Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu rüSTƏm kamal «Kİtabi-DƏDƏ qorqud»



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə10/35
tarix18.06.2018
ölçüsü0,9 Mb.
#49784
1   ...   6   7   8   9   10   11   12   13   ...   35

Yapa-yapa qarlar yağsa, yaza qalmaz 

Yapağlu gögçə çəmən giizə qalmaz.

Əski pambuq bez olmaz.

Qarı düşmən dost olmaz.

Qaraduca duymayınca yol alınmaz.

Qara polat üz qılıcı çalmayınca qırım dönməz.

Ər malına qıymayınca adı çıqmaz.

Qız anadan görməyincə öğüt almaz.

Oğul atadan görməyincə süfrə çəkməz.

Oğul atanın yetridir, iki gözinin biridir 

Dövlətlü oğul qopsa, ocağının közidir.»

Aforistik  deyimlərin  sonunda  verilən  alqış-dualar  isə 

bütövlükdə bu mətnin performativlik effektini gücləndirir: 

Baba malından nə faidə,  başda dövlət olmasa,

Dövlətsiz şərrindən Allah saqlasun, xanım,  sizi!

Əslində  bu  soylamalar -   aforizmlər  mifopoetik  təfəkkür 

tipinin  ifadəsidir,  «mifopoetik  söz  isə  əməldi,  sakral  sözdü» 

(V.N.Toporov). Mifopoetik düşüncə tipi oğuz dünya modelinin 

səviyyəsini  elə  təşkil  edir  ki,  soylamalar  «ritual  etiket»ə 

(D.Lixaçov) çevrilir. Etiketlik isə oğuz insanının miforitual təc­

rübəsi ilə, yaşam-inanc fəlsəfəsi ilə bağlıdır.Onda sual olunur: 

«Müqəddimə»də  aforizmlər -  soylamalar,  görəsən,  orta 

əsr  mərasim-etiket  formalarından  biridir,  yoxsa  sıralanmış, 

səslənmiş  paremioioji  vahidlərdən  ibarət  «açıq  sistemdir» 

(K.Abdulla), yoxsa dilin ritual təcrübəsi ilə bağlı olan paremi- 

oloji bütövlükdür?

T.Hacıyev  həmin  paremioioji  bütövlüyü  «ustadnamə» 

kimi  təqdim  edir:  «Burada Oğuz  cəmiyyətini  səciyyələndirən 

kəlamlar var, təlim-tərbiyə məzmunlu atalar sözləri və məsəl­

lər geniş yer tutur.  İbrətli söz söylənilir, dastanın qəhrəmanla­

rına xeyir-dua  verilir.  Bunlar ustadnaməyə  məxsus  əlamətdir. 

Əslində bu dastanın  adında Dədə Qorqud başlığını  doğruldan

38

ən güclü əsaslardan biri məhz bu ustadnamədir» [50,119].



Doğrudan  da  aforistik-didaktik  bilgilərin  və  deyimlərin 

Dədə Qorquda -  müdrik  qocaya,  əcdad ruhuna bağlılığı  ənə­

nəvi  türk  toplumu  üçün  səciyyəvi  haldır.  Ənənənvi,  arxaik 

mədəniyyətlərdə  bu  tipli  mətnlər  adətən  nüfuzlu  şəxslərə  və 

toplumlara istinad edilərək danışılır: Məsələn:  çukçalar bu za­

man  «qocalar  belə  deyirdilər»,  oroclar  «gör  nə  deyirlər», 

«nivxlər belə söyləyirlər»  ifadələrindən istifadə edirlər.

Y.S.Novik  qeyd edir ki,  Yenisey  xalqlarının  fəlsəfi,  hü­

quqi  normaları  və  məişət  qaydaları  ket  şamanı  Dohun  adı  ilə 

bağlanır  yeniseylilər  arasında  dolaşan  hekayət-nəğmələr  bu 

sözlərlə bitir:  «toy Doh  laskansiha!» -  «Doh belə demiş (söy­

ləmiş)!»,  hətta  lətifələr  də  «Doh  belə  deyirdi»  ifadəsi  ilə  ta­

mamlanır [Bax: 200, 272].

“Müqəddiməkdə  hikmətli,  sayğılı  kəlamlar «Dədə  Qor­

qud  soylamış»,  «Dədə  Qorqud  belə  soylamış»  deyimləri  ilə 

təqdim  edilir.  Bu  soylamalar,  sayğılı,  müdrik  sözlər  insanlar 

və  ruhlar  arasında  vasitəçi  olan,  «sirli  mənalar  dünyası  ilə» 

(N.Mehdi) bağlı olan Dədə Qorquda aiddir

Dədə Qorqud etik kateqoriyaların və mənəvi normaların 

yaradıcısı və bilicisi kimi çıxış edir. «Emosional yaddaşın qo­

ruyucusu  və  yaradıcısı  olduğundan  özündə  əcdad  ruhunu  da­

şıyan  atalar  sözlərinin  Dədə  Qorquda  aid  edilməsi  də  bu  üz­

dəndir»  [18,38].

«Dədə Qorqut soylamış, görəlim, xanın, nə soyamış:

Getdikdə yerin otlaqların keyik bilür.

Kənəz yerlər çəmənlərin qulan bilür.

Ayrı-ayrı yollar izin dəvə bilür.

Yedi dərə qoxuların dilkü bilür.

Dinlə kərvan keçdiyin turğay bilür.

Oğul kimdən olduğin anna bilür.

Ərin ağzın yeynisin at bilür.

39



Ağır yüklər zəhmin qatır bilür.

Qafil başın ağrım beyni bilür.

Qolça qopuz götürüb eldən-elə, bəgdən-bəgə ozan gəzər.

Ər comərdin, ər nakəsin ozan bilür.

El-evünüzdə çalub-ayıdan ozan olsun!

Azıb gələn qəzayi tənri saysın, xanım, hey!»

Yegnək də yuxusunu bəylərə  danışandan  sonra didaktik 

-  paremioloji bütövlüyə keçir:

«Kəsə-kəsə yeməgə yəxni yaxşı.

Kəsər gündə sərçeşmə yügrək yaxşı.

Daim gəldügində tursa, dövlət yaxşı.

Bildügin unutmasa, əql yaxşı.

Qırımından dönməsə-qaçmasa, ərlik yaxşı».

Xan  divanından  küsüb  incik  gəlmiş  Bəkilə  xatunun 

məsləhətləri də performativ-aforostik səciyyəlidir:

«Yigidim,  bəy  yigidim!  Padşahlar  tənrinin  kölgəsidir. 

Padşahına asi olanın işi rast gəlməz. Arı könildə pas olsa, şərab 

açar».


Bəkil  «xatun  kişinin əqli-kəlicəsi  eyüdtir»,  -  deyə  onun 

sözünə qulaq asıb, dağlara ova çıxır.

«Kitabi-Dədə  Qorqud»da  aforistik  deyimlər  «özünə­

məxsus  sitat  işarəsidir»  (F.de  Haard),  didaktik  funksiyadan 

başqa, proqnostik (sınamalar kimi, aforistik deyimlər də hadi­

sələrin  inkişafını  öncədən  bildirir)  və  ornamental  funksiyalar 

yerinə yetirir.

Ozan  dilində  aşağıdakıaforistik  deyimlər,  T.Hacıyevin 

fikrincə,  «uzun  mətləblərə  körpü  salmaq  üçündür»  [50,  118] 

və “ozan dilinin çevikliy ilə bağlıdır”. [50,118]. Məsələn:

“Alt ayağı külük,  ozan dili çevik olur.qazancm ölüsünü, 

dirisini kimsə bilmədi”;

“At ayağı külük ozan dili çevik olur.  Qazan kafərə şağı- 

rıb soylamış, görləim, xanım, nə soylamış Aydır...”

40

Aforistik  deyimlər  toplumun  inanc  enerjisi  ilə  yüklən­



miş  fraqmentlərdir -  sitatlardır,  etnik davranış stereotipləri və 

etik-fəlsəfı normalardır, nüfuzlu sözlərdir.

Oğuz bəyləri  yalnız nüfuzlu sözə  inanırlar və tapınırlar, 

Oğuzda hər şey nüfuzlu sözə tabedir.  «Söz isə artıq bu qəhrə­

manlar üçün müqəddəs bir dəyərlikdir» [6, 34].

“Kitabi-Dədə Qorqud”un performativ nitq janrları  siste­

mində” alqış və qarğış mətnləri-klişeləri aparıcı mövqeyə ma­

likdir”, epik mətnini transformativ modeli və ya tekst qurucu­

luğu  alqış,  qarğış,  öyütmələr, nəvazişlər strukturundan doğur. 

Mətni  götürüb  onun  iri-iri  bloklarını  alqış,  qarğış  sxemlərinə 

redaksiya etmək olar” [12,19].

Əlbəttə,  alqış və  qarğışlar,  məlumdur ki,  bir sıra  formal 

əlamətlərinə  görə:  ontativ  modallığınına  (dilək  diləmə), 

magik funksiyasına və mətn strukturuna görə yaxın olsalar da, 

semantik-məzmun planına görə fərqlidirlər.

Qarğış  nəticəsində  dünya  «özümünkü»yə  və  «özgə»yə 

ayrılır. «Özgə»Iik başqasını özündən təcrid etmək, uzaqlaşdır­

maq,  hətta  onu  məhv  etmək  cəhdidir.  Qarğışlar  intensional 

nitq strategiyası və nitq janrı olaraq, adətən süjetdə kritik situ­

asiyalarda  konflikt  və  düşmənçilik  məqamlarında  yaranır, 

“konfliktlərin  dil  ekvivalenti olub konfliktləri  çılpaqlaşdırma, 

dərinləşdirmə vasitəsinə çevrilir” [12,19].

«Kitabi-Dədə  Qorqud»da  «qarğış  demək»,  «qarğamaq» 

geniş yayılmış performativ nitq aktlarından biridir. Qalın Oğuz­

da ritual məkanı qarğış janrı  iki  simvolik «mətnə» ayırır. Dirsə 

xanm övladı  olmadığından Bayındır xanın təşkil  etdiyi  törəndə 

onu neqativ məkanda yerləşdirirlər -  qara otağa oturdurlar:

«Bayandır xanın yigitləri Dirsə xanı qarşuladılar, götürüb 

qara otağa qondurdular,  qara keçə altına göşədilər, qara qoyun 

yəxnisindən  öginə  götürdilər.  Bayandır  xandan  buyruq  böy- 

lədir,  xanım»  -   dedilər.  < ...>   Ayıtdılar:  «Xanım,  bu  gün  Ba-

41



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə