Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 1,45 Mb.
səhifə56/67
tarix25.06.2018
ölçüsü1,45 Mb.
#51687
1   ...   52   53   54   55   56   57   58   59   ...   67

radıcılığının ilkin janrlarına çevrilmişdir. Bununla belə, yemind, fal, dua

və bədduaların inanc və etiqadlarla bağlı olub, onlardan sonra yarandığını

da söyləmək olar” (5, 18).

Onu da qeyd etmək yerinə düşər ki, ürəyi daim Kərkük sevgisi ilə dö -

yünən Qəzənfər Paşayev İraqda tərcüməçi kimi işləyərkən əsas işindən son-

rakı vaxtından da səmərəli istifadə edərək, bu ölkədə yaşayan və “İraq türk-

mənləri” kimi tanınan azərbaycanlıların dialektinə daxil olan spesifik söz -

lərin və onların folklorunun toplanaraq araşdırılması ilə məşğul ol muş   dur.

Alimin bu sevgisinin nəticəsi olaraq onun müxtəlif vaxtlarda Kər  kük folk-

loruna və ədəbiyyatına həsr olunmuş 20-dən çox kitabı nəşr oundu:

1. Kərkük bayatıları. (Rəsul Rza ilə birgə.) Bakı: Azərnəşr,1968, 184 səh.

2. Kərkük mahnıları. Bakı: Gənclik, 1973, 48 səh.

3. İraq-Kərkük atalar sözləri. Bakı: Gənclik, 1973, 76 səh.

4. İraq-Kərkük bayatıları. Bakı: Yazıçı, 1984, 352 səh.

5. Kərkük tapmacaları”. Bakı: Gənclik, 1984, 38 səh.

6. Qəzənfər Paşayev. Altı il Dəclə-Fərat sahillərində. Bakı, Yazıçı, 1985,

224 səh.

7.  Qəzənfər  Paşayev.  Altı  il  Dəclə-Fərat  sahillərində.  Bakı,  Yazıçı,

1987, təkrar nəşr, 230 səh.

8. Kərkük folkloru antologiyası. Bakı: Azərnəşr,1987, təkrar nəşr, 1990,

368 səh. 

9.  Göylər  unutmuşdu  yağacağını.  (  Ə.Bəndəroğunun  şeirləri  və  poe-

maları). Bakı: Yazıçı, 1991, 126 səh.

10. İraq-Türkman folkloru.(monoqrafiya). Bakı: Yazıçı, 1992, 216 səh.

11. Qəzənfər Paşayev. Altı il Dəclə-Fərat sahillərində.(ərəbcə) Bağdad,

1996, 128 səh.

12. İraq-Türkman folkloru.(monoqrafiya). İstanbul: 1998, 320 səh.

13.  Azərbaycan  folkloru  antologiyası.  İraq  türkman  cildi.(  Ə.Bən -

dəroğu ilə birgə) Bakı, Ağrıdağ, 1999, 468 səh.

14.  Çağdaş  İraq  şeirindən  seçmələr.(  Ə.Bəndəroğu  ilə  birgə).  Bakı,

Elm, 2001, 108 səh.

15. Yolun  sonunadək.  (  Ə.Bəndəroğunun  şeirlər  toplusu)  .  Bakı,  Elm,

2001, 62 səh.

16.  Kərkük  dialektinin  fonetikası.  (monoqrafiya).  Bakı,  Elm,  2003,

212 səh.

17.  İraq-Türkman  folklorunun  janrlar  sistemi.  (Rusca  monoqrafiya).

Bakı: 2003, 128 səh.

2012/

IV

156



18. Kərkük folklorunun janrları. Bakı: Elm,2003, 318 səh. 

19. İraq-Türkman ləhcəsi. Monoqrafiya(ortaqlı). Bakı: Elm, 2004, 422

səh.

20. İraq-Türkman folklorunun janrları. Tehran: 2008, 313 səh.



21.  Azərbaycan  folkloru  antologiyası.  İraq  türkman  cildi.(  Ə.Bən -

dəroğu ilə birgə), təkrar nəşr. Bakı: Nurlan, 2009, 436 səh.

Bu mövzuda yazdığı əsərlərinin çoxluğunu müəllif özü də etiraf edir

və 2012-ci ildə nəşr etdirdiyi 7 cildlik “Seçilmiş əsərləri”nin I cildində bu

barədə  belə  yazır:”  “Seçilmiş  əsərləri”min  yarısında  “Bilmirəm  haralı -

yam, torpağım, daşım qərib” deyən, ah-nalə çəkən:

Yad əlində,

Qalmışıq yad əlində.

Bir ölkə viran olsun, 

Qalmışam yad əlində

deyərək  fəryad qoparan, İraqda məskən salan, Türkman adlandırılan,

azəri  türkcəsində  danışan  qardaş-  bacılarımızın  folkloru,  adət-ənənəsi,

məişəti, ləhcəsi və ədəbiyyatından, onu yaradıb-yaşayanlardan bəhs edi -

lir” (4, 5)

Müəllifin “Kərkük  bayatıları”.  (Rəsul  Rza  ilə birgə). Bakı: Azərnəşr,

1968, (6), “Kərkük mahnıları”.  Bakı: Gənclik, 1973,  (7),  “ İraq-Kərkük

bayatıları”.  Bakı:  Yazıçı,  1984,(8)  böyük  maraq  doğuran,  dəyərli  əsər-

lərdəndir. Bu kitablara Kəkük ellərindən bayatılar, nəğmələr və xalq mah-

nıları daxil edilmişdir. Ötən əsrin 60-70-ci illərinin oxucularının və din-

ləyicilərinin yaxşı yadında olar. O zamanlar həzinsəsli müğənnimiz Nər -

minə Məmmədova nın iraqlı Sinan Səidlə birgə oxuduğu belə bir mahnı

çox geniş yayılmışdı:

Evlərinin önü yonca,

Yonca qalxıb dam boyunca.

Boyu uzun, beli incə,

Ninnə yavrum, ninnə,

Əsmər yavrum ninnə.

Bu məşhur mahnı məhz Kərkük bayatıları – xoyratları əsasında yazıl -

mışdı və o kövrək, həzin və məlahətli səs, varlığımıza hoparaq bizi çox

mətləblərdən hali edirdi...

Kitablara toplanan bayatılar, nəğmələr və xalq mahnıları bizim mənəvi

2012/

IV

157



dünyamıza çox yaxın olub, sanki daxili dünyamıza bir rahatlıq gətirir, ru -

humuzu oxşayır. Bu bayatıların çoxu məzmunca qəmli, kədərli və həzin

olub, onlarda qürbət sıxıntısı, ayrılıq, Vətən məhəbbəti kimi hisslər üstün-

lük təşkil edir:

Əslim qarabağlıdır,

Sinəm çarpaz dağlıdır.

Kəsilib gəlib-gedən,

Demə yollar bağlıdır.

“Kərkük bayatıları” və “ İraq-Kərkük bayatıları” kitablarında məhəb-

bət mövzusunda olan və eləcə də ictimai məzmunlu bayatılar da çoxdur:

Bağçayam, baram sənə,

Heyvayam, naram sənə.

Könlün fikir çəkməsin,

Ölüncə yaram sənə.

Və ya:

Dərdə kərəm,



Dərdim çox, dərdə kərəm.

Qoşmuşam qəm cütünü,

Sürdükcə dərd əkərəm.

Kitabdakı  bayatılar  bədii-estetik  zənginliyə,  fəlsəfi  dərinliyə  malik

olub insanın təbiətlə, yurdla, torpaqla ülfət və bağlılığı haqqında bənzər-

siz poetik mənzərələr yaratmaq qüdrətinə malikdir:

Bu yola xanım gidər,

Xammnan canım gidər.

Cigərdən yaralıyam,

Gözümnən qanım gidər.

Kərkük  bayatı  yaradıcılığında  ənənəvi  forma  və  məzmun  vəhdətinin

qorunub-saxlanması  Kərkük  folklor  mühitinin  təbii-tarixi  xüsusiy yət lə -

rindən  biri  kimi  çıxış  edir.  Bayatı  yaradıcılığı  müəyyən  bir  ideya-bədii

məqsədi izləyir və ona tabe edilir. İdeya-bədii bütövlük isə söz sənətinin

başlıca qanunlarından biridir, onun vasitəsilə xalq yaradıcılığına xas olan

bədii sənətkarlıq bacarığı özünü göstərir:

Əkmə, bitmiyən yerə,

Can ver itmiyən yerə.

Ayaxlar necə varsın,

Könül getmiyən yerə.



2012/

IV

158



Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə