Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 1,45 Mb.
səhifə48/67
tarix25.06.2018
ölçüsü1,45 Mb.
#51687
1   ...   44   45   46   47   48   49   50   51   ...   67

toya  hazırraşırdılar.  Toya  hazırraşma  vaxdınnan-  toydan  bir  iki  gün,  üç

gün qabax paltarkəsdi deyirdilər. Yəni bı paltarkəsdi nə deməhiydi? Qıza

alınan bütün avadannıxlar, yəni paltar, ayakqabı, nəbilim qızıl əşyaları- nə

vardısa,  həmin  o paltarkəsdidə  bütün hamıya gösdərirdilər  ki,  qıza  belə

bir avadannığ almışıx. Eyni zamanda həmin bı paltarkəsdi vaxdına bala-

ca, indiki salafannar yoxdu? O salafannara şirniyatdar bağlıyırdılar. Pal -

tarkəsdi qadın məclisi olurdu, ancax qadınnar olurdu. O gələn, paltarkəs-

diyə çağrılan hər adama o şırniyatdan bir dənə hədiyə kimi verirdilər. Gə -

lənnər nəmər verirdi. Görürdün, hədiyə gətirənnər də olurdu. Ya nə bilim

cehiz alannar da olurdu. Pul da verirdilər, ba belə. Ama yüksəh məbləğdə

olmurdu da. O vaxdı- o Savetin dövrunün üç manat, beş manat, iki manat,

elə  olurdu  ki,  mənim  yadımdadı  bir  manat  da  verən  olurdu  həmin  vax-

darda. Paltarbişdidən sora başdıyırdı artıx toya hazırraşmax. Hardasa, to -

ya  hazırraşanda  mağar  tikilirdi,  düzəldilirdi,  süpürülürdü,  təmizdənirdi.

Stollar-zad düzülürdü. Sora həfdənin ya dördüncü günü, ya beşinci günü

toy başdıyırdı. Toy necə başdıyırdı? Axı o vaxdı indiki kimi çox yox da,

zurnaynan  toy  eliyirdilər  bizim  kətdə-  qara  zurnaynan.  O  çalannar  da-

qara  zurnanı  çalannar  da  bizim  yaxın  kəndimizdə  yaşıyırdılar.  Xəbər

göndərirdilər ki, fılan günü mənim oğlumun toyudu, gəlin, və yaxut da qı -

zımın toyudu, gəlin. Bir də görürdün ki, artıq mağar hazırrıyıllar, göz dü -

yüllər ki, toyçular gələcəh. O vaxdı ona toyçular deyirdilər. İndi mu si qi -

çilər deyillər. Bir də görürdün ki, bizdə də kəndimiz meşənin içində yerrə -

şirdi- gözəl, səfalı yerdə. Bir də görürdün artıx qara zurnanın səsi gəlir. Bı

vaxdı o ev yiyəsinin –toy eliyən hansı ki toy sahibinin, ev sahibinin qo -

hum, qardash, bacı- onu isdiyənnər gedirdilər o toyçuların qabağına, or -

dan o çalğıçılarnan bir yerdə, musiqiçilərnən oynuya-oynuya gətirirdilər

çalğıçıları mağara. Başdıyırdı toy üç gün. Dördüncü, beşinci, altıncı gün

və yaxut da beş, altı, bazar günü axşama qədər toy gedirdi. Gəlini də ki o

vaxdı heylə sən deyən maşın-zad yoxuydu axı, ya atnan gətirirdilər və ya -

xut da əgər gəlin kəndin özünnəndisə, elə ayaxnan gətirirdilər- piyada. Öz

də  gəlin  paltarı-zad  geyindirmirdilər,  mənim  yadımdadı,  mənim  əmim

qızının toyu yadımdadı. Adi bir dənə təzə paltar tikirdilər, geyindirirdilər,

gəlini gətirirdilər. Bınnan da toy başa çatırdı.

Həşimova Münəvvər Mir Ələkbər qızı, 1953-cü il təvəllüdlü, müəllimə

2012/

IV

132



Bayatılar

Su gəlir lilləndirir,

Baxçanı gülləndirir.

Mənim günahım yoxdu,

Dərt məni dilləndirir.

Ay tutuldu qaraldı

Gül bənizim saraldı.

Vətənnən ayrı düşdüm

Dünya mənə daraldı.

Daş gəlir sellərinən,

Dərt gəlir ellərinən.

Bı dərt məni öldürməz,

Yandırar illərinən.

Mən aşıx kərəm dağlar,

Gülü yox dərəm dağlar.

Gözəl Vətən dərdinnən

Ürəyim vərəm bağlar.

Ellərimin dağı var,

Çıxma yola yağı var.

Dindirmə qan ağlaram,

Məndə vətən dağı var.

Dünya nədi, hədərdi,

Ömür gəldi-gedərdi.

Ürəh xırda, dərt böyüh,

Hara yığım bu dərdi?

Aşığam aşıxlara,

Dili dolaşıxlara.

Əlimə bir saz allam

Qoşullam aşıxlara.

2012/

IV

133



Aman fələh, dad fələh,

Qəlbin olsun qan fələh.

Bizə verdiyin dərtdən

Bir özün də dad, fələh!

Şalım qara boyandı,

Ucu yerə dayandı.

Mənim bu ah-naləmnən

Göydə fələh də yandı.



Həşimova Münəvvər Mir Ələkbər qızı, 1953-cü il təvəllüdlü, müəllimə

2012/

IV

134



Qardaş türk folklorundan

AĞ TAYÇI

(Əvvəli ötən sayımızda)

2012/

IV

135


Açarlardan istifadə etmədən

Ağ Boro atından enmədən

İki qanadlı qara qapını

Atının üstündən açdı

Sarayın içinə baxanda

Temir xaqanın qızı

Üzünə, başına baxılmaz

Əli, ayağı tanınmaz

Hər tərəfinə qurd düşüb

Burada otururdu.

Onu görən Ağ Tayçı

Atının üstündən ona tüpürdü.

Sonra oradan uzaqlaşdı.

Gümüş saraya gəldi

«Yavaş, nə üçün Temir xaqan

Gümüş saraya girmə dedi.

Gedib görmək istəyirəm» – dedi.

Ağ Tayçı öz-özünə düşündü.

Ağ Boro atından endi.

Qanadlı qara qapını

Çətin bəlaya düşdü.

Gümüş saraya girəndə,

Bir yanından baxanda ay şəkilli

O biri yanından baxanda günəş şəkilli

Yeddi bir-birindən gözəl gəlin

Aylı yerin qəribləri.

Burada otururdular

«Sən, gözü atəşli yaradılmış

Günəşli yerin qəribi

Buraya niyə gəldin?

Bu yerin xaqanlarının

Suyu insan qanı

Yeyəcəyi insan ətidir

Qədəhi insan başından

Zalım xislətlilərdir.



2012/

IV

136


Burada qalmadan

Tez geri dön».

Yeddi gəlin bir ağızdan

Ağ Tayçıya bunları söyləyərək

Gözləri kədərli oturdular.

Ağ Tayçı başına gələnləri,

Niyə buraya gəldiyini

Yeddi gəlinə anlatdı.

«Qara daş saraydakı

Toya gedirəm.

Əyləncəni görməyə gedirəm».

Onu eşidən yeddi gəlin

Dizlərini döyüb

Hörüklərini sığalladılar.

«Biz də yer üzündən gələrək

İşgəncəyə məruz qaldıq

Sənin kimi bir gənc

Ərliyin əlində ölməkdənsə,

Yenidən yurduna dön» – deyə

Yeddi gəlin söylədi.

Göz yaşı tökdülər.

Fəqət bahadur Ağ Tayçı

Onların sözünü dinləmədi.

Oradan sürətlə çıxdı.

Qara daş saraya yönəldi

Yeddi gəlin ardından çıxdı.

Ağ Tayçının ətəyindən tutdular.

Yeddisi də süründü.

Ağlayıb, inləyib yalvardılar.

Getməsin deyə dil tökdülər.

Bahadur Ağ Tayçı

Onların sözünü dinləmədi.

Sürətlə gedərək

Qara daş sarayın qapısını

Sağ ayağıyla itələdi.



Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə