Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 1,45 Mb.
səhifə44/67
tarix25.06.2018
ölçüsü1,45 Mb.
#51687
1   ...   40   41   42   43   44   45   46   47   ...   67

120

2012/

IV

qızıydı, Kamılın da bacısıydı. O gedir bılaxdan sənəyi doldurup gətiməyə,

natəmiz gedir. Orda vırılmışdı. Vırılmax beleydi ki, havalanırdı da, başına

hava gəlirdi. Gətdilər onu yıxdılar o bizim evin böyrünə. Dam evləri varıy-

dı. Dam evində üsdündə ağlaşma qururdular. Rəhmətdih Aqam gəlip baxdı,

bircə dəfə əlin çəhdi, onnan da Şeyda qutardı. Orda Aqam ona demişdi ki,

Allah sa lənət eləsin, ora natəmiz getmisən, hə?

Bir də Ədalət həylə oldu. O da üzünnən irax yerə, o zibildən içiriplər,

göndəriplər ki, ged ordan su gəti. O da həylə olmuşdu. Havalanmışdı, ba -

şına nə hak-hesap gəlmişdi. Seyit Məhəmmət bulağı ağır bılaxdı. Hə mən

qırmızı ilannardan orda da varıdı. O ilannar adi ilan deyildi. Bıllar yeddi

qardaşdılar. Mənim həyətimdə də varıydı, ama mən onnara heş vax dəy -

məmişdim. Çünkü o, əgər neçə ildi bırda yaşıyıp ziyannıx eləmirsə, mən

ona niyə dəyməliyəm?

Həcəkəaltı Seyit Məhəmmət bulağının altındadı. Orda Turabın sinəsi

üsdündə ilan yatıp.



Həşimov Səlim Mir Ələkbər oğlu, Qubadlı sakini, təqaüdçü

Seyid Mir Ələkbər ocağı

Bizim ev, ocağ ağır ocağıdı. Sovetin dövründə baba getdi muharbəyə,

qaldıx  nəneynən  mən.  Uşaxlar  balaceyilər.  Bax o  Dundarrı,  Dəmirçilər,

Xınzirəyin arasında ikimiz nənə-bala nə günnər görməmişih. Ama bizim

ocaxda  mən  ilan  çox  görmüşəm.  Babagilin  evində  hətda  gəlip  qazanın

böyründə yatdığın da görmüşəm.

Uşaxlar balaceydi. Fətdahnan Turap. Gördüh serçələr girillər gözü mü -

zə. Mən ortada oturmuşam, biri o tərəfdə, biri də bı birsi. Torpax eyvandı

da. Elə-belə dincəlirih. Gedəcəm dananın dalınca, bılları qoyup getmə li -

yəm. Gördüm serçələr az qalıllar bizi yesinnər. Sən demə, o qırmızı ilan-

nan biri bir neçə serçə balasın udup, yer tapıp, gəlip getməh isdiyir. Haray

saldım. Səltənətin qardaşı Əyup gəldi, onu nə zülümnən çıxartdı taxdanın

altınnan öldürdü. Gərəh öldürmüyəydi ziyannıx eləmirdisə.

Həşimov Səlim Mir Ələkbər oğlu, Qubadlı sakini, təqaüdçü



121

2012/

IV

Cinlər haqqında rəvayət

Yavər bibinin yoldaşı İbrahim də seyidiydi, Mir Abdullanın oğluydu,

Mələnsənin  qardaşı  oğluydu.  Göyrəbasda  iki  dəyirman  olup:  biri  aşağı

dəyirman, biri yuxarı. Mir Abdulla gəlip Mürşüdün dəyirmanında nöbəsi

gəlip,  taxıl  yühlüyürmüş  gecə.  Axşamnan  xeyli  keçəndə  bir  də  baxıp

görüp ki, bıdrana nağareynən, zurneynən gəlillər: ay nöyüt alan, ay nöyüt

alan! Tökülüllər dəyirmanın qabağına. Bı kişi də əgər durup qol götürüp

oyneseydi,  kişinin  onda  taleyi  pozulurdu.  Kişi  isdiyir  dura  ki,  qol  çala,

Aqam söpət eliyirdi ye – rəhmətdih, isdiyir qol çala oynuya, baxır görür

ki, bı qarmaqarışıxlıx bı dediyinnən deyil. Deməh ordan atı minip Göyrə -

ba sa qışqıra-qışqıra, ağlıya-ağlıya gəlmişdi. Rəhmətdih Aqam orda srazı

başa düşüp ki, bı cinnərdi. Ora elə bir yerdi ki, elə hesab elə ki, elə cin

yığıncağına  bənzər  bir  yerdi  ye.  Kahalardı,  qayaların  arasındadı.  Kişi

ordan qaşmışdı. Bir də camahat tökülüp gedip görüplər ki, ə, nə toy çalan,

nə oynuyan, heş bir şey yoxdu. Taxıl da qutarıpdı.

Həşimov Səlim Mir Ələkbər oğlu, Qubadlı sakini, təqaüdçü

Süleyman peyğəmbər

Deyillər  ki,  Süleyman  peyğəmbərin  barmağında  üzüh  varıymış.  O

üzüyü  onun  barmağınnan  çıxardıp  öz  barmağına  geyən  adam  dünya

durunca yaşamalıymış. Deyillər, Bulki adında bir oğlanın atası tacir olur,

dünyasın dəyişir. Cümələri, qırxı-zadı verənnən sora anasınnan icaza alır

ki, ana, mən atamın xəznəsin yoxlamalıyam, görüm atamın nə var-dövləti

var. Bı durur yenir gedir xəzniyə girəndə baxır görür ki, bir küşdə bir dənə

gözəl mücrü var. Deməh, bütün var-dövlətin hamsınnan o seçilir. Müc rü -

nü götürüp açanda baxır görür ki, içində bir kitap var, Süleyman peyğəm-

bərin  adı  yazılıp.  İçərsində  də  onun  adınnan  olan  şeylərdi.  Bı,  kitabı

götürüp gəlir evə, anasına da deyir ki, mən atamın meydin çıxardıp yan -

dırmalıyam. Anası düşür bının ayağına yalvarmağa. Oğlan deyir ki, ola-

cağı yoxdu. Ana:

– Səbəbi nədi?

–  Çünkü  atam  bı  kitabı  kilitdiyip,  onun  içərsində  olan  əhvalatdan

camahata heş nə çatdırmıyıp camahatı yola gətirməh üçün.

Orda deyir ki, ana, ras ki yol vermədin mənə, baş götürüb tərki-cahan

olup getməliyəm. Vətənnən getməliyəm.

– Mən Süleyman peyğəmbərin iziynən o vaxda qədər getməliyəm ki,



122

2012/

IV

onun yaşadığı yeri tapbalıyam. Gəlir baxır bir dağın başına, görür ki, bir

cavan oğlan oturup ağlıyır. Salamlaşıllar. Deyir ki, bırda niyə oturmusan,

nə  əhvalatdı?  Deyir  ki,  mən...  hal-qəziyə  belə.  Süleyman  peyğəmbərin

eşqiynən getməy isdiyirəm. Deyir ki, niyə? Deyir:

– Eşitmişəm onun barmağında bir üzüh var. O üzüyü kim barmağınnan

çıxardıp öz barmağına taxsa, o, dünya durduxca yaşıyacax. Bıllar gedil-

lər. Az gəlillər, çox gəlillər. Gəlillər, guya nə qədər dəryalar, çaylar keçip

gəlip  onu  görməlidilər.  Gəlib  Süleyman  peyğəmbərin  qəbrinə  çatanda

isdiyillər üzüyü çıxartmağa. Bılların gözünə həqqi görükür. Onun altınnan

bir ilan çıxır, başın qaldırır, deyir Afan, çəkil, üfürərəm sizi elə ki, külə

dönüp göyə sovrularsız. Bıllar inanmıllar. Bir dəfə, iki dəfə, üçüncüdə bı

əl atıp barmağınnan üzüyü tərpədəndə ilan bını yandırır. Onnan da Afan

orda pərt olur. Bulki qayıdır, axırı gəlip tapbır.



Həşimov Səlim Mir Ələkbər oğlu, Qubadlı sakini, təqaüdçü

* * * 


Atalardan-babalardan  qalıp  ki,  boz  ay  bozara-bozara  gələr. Ama  boz

ayın bir gözəl xasyəti var ki, yazın isdi havası qabağa gəlir deyə o, acizdih

eliyir.  Öz  hökmünü  gösdərə  bilmir  ki,  qabağa  gözəl  yaz  gəlir.  Çiçəhlər

gəlir, ağaşdarın açılmasıdı, torpağın oyanmasıdı. Bıllar hamsı var. Kiçih

çillənin özü bir hökmülü döyül, ama ciddi soyoğu var. Deyir ki, kiçih çil-

lənin  soyoğu,  təndirə  yapar  toyoğu.  Belə  bir  şey  var.  Hərəkət  elədi,  ta

onun qabağında heş nə dayana bilməz.

Həşimov Səlim Mir Ələkbər oğlu, Qubadlı sakini, təqaüdçü

* * *


Danışırdılar ki, əgər bir insan qızıl taparsa, ağıllı insannar, onu mun -

darramalıdı ki, yəni o qızıl ona qismət olsun. Bını bizə söhpət eliyip lər,

deyiplər. Rəhmətdih İmleyla bibimnən də mən onu eşitmişəm. Adam var

ki,  sevincinnən  onu  qucaxlıyır,  ama  o  pay  ona  qismət  olmur  ha.  Bıllar

həqqətdi. O ilanın da qızıl ətrafında olmasında genə də deyir bir hökmü

var. İlan, deyir xəznəni sevəndi. Onu da genə rəhmətdih İmleyla bibim de -

yirdi ki, o yerdə ki, ilannar bol yatıllar, orda mütlək yatar (bu ərazidə xəz-

inəyə yatar deyirlər – top.) var. O sirrəri biz aça bilmərih. Qocalardan ötə -

ri-keçəri nə öyrənmişihsə,odu.

Həşimov Səlim Mir Ələkbər oğlu, Qubadlı sakini, təqaüdçü



Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə