Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 1,45 Mb.
səhifə55/67
tarix25.06.2018
ölçüsü1,45 Mb.
#51687
1   ...   51   52   53   54   55   56   57   58   ...   67

ləmiş, Qəzənfər Paşayevin İraq-Azərbaycan ədəbi əlaqələrindəki əvəzsiz

rolunu, bu sahədəki elmi fəaliyyətini yüksək qiymətləndirmişlər. Burada

mərhum  professor  Yaşar  Qarayevin  Qəzənfər  Paşayev  şəxsiyyə-ti nə  və

onun  İraq  türkmənlərinə,  Kərkükə  həsr  etdiyi  əsərlərinin  miqyasına  və

əhəmiyyətinə  verdiyi  çox  dəqiq,  qiymətli  bir  fikrini  xatırlamaq  ye-rinə

düşər:  ”Bizim  üçün  İraq  Füzulidən,  Füzuli  Kərbəladan  başladığı  kimi,

Kər kük də Qəzənfər Paşayevdən başlayır». Bu mülahizə, fikrimizcə, Qə -

zənfər Paşayevin bu sahədəki yaradıcılığına verilən ən qiymətli fikirlər -

dən biridir. 

Qəzənfər  Paşayevin  İraq  türkmənlərinə  və  onların  folkloruna  həsr

etdiyi  növbəti  kitab  “İraq-Türkman”  folkloru”  (3)  oldu.  Məlumdur  ki,

böyük və kiçikliyindən asılı olmayaraq hər bir xalqın özünəməxsus şifahi

söz sənəti olmuşdur. Bu, şifahi xalq ədəbiyyatı və ya folklor adlanır və o,

minil liklər boyu xalqın birgə əməyinin məhsulu olan zəngin, bədii sənət

inciləri xəzinəsidir. Hələ çox qədim dövrlərdən etibarən insanlar özlərinin

ilk  bədii  söz  sənətini  də  yaratmağa  başlamışlar.  Xalq  özünün  arzu  və

istəklərini, sevinc və kədərini, ictimai quruluşa, cəmiyyətə münasibətini

şifahi xalq ədəbiyyatında – folklorda əks etdirmişdir. Şifahi xalq ədəbiy-

yatı hər bir xalqın milli ədəbiyyatının ayrılmaz hissəsi, onun başlanğıcı -

dır. O, mənsub olduğu xalqın bünövrəsini təşkil etsə də, onun özünəməx-

sus, səciyyəvi xüsusiyyətləri vardır. Folklorda xalqın adət və ənənəsi, dün -

yagörüşü və düşüncəsi həqiqi sənət dililə əks etdirilmişdir. Xalq kütlə lə -

rinin həyatında elə mühüm, elə əhəmiyyətli hadisə olmaz ki, o şifahi xalq

yaradıcılığında bu və ya digər şəkildə öz bədii əksini tapmamış ol sun.

İraq türkmənlərinin də çox qədim dövrlərdən başlayaraq yaratdığı şi -

fahi xalq ədəbiyyatı – folkloru da əsrlər keçdikcə ağızdan-ağıza, nəsildən-

nəsilə  keçəcək  cilalanmış  və  saflaşaraq  bu  günümüzə  qədər  gəlib  çat-

mışdır. Onların yaşam tərzi və tarixi də folklorda bu və ya digər şə-kildə

əks  etdirilmişdir.  İraq  türkmənlərinin  yaratdığı  nağıllarda,  əfsanələrdə,

nəğmələrdə, atalar sözləri və məsəllərdə, tapmacalarda və s. nümunələrdə

onların o  zamankı  həyat  və  məişət  tərzini, adət-ənənələrini,  dünya görü -

şünü öyrənə bilirik. 

Bu baxımdan Qəzənfər Paşayevin “İraq-Türkman folkloru” kitabı İraq

türkmənlərinə, onların folkloruna həsr edilmiş irihəcmli, qiymətli bir təd -

qiqat əsəri  kimi xüsusi əhəmiyyətə malikdir. Bunu “İraq-Türkman folk-

loru” kitabının elmi redaktorlarından biri, İraq-Türkman tədqiqatçısı Dr.

Əbdüllətif Bəndəroğlu kitaba yazdığı “Şah əsər” adlı ön sözdə belə ifadə

2012/

IV

154



edir: “Hər bir xalqın folkloru o xalqın güzgüsüdür. O güzgüdə xal qın tar-

ixi, dili, inancı, inanışı, adət və ənənələri görünür. Bir xalqı eyicə anlamaq

üçün o xalqın, hər şeydən əvvəl, folklorunu mükəmməl öyrənmək gə rək -

dir. Qardaşımız Qəzənfər Paşayev İraqda yaşadığı uzun illər boyunca həm

İraq xalqını yaxından tanıdı, həm də İraqda yaşayan- qonuşduqları dilin

Azərbaycan  dilindən  fərqli  olmayan  İraq  türkmanlarının  ədəbiyyat  və

folkloru  üzrə  tədqiqatını  davam  etdirdi.  İraq  türkmanlarının  folklorunu

azərbaycanlı qardaşlarımıza çatdırmaq üçün tədqiqatçı alim, folklorşünas

Qəzənfər Paşayev böyük çətinliklərə qatlandı. Yorğunluq bilmədən yara -

dıcılığını sürdürdü. Gözəl və unudulmayan əsərlər ortaya çıxardı... 

Qəzənfər Paşayevin “İraq-Türkman folkloru” kitabına bənzər bir kitab

indiyə  qədər  nə  İraq  türkmanları  tərəfindən,  nə  də  İraq  türkmanlarının

folkloru ilə məşğul olan xarici alim və tədqiqatçılar tərəfindən ya zıl mış -

dır.  Qəzənfərin  yazdığı  bu  əsər  bizim  üçün,  yəni  İraq  türkmanları  üçün

sevgi və sevinc doğuran, könüllərdə yaşayıb-unudulmayan, işıqlarla dolu

bir hadisə kimi qalacaqdır. Bu əsər bizim folklor araş dırıcı la rımızın yol-

larını işıqlandırmaq, aydınlandırmaq və yeni bir metodla, yeni tədqiqatlar

aparmaq  sahəsində  doğru  və  düzgün  bir  yol  olacaqdır.”  (3,  9-10)  Dörd

fəsildən (“İnamım mənim, həyatım mənim”, “Xalq mərasim və nəğ mə lə -

ri”, Lirik növ”, “Epik növ”) ibarət olan və AMEA-nın müxbir üzvü, pro-

fessor Tofiq Hacıyevin “Professor Pa şayevin elmi yara dı cı lığının zirvəsi”

adlandırdığı” (5, 11) “İraq-Türkman folkloru” kitabında xalqın bütün tə -

bəqələrinin əsrlər ərzindəki həyat müşahidələri, görüb-götürdükləri, tə bi -

ətdən tutmuş cəmiyyətə qədər obyektiv aləm barədəki düşüncələri, tə fək -

kürü,  anlayışları  öz  əkini  tapmışdır.  Maraqlıdır  ki,  Qəzənfər  Paşayev

“İraq-Türkman folkloru” kitabının “İnamım mənim, həyatım mənim” fəs-

linin “Arxaik janrlar” bölməsində də inam və etiqadlara bağlılığını, rəğ -

bətini gizlətmir, onu belə ifadə edir: ”İnansız insan olmaz. İnsanın təbiəti

elədir ki, o, müəyyən varlıqlara inanır. İnam və etiqadlar insanı, adətən,

pis əməllərdən çəkindirir və xeyirxah işlərə sövq edir. Məhz bu baxımdan

xalqın ilkin yaradıcılıq məhsulu kimi, cəmiy yətin gərdişində öz yeri, öz

sanbalı  olan  arxaik  janrların  tədqiqi  böyük  dəyər  kəsb  edir.  Buraya,

əsasən, inanclar, yemindlər (andlar), fallar, dua lar, bəddualar, xalq mə ra -

sim və nəğmələri daxildir... 

İnsanların real həyat hadisələrinə inam və etiqadlarının bir növ bədii

əksi bu janrların əsas səciyyəvi xüsusiyyətlərini təşkil edir. Bunlar inam,

müşahidə  əsasında  sınaq  və  təcrübədən  keçirilərək  qətiləşmiş,  xalq  ya -

2012/

IV

155



Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə