Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 1,45 Mb.
səhifə8/67
tarix25.06.2018
ölçüsü1,45 Mb.
#51687
1   ...   4   5   6   7   8   9   10   11   ...   67

20

2012/

IV

Şumer və türk epik mətnləri metaforalarla çox zəngindir. Onların ara -

sında eyni etnopoetik təfəkkürdən qaynaqlanan oxşarlıqlar böyük ma raq

doğurur  və  bunlar  şumer-türk  genetik  bağlılığını  təsdiqləyən  fakt  kimi

qəbul edilə bilər.

Hiperbola. Şifahi xalq yaradıcılığı üçün çox səciyyəvi olan bədii təsvir

vasitələrindən  biri  hiperboladır.  Hətta  hər  hansı  epik  mətnin  şifahi  xalq

yaradıcılığına aid olub-olmadığını müəyyənləşdirərkən, birinci növbədə,

onlarda  hiperboladan  istifadə  edilib-edilmədiyinə  diqqət  yetirmək  la -

zımdır. Şumer epik mətnlərini şifahi xalq yaradıcılığı adlandırmağa on lar -

dakı hiperbolalar əsas verir.

Türk  eposlarındakı  ən  xarakterik  hiperbolalardan  biri  qəhrəmanların

möcüzəli doğuluşunun və qeyri-adi sürətlə böyüməsinin təsviridir. Bu cür

hiperbola ilə ilk dəfə “Oğuz Kağan” eposunda qarşılaşırıq. Oğuz anasın-

dan bircə gün süd əmir. Çiy ət, şorba və şərab istəyir. 40 günə böyüyür

(16, 13). Alpamış 25 günə 25 yaşlı igid olur (17, 17). Maday Qaranın oğlu

Koqyudey Mergen doğulandan iki gün sonra “ana”, altı gün sonra “ata”

deyir. Beşiyini sındırır, yüz vedrə süd içir (18,s.28). Tuvalıların “Xunan

Qara” eposunun qəhrəmanı “bir gündən sonra bir yaşım var, iki gündən

sonra iki yaşım var” deyir. 

Altayların “Xan Altın” eposunun qəhrəmanı iki günlüyündə “ana”, altı

günlüyündə “ata” deyir.

Şorların “Xan Pergen” eposunda yeni doğulmuş çağa üç günlüyündə

ayağa durur və yeriyir.

Yakutların “Qız Dəbiliyə” və “Qüdrətli Ər Soqodoh” olonxolarında bir

günlük uşaq bir yaşındakı, iki günlüyündə iki yaşındakı, üç günlüyündə

üç yaşındakı, dörd günlüyündə dörd yaşındakı kimi olur  (19, 361). Gö -

rün düyü kimi, bu mətnlərdə zamanın sürəti adi zamandan kəskin şəkildə

fərqlənir.  Folklorşünaslıqda  “epik  zaman”  və  “epik  məkan”  termin-

lərindən çox istifadə  edilir,  çünki epik  mətnlərdə bu  anlayışlarla  tez-tez

qarşılaşmalı  oluruq.  Yuxarıdakı  mətnlərdə  isə  söhbət  epik  yox,  kosmik

zamandan gedir. “Epik zaman” və “epik məkan” anlayışlarında zaman və

məkan sadəcə olaraq öz yerini dəyişir. Kosmik zaman isə öz sürətinə görə

həm  epik,  həm  də  adi  zamandan  fərqlənir.  Kosmik  zamanla  Şumer

mətnlərində  də  rastlaşırıq.  “Enki  və  Ninqursaq”  adlı  mətndə  Ninqursaq

Enki dən  hamilə  qalır.  Onun  hamiləliyinin  hər  günü  bir  aya  bərabərdir.

Burada zaman kosmik sürətlə gedir. Həmin səhnə belə təsvir edilir:



21

2012/

IV

Onun bir günü bir ay kimidir.

Onun iki günü iki ay kimidir.

Onun üç günü üç ay kimidir.

Onun dörd günü dörd ay kimidir.

Onun beş günü beş ay kimidir.

Onun altı günü altı ay kimidir.

Onun yeddi günü yeddi ay kimidir.

Onun səkkiz günü səkkiz ay kimidir.

Onun doqquz günü doqquz ay kimidir.

Analığın doqquz ayı kimi (20, 36).

Enkinin  Ninqursaqdan  Ninsar  adlı  qızı  olur.  Enki  onunla  da  evlənir.

Ninsarın da hamiləlik dövründə hər gün bir ay kimi ötür. Ninkurun hami -

ləlik dövrü də eyni kosmik zamanla keçir. Onların hər ikisində zaman bu

cür təsvir edilir:

Onun bir günü bir ay kimidir.

Onun iki günü iki ay kimidir.

Onun doqquz günü doqquz ay kimidir (20, 37).

Burada günlərin-ayların  hamısı sadalanmır,  bununla da zamanın daha

sürətlə keçməsinə şərait yaradılır. Doqquz gün-doqquz ayın hamısı sa da -

lananda xeyli vaxt itirilir, təkrarların hesabına zaman daha ağır ad dımlarla

irəliləyir. Lakin “Onun bir günü bir ay kimidir, Onun doqquz günü doq quz

ay kimidir” deyəndə doqquz ayın özü də bir göz qırpımında gəlib keçir.

Poemada  kosmik  zaman  anlayışı  yalnız  hamiləlik  dövrünə  aid  deyil.

Ninsarın, Ninkurun böyüməsində də zamanın çox böyük sürətlə ötdüyünü

görürük.  Doğrudur,  mətndə  onların  tez  böyümələrinə  aid  konkret  ay  və

gün ifadələri işlədilmir. Burada zamanın sürətini hiss etmək üçün yalnız

mətni duymaq lazımdır.

Göründüyü  kimi,  Şumer  və  türk  epik  təfəkküründəki  kosmik  zaman

anlayışları forma və məzmunca bir-birilə yaxından səsləşir, eyniyyət təş-

kil edir. Zamanın bu cür kosmik sürətlə təsvirinə çox az xalqın epik təfək -

küründə rast gəlinir. Bunlar nadir səsləşmələr, oxşarlıqlardır, ona görə də

onlarda  təsadüfilik  görmək  mümkün  deyil.  Əslində  şumer  və  türk  epik

mətnlərində rast gəldiyimiz bir günün bir ay, yaxud bir il kimi ötməsi poe -

tik kəşfdir. Bu poetik kəşfi isə müxtəlif yox, eyni etnopoetik təfəkkürün



22

2012/

IV

məhsulu hesab etmək lazımdır. Heç bir şübhə yoxdur ki, bu qəbildən olan

oxşarlıqlar  daha  çox  etnopoetik  təfəkkürün  eyniliyindən  gə lir. Azər bay -

can nağıllarında kosmik zaman anlayışı “nağıl dili yüyrək olar” formulu

şəklində qəliblənmiş və geniş yayılmışdır. 

Bilqamısı öldürmək üçün İnannanın göydən gətirdiyi Buğa 7 qurtuma

Fəratın suyunu qurudur:

O buğa yeriyib Fərata endi.

Yeddi qurtuma içdi, çayın suyu yox oldu.

Nəfəs dərdikcə yerdə yeddi xəndək oyuldu (21, 135).

Koroğlu bir oturuma yeddi qazan aş yeyirdi. Bığlarını yeddi dəfə eşib

qu laqlarının arxasında düyünləyirdi. Bu hiperbolalar bir-birilə necə də ya -

xından səsləşir. Hiperbolaların yeddi sayı üzərində qurulması da təsa düfi

deyil.


Şumer dastanlarının poetikasından danışarkan onları düzüb-qoşan şai -

rin üslubuna da diqqət yetirmək lazımdır. Məsələn, “Enmerkar və Aratta

hökm darı” dastanında şair əsərin emosional təsirini artıran, onun drama -

tik gərginliyini daha da gücləndirən poetik detalları bacarıqla, böyük usta -

lıqla seçməyi bacarmışdır. Burada şairin zəngin və dərin poe-tik duyğu-

larla yaşadığı da öz ifadəsini tapmışdır. Şumer şairi bu  dastanda təkrar-

ların və paralellərin köməyi ilə çox gözəl və yaddaqalan ritmik səhnələr

yaratmışdır. S.N.Kramer bu dastanı Şumer ədəbiyyatının bizə məlum olan

əsərlərinin ən yaxşılarından biri adlandırmışdır (22, 214).

Poemada Şumer şairinin fikrin obrazlı, sətiraltı ifadəsinə meyilliliyi diq -

qəti daha çox çəkir. Digər dastanlardan fərqli olaraq bu əsərdə Enmer karın

və Aratta hökmdarının bir-birinə göndərdikləri ismarıclar qıfılbəndi xatır-

ladır. Enmerkar öz çaparını ikinci dəfə Arattaya gön də rər kən ona deyir:

–  Çapar, Arattanın  böyük  hökmdarına  belə  de:  “Mənim  səltənətimin

bünövrəsi əzəmətli qaydalardır.

Bu səltənət Kulabı qorumaq üçündür. Bu işıqlı səltənət işıqlı İnannaya

və onun məbədinə pərəstiş edir. Səltənəti hazırlayıb qoy özüylə götürsün.

Arattanın hökmdarı əqiqi hər hansı ağac kimi, lazuriti hər hansı ağac kimi

qoy öz əlinə alsın və mənə gətirsin” (23, 273).

Burada qiymətli daş-qaşlar (əqiq, lazurit) ağaca, ağac isə səltənətə bən -

zə dilir. Sözsüz ki, deyilən sətiraltı məna buradadır. Daş-qaş, ağac və səl -

tənət  ifadələri,  onların  bir-birilə  gizli,  sətiraltı  bağlılığı  Şumer  şairinin




Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə