Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 1,45 Mb.
səhifə45/67
tarix25.06.2018
ölçüsü1,45 Mb.
#51687
1   ...   41   42   43   44   45   46   47   48   ...   67

123

2012/

IV

Lətifələr

Kəntdə  bir  kişi  varıydı.  Arvadının  da  adı  Balışıydı.  Bı,  danışdıxcan

demax ki, demax ki deyirmiş. Demax ki, demax ki deyəndə arvadı deyip

ki, a kişi, səni and verirəm Allaha, bir də bı demax ki sözun deməginən.

Axı biz utanırıx, elə qızdar da utanır. Elə hər sözündə demax ki deyirsən.

Belə  deyənnən  sora  bı  xeyləh  dinmir.  Dimmir,  dimmir,  birdən  qışqırır

bının üsdünə:

– Az, sənin sözunan demax ki, demax ki demiyəjəm?



Novruzov Şahsuvar Novruz oğlu, Qubadlı sakini, təqaüdçü

* * *


Bı  kişi  əsgərriyə gedir  gəlir. Rus  dilində heylə  bilmir. Elə  bı  netinən

yesi bilir. Numayiş adında orda bir kalxozun sədri varıydı. Allah rəhmət

eləsin. Ölüpdü. O deyir ki, ə, Fərzalıdan düz adam yoxdu, onu qoyum xır-

mana. Xırman da kəndə yaxundu. Deməh, gecə danışılanda səs çox gedir

axı. Səssizdih olur, ona görə də çox gedir. Bir də İmamverdi adında bir

nəfər cavan oğlan da qoyur bının yanına ki, iki nəfər qarovul çəhsinnər.

Buğdanı da yığıp süsdüyüplər, belə çoxlu buğda. İkisi indi bırda qarovul

çəkir. Fərzalı baxır görür( bij adamımış da ) deməh bı çöl havasıynan o

insannarın – çobanın da zehni, onnan sora dünyagörüşü, təcrübəsi o qədər

güjdü olur ki, dediyi sözdər hamısı düz çıxır. Məsələn, yağış yağajax, düz

çıxır. İndi müşahidə eliyiplər həməşə, yaddarında saxlıyıplar. Yaddaşdarı

da güjdü olup. İmamverdi çox qurtdalanır oənə – bənə. Deyir ki, Fərzalı,

gedim evdə bir stəkan çay içim, gəlim. Deyir ki, get, neynəh, mən bırda -

yam da. Hələ axşama var. İndi gəlip bırda məni öldürüp taxılı apar mı ya -

jaxlar ki. Hə, bı gedir, gəlir. Gələnnən sora görür ki, ə, bı gedəndə axı bı -

nın qarnı-zadı yoxuydu. İndi qarnı olup belə. Heş demə, iki dənə me şo ğu

bağlıyıp ortasına ki, bı görməsin da, Fərzalı görməsin. Evləri də ya xı nıydı

kəndə.  Xeylax  qalannan  sora  Fərzalı  özün  vırır  bij diyə,  başdıyır  xo -

ruldamağa. Çığırır bir-iki dəfə ki, Fərzalı, Fərzalı. Cavap vermir da. Eşi -

dir, gözünün altıynan baxır ki, görüm bı neyniyir. Onnan sora (İmamverdi

– top.) dizin qoyup yerə başdıyır meşoxları doldurup dalına alanda:

– Ey, qara pişih, şto delayet?( Rus dilində bir bını bilir).

Deyip:

– Anqırma, tökürəm yerinə.



Eşitdilər, biyabır olajax da ki, bala, səni düz adam bilip qarovul qoy-


124

2012/

IV

muşam. Bəs bı nə hak-hesapdı? Bı qalır elə-belə, yalvar-yapış elıyır, qay-

tarır meşoğu da tökür ora, deyir ki, Fərzalı, səni ant verirəm Allaha, bını

ayrı yerdə danışmagınən, biyabır olaram ha. Axır ki, sözü saxlıya bilmir.

Numayiş deyir ki, mən bilirəm İmamverdini, fərağat oturan adam deyil.

Nətər oldu, nejə oldu? Deyip ki, hal-qəziyə belə. Numayiş də gəlip idara-

da deyip. Sora da düşüp camahatın ağzına. Kimi dindirirdin, deyirdi ki,

anqırma, tökürəm yerinə.



Novruzov Şahsuvar Novruz oğlu, Qubadlı sakini, təqaüdçü

Novruz adətləri

I mətn

Atalardan-babalardan  qalıp  ki,  boz  ay  bozara-bozara  gələr. Ama  boz

ayın bir gözəl xasyəti var ki, yazın isdi havası qabağa gəlir diyə o, acizdih

eliyir,  öz  hökmünü  gösdərə  bilmir  ki,  qabağa  gözəl  yaz  gəlir.  Çiçəhlər

gəlir. Ağaşdarın açılmasıdı, torpağın oyanmasıdı. Kiçih çillənin ciddi so-

yoğu olar. Deyir ki, kiçih çillənin soyoğu təndirə yapar toyoğu. Belə bir

şey var. Hərəkət elədi, ta onun qabağına heş nə dayana bilməz.

Həşımov Səlim Mir Ələkbər oğlu,Qubadlı sakini, təqaüdçü

II mətn

Mən,  əmmoğlu  Şükür,  Şükürün  dayısı  oğlu  Zahid  qodu  gəzdirirdih.

Qodu gəzdirməh nəyiydi? Kosa gəzdirməyiydi, biz ona qodu gəzdirməh

deyirdih. Hə, arvat paltarı geyinirdih. Əsas da arvat paltarın qodu geyinir-

di. Qəmişdən tütəh düzəldirdih. Bir nəfər tütəh düzəldirdi, onu çalırdı, bir

nəfər də köhnə vedrəni-zadı götürüp dank-dunk, guya toy çalır. Gedirdih

evlərə, elə bil ki, əvvəlcədən uşaxlar gedirdi, toran düşməmişdən qabax.

Torba atırdılar, uşaxların torbalarına bayram payı verirdilər. Onnan sora –

qarannıx düşənnən sora qodu gedirdilər, qodu gəzirdi. Qodu gəzənnərə də

pul  verirdilər.  Qoduya  ancax  pul  verirdilər.  Hammı,  elə  bil  ki,  sevinirdi.

Noruz bayramı gələndə, həqqətən də, hammı sevinirdi. Camahat, o ev yox-

uydu  ki,  hammı  evin  tökürdü,  təmizdiyirdi,  yığışdırırdı,  evin  ağar dırdı.

Bütün orda – Noruz bayramında bütün böyüh-uşax təzə paltar geyinməliy-

di.  Hammı  təzə  paltar  alırdı.  Əsas  Noruz  lap  şənnihli  Mahruzdu,  Zilannı

kətdərində keçirirdilər e. Ollar lap dəhşətdi keçirirdilər – çox ma raxlı.

Baxşalıyev Hümbət Məhəmməd oğlu, Qubadlı sakini, təqaüdçü



125

2012/

IV

III mətn

Bizdə  Noruz  adəti  də  bir  az  fərkli  olurdu.  Düzdü,  hər  halda  bir  az

uyğunnuxları var rayon mərkəziynən bizim kəndin də, ama daha maraxlı

olurdu. Mənim uşaxlığım orda keçip. Bılların hamısı yadımdadı. Əvvəl-

əvvəl bı yalançı çərşənbələr keçirdi, bı vaxdı heş nə eləmirdilər. Bı hansı

ki  dört  dənə  çərşənbə  yoxdu,  doğruçu  çərşənbə  deyidih  biz  ollara.  O

çərşənbələrin  hamısında  tonqal...  Tonqal  yox,  bizdə  o  vaxdı  küləş  yan -

dırırdılar, yəni otun qalığın yandırırdılar də. Hər bir ev, öz də ayrı- ayrılıx-

da hər həyətdə bı tonqal yandırılırdı. Ama axırıncı çərşənbə daha təm tə -

raxlı keçirilirdi. İlaxır çərşənbə. Həmin gecə qədir saxlıyırdılar. İkinci gün

gecə-çərşənbə gecəsi. Həm tonqallar yandırılırdı hər kəsin öz qapısında,

ayrı-ayrılıxda. Eyni zamanda da cavannar da, yəni uşaxlar- oğlannar ayrı,

qızdar  ayrı  və yaxut da  elə  qarışıx qədir saxlıyırdıx. Mən özüm,  elə bil

iştirak eləmişəm. Qədir saxlıyırdıx. Ta bırda pul yığılıp yüksəh məbləğdə

nəsə almırdın da. Hərə öz evinnən. Yağ gətirən, düyü gətirən. Bir stakan

yağ, bir stakan düyü. Axır ki da bı aş bişiməh üçün nələr lazım olurdusa,

yığılırdı bir yerə. Həmin orda bir bacaranlar aş bişirirdilər, gecəni yeyir -

dilər,  şənlih  eliyirdilər,  çalğı,  fılan-bəşməkan.  Sora  başdıyırdılar  bir-bir

qapıları gəzirdilər, qodu gəzdirirdilər da. Kosa deyirdilər o vax. Bı mə ra -

sim qutarannan sora başdıyır axı bayram. Çərşənbədən sora bayram gəlir

da – ayın irmisi. Bayram günündə şah bəziyirdilər. Bı şahı bir gözəl bə zi -

yirdilər, da bına bir bəzəhlər vururdular. Yadımdadı, qəşəh papax, elə bil,

şah  paltarı  geyindirirdilər  da  kiməsə.  Kim  seçirdi  ki,  məsələn  bı  adam

hündürdü, yaraşıxlıdı, bacarar... Mənim yadımdadı ki, bizim kətdə İslam

olmuşdu. Atı  da  bəziyirdilər. Atın  palanına  qırmızı  belə  qəşəh  şeylər  –

toxunmalı şeylər – əl işdəriynən, qotazdar-zad düzəldirdilər, asırdılar onu

palanının qıraxlarıynan-zadnan qəşəh, yəhərinin, palanının qırağıynan. Bı

şahı otuzdururdular onun üsdündə. Şah həmin gün kimə nə əmr eləsə, onu

yerinə yetirməliydi. İsdiyir yaşdı, isdiyir uşax, isdiyirsən qoca, fərqi yox -

du. Kim ki əmr yerinə yetirmirdi, tutax ki deyirdi ki, bizdə də bilağ uzağ

olurdu axı. Deyirdi ki, ged o bulaxdan su gətir mənə. İndi kimsə də qorx-

urdu da yəqin gecə vaxdı gedip gətirməyə. Əməl eləməsəydi, şahın özü -

nün vəziri vardı, vəkili vardı, cəlladı vardı. Deyirdi ki, cəllad, bını cəza-

landırın.  O vəzirin, vəkilin  məsləhətiynən,  nə  cəza verəh, neyniyəh,  elə

bil ki, bının cəzasını verirdilər. Mənim yadımdadı ki, bir dəfə bizim kətdə

Mehdi varıydı, Çimnazin əri Mehdi. Bax orda o Mehdinin qollarınnan as -

mışdılar dar ağacınnan. Öl dürməh üçün yox da, yəni əmr eliyipsə, yadım-



Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə