Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 1,45 Mb.
səhifə49/67
tarix25.06.2018
ölçüsü1,45 Mb.
#51687
1   ...   45   46   47   48   49   50   51   52   ...   67

2012/

IV

137


Yeddi gəlin geri qaçdı.

Ağ Tayçı içəri girəndə

Bir boz qurd gəldi.

Qucaqdan geniş boyunlu

Dişləri bir qulacdan çox idi.

Qurdun iki gözü atəş kimiydi.

Bahadur Ağ Tayçı

Boz qurdu cəld tutdu.

Qurdu ikiyə ayırıb

Qapıdan fırladıb atdı.

Oradan irəliyə gedib

İkinci qapını da qırıb açdı.

Qan-sarı ayı qarşı gəldi

Ağ Tayçıya sillə vurdu.

Hirslənməyən Ağ Tayçı hirsləndi.

Qan-sarı ayını tutub

Qurda etdiyi kimi

İki qapıdan fırladıb atdı.

Oradan irəliyə yüyürüb

Üçüncü qapını da itələyib açdı.

Altmış qulac şeytan ilan

Alt dodağı yeri yalayaraq

Ağ Tayçını udmağa gəldi.

Onu görən Ağ Tayçı

Sağ əliylə üst dodağını tutdu.

Altmış qulac ilanı

Quyruğuna qədər ikiyə ayırdı

Üç qapıdan çıxarıb fırlatdı.

Əli belə titrəmədi.

Sonra əsəbləşərək

Bahadur Ağ Tayçı

Dördüncü qapını itələyib qırdı.

Əti sümüyü bilinməyən



2012/

IV

138


Yer göbəkli Barın Bökö

Bahadur pəhləvan qarşı gəldi.

Sağın-solun yoxladı.

Çiynindən tutub çəkdi.

İkisinin çəkişməsindən

Daş saray guruldadı.

Dəmir oturaq əridi

Beləcə dava edərkən

Ağ Tayçı bahadurun

Əti, qanı isindi.

Ər gücünə güc qatıldı.

Yer göbəkli Barın Bökönü

Yuxarı qaldıraraq

Dəmir oturağa vurdu.

Qabırğalarını vurub sındırdı.

Fırladıb dörd qapıdan atdı.

«Ee! Temir Xaqanın toyu, əyləncəsi,

Tərifə dəyərmiş doğrusu!

Bahadurlara hörmət edilən,

Müqəddəs yeməklər yeyən

Tərifə layiq toy oldu – deyə

Ağ Tayçı kinlə danışdı.

Beşinci qapını da qırdı.

Altmış qulac azı dişli

Arslan pəhləvan çıxıb gəldi.

Sağın-solun yoxladı.

Daş saray silkələndi.

Dəmir oturaq əyildi

İki gün dava etdilər.

Üçüncü gün girəndə

Bahadur Ağ Tayçı

Altmış qulac azı dişli

Arslan pəhlivanı yuxarı qaldırdı.

Dəmir oturağa vurdu».




2012/

IV

139


Qabırğalarını vurub sındırdı.

Onurğasını vurub sındırdı.

İtə yeməyə leşini də saxlamadan

Atəş külü kimi sovurdu.

Boş bahadura qalib gələrək

Ərlik Biyin hazırladığı.

Pəhlivanları öldürərək

Ağ Tayçı təkrar çıxdı.

Atı Ağ Boroya minərək

Güclü qamçısını qaldırıb

Qara daş sarayı parçaladı.

Sonra Ağ Boronu çevirib

Temir Xaqana yönəldi.

Acı fəryad qopartdı.

Sağa-sola fit çaldı:

«Hazırladığımız toyda

Yaxşıca əylənib, dönüb gəldim!

Sizin kimi bir böyüklə

İçki içməli deyə düşündüm!

Aylı, günəşli Altaydan

Çağırdığınız qonaqlarınızın

Çıxıb atını alın» – deyə

Ağ Tayçı bağırdı.

Altından enmədən gözlədi.

Temir Xaqan titrəyib

Yavaşca qapıdan çıxıb gəldi.

«Mənə belə bağıra bilən

Bu alp hardan gəlib?

Mənə Ərlik Biyin özü belə

Belə pis söz söyləmədi.

Sən hardan gələn küçüksən?

Mən səni tanıyıram» – deyə

Temir Xaqan danışdı.

Yenidən sarayına girmək üçün döndü.

«Uzun quyruq inəkdə yaradılmış,



2012/

IV

140


Utanmaz üz səndə yaradılmış

At öldürüb yeməklə

Ər öldürüb dadına baxmaqla

Qımırlanan it səni!» – deyə

Ağ Tayçı bağıraraq

Temir Xaqanın hörüyündən tutdu.

Güclü qayış qamçısıyla

Çiyninə vurub,

Qabırğasını əzişdirərək vurub

Qamçısına doladı.

Temir Xaqanın ahı, inləməsi

Yuxarıdakı Altaydan duyuldu.

Yanındakı Ərlik də duydu.

Ağ Tayçıya yalvarıb

Mərhəmət diləndi.

Fəqət Ağ Tayçının qəzəbini

Yumşaldacaq heç nə yoxdu.

Temir Xaqanı qamçı ilə

Əlini soya-soya,

Yerdə bəyaz sümüyü qaldı

Yumşaq əti dağıldı

Sonda Ağ Tayçı

Səkkiz budaqlı dəmir qovağı

Tutub daşından yardı,

Müqəddəs qovağa bağladı.

Dəmir qovağı yenidən

Yarılan yerindən düzəldib

Tutub yaxşıca sığalladı

Temir Xaqanın bərk sümüyü

Saqqız kimi əridi

Dəmir qovğa gübrə oldu

İndi bunlar olanda,

Durduğu yer silkindi.

Daş saray sallandı.

Temir Xaqanın xatunu çıxdı.



2012/

IV

141


Ağ Tayçıya bunları söylədi:

«Ağ Tayçı bahadurum

Bu səsdən qorxma

Otuz başlı Ox çılan adlı

Mənim oğlum gəlir.

Sənə pislik düşünərsə,

Mən onu durduraram...»

O sözünü bitirərək,

Otuz başlı Ox çılan bahadur

Gəlib durdu.

Salam belə vermədən,

Söz söyləmədən,

Gəlib Ağ Tayçını tutdu.

«Sən atamı öldürən it!

Ər gücünü görəcəyik!

Şənini, ününü biləcəyik» – deyə

Otuz başlı Ox çılan bahadur

Acı-acı bağırdı.

Ağ Tayçıyla tutuşdu.

Doqquz qat dəmirdən xırmanda!

İki bahadur çəkişdi

Temir Xaqanın xatunu

İki dizinin üstünə yıxılıb

Çöküb yalvardı.

İki hörüyünü sığallayıb

Oğluna bunu dedi:

«Ağ Börö ata minən

Ağ Tayçı bahaduru

Dəfələrlə elçi göndərib

Atan özü çağırdı,

Onu öldürmək üçün

Çoxlu tələ hazırladı.

Övladım bunun üçün

Atanın qisasını alma

Təmiz qan tökmə».



Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə