Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 1,45 Mb.
səhifə58/67
tarix25.06.2018
ölçüsü1,45 Mb.
#51687
1   ...   54   55   56   57   58   59   60   61   ...   67

müdiri  (2001-2005),  eyni  zamanda  2003-cü  ildən  Nizami  adına

Ədəbiyyat İnstitutunda baş elmi işçidir.

Qəzənfər Paşayev 1976-ci ildə İraq Respublikasının “Əməkdə şücaətə

görə”  medalı  ilə  təltif  edilmişdir.  O,  1999-cu  ildə  Kərkük  Vəqfinin  və

2003-cü  idə  isə  Türkman  Cəbhəsinin  diplom  və  yüksək  mükafatlarına,

Azərbaycanda isə "Qızıl Qəzəl" mükafatına layiq görülmüşdür. 

Bu il gözəl insan, yorulmaz tədqiqatçı Qəzənfər Paşayevin 75 yaşı ta -

mam oldu. Biz xoşbəxt bir alim ömrü yaşayan bu canlı folklor əfsanəsini

-  Qəzənfər  müəllimi  yubileyi  münasibəti  ilə  ürəkdən  təb  rik  edir,  ona

cavanlıq  eşqi,  yorulmazlıq,  işlərində  daha  böyük  uğurlar  arzu  edirik.

İnanırıq ki Qəzənfər müəllim bundan sonra da yeni – yeni tədqiqat əsər-

ləri ilə, kitabları ilə bizləri sevindirəcək, Azərbaycan folklorşünaslığını və

ədəbiyyatşünaslığını daha da zənginləşdirəcəkdir. 

ƏDƏBİYYAT

1. Q.Paşayev. Altı il Dəclə-Fərat sahillərində. Bakı: Yazıçı, 1985

2. Q.Paşayev. Nostradamusun möcüzəl ialəmi. Bakı: Təhsil, 2007 

3. Q.Paşayev. İraq-Türkman folkloru .Bakı:Yazıçı, 1992

4. Q.Paşayev. Seçilmiş əsərləri. I cild. Bakı: Təhsil, 2012

5. Q.Paşayev. Seçilmiş əsərləri. II cild. Bakı: Təhsil, 2012

6. Q.Paşayev. Kərkük bayatıları. (Rəsul Rza ilə birgə.) Bakı: Azərnəşr,1968

7. Q.Paşayev. Kərkük mahnıları. Bakı: Gənclik, 1973

8. Q.Paşayev. İraq-Kərkük bayatıları. Bakı: Yazıçı, 1984,

9. Q.Paşayev. İraq-Türkman ləhcəsi. Monoqrafiya(ortaqlı). Bakı: Elm, 2004

10. Q.Paşayev. “Arzu Qəmbər” dastanı. Bakı: 1971

11. Q.Paşayev. İraq-türkman folkloru. Bağdad: 1995. 

12. Q.Paşayev. Altı il Dəclə-Fərat sahillərində.(ərəbcə) Bağdad: 1996

13. Q.Paşayev. İraq-türkman folkloru”. İstanbul: 1998

14. Q.Paşayev. Kərkük folklorunun janrlar sistemi. (Rusca), Bakı: 2003 

Tahir ORUCOV 

AMEA Folklor İnstitutu, 

filologiya üzrə fəlsəfə doktoru,dosent

e-mail:tahir-orucov@rambler.ru

2012/

IV

162



Yeni nəşrlər

MUXTAR KAZIMOĞLU (İMANOV)

EPOS, NƏSR, PROBLEMLƏR

Bakı, ”Elm və təhsil”, 2012, 164 səh.

ELMİ REDAKTORU: Ləman SÜLEYMANOVA,

Filologiya üzrə fəlsəfə doktoru, dosent

Kitab Azərbaycan Milli Elmlər Akade mi ya -

sı Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə

nəşr  olunmuşdur.  Monoqrafiyada  ayrı-ayrılıq-

da epos və nəsrin aktual, həlli vacib olan bir sı -

ra vacib problemlərinə toxunulur. Bu rada həm -

çi nin müasir Azərbaycan nəsrində özünü gös tə -

rən,  təzahür  edən,  mifologiyadan  və  folklordan  gələn  modellərdən  də

bəhs edilir.

Monoqrafiya  iki  bölmə  və  yeddi  yarımböl mədən  ibarətdir.  Birinci

bölmə “Epos” adlanır və bu bölməyə dörd yarımbölmə daxil edilmişdir:

1.”Dədə Qorqud”: gülüş kultu və obrazın ikiləşməsi;

2. Mənfi əvəzedici;

3. Yalançı qəhrəman; 

4.”Koroğlu”: problemlər, mülahizələr.

“Dədə  Qorqud  kitabı”nı  haqlı  olaraq  milli-etnik  varlığımızın  tarixi-

ədəbi ensiklopediyası sayırlar. “Dədə Qorqud kitabı” Azərbaycan xal qı -

nın  yazılı  yaddaşımızdır  və  heç  bir  dəyişikliyə  uğramadan  qan  və  gen

yad  daşımıza necə daxil olubsa, elə o cür də qalıb. Dədə Qorqud və onun

adı ilə bağlı olan bu möhtəşəm kitab düşüncə tariximizdə əbədilik bir iz

salıb. “Dədə Qorqud kitabı” “Ana kitabımız” və “bütün türk bədii ədə biy -

ya tının ağırlığından da ağır gələn bir“ əsər sayılıb. Bu kitab türkün ta ri -

xin də Mete, Atilla, Əmir Teymur, Osmanlı imperatorluqları, Orxon -Ye -

ni sey daş kitabələri və M.Qaşqarlının “Divanü lüğat-it türk”ü ilə bir sıra-

da  dayanan  yeddi  türk  möcüzəsindən  biri  kimi  qiymətləndirilib.  “Də də

Qorqud kitabı” yaşam tarixi minillikləri aşan ulu əcdadlarımızın – qə dim

oğuzların  yalnız  qəhrəmanlıq  salnaməsini  əks  еtdirən  boylar  top lusu

olmayıb, bu əski türk еtnosunun özünəməxsus həyat və düşüncə tərzi ilə

qazandığı dəyərləri sonrakı nəsillərə ötürmək üçün böyük usta lıq la düzü -

lüb-qoşulmuş qiymətli bir sənət əsəridir.

Azərbaycanın şifahi xalq ədəbiyyatının ən qiymətli əsərlərindən olan

2012/

IV

163



“Ko roğlu” dastanı da ədəbi fikir tariximizin əvəzsis yazılı salna mə lə rin -

dəndir. Xalqımıza məxsus qəhrəmanlıq, vətənpərvərlik, humanizm, dost -

luq, qardaşlıq, qonaqsevərlik və başqa xüsusiyyətlər öz parlaq bədii ifa -

də sini bu dastanda tapmışdır. “Koroğlu” eposunun əsas qəhrəmanı və ayrı-

ayrı surətləri ilə bağlı ilk məlumatlar, rəvayətlər, əfsanələr, kiçik epizodlar,

həmçinin dastandakı mövcud qolların hamısı, müxtəlif il lərdə toplansa da,

onların hamısında qiymətli informasiya daşıyıcıları mövcuddur.

Bütün bunlara görə ”Dədə Qorqud” və ”Koroğlu” eposları Azərbaycan

xalqının epik düşüncəsinin ən möhtəşəm ədəbi-bədii təzahürlərindən he sab

olunur. Bu eposlar çox qiymətli epik abidələr olduğundan onlarda da şınan

epik məlumatların çəkisi də olduqca böyükdür. ”Dədə  Qorqud” və  ”Kor -

oğlu” eposları xalqın milli və mənəvi ehtiyatlarının çeşidli ünsürlərini özün -

də ehtiva edir. Bu mənada ”Dədə Qorqud” və ”Koroğlu” epos ları epik mə -

lumatlarının zənginliyi baxımından bütün digər oxşar abi də lərdən fərqlənir.

Kitabın  birinci  fəsildə  M.İmanov  ”Dədə  Qorqud”  eposunda  “gülüş

kul tu”ndan  bəhs  edərək  yazır:”Döğuluş  simvolu  olan,  magik  mahiyyət

daşıyan gülüş, kult səviyyəsinə qaldırılır və bu kultun izləri ”Dədə Qor -

qud” eposunda da özünü göstərir. Təsadüfi deyil ki, Qorqud Ata kimi bir

övliya” eposun “Bamsı Beyrək” boyunda müəyyən qədər komik biçimdə

təqdim edilir...Həm “Müqəddimə”də”, həm də eposun ayrı-ayrı boyların-

da  “ciddi”  və  gülməlinin  paralelliyi  ilə  qarşılaşırıq.  “Mü qəddimə”də”

ozanın “Fatimə soyu”na aid etdiyi qadınlar “ciddi”nin, qa rın qulu və gə -

zərti saydığı qadınlar isə gülməlinin təmsilçisidir. Xatırladaq  ki, "ciddi"

və  gülməli  paralelliyi  folklorun  təməl  xüsusiy yətlərindən  biridir.  Kökü

əkizlər mifinə gedib çıxan bu paralelliyin folklorda hökmdar və yalançı

hökmdar,  pəhləvan  və  yalançı  pəhləvan,  adaxlı  və  yalançı  adaxlı  və  s.

kimi  nümunələri  var. Adaxlı  və  yalançı  adaxlı  paraleli  "Dədə  Qorqud"

eposunun "Bamsı Beyrək" boyunda özünü daha qabarıq şəkildə göstərir”.

Burada M.İmanov bir sıra təhlillər, müqayisələr və paralellər aparır və

bu nəticəyə gəlir ki,“ciddi “və gülməlinin paralelliyi şifahi xalq ədəbiyy-

atının təməl xüsusiyyətlərindən biridir. Müəllif kökü əkizlər mifinə gedib

çıxan bu paralelliyin folklorda hökmdar və yalançı hökmdar, pəhləvan və

yalançı  pəhləvan, adxlı  və yalanşı adaxlı  və s.  kimi  nümunələrini  misal

gətirir. M.İmanov həmçinin obrazın ikiləşməsi problemindən ətraflı şək-

ildə bəhs edir, “ciddi” və komik yönlü ikiləşmənin folklordakı mahiyyət-

inə, mifoloji köklərinə və onun təzahür formalarına nəzər salır, bu prob-

lemi ətraflı şəkildə araşdırır.

2012/

IV

164



Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə