Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 1,45 Mb.
səhifə50/67
tarix25.06.2018
ölçüsü1,45 Mb.
#51687
1   ...   46   47   48   49   50   51   52   53   ...   67

2012/

IV

142


Fəqət oğlu otuz başlı Ox çılan

Bu söylənənlərə qulaq asmadı.

Sonra var gücüylə

Ağ Tayçını tutubYandırıb

Ağ Tayçının bürünc dabanını

Yağ kimi əritdi.

Bunu görən yeddi gəlin

Soyuq su gətirib

Ağ Tayçının ayağının altına

Qalın daş gətirib

Ayağının altına qoydular

«Yazıq Ağ Tayçı

Ölməyib qayıdarsa,

Ağ Boronun quyruğundan tutub

Aylı, günəşli Altaya

Bir gedərik» – deyə

Yeddi gəlin söyləyəndə

Ərlik Biyin yeddi oğlu Gələrik.

Yeddi gəlini qaçırtdılar

Ondan sonra Ağ Tayçı

Tək başına dava edirdi.

Bütün paltarları yandı

Saqqız kimi əridi.

Saman kimi parladı.

«Yavaş atasının oğlu,

Otuz başlı bahadur Ox çılan,

Pis paltanomu geyənə qədər

Bir az dincəl

Çılpaq biriylə güləşmək

Sənə yaraşırmı?» – deyə

Ağ Tayçı söylədi

Otuz başlı Ox çılan.



(Ardı gələn sayımızda)

Çevirəni: Qumru ŞƏHRİYAR


Rəylər

İKİ DÜŞÜNCƏ TİPİNİN – «MİFLƏ

YAZI»NIN KƏSİŞMƏ NÖQTƏSİNDƏKİ «GİZLİ DƏDƏ

QORQUDUN» AŞKAR MƏQAMLARI

(K.Abdullanın «Mifdən Yazıya və yaxud gizli Dədə Qorqud» kitabı haqqında)

Təxminən bir əsr əvvəl məşhur türkoloq Fuad Köprülünün «Dədə Qor -

qud kitabı» haqqında söylədiyi («Dədə Qorqud kitabı»nı tərəzinin bir tə -

rə finə, qalan türk ədəbiyyatını digər tərəfinə qoysaq, yenə tərəzinin «Də -

də  Qorqud  kitabı»  olan  tərəfi  ağır  gələr)  fikri  aparılan  tədqiqatlar  nə ti -

 cəsində hələ də öz doğruluğunu isbatlamaqdadır. Tariximizin durduğu za -

 man kəsiyindən min illər öncənin mifoloji və bədii yaradıcılığını öz məz -

mununda ehtiva edib qoruyan bu dastan öz zəngin süjet, motiv arsenalının

gücü  ilə  min  il  sonranın  da  bədii  təxəyyülünə  və  yaradıcılığına  tə kan

verən bir qüdrətin sahibidir. Türk millətinin dastan yaradıcılığında «Dədə

Qorqud kitabı» elə bir zirvədə dayanır ki, özündən əvvəl və özün dən son-

r a  bu  zirvəyə  qalxa  bilən  ikinci  belə  bir  dastan  yaradıcılığı  nümu nə si

mövcud olmamışdır. Dastanın müqəddiməsində onun yara dı cı sı olan Də -

də Qorqud haqqında deyilən kəlamlardan məlum olduğu kimi (Həqq-təala

onun  könlünə  ilham  edərdi,  nə  derdisə  olurdu,  qaibdən  dürlü  xəbərlər

söylərdi) bəlkə Dədə Qorqud peyğəmbər və ya ona yaxın status lu (öv li  ya,

vəli və s. kimi) müqəddəs birisi olduğundan onun düzüb qoş du ğu, bağ   -

ladığı  dastan  da  digər  müqəddəs  kitablar  (Quran,  İncil,  Zəbur,  Töv rat)

kimi müqəddəslik kəsb etməli idi. Kim bilir bəlkə bundadır «Dədə Qor -

qud kitabı»ndan gələn müqəddəslik enerjisinin səbəbi. Kim bilir... Lakin

fakt faktlığında qalır ki, bu dastan günəş planetləri öz ətrafında dolan dır -

dığı kimi bütün ədəbiyyatımızı öz ətrafında dolandırmış, öz cazibə sin də

sax  lamış, öz istiliyi və nuru ilə ona təsir etmişdir.

Türk millətinin, əsasən də oğuzların tarixi və həyatı, əxlaqı, adət-ən ə -

nə    si, məişəti, yaşam normalarını özündə əks etdirən bu dastan 200 ilə ya -

xındır ki, tədqiq olunur. Bir çox alimlər dastanı araşdırıb tədqiq etmiş, hər

kəs  dastanla  bağlı  bütün  fikirləri  deyəcəyini  güman  edərək,  bu  ümidlə

das   tanın tədqiqatına girişmiş, lakin «dəryadan bir damcı götürməklə» ki -

fayət lənməli olmuşlar. Hər bir tədqiqat əsəri bizi öz möhtəşəm tariximizlə

üz-üzə qoymuş, bizi əski türk-oğuz zamanına aparmış, bizə qürur hissləri,

bəzən də bu günümüzlə müqayisə apardıqda utanc hissləri duydurmuşdur.

2012/

IV

143



«Dədə Qorqud» dastanlarının sirli dünyasına bizi ekskurs etdirən araş -

dırıcılardan biri də AMEA-nın müxbir üzvü Kamal Ab dul la dır. O hələ il -

lər öncə dastanın cazibəsinə düşmüş və onun barə sin də bir ne  çə araşdır-

ma ərsəyə gətirmişdir. Bu yaxınlarda alim dastanla bağ lı bə zi araşdırma -

larını  bir  yerə  toplamış,  onlara  yenidən  nəzər  salmış,  bəzi  yeni  fi kirlər

əlavə edərək «Mifdən Yazıya və yaxud Gizli Dədə Qorqud» adı ilə nəşr

etdirmiş və oxucuların ixtiyarına təqdim etmişdir (1).

Bu əsərdə müəllif dastanda mövcud olan və indiyədək bir çox araş dırı -

cılar tərəfindən tədqiq edilən oğuz – kafir, iç oğuz – daş oğuz qarşıdurma -

la rından başqa, daha bir ikili qarşıdurmanı göz önünə gətirmişdir. Bu da

Mif və Yazı qarşıdurmasıdır. Sözsüz ki, burada söhbət əslində mifoloji və

epik şüurun qarşıdurmasından gedir. İlk baxışda görünməyən lakin həqi -

qə tən də dastanda mətn daxili, sətiraltı və s. şəkildə, obraz, motiv sə viy -

yə  lərində mövcud olan bu qarşıdurma müəllif tərəfindən bütün dastan bo -

yu izlənilmişdir. Müəllif dastan mətnindən alınan informasiyalar əsa sın da

mifin düşüncə tipi kimi hegemonluq dövrünü, yazının, yəni epik şü urun

il kin yaranma mərhələlərini aydın müşahidə etmişdir. Dastandakı mövcud

xaos-kosmos, keçmiş-indi, naşılıq-təcrübə kimi qarşıdurmalardan, mifo -

loji motivlərdən (ov situasiyası, nişanlı axtarışı situasiyası, in cik lik situ-

asiyası, adqoyma prosesi kimi) çıxış edərək erkən mifoloji təfəkkür layı -

nın mövcudluğu sübuta yetirilmişdir. Antropomorf obrazlar kimi təq dim

et  diyi Yazı və Mifin qarşıdurmasını izləyən müəllif bu ziddiyyətin sonunu

da poetik üslubla çox gözəl təqdim edir: «Mən «Dədə Qorqud» das tanını

oxuyarkən Mifi – nə zamansa güclü Mifi, indi isə yavaş-yavaş zəifləməyə

doğru gedən, yavaş-yavaş qocalan Mifi yaşlı, nurani bir qəh rəman, Yazını

isə öz çiçəkli çağına qədəm qoymuş gənc və ehtiraslı, məq sədinə çataca -

ğına möhkəm inam bəsləyən üzülməz bir qız kimi təsəvvür edirəm. Mif

hə  lə ki mübarizə apara bilir, hələ ki qələbə də çala bilir. Amma vaxt gə -

ləcək və qoca Mif köhnə mübarizələrdən yorulub ayrılacaq başını gözəl

və  zərif Yazının  dizləri  üstünə  qoyub dincəlmək, uyumaq  istəyəcək. Və

elə olacaq ki, gənc Yazı özünə klassik bir ideal tapıb mürgü döyən qoca

Mifin başını dizlərindən qaldırıb götürəcək, bir daşın üstünə qoyacaq, çı -

xıb gedəcək və bundan çox-çox sonra da elə olacaq ki, əsrlərin hansısa bi -

rində Yazı artıq özü də ilk gəncliyini itirəndə və solmağa başlayanda bir -

dən və qəfildən anlayacaq ki, Mifsiz keçən günlər boşmuş, hədərmiş. Və

Yazı  Mifə  verdiyi  bu  yeni  həyat  Mifin  əvvəlki  həyatı  olmayacaq.  Sən

demə, Mif ölübmüş. Mifin ölümündən sonrakı həyatı vaxtında qiymət lən -

2012/

IV

144



Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə