Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 1,45 Mb.
səhifə61/67
tarix25.06.2018
ölçüsü1,45 Mb.
#51687
1   ...   57   58   59   60   61   62   63   64   ...   67

Müəllif  "Dədə  Qorqud  kitabı"nda  at  kultu"  kitabında  habelə  başqa  türk

dastanlarına da müraciət etmiş, onları “Dədə Qorqud kitabı" ilə müqayisə

etmiş,  paralellər  aparmışdır.  "Dədə  Qorqud  kitabı”nda  atla  bağlı  sözlər

çoxdur. At türkün yaddaşında qədimdən bəri varlığını qoruyub saxlamaq-

dadır. Atla bağlı sözlər ümumən dastanlarımızda kifayət qədərdir. Oğuzlar

tarixən atı özlərinə çox doğma biliblər. Hətta eyni ad həm insan, həm də

at adı kimi işlənib.

Əzizxan Tanrıverdinin  yaradıcılığında  əski  oğuz-türk  yazılı  abidəsi  -

“Dədə  Qorqud”  eposu  dilçilik,  folklorşünaslıq,  fəlsəfə,  tarix  və  etno-

qrafiya müstəvisində ümumiləşdirilərək tədqiqata cəlb edilir. Onun elmi

fəaliyyətinin əsas istiqaməti və mövzusu bu dünyaşöhrətli oğuznamənin

sirlərinin açılmasına yönəlmişdir. Ə.Tanrıverdi elə tədqiqatçılardandır ki,

abidəni  nöqtə-vergülünədək  öyrənib  mətnin  alt  qatlarına  nüfuz  etməyi

bacarır. O, Türkün mənəvi böyüklüyünü sübut etmək üçün havadan asılı

qalan gəlişigözəl fikirlər söyləmir. O, araşdırmalarından alınan nəticələri

dəlil,  fakt  kimi  ortaya  qoyur,  doğruluğuna  tam  inandığı  bir  hökm  kimi

deyir.

Bu kitab qeyd etdiyimiz kimi, az araşdırılan və Azərbaycan türklərinin



tarixi  taleyində  mühüm  yer  tutan  bir  problemə  – At  kultuna  həsr  olun-

muşdur. Atın hər bir qədim xalqın həyatında böyük rol oynadığı məlum-

dur.  Onu  da  qeyd  edək  ki,  atın  məişətdə  və  mədəniyyət  amillərində

buraxdığı izlər olduqca çoxdur. Ömrünü atla birlikdə keçirən yarımköçəri

oğuz tayfalarının həyatına güzgü tutan “Dədə Qorqud” eposunun qəhrə-

manlarını da atsız təsəvvürə gətirmək mümkün deyil.

Türk əvvəl qopuzu, sonra dəmiri – qılıncı,  nizəni, qalxanı, oxu, yayı

kəşf  etmişdir. At  belinə  qalxmamışdan,  arabanı,  təkəri  düzəltməmişdən

qabaq ağacdan musiqi aləti düzəltmiş, dizlərini büküb oturaraq ozan nəğ -

mələrini, nəsihətlərini dinləmişdi. Silah oynadan ərənlərdən əvvəl söz us -

tadları doğulmuşdu. Ona görə də oğuznamələrdə Qorquddan, Ulu Türk -

dən müdriki və yaşlısı nəzərə çarpmır. Lakin alimin doğru qənaət lərindən

görürük ki, qopuz və silah qədər at da Türkün həyatını tamamlayan, mə -

nalandıran əsas amillərdən biridir. 

Şərq xalqlarının inancında at daha çox od və işıqla əlaqələndirilir və

vurğulanır ki, at insanla daha çox doğmalaşıb və kişilərə arvadı və övladı

qədər sevdirə bilmişdir. Kitabda əski oğuz türk yazılı abidəsi olan “Dədə

Qorqud” eposu həm də dilçilik, folklorşünaslıq, fəlsəfə, tarix və etno qra -

fi ya müstəvisində tədqiqata cəlb edilmişdir.

2012/

IV

171



Kitab folklorşünaslar, ali məktəblərin filologiya fakültələrinin tələbə -

ləri və ümumən, “Dədə Qorqud kitabı”nın dili ilə maraqlanan tədqi qat çı -

lar, aspirantlar, magistrlər üçün nəzərdə tutulmuşdur.

SƏBINƏ İSAYEVA

AŞIQ ŞƏMŞİRİN POETİKASI

BAKI, “ELM VƏ TƏHSIL”, 2012, 256 səh.

Elmi redaktoru: Məhərrəm Qasımlı

Filologiya üzrə elmlər doktoru, professor;

Rəyçilər: Qəzənfər Paşayev,

Filologiya üzrə elmlər doktoru, professor;

Adil Cəmil

Filologiya üzrə fəlsəfə doktoru, dosent.

Monoqrafiya Azərbaycan  Milli  Elmlər Aka -

demiyası Folklor İnstitu tunun Elmi Şurasının qərarı ilə nəşr olunmuşdur.

Monoqrafiyada  Azər bay can  aşıq  sənətinin  görkəmli  nümayəndəsi  Aşıq

Şəmşirin  həyatı,  mühiti,  və  zəngin  yaradıcılığı  təhlil  və  tədqiqata  cəlb

edilmişdir.

XX əsr Azərbaycan aşıq poeziyasının ən tanınmış və məşhur simala -

rın dan  biri  Aşıq  Şəmşirdir.  Əgər  XVI  əsrdə  Qurbani,  XVII  əsrdə  Aşıq

Abbas Tufarqanlı,  XVII-XVIII  əsrlərdə  Xəstə  Qasım,  XVIII əsrdə Aşıq

Valeh,  XIX  əsrdə  Aşıq  Ələsgər  aşıq  poeziyasında  aşıq  sənətinin

zirvəsində dayanırdılarsa,  XX  əsrdə Aşıq  Şəmşir  bu  məqama  çatmışdır.

XX əsrdə çox böyük aşıqlar yetişmişdir. Lakin onlardan heç biri Şəmşir

zirvəsinə  yüksələ  bilməmişdir. Aşıq  Şəmşir  XX  əsrin  saz-söz  haqqında

yazılmış kitablarına öz adını əbədi olaraq yazdırmışdır.

Monoqrafiya üç fəsil (1.Aşıq Şəmşirin həyatı, mühiti, və poetik irsinin

tədqiqi tarixi”, 2. Aşıq Şəmşirin lirikası, 3. Aşıq Şəmşirin yaradıcılığında

dastan, janr və sənətkarlıq məsələləri.) və on üç yarımbölmədən ibarətdir.

Birinci fəsildə S.İsayeva Aşıq Şəmşirin həyatı, mühiti, müasirləri və Aşıq

Şəmşir  irsinin  nəşri  və  tədqiqi  məsələlərindən  bəhs  edir.  Şəmşirin  həy-

atını, ədəbi irsini, həyat fəlsəfəsini aydınlaşdırmaq üçün onun dərs aldığı

amilləri  dəqiqliklə  göz  önünə  gətirmək  lazımdır.  Onun  ilk  bəhrələndiyi

qay naq,  yaradıcılıq  qaynağı  –  nəsil  şəcərəsidir.  Belə  ki,  Aşıq  Şəmşir

görkəmli  el  sənətkarı,  şair  Qurbanın  ailəsində  dünyaya  gəlib.  Sənətkar

2012/

IV

172



ailə sində  doğulan  Şəmşir  çox  keçmədən  el  yığıncaqlarında  tanınmağa

başladı. Miskin Abdal nəslinin davamçısı olan Dədə Şəmşiri bütün Azər -

baycana  daha  yaxından  tanıdan  böyük  Səməd  Vurğun  olub.  İstisu  yay-

laqlarında istirahət edən görkəmli şair günlərin birində özünəməxsus səsi,

sözü və çalğısı olan bir ozanla – Aşıq Şəmşirlə tanış olur və ona məşhur

qoşmasını həsr edir.

Görkəmli  folklorşünaslardan  və  ədəbiyyatşünaslardan  M.Arif,

H.Aras  lı, M.H.Təhmasib, M.Quluzadə, V.Vəliyev, P.Əfəndiyev, Q.Na ma -

zov, S.Paşayev, C.Abdullayev, M.Allahmanov, İ.Ələsgərov, məşhur şair-

yazıçılarımızdan  S.Vurğun,  O.Sarıvəlli,  Ə.Vəliyev,  M,Rahim,  N.Xəzri,

T.Bayram,  Qabil,  M.Aslan,  M.İsmayıl  və  b.  qələm  sahibləri,  tanınmış

sənətkarlar  ayrı-ayrı  illərdə  dövri  mətbuatda  Dədə  Şəm şirin  sənət

dünyasından, şeirlərinin poetik vüsətindən, sanbal-siq lə tin dən söz açıblar.

Tədqiqatçı monoqrafiyanın “Aşıq Şəmşirin lirikası” adlanan ikinci fəs -

lində Dədə Şəmşirin qələmə aldığı lirik şeirlərindən – qoşma, gəraylı, təc -

nis, divani, bayatı, rübai, qəzəl və müxəmməslərindən söhbət açır, eləcə

də  yazılı  və  şifahi  poeziyamızın  ən  önəmli  cəhətlərini ustalıqla  mənim-

səyən söz sənətkarı  kimi, onu öz  məktəbini yaradan bir ustad  aşıq kimi

təqdim edir. Aşıq Şəmşirin 40-dan artıq şəyirdi vardı. Aşıq Şəmşir mək-

təbinin Aşıq Qardaşxanın, Qəmkeş Allahverdinin, Aşıq Xalıqverdinin və

bu  gün  çoxlarının  yaxşı  tanıdığı  onlarla  saz-söz  sənətkarlarının  yetkin-

ləşməsində,  kamilləşməsində  əvəzsiz  rolu  olub.  Bu  məktəb  təkcə  aşıq

sənətinə  deyil,  ümumən,  saz-söz  sənətinə  təsir  göstərməklə  Bəhmən

Vətənoğlu, Sücaət kimi şairlərin yetişməsinə münbit zəmin yaradıb. Aşıq

Şəmşirin  qeyri-adi  səsi  və  çalğısı  hər  zaman  yüksək  dəyərləndirilmiş,

ustad sənətkarın orijinal ifaçılığı və şairliyi xüsusi olaraq vurğulanmışdır.

Monoqrafiyanın “Aşıq Şəmşirin yaradıcılığında dastan, janr və sənət -

karlıq  məsələləri”  adlanan  üçüncü  fəslində  isə  S.İsayeva Aşıq  Şəmşirin

dastan  və  təcnis  yaradıcılığından,  eləcə  də  aşığın  dil  sənətkarlığından

bəhs edir, Aşıq Şəmşirin yaradıcılığına müxtəlif aspektlərdən nəzər salır.

Məlumdur  ki, Aşıq  Şəmşirin  yaradıcılığında  təcnis  şeir  şəkli  xususi  yer

tutur.  Sənətkarın  müxtəlif  illərdə  yazdığı  təcnisləri  forma  və  məzmun

baxımından rəngarəngdir. Bu fəsildə aşığın təcnislərinin cinaslar sistemi

təhlil olunur, onun ayrı-ayrı təcnislərindən nümunələr verilir. Aşıq Şəmşi -

rin coxcəhətli yaradıcılığının mühüm hissəsini təşkil edən təcnisləri aşıq

poeziyasında ən mürəkkəb şeir şəkillərindən biridir.

Təcnis yazmaq hər bir sənətkardan boyuk məharət tələb edir və onun

2012/

IV

173



Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə