Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 1,45 Mb.
səhifə7/67
tarix25.06.2018
ölçüsü1,45 Mb.
#51687
1   2   3   4   5   6   7   8   9   10   ...   67

17

2012/

IV

söyləmişlər (2, 17; 3, 123). Sözsüz ki, yaddaşlardakı əsərlərin hamısı ya -

zı ya alınmamış, çoxlu folklor süjet, motiv və obrazları unudulmuşdur. Ya -

zıya alınmış əsərlərin də hamısı gəlib bizə çatmamışdır. Minlərlə gil löv -

hələr torpaq altında məhv olmuş, sularda batmış, yaxud hələ də tapılma -

mışdır. Bütün bunların da nəticəsində Şumer xalqının yaratdığı ağız ədə -

biy yatının böyük bir qismi itirilmişdir. 

Şumer epik mətnlərinin demək olar ki, hamısı anonimdir. Digər tə rəf -

dən, həmin mətnlərdə şifahi poetik nitqin özünəməxsusluğu, ağız ədəbiy -

yatının bütün səciyyəvi üslub elementləri, bədii ifadə və təsvir vasitələri

qorunub saxlanmışdır. Bu iki xüsusiyyəti nəzərə alıb demək olar ki, Şu -

mer epik mətnləri yazıya köçürülmüş şifahi xalq yaradıcılığı örnəklərin -

dən başqa bir şey deyil (4, 89). Bununla belə, onları folklor hesab etmə -

yən müəlliflər də var (5, 19). Bu fikir nə qədər mübahisə doğursa da, Şu -

mer epik mətnlərinin şifahi xalq yaradıcılığı nümunələri olduğu şübhəsiz -

dir. Bunu onların məzmunu da göstərir. 

XX yüzilliyin əvvəllərində Şumer epik mətnlərini çətinliklə başa dü -

şən lər  onları  dəyərsiz,  bayağı  əsərlər  hesab edirdilər.  Lakin  Şumer  epik

mətnləri  S.N.Kramerin  gərgin  əməyi  sayəsində  oxunub  nəşr  edildikdən

sonra bu fikir dəyişdi. Bütün Babil ədəbiyyatının Şumer mətnlərinin tər-

cüməsindən, təbdilindən, yaxud işlənmiş yeni formasından ibarət olduğu

təsdiqləndi (6, 116-117).

Şumer  epik  mətnləri  janr  baxımından  çox  zəngin  və  rəngarəngdir:

epos lar, əfsanələr, atalar sözü və məsəllər, sevgi-məhəbbət lirikası, təm-

sillər,  öyüd-nəsihətlər,  ağılar,  allahlar,  şəhərlər  və  xaqanlar  haqqında

himn lər, alqışlar, qarğışlar, dualar, mərasim nəğmələri və s.

Şumer epik mətnlərinin əksəriyyəti şeir şəklindədir. Xüsusilə 9 qəhrə-

manlıq eposunun hamısının mətni yalnız şeirdən ibarətdir. Nəzmlə epos

qoşmaq  Şumerdə  bir  epik  ənənəyə çevrilmişdir.  Bu  ənənə  sonralar  türk

xalq yaradıcılığında uğurla davam etdirilmişdir. Türk qəhrəmanlıq epos -

larının da çoxu yalnız şeirlə qoşulmuşdur. “Manas”, “Gizir”, “Maday Qa -

ra” kimi eposlarda nəsr yoxdur. “Dədə Qorqud” və “Koroğlu” eposların-

da  bu  ənənə  yeni  bir  mərhələyə  keçmiş,  nəzmlə  nəsr  yüksək  səviyyədə

növbələşdirilmişdir. Bəzi müəlliflər epik mətnlərdə nəzmlə nəsrin növbə -

ləş məsinin üç mərhələdə baş verdiyini yazırlar. Onlara görə, ilk eposlar

nəsrlə qoşulmuş, ikinci mərhələdə nəzmlə nəsr növbələşmiş, üçün cü mər -

hə lədə nəzm  özünə  möhkəm  yer  tutmuşdur  (7,  97).  Lakin  Şumer  epos -

larının mətnləri ilə tanışlıq bunun əksini göstərir.




18

2012/

IV

Həmin üç mərhələni belə səciyyələndirmək olar: nəzm, nəzmlə nəsr və

nəsr.

Şumer qəhrəmanlıq dastanları ilə “Dədə Qorqud”, “Koroğlu” və digər



türk  eposları  arasında  həm  forma,  həm  də  məzmun,  ideya,  süjet  oxşar-

lıqları aydın nəzərə çarpır. Bundan başqa, bədii ifadə və təsvir vasitələri,

poetik üslüb çalarları arasında da bir qaynağa bağlanan çox səciyyəvi ele-

mentlər var. 

Şumer epik mətnləri şifahi xalq yaradıcılığı üçün daha çox səciyyəvi

olan  bədii  təsvir  vasitələri  ilə  zəngindir.  Onlarda  epitetlər,  hiperbola,

metafora, paralelizmlər, təkrar / təkrirlər xüsusi yer tutur.

Epitetlər: Rus alimi A.N.Veselovski yazırdı ki, “qısaca desək, epitetin

tarixi poetik üslubun tarixidir” (8, 59). Şumer epik mətnlərindəki epitet -

ləri ilk dəfə S.N.Kramer araşdırmışdır. Şumer dilində epitetlər daha çox

“qal”  (böyük),  “mah”  (qüdrətli),  “kuğ”  (işıqlı),  “ki-ağ”  (sevimli,  əziz)

sözlərinin  köməyi  ilə  yaradılır.  Şumer  mətnlərində  epitetlərə  ilk  dəfə

Tanrı  adlarında  rast  gəlinir.  Məsələn,  müdriklik  Tanrısı  Enkinin  epiteti

Nudimmuddur.  Bu  sözün  açımı  “nadir,  qiymətli,  gözəl  şeylərin  yara dı -

cısı” deməkdir (9, 197-198).

Ay Tanrısı Nannarın  epiteti  “təzə  ay”dır  (10, 186). Bu epitet  hazırda

Azərbaycan  dilində  işlənən  “bədirlənmiş  ay”,  “ay  təzələndi”,  “on  dörd

gecəlik ay” deyimləri ilə üst-üstə düşür.

Günəş Tanrısı Utunun arvadı Ayyanın epiteti “gəlin”dir. Şumer Tanrı

adlarının çoxunun əvvəlinə bu cür epitetlər qoşulmuşdur: “İşıqlı İnanna”,

“İşıqlı Luqalbanda” və s. Bu cür epitetlərə türk folklorunda daha çox rast

gəlinir. “Şir Manas”, “Qoç Koroğlu”, “Dəli Domrul” buna yaxşı misaldır.

Epitetlər hər bir qəhrəman üçün onun xarakterinə uyğun olaraq seçilir.

Eyni epiteti xarakteri uyğun olmayan iki qəhrəman haqqında işlətmirlər.

Epitetin bir qəhrəmanın adına qoşulması mütləq onun üstünlüyünü göstə -

rir (11, 24). Epitetlərdə millilik də nəzərə çarpır.

Metafora. Şumer epik mətnlərində metaforalara daha çox rast gəlinir.

Me taforalar daha çox “kimi” qoşmasının köməyi ilə yaradılır. Metafo ra -

larda “buğa kimi”, “vəhşi buğa kimi”, “qurd kimi”, “ilan kimi” bənzətmə -

ləri xüsusi yer tutur:

Enlil böyük bir buğa kimi ayağını basdı torpağa,

Bərəkət içində rahat günlər yaratmaq üçün (12, 62).




19

2012/

IV

Dəniz suları qurdlar kimi yırtdı Enkinin gəmisinin onurğasını,

Dəniz suları aslan kimi parçaladı gəminin qılçını (12, 105).

Şərur silahı göyə dayanaraq düşmən ölkəsini silib-süpürməkdə,

Havanı bir ox kimi yarmaqda,

Zəhərli oxlar şəhərləri yaxıb-yıxmaqda (12, 180).

Tanrı Enlilin evi Ekur dağa və göyə bənzədilir:

Böyük ev ucadır bir dağ kimi,

Tanrı Enlilin evi ucadır bir dağ kimi.

Ev Günəş kimi ucadır. 

Məbəd- onun tanrısal qanunu göy kimi dəyişdiriləmməz.

Onun arınmış ayinləri torpaq kimi parçalanammaz (12, 197).

Aratta hökmdarı Ensikuşdannanın Enmerkarın yanına göndərdiyi elçi -

nin yerişi “dağ qoçu kimi”, “vəhşi qartal kimi”, “çöl eşşəyi kimi”, “şir ki -

mi”, “qurd kimi” metaforaları ilə təsvir edilmiş, Urukun şöhrəti isə belə

təsvir olunmuşdur:

Urukun şöhrəti yayılıb dağlara,

Onun saf, xeyirxah gümüşü işıqları 

Arattanı kürk kimi örtdü,

Yorğan kimi bürüdü (13, 171-173)

Şumer epik mətnlərinin səciyyəvi xüsusiyyətlərindən biri odur ki, on -

larda poetik obrazlılıq çox vaxt metaforalar vasitəsilə yaradılır (14, 47).

Eyni sözü türk eposları haqqında da demək olar. “Manas” eposunda qəh -

rəmanın gücü şirə, baxışları qartala bənzədilir:

Əjdaha kimi acıqlı olacaq o,

Şir kimi güclü olacaq o (15, 315).

Yenicə göz açıb dünyaya

Qartal kimi baxır deyirlər (15, 328).




Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə