Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 1,45 Mb.
səhifə5/67
tarix25.06.2018
ölçüsü1,45 Mb.
#51687
1   2   3   4   5   6   7   8   9   ...   67

12

2012/

IV

sürərək qeyd edirik ki, totem dünyagörüşü forması kimi əksər türklərdə

(bir qism türk mənşəlilər istisna təşkil edir) və оğuzlarda yoxdur. Lakin

Oğuz epik ənənəsində və digər epik ənənələrdə vardır. To tem epik ənə nə -

yə  daxil  olarkən  inanc  mahiyyətini  itirib  simvol  və  rəmz lər  formasında

epik  nümunələrdə  daşınır.  Xüsusilə  böyük  inanc  sisteminə  malik  olan

xalqlarda monoteizm hakim olduğuna görə totemçilik, animistik və s. ba -

xışlar bu xalqların epik ənənələrində dünyagörüşü forma sını itirib, işlən-

mə  məqamına  görə  simvolik  anlayışlar  ifadə  edir.  Yu xarıdakı  mik ro -

mətndə Qazan xan “qaplanın, aslanın, qurdun, sunqurun erkəyində bir kö -

küm var” deməklə öz totemini ifadə etmir, məcazi-me ta forik anlayış nü -

mayiş  etdirir.  Məlumdur  ki,  totemçiliyin  olması  üçün  mətndə  mövcud

olan zooinformasiya əcdad kultu olaraq məcazi deyil, həqiqi mənada özü -

nü təsdiq etməlidir. Yəni bu heyvanlar Qazan xanın totemi olaraq həqiqi

heyvanları göstərməlidir. Lakin biz bunu görmürük. B.Ögəl yazır ki, hər

soy, qəbilə bir totemə tapınır. Yaradılanlardan biri müqəddəs sayılır və hər

qəbilə, soy bu heyvandan törədiklərinə inanırdı” (8, 49). Göründüyü kimi,

hər soyun, qəbilənin bir totemi olur. Y.Z.Yörü kan isə totemistik anlayışa

dayanaraq eyni soyluların bir totem ətrafında cəmləşdiyini göstərir. “Klan

aynı  soydan  bir  insan  zümresidir  ki,  bunlar  bir  totem  ismi  ile  anılırlar.

Aralarındakı  akrabalık  ana,  baba  ve  kardeş  yakınlığı  şeklinde  deyil,  bir

totemde birleşmiş olmak suretiyle teessüs etmişdir” (19, 12). Lakin Qazan

xanın soylamasında biz açıq-aşkar görürük ki, Qazan bir heyvanın deyil,

dörd heyvanın özünün kökündə dayandığını göstərir. Bu baxımdan fərd,

tayfa və soy olaraq Qazan xanın bu heyvanlara totemistik anlayışla bağlı

olmadığı aşkar diqqət çəkir. Bundan əlavə, əgər Qazan xan kafərlər qar şı -

sında öz to temini öyürsə, demək, kafərlərin söykəndiyi totemə qarşı öz to -

teminin üstünlüyünü diqqətə çatdırır. Soy lamadan da bəlli olur ki, müqa -

yisə  aparılır  və  Qazan xana  aid  olan  heyvanlar  cərgəsi  diaxronik-şaquli

struktur olaraq daha zəif heyvanlar cərgəsi ilə zooanaloji təəssürat yara -

dır: qaplan-keyik, aslan-qaz, qurd-qoyun, sunqur-ördək. Bu soylamada iş -

lək  ifadə vasitəsi  olan şişirtmə-mübaliğə (hiperbola)  və  kiçiltmə  (litota)

kimi müqayisəli fikir tərzindən eyni situasiyada istifadə olunmuş, bütün

hallarda Qazanın kafərlərdən üstünlüyü təmin olunmuşdur. Əks təqdirdə,

bu  müqayisələr  totem  müqayisəsi  kimi  irəli  sürülərsə,  o  zaman  özünü

doğrultmur.  Çünki  qaplan  toteminə  qarşı  zəif  totem  olaraq  götürülən

keyik  totemi  totemçilikdə  ən  üstün  totemlərdən  hesab  olunur.  B.Ögəl

keyik toteminin əzəmətli “monqol-türk xanı (xaqanı) Çingiz xanın totem

əcdadı olması barədə “Monqolların gizli tarixi”ndə yazıldığını göstərir (8,



13

2012/

IV

571).  Bundan  başqa  müəllif  keyikin  türk-hun  mifologiyasında  törəyiş

inamları, qurtuluş inancları arasında saysız mif və ə fsanələrdə önəmli yer

tutduğuna aid məlumat verir (8, 40, 566, 567, 570, 571, 573, 574, 580).

Müəllif Qazan soylamasında sunqura qarşı zəif sayılan ördəyin də soy tö -

rədən  əcdad  faktoru  olduğu  barədə  macarlarda  yüksək  səviyyədə  epik

örnəklər olduğunu da qeyd edir, hətta “ma carların ilk xanədanının “ördək

boyu” olduğunu irəli sürənlərin haq qında bəhs açır (8, 588).

Beləliklə, Qazan xanın kafər qarşısında öyünməsində kafər üçün üstün

totemlər,  əcdad  adları  söyləməyin  mümkünsüzlüyü  aşkara  çıxır  və  bu

binar oppozisiyanın totem “hərbə-zorba”sı olmadığı təsdiqlənir. Rə şidəd -

dində və Əbülqazidə quşların onqon adlanması (13, 39;, 4, 70-72) onqo-

nun totemçiliklə bağlı olması, lakin Oğuz etnoqoniyasında və epik ənənə -

də simvol olaraq iştirak etməsini göstərir. Bu baxımdan sunqur quşu Qa -

zan xanın onqonu ola bilməz. Çünki Bayındırın onqonu şahin, Qazan xa -

nın onqonu isə burkutdur (4, 71).

Düzdür,  Rəşidəddində  və Yazıçıoğlu  Əlidə  Bayındırın  onqonu  şahin

deyil, sunqur göstərilir. Lakin Qazanın aid olduğu Salurun onqonu sunqur

deyil, uç quş adı ilə tanıdılır (1, 229, 234). Nəzərə alınsa ki, Qazan xan

soylaması  onun  təyini  ilə  birbaşa  əlaqəli  deyil,  o  zaman  burada  onun

onqonu ya burkut, ya da uç (uc quş) deyilməli idi, o zaman aydın olur ki,

bu  soylama  totemist  qavrayışdan  uzaq  simvolik  anlayışları  özündə  əks

etdirən  nümunədir.  Demək,  bu  soylamada  işlənən  zoonimlərin  totem

sayılması ən az halda beş səbəbdən yanlışdır.

1.  Totemə  sayğı  qanundur  –  DQK-də  aslan  və  qaplan  zərərvurucu

yırtıcı olaraq xatırlanır. “Aslanla qaplana bir oğul yedirdinsə, degil mana”

(I boy), “Talı sazın aslanına yedirdinmi?” (IV)

2. Totemin qanının tökülməsi yasaqdır, “Basat və Qanturalı” isə qağan

aslanı öldürür.  “Qağan aslan  qopdı Təpəgöz”,  “Qağan aslan  gəldügində

belin bükmüş” (VIII, VI boy).

3. Fərdin iki (ata-ana), klanın, soyun bir totemi olur – Qazan xan isə

dörd heyvanın adını çəkir.

4. Totemin zəif totemlə müqayisə olunması vacibdir – keyik və ördək

ən yüksək totemlərdəndir.

5. Qazanın onqonu burkut (uc) olmalıdır – burda isə sunqurdur.

Qeyd  etdiyimiz  kimi  bu  soylama  Qaracuğun  qaplanı  olan  Qazanın

kafərlərə qarşı üstünlüyünü ifadə edən simvolik-məcazi deyişmədir. Kök

burada soy, nəsil anlamında deyil, güc, qüvvə, əsas anlamında mənalanır.

Bir az əvvəl qeyd etdiyimiz kimi kafərlərin də aslanı var, özü də bu, Ba sa -



Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə