Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 1,45 Mb.
səhifə60/67
tarix25.06.2018
ölçüsü1,45 Mb.
#51687
1   ...   56   57   58   59   60   61   62   63   ...   67

iki  boyun  eposun  ümumi  quruluşu,  süjeti  və  kompozisiyasının  eposun

ümumi poetikası, ahəngi ilə bağlılığı problemlərinə həsr etmişdir.

"Dədə  Qorqud"  eposunun boyları  arasında onları  bir-birinə  bağlayan

elə  incə  məqamlar  mövcuddur  ki,  dəfələrlə  oxunsa  da,  çox  vaxt  onları

sezmək, hansısa bir hadisənin, əhvalatın, xırdaca bir məqamın mahiyyət-

inə varmaq, onları duyub hiss etmək mümkün olmur. K.Əliyev eposdakı

bu incə məqamları yaxşı hiss edib duyduğuna görə, Təpəgözlə bağlı hələ

də  qaranlıq  qalmış  bir  sra  məsələlərə  aydınlıq  gətirə  bilmişdir.  Qeyd

etdiyimiz kimi, bir sıra tədqiqatçıların "Dədə Qorqud" eposunun ümumi

kompozisiyasından  ayrı  hesab  etdikləri  ikinci  boy  "Basatın  Təpəgözü

öldürdüyü  boy"  dur. "Çoban  oğlu  Təpəgöz"  sərlövhəli  yazıda  K.  Əliyev

Təpəgözün eposda əhəmiyyətli yer tutduğunu və Təpəgöz obrazının mən -

şəyinin  müəyyənləşdirilməsi  yolunda  bir  sıra  maraqlı  elmi  qənaətlərini

qeyd etmiş, dəqiqləşdirmələr aparmış və maraqlı nəticələr əldə etmiş dir.

Məlumdur  ki,  əvvəllər  yaranmış  hər  hansı  böyük  bir  abidə  özündən

çox-çox sonralar özünə bənzər onlarla əsərin yaranıb meydana gəl mə sin -

də böyük rol oynayır. Aşıq yaradıcılığında da yeni yaranan dastanlar əv -

vəlki dastanlardan istifadə edilərək meydana çıxır. «Koroğlu» dastanı da

özündən əvvəl yaranmış və bütün boyları ilə, heç şübhəsiz ki, xalq içə ri -

sində dildən-dilə gəzən «Dədə Qorqud» dastanlarından bilavasitə qüvvət

almışdır.

Bu mənada K.Əliyevin “Eposun poetikası: “Dədə Qorqud” və “ Kor -

oğlu” monoqrafiyasının ikinci hissəsi “Koroğlu” adlanır və dörd mə qa lə -

dən ibarətdir:

1. Koroğlu – dəlilərin dəlisi. 2.«Koroğlu» eposunda dəli aşıq. 3.Bədii

məkanın xarakteri. 4.Fiziki gücün semantikası.

Azərbaycan ədəbiyyatı və mədəniyyətinin qiymətli abidəsi, Azər bay -

can poetik söz sənətinin – aşıq yaradıcılığının zirvəsi sayılan “Kor oğlu”

dastanı  Azərbaycan  ədəbi-bədii  düşüncəsinin  nadir  incilərin dəndir.  Bu

dastanın geniş yayılan versiyaları içərisində Azərbaycan “ Kor oğ lu”su nun

özünəməxsus  mövqeyi  olmuşdur.  K.Əliyevin  “Eposun  poetikası: “Dədə

Qorqud”  və  “  Koroğlu”  monoqrafiyasında  təhlilə  “Koroğ lu”  dasta nı nın

məhz  Azərbaycan  versiyası  cəlb  edilmişdir.  Zəngin  obrazlar  sisteminə

malik olan “Koroğlu” eposunun poetikasında mühüm yer tutan, lakin az

öyrənilmiş  bir  sıra  məsələlərin,  müəyyən  məqamlarının  ciddi  təhlil  və

tədqiqata, araşdırmaya ehtiyacı var idi.

Monoqrafiyanın ikinci bölməsinin birinci məqaləsi ” Koroğlu – də li lə -

2012/

IV

168



rin dəlisi” adlanır. K.Əliyev bu məqalədə igidliyin, qəhrəmanlığın rəmzi

kimi götürülən “dəli” anlayışına aydınlıq gətirir. Məlumdur ki, “Koroğlu”

eposunda bütün igidlər, o cümlədən Koroğlu məhz “dəli” ad landırılır və

eposun mətnində tez-tez işlədilir. K.Əliyevin burada bu sözün məna çalar-

ları ilə bağlı eposdan üç müxtəlif poetik nümunə gətirir və onları belə izah

edir: “Buradan hasil olan qənaət belədir ki, elə ikinci qoldaca "dəli" an la -

yışı üç məqamı ehtiva edir: birincisi,igidlik; ikincisi, axmaqlıq; üçüncüsü,

igidliklə axmaqlığın qovuşuğu. ”Bundan başqa, K.Əliyev “Koroğlu” epo-

sunun mətnində gedən “dəliqanlılıq”, "dəli nərə", “dəlisovluq”, "dəli kö -

nül", "dəli aşıq" kimi anlayışların da doğurduğu mənaları da düzgün kod-

laşdıraraq maraqlı elmi nəticələr əldə etmişdir.

Monoqrafiyadan eposşünaslıq, eləcə də epos poetikası ilə maraqlanan

folklorşünaslar,  qorqudşünaslıq və koroğluşünaslıqla məşğul olan təd qi -

qatçılar, eləcə də ali məktəblərin filologiya fakültələrinin tələbələri, ma -

gistrlər, aspirantlar yararlana bilərlər.

ƏZİZXAN TANRIVERDİ

“DƏDƏ QORQUD KİTABI”NDA AT KULTU

BAKI, “ELM VƏ TƏHSIL”, 2012, 144 səh.

Redaktor: Muxtar Kazımoğlu (İmanov)

Filoogiya üzrə elmlər doktoru, professor;

Rəyçilər: Ramazan Qafarlı

Filologiya üzrə elmlər doktoru, professor;

İbrahim Bayramov

Filologiya üzrə elmlər doktoru, professor;

İlham Abbasov

Nəşrinə məsul: Əziz Ələkbərli

Filologiya üzrə fəlsəfə doktoru.

Kitab Azərbaycan Milli Elmlər Akademiyası Elmi Şurasının qərarı ilə

nəşr  olunur.  Bu kitab  filologiya  üzrə elmlər doktoru, professor  Əzizxan

Tanrıverdinin “Dədə Qorqud” eposunun dilinə həsr etdiyi beşinci kitab-

dır. Məlumdur ki, at çox qədim zamanlarda rəmzləşdirilən heyvanlardan

biridir, öküzlə müqayisədə daha geniş əhatə dairəsinə malikdir və həyat

gücünü,  hətta  ölünün  (cəsədin)  canlandırılmasını  da  bildirirdi.  Heç  də

təsadüfi deyil ki, buzlaşma çağının mağara mədəniyyətində qayaüstü rəs-



2012/

IV

169



samlığın əsas mövzusunu məhz öküzlər və vəhşi atlar təşkil etmişdir. Mo -

noqrafiyada “Dədə Qorqud kitabı”ndakı at kultu tarixi-linqivistik müs tə -

vidə tədqiq edilir. Türk-Oğuz cəmiyyətində ata münasibət: “at oğuldur”,

“at qardaşdır”, “at xilaskardır”, “at qəhrəmandan üstündür”, “at sədaqətli

dostdur, yoldaşdır, xilaskardır”, “at qəhrəmandan üstündür” şəklində ol -

muşdur. Bu kimi məsələlər təkcə “ Dədə Qorqud kitabı" yox, həm də di -

gər mənbələr kontekstində araşdırılmışdır.

Tarixdən  bəllidir  ki,  "Türk  at  belində  doğulub,  döyüşüb,  var  olub.”

Oturaq həyat sürən xalqları köçəri atlı tayfalar narahat etməyə başlayan-

dan sonra min il ərzində Şərqi Avropa və Mərkəzi Asiyada da atlar əhil -

ləşdirilmişdir. Ən əski zamanlarda bu sirli heyvan çox hallarda ölülər alə -

mi  ilə  əlaqələndirilmişdir.  Cəsədin  at  dərisinə  bükülərək  dəfn  edilməsi

adətinin əsasında da həmin inam dayanmışdır. At qurban kəsmə ritualının

Qafqazda – Azərbaycanda  icra  edilməsi  barədə  tarixin  atası  Heredot  və

Alban tarixçisi Musa Kalankatlı da məlumat vermişdir.

Tədqiqatda  atın  döyüş  və  qələbə  simvoluna  çevrilməsi  də  müşahidə

olunur. Nəhayət, şəxsləndirilən atlar müdrikliyi, uzaqgörənliyi ilə diqqəti

cəlb etmiş, sahibinə gələcək hadisələr barədə xeyirxah xəbərlər vermişdir.

İnanclarda atın baş skletinin çəpərlərə sancılması adətinə bu gün də bəzi

kəndlərdə  rast  gəlirik,  guya  bu  halda  şərin,  bədbəxt  hadisələrin  qarşısı

alınır.  Yuxuyozumda  at  –  murada  çatmaqdır.Yunanlarda  isə  at  dırnağı-

bərəkət, bolluq, firavanlıq və nemət kimi mənalandırılır. Bir çox xalqlar-

da, eləcə  də Azərbaycan türklərində xoşbəxtlik gətirən  talisman  kimi  at

nalını qapının üstündən asırlar. Təkcə xristian inancında ata bütün hallar-

da mənfi münasibət müşahidə olunur.

Sonralar  bərk  qaçması,  aralıq  yerləri  tullanaraq  aşması  atı  bir  rəmz

kimi göylərə qaldırmış, birbaşa günəşlə əlaqələndirilmiş və günəş ara ba -

sına qoşulan heyvan olaraq təqdim edilmişdir. Atın rəmzləşməsində uzun

müddət ikili xüsusiyyəti diqqət mərkəzində saxlanılmış, bir tərəfdən, işıq

saçan ağ at Xızırın, Həzrət Əlinin xilaskarlıq, qəyyumçuluq funksiyasın-

da əsas vasitəçi rolunu daşımış, digər tərəfdən isə qara rəngə bürünüb zül -

mətdə qanad açaraq fantastik sürətliliyin, sakral gücün (uzaq mə safəni bir

göz qırpımında qət etməklə) daşıyıcısına çevrilmişdir.

"Dədə Qorqud kitabı"nda at kultu" kitabında həmşinin atın qədim tür -

kün həyatında oynadığı bənzərsiz və əvəzsiz roldan bəhs edilir. Professor

Əzizxan Tanrıverdi  kitabda  gəldiyi  qənaətlərini  və  ümumiləşdirmələrini

dastandan  gətirdiyi  çoxsaylı  nümunələr  və  misallarla  aydınlaşdırmışdır.

2012/

IV

170



Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə