Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu rüSTƏm kamal «Kİtabi-DƏDƏ qorqud»



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə1/35
tarix18.06.2018
ölçüsü0,9 Mb.
#49784
  1   2   3   4   5   6   7   8   9   ...   35


AZƏRBAYCAN  MİLLİ ELMLƏR AKADEMİYASI 

FOLKLOR İNSTİTUTU

RÜSTƏM KAMAL

«KİTABİ-DƏDƏ QORQUD»: 

NİTQ JANRLARI VƏ 

DAVRANIŞ POETİKASI

“D ədə  Q orq ud”eposunun elm  aləm inə 

bəlli  olm asının  200 illiyinə həsr olunur.

B A K I -  2013


Elmi redaktoru: 

Nizami CƏFƏROV

filologiya üzrə elmlər doktoru, professor, 

AMEA müxbir üzvü

Rüstəm  Kamal.  «Kitabi-Dədə  Qorqud»:  nitq  janrları 

və davranış poetikası, Bakı, Nurlan, 2013,  148 səh.



Tanınmış ədəbiyyatşünas  Rüstəm  Kamalın  bu kitabı  Türkün  ulu 

abidəsi

 



Kitabi-Dədə Qorqud”da davranış poetikasına həsr olunmuş­

dur.  M.Baxtinin  nitq janrları,  Y.Lotmanın  məişət  davranışı poetikası 

və  C. Ostinin  nitq  aktları  və performativlik nəzəriyyələri  işığında  epik 

mətn  çərçivəsində  nitq  janrlarının  (performativ,  ekspressiv,  fatik) 

təsviri verilir və  onların  dilin  miforitual təcrübəsi  ilə  əlaqəsi müəyyən 

edilir.  Eposun  kommunikativ  məkanının  təşkilində performativlik  ha­

disəsi  təhlil  edilir.  Tədqiqatın  metodoloji  istiqamətini  linqvopraqra- 

matik və semiotik medotların vəhdəti müəyyənləşdirir.

folklorinstitutu.com

R 3202050000 Qrifli nəşr 

098 - 2013

Folklor İnstitutu, 2013

GİRİŞ


«Kitabi-Dədə  Qorqud»  etnomədəni  hadisə  kimi  şərəfli 

tədqiq tarixinə  və  ənənəsinə malikdir,  həm  də dil  hadisəsi  ki­

mi geniş öyrənilibdir.*

Abidə  yazılı  (yazıya  salınmış)  formada  olsa  da,  arxaik 

təhkiyə təcrübəsinin özəlliklərini özündə əks etdirir.

«Kitabi-Dədə  Qorqud»  verbal  realizm  hadisələrin,  nitq 

aktlarının  və  ya  davranış  janrlarının  təsvir  olunduğu  poetik 

sistemdir.  «Kitabi-Dədə  Qorqud»  bütövlükdə  ilkin  (sadə) 

janrlardan  yaranmış,  müvafiq  etnik  ənənədə  mövcud  olmuş 

mürəkkəb, mükəmməl  nitq janrıdır, etiket janrıdır.

XX  əsrdə dilçilik  sahəsində dönüş  nöqtələrindən biri  də 

performativlərin  kəşf edilməsi  olmuşdur.  C.Ostinin  ölümün­

dən  sonra  çap  olumuş  məqaləsində  (“Hov  to  Do  Things  vith 

Vords”,  1962)  mövcud  situasiyanı  təsvir  edən  sözləri  (kons- 

tativləri)  özünün birbaşa mənası  ilə onu formalaşdıran sözləri, 

yəni  magik  sözləri-əməlləri  (performativləri)  fərqləndirmək 

təklif olunurdu.

C.Ostin  nümunə  kimi  keşişin  “Mən  sizi  ər-arvad  elan 

edirəm”  sözlərini  örnək  gətirir.  Performativlik  sadəcə  söz  və 

əməl  deyil, həm də hakimiyyətin nüfuzu deməkdir.

C.Ostinin  ideyalarından  dilçiliyin  maraqlı  bir  sahəsi  -  

nitq aktları  ilə məşğul  olan sahəsi yaranmışdır.  Güman edirik 

ki,  nitq  aktları  nəzəriyyəsi  epik  süjet  təhlili  üşün  də  maraqlı 

ola bilər.

Araşdırma  kontekstində  “janr”  anlayışı  folklor  janrları 

və M.M.Baxtin anlamında nitq janrları  eyniləşə bilir.  M.Bax-



Araşdırmada  “Kitabi  -   D ədə  Qorqud”dan  örnəklər  1988-ci  il  nəşrindən 

götürülmüşdür [61].

3



tin  nitq janrını  nitq  fəaliyyətinin müəyyən sferası  üçün səciy­

yəvi  olan  sabit deyimlər tipi  kimi  müəyyənləşdirir  [116,237]. 

Bu zaman  Q.L.Permyakovun  (janrın praqmatik  funksiyası  və 

ya istiqaməti) və Y.Bartminskinin (adresant və adresat obraz­

ları)  irəli  sürdüyü  aspektləri,  kommunikativ  situasiyaları  da 

nəzərə almalıyıq.

Nitq janrları  funksional  və  praqmastilistlik  xüsusiyyət­

ləri ilə səciyyələnir və müəyyən kommunikativ aktlarda və si­

tuasiyalarla  aktuallaşır,  müəyyən  davranış  qaydalarını  və  so­

sial münasibətləri ehtiva edir.

Nitq janrları  ilə  verbal  davranış  məkanı  söyləm-deyim 

vahidlərini  müəyyənləşdirmək  olur.  Məhz  epik  süjetdə  kom­

munikativ hadisələr nitq janrları ilə “idarə olunur”.

M.M.Baxtin nitq janrları  nəzəriyyəsini yalnız  kommuni­

kasiyanın  qrammatikasının  təsviri  kimi  deyil,  həm  də  ədəbi- 

nəzəri təhlil vasitəsi kimi nəzərdən keçirirdi. Onun fikrincə,  il­

kin  (sadə)  nitq janrları  yalnız  şifahi  nitq  prosesində  yaranmır, 

həm də bədii mətnin süjet yaradıcılığında fəal iştirak edir.

Təəssüf ki,  böyük  alimin  bu nəzəriyyəsində  nitq janrla­

rının  ümumi  tipologiyası,  vahid  təsnifatı  verilmədiyindən  ti- 

poloji-müqayisəli  səviyyədə  təhlilində  müəyyən  çətinliklər 

yaranır.


M.M'.Baxtinin  nitq janrları  nəzəriyyəsi  tarixi  poetikada 

hələ  yetərincə  yerini  tapmadığından,  bədii  mətnin  təşkilində 

nitq janrlarının  fiınksionallığmın  müəyyənləşdirilməsində  ge­

niş istifadə olunmur.

Ədəbiyyatşünaslıqda,  funksional  üslubiyyatda  nitq janr­

ları ətraflı öyrənilsə də, onların kommunikativ, koqnitiv, praq­

matik,  diskursiv  aspektlərinin  tədqiqi  hələ  də  fraqmentar  xa­

rakter daşıyır.  Son  illər Rusiyada (Saratov və Volqoqrad uni­

versitetlərində) bu sahədə geniş miqyasda, sistemli  araşdırma­

lar  aparılır,  nitq janrlarının  təsviri,  poetikası  və  təhlil  meto-

4

dikası ilə bağlı  elmi konfranslar keçirilir. Məsələn, lətifə janrı 



[273], invektiv janr [145], zarafat janrı ilə [277] bağlı araşdır­

maları  qeyd  edə  bilərik,  yaxud  nitq janrlarının  «jamyaradıcı 

əlamətləri»,  janrıqurma  imkanları  araşdırlır  ki,  [420]  bu  da 

janr problemini ədəbiyyatşünaslıq və dilçilik sferasından koq- 

nitiv-diskursiv müstəviyə keçirməyə imkan verir.

Düzdür,  bəzi  praqmalinqvistik  yönlü  araşdırmalarda 

folklor mətnləri (nağıl,  lətifə) nitq janrları kimi nəzərdən keçi­

rilmişdir,  mürəkkəb  nitq janrlarının  (roman,  dram)  sadə  nitq 

janrlarından təşkil  olunması  ilə  bağlı  müəyyən  nəzəri  fikirlər 

söylənilmişdir.

Müasir rus  filologiyasında janrosentrzm  üstün  mövqeyə 

malikdir, nitq aktları  nəzəriyyəsi isə o qədər də “xoş qarşılan­

mır”.  N.İ.Formanovskayanın  fikrincə,  nitq  aktları  nəzəriyyəsi 

bir-birindən tədric olunmuş, elementar,  bəzən də süni yaradıl­

mış deyimləri nəzərdən keçirir [262, 68].

Ancaq  linqvistik janrşünaslıq  sahəsində,  nitq janrları  ilə 

bağlı  araşdırmalarda mülahizələr  sistemli  xarakter daşımada- 

ğmdan,  nitq janrlarını  bir-birindən  fərqləndirən  xüsusiyyətlər 

aydm  və  dəqiq  deyil.  Bir  sıra  hallarda  isə  situasiyaların  və 

aktların  təkrarlanması  nəticəsində  nitq janrları  kommunikativ 

streotiplər,  etiketlər  sırasına  keçirilir  ki,  bütövlükdə  onları 

nitq janrları sistemi kimi müəyyənləşdirmək çətinləşir.

Bəzən  nitq janrları  kimi  qəbul  etdiyimiz  deyimlər,  sin- 

taktik  konstruksiyalar,  kiçik  mətnlər  bütöv  mətnin  təhkiyə  -  

süjet  toxumasında,  «gözlə  seçilmir»,  onları  xüsusi  nitq  janrı 

kimi  fərqləndirmək,  konkret nitq janrlarının səciyyəvi  əlamət­

lərini təsvir etmək mümkün olmur.

Y.M.Lotman  nitq  janrlarını  mədəniyyət  tipləri  və  yad­

daş formaları  ilə əlaqələndirir [  174, 3-11].

V.M.Şukin  nitq janrını  psixi  və  sosial  davranışın  inten- 

sional -  funksional  tipii kimi  səciyyələndirir [276,  52].

5



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə