kəri, Kiçik Həkəri, Ağaçayı, Bəxtiyarlı çayı, Xoşgədik çayı, Dovudlu

çayı  və  600-dən  artıq  minerallarla  zəngin,  soyuq  sulara  malik  bulaqlar

var. Araz çayının qolları üzərində salınan Laləzar və Hacı Bədəl körpü lə -

ri nin adları kimi tarixləri də maraqlıdır. Gavur yarğanındakı mağara-ziya -

rət gahlar,  Muradxanlı  və Əliuşağı kəndlərindəki  qədim qüllələr,  Də mir -

çilər kəndindəki məqbərələr bu torpaqların hələ də açılmamış qədim sir-

lərindən xəbər verir.

Zəngəzur ərazisi kimi tanınan bu torpaqlar hər zaman dava-muharibə

meydanı olmuşdur. İstər xarici qüvvələrin hücumları, istərsə də yerli icti-

mai-siyasi, sosial proseslər bu bölgədə yaşayan əhalinin şifahi mətnlə ri -

nin  –  foklor  nümunələrinin  formalaşmasına  birbaşa  təsir  etmişdir. Yerli

əhalinin mərasimlərlə, bayramlarla bağlı adət-ənənələrinin icrası zamanı

yaratdıqları  şifahi  inciləri  bu  günümüzə  kimi  də  yaşamaqdadır.  Doğma

torpaqlarını tərk etməyə məcbur olan qubadlılar adətlərini, mədəniy yət lə -

rini, şifahi mətnlərini məşkinlaşdıqları ərazilərə daşıyaraq yenə də yaşa -

dırlar.

Söyləyicilərim, ömürlərinin xeyli hissəsini Qubadlıda yaşamış, elinə-



oba sına, adət-ənənəsinə bağlı olan insanlardır.

Elnarə ƏMİRLİ


115

2012/

IV

Pirlər haqqında

İmamzadə piri

Biz  o  ili  imamzadada  qəbrin  üsdün  götürəndə  (söyləyicinin  oğlu

İmam zadə qəbiristanlığında dəfn olunub – top.), and olsun Allahın adına,

o səs elə bil indiki kimi qulağımdadı, gördüm, ə, qulağıma belə bir marax -

lı səs gəlir e, insan səsi deyil, heyvan səsidi, çox maraxlıdı. Bı rəhmətdih

Ramizə qayıtdım dedim ki,  ə, vallah bırdan  elə bir maraxlı  səs gəlir ki,

məçit  tərəfdən.  Ma  çox  maraxlıdı.  Dedi  ki,  sən Allah,  fikrin  dağınıxdı,

həylə eləmə işin də yarımçıxdı. Bir az aradan keçənnən sora gördüh, elə

məçidin yanınnan bir cüt əlih gəldilər, bizim altımızdan alma za-saymaza

keçip getdilər bı kahıya sarı (İmamzadəni ziyarət etməyə – top.). Sora onu

mən  Tələtə  sual  verdim.  Dedim  o  əlihlər…  Dedi  ki,  ay  Miri,  səni  sağ

olasan,  ollar  neçə  ildi,  bıra  ziyarətə  gəlillər,  ozü  də  tüfəngə  gəlmillər.

Deyir, bax bi qayanın dibində də neçə dəfə çıxıp qabağa, isti-yiplər ollara

tüfənk atsınnar, ollar gözə görünmüyüplər. Sora biz qutardıx işi, qayıdıp

Göyrəbasa  gələndə  gördux,  bizim  o  Göyrəbasa  gələn  yolun  üsdündəcə

özdəriçün otduyullar. Bax İmamzadada bı işdəri iki dəfə mən görmüşəm.

Bir  də  Göyrəbasda  bı  muharibənin  pis  vaxdıydı  (Qarabağ  müharibə -

sinin  –  top.). And  olsun Allaha,  o  getdiyim  ocaxlar  hakqı,  tüfəh  elə  bil

küşdəy di, iki dəfə, üş dəfə əl atdım tüfəyi götürməyə, tüfəh əlimə gəlmə-

di. Dedim Allah, bı nə möcüzədi? Durdum çıxdım. Çıxdım gəldim Hey -

dərin evinin yanınnan, onda Göyrəbasda yaşayış azıdı daa. Bı Səltənətin

evinin  böyrünnən  keçməy  isdiyəndə  gördüm,  bı  Mir  Ağa  dədəmin

kalafasınnan bəri bir dənə düyə əlih gəlir. Elə gözəldi, elə gözəldi, inanır-

san ki, göz muncuğu kimi. Səltənətin evinin qırağında belə bir dağdağan

ağacı  varıydı.  Gəl  o  dağdağanın  qabağında  durduca,  belə  baxdı,  baxdı

mənə. Dedim  ya rəbbim,  şükür sənin kərəma, bı da  möcüzədi,  yəqin bı

ziyarətdən gəlir. Əlih döndü yendi elə-belə saymaz getdi. Gedənnən sora

getdim,  Göyrəbasa  gələndə  Tələtgilə  dedim.  Ay  Tələt  atdandı,  oğlu

atdandı ki, onu bizə niyə demədin? Dedim, ə, Allah sizə lənət eləsin. Mən

onu gözümnən görmüşəm ki, o ziyarata gəlip. Bax Mir Ağa dədəmin kala -

fasında da o möcüzəni görmüşəm.

Imamzada hakqında çox çalışdılar ki, görsünnər ki, orda yatan kimdi,

hansıların  (hansı  imamın  – top.)  övladıdı, onu  heş  yerə  çata  bilmədilər.

Seyit Həşim Ağa gəldi orda mücöürruh elədi. Seyit Həşim Ağa uzun müd-

dət  İmamzadıya  baxdı,  qulluğ  elədi.  O  yolun  qırağında  iki  dənə  balaca

evlər varıydı. Onu qonağ evi kimi, ora gələnnər, orda çay qoymağ üçün




116

2012/

IV

gəldi oranı tutdu, qurdu-yaratdı. Özü də orda yaşıyırdı. Ta o vaxda qədər

ki, özü vəsyət elədi ki, mən dünyamı dəyşəndə məni eyvanda dəfn eliyin.

Eyvanda da dəfn eləmişdilər, qəbri ordeydi. Seyit Həşim Ağanı Ağbı lax -

dan  sürgün  elədilər  o  vax  onu.  Necə  sürgün  eliyillər?  Misirxan  qalxoz

sədri işdiyir. Bir maşın otun üsdündə mübahsə düşür ( kalxoz sədri ilə Se -

yid Həşim Ağa arasında – top.). Deyir ki, sən bı kətdən çıxmalısan, Mi -

sirxan deyir haa. Hüseyinxan məllimgilin qohumlarınnandı. Durur yığılır-

yığışılır, deyir ki, mən səni o bir Allaha tapşırdım. Sənin gərəh ti kən göy -

də parçalansın. Bax inan atanın adı hakqı, olduğu kimidi ha. Bax bını bizə

söypət  eləmişdilər.  Gəlir  İmamzadada  yerrənir,  düzəlir,  yaşayış-zad  dü -

zəldənnən sora aparıllar o Ağbılağa çəkilən yola dinamit qoyullar. Trax -

dorçu  gəlip  ordan  keşməliymiş,  orda  çətinnih  yaranır.  Daşı  partdatmağ

üçün dramet qoyullar. Dramet gec açılır. Bının vaxdı keçip da. Kim isdiyir

getməh, heş kim. Axırda kişi (Misirxan – kalxoz sədri – top.) deyir ki, bı

niyə belə oldu da. Elə kişi çatıp baxmağ isdiyəndə dramet partdıyır. And

içirdilər  ki,  o,  gözəgörünməz  yerə  qədər  getmişdi,  onun  tikələri  gəldi

töküldü yerə. Sora onu yığıp ədyala, aparıp onu Ağbılaxda dəfn eləmişdi -

lər. Seyit Həşim Ağanın bax belə möcüzələri vardı.

Sora İslah Seytasdan gedirmiş Göyərcığa. Göyərcıxdan mal aparırmış

– taxıldı, arpa, buğda da...Belə şeyləri anbara daşıyırmış. Qayıdanda şofer

İslaha deyir ki, ə bala, o sarı yoxucun ayağında bir neçə ağaş var, onu gə -

tir, o eyvanın dibində xarap yer var, onu düzəltməyə. Bıllar gedillər. Qa -

yıdanda nətər olursa, saymazdığ eliyillər:

– Əşşi, deyip, deyip dayna, səhər apararam.

Gəlillər,  yoxucun başına  çıxhaçıxda  maşın  aşır. Düz  arxası  qatda ha.

Qaz əlli bir maşını aşır. Bıllar hamısı, bir nəfərin də burnu qanamamışdı.

Bircə İrəhim kişi itir. Cılfırda İrəhim kişi varıydı, o itəndə... Akazıvayetsa,

bı da  qalıp kuzanın altında  kartofun içində. Sora yannan yer açıp kişini

sax-salamat  çıxartmışdılar.  Qayıdıp  gəlillər  kişinin  ayağına,  üzürhaxlığ

eləməyə. Qayıdır:

– Üzür isdiyirəm.

Deyir  ki  (Seyid  Həşim  Ağa  –  top.),  tüpürüm  sənin  sifəta,  mən  onu

özüm  üçün  deməmişdim  da,  bı  ev  üçün  demişdim.  Niyə  eləməmisən?

Nəkqədər eliyillər ki, bınnan üzürrüh eləməyə, o razılıx vermir. Deyir ki,

gedin ağıllanın.

Belə şeylər çoxdu İmamzada hakqında. Onnan sora dədəm olan yerdə,

Əmralı dədəm olan yerdə, Aqam olan yerdə biz nə deyə bilirdih?




Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə