Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu rüSTƏm kamal «Kİtabi-DƏDƏ qorqud»



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə12/35
tarix18.06.2018
ölçüsü0,9 Mb.
#49784
1   ...   8   9   10   11   12   13   14   15   ...   35

Dəmir qapı Dərvənddəki  dəmür  qapuya dəpüb alan,  alt­

mış  tutanı  ala  göndərinin  ucunda  ət  bögürdən  Qıyan  Selcik 

oğlı  Dəli  Dondar çapar yetdi:  «Çal  qılıcın,  ağam  Qazan,  yet­

dim!» -  dedi.

Bunun  ardınca,  xanın,  görəlim,  kimlər  yetdi:  Həmidlən 

Mərdin qalasın dəpüb  yıqan,  dəmür yaylı  Qıpçaq Məlikə  qan 

qusquran,  gəlübən  Qazanın  qızın  ərliklə  alan,  oğuzun  aq  sa- 

qallu  qocaları  görəndə  ol  yigidi  təhsinləyən,  al  mahmuzı  şal- 

varlı, atı bəhri qotazlı Qaragünə oğlu Qara Budaq çapar yetdi: 

«Çal qılıcm, ağam Qazan, yetdim!» -  dedi.

Bunun  ardınca,  görəlim,  xanım,  kimlər  yetdi:  Dəstur- 

suzca bayındır xanın yağısın basan,  altmış  bin kafirə qan qus- 

duran,  ağ boz atmın yelisi  üzərində  qar durduran Qəflət qoca 

oğlı  Şir  Şəmsəddin  çapar  yetdi:  «Çal  qılıcın,  ağam  Qazan, 

yetdim!» -  dedi.

Bunun ardınca,  xanım,  görəlim, kimlər yetdi:  Çaya baq- 

sa çalmılu,  çal  qaraquş ərdəmlü,  qurqurma quşaqlu, qulağı al­

tun kübəli,  Qalın  Oğuz bəglərini  bir-bir atından  yıqan Qazlıq 

qoca oğlı bəg Yegnək çapar yetdi: Altmış ögəc dərisindən kü­

rək eyləsə, topuqların örtməyən, altı  ögəc dərisindən külah et­

sə, qulaqlarım örtməyən, qolı-budı xaranca, uzun baldırları in­

cə, Qazan bəgün dayısı At ağızlu Aruz qoca çapar yetdi:  «Çal 

qılıcın, bəgüm Qazan, yetdim!» -  dedi.

Bunun  ardınca görəlim,  kimlər yetdi:  Varıban  Peyğəm­

bərin yüzini  görən,  gəlübəni  Oğuzda  səhabəsi  olan,  acığı  tu­

tanda bıqlarından  qan  çıqan,  bığı  qanlu  Bügdüz  Əmən  çapar 

yetdi: «Çal qılıcm, ağam Qazan, yetdim!» -  dedi.

Bunun ardınca,  görəlim,  kimlər yetdi.  Kafirləri  it ardına 

bıqarıb xorlayan, eldən çıqub Ayğır gözlər suymdan at yüzdu- 

ran,  əlli yedi  qalanın kilidin alan,  Ağ Məlik Çeşmə qızma ni- 

gah  edən,  Sofi  Sandal  Məlikə  qan qusduran,  qırq  cübbə büri- 

nüb  otuz  yedi  qala  bəginin  məhbub  qızlarını  çalub  bir-bir

46

boynın  qucan,  yüzindən-dodağından  öpən  İlək  qoca  oğlı  Alp 



Ərən çapar yetdi:  «Çal qılıcın, ağam Qazan, yetdim!» -  dedi.

Sayılmaqla Oğuz bəgləri tükənsə olmaz”.

Beləliklə,  adların  və  imperativlərin  ritual  təkrarı  («Çal 

qılıcın,  ağam  Qazan,  yetdim!»)  mətndə  performativliyin  gös­

təricisidir.

Oğuznamə mətni  auditoriyanın -  məclisdəki dinləyicilə­

rin  emosional  reaksiyasını  da  öz  içinə  almış  kimidir.  Ozan 

yalnız epik mətni -  oğuznaməni söyləməklə kifayətlənməmiş, 

həm  də  auditoriyanın  (məclisin)  «kommunikativ  gözləntilə- 

rini»  (K.Çistov)  də,  kommunikativ  iştirakım  da nəzərə almış­

dır.  O, təhkiyəboyu epik qəhrəmanlara və baş  verən hadisələ­

rə emosional  münasibətini gizlətmir:

«Yarımasun-yarçımasun,  ol  məlun  yedi  yüz kafirlə  yıl- 

ğadı»;


«Dədəm  Qorqut  qəlübən  şadlıq  çaldı.  Bu  oğuz  naməyi 

düzdi qoşdı. Böylə dedi:

İndi qanı dedigim bəg ərənlər?

Dünya mənim deyənlər!

Əcəl aldı, yer gizlədi 

Fani dünya kimə qaldı?

Gəlimli-gedimli dünya 

Axirət -  son ucı ölümli dünya».

Oğuznamə  orta  əsrlərdə  oğuz  insanın  həyatında  sosial 

ritualın  tərkib  hissəsi  olmuş,  «xidməti»  xarakter  daşımışdır 

(D.S.Lixaçov  orta  əsr  rus  ədəbi,  dini  mətnləri  ilə  bağlı  yazır: 

«ədəbi  janrlar  bu  və  ya  digər  dərəcədə  ədəbi  funksiyalardan 

başqa,  ədəbiyyatdan kənar funksiyalar da daşımırdılar. Janrlar 

ibadətdə  ...  hüquqi  və  diplomatik  təcrübədə...  knyaz  məişə­

tində  ...  istifadə olunması ilə müəyyən edilirdi»  [170,42]).

Dədə Qorqud  obrazının  sakrallığı  və epik mətndə  funk- 

sionallığı  (F.Bayat  qeyd  edir  ki,  «Oğuznamələr  həm  köçəri,

47



həm  də  yarımoturaq əhali  arasında passionar ruhu qaldırmaq­

da böyük rol  oynayıb.  Kökü mifik oğuz şərəcəsi  ilə bağlı  olan 

nümunələr  ilk  vaxtlarda  babalarımızın  yazılmamış  qanunları 

olubdur»  [11, 227]) oğuznamənin ictimai, etik-mədəni funksi­

yası  İslamla  dialoqu  -   epik  islam  onu  «ol  oğuz  zamam»nı 

unudulmaqdan qoruyubdu, ona sakral mətn statausu qazandır­

mışdı.

Boyların  sonunda  Dədə  Qorqudun  oğuznamələri  ayrı- 



ayrı  qəhrəmanların  adma  -   şərəfinə  bağışlaması  ritual  etik 

olub, performativ xarakter daşıyır:

«Dədəm  Qorqut  gəlübən  boy  boyladı,  soy  soyladı.  Bu 

boy  Dəli  Domrulun  olsun.  Məndən  sonra  alp  ozanlar  söylə- 

sün!  Alnı açuq comərd ərənlər dinləsün!» - dedi».

«Dədəm  Qorqud  gəldi,  şadlıq  çaldı.  Boy  boyladı,  soy 

oyladı.  Qazi  ərənlər başına nə  gəldügin  söylədi.  «Bu oğuzna- 

mə Beyrəgin olsun!» - dedi».

Söyləyicinin  məclisə  ünvanladığı  nitq  janrlarından  biri 

də yumlardır.

Türk etnik-mədəni sistemində şaman təhkiyəsi və arxaik 

epik mətnlərinin müqayisəli-tipoloji  təhlili «Kitabi-Dədə Qor- 

qud»da  yumların  janr  funksionallığını  və  şamançılıqla  əla­

qəsini, ozan repertuarım  bərpa etməyə imkan verir [56].

V.M.Jirmunski  türk  epik  ənənəsində  söyləyici  -   şaman 

münasibətlərindən  bəhs  edərkən,  Dədə  Qorqud  obrazında  iki 

mədəniyyət  tipinin  birləşdiyini  göstərir:  “Əşirət  patriarxı,  ön- 

cəgörən və  şaman,  eyni  zamanda epik  xalq rəvayətlərinin ya­

radıcısı  və qoruyucusu olan  Qorqud xalq  müğənnisinin qədim 

sinkretik  tipin izlərini  daşıyır ki,  bahadırlıq eposunun peşəkar 

söyləyicisi kimi differensiyallaşmışdır”  [148,404-405].

“Yum-yum”  sözünün  etimiologiyası,  yumların  funksi­

onal-deklamasiya xüsusiyyətləri  şaman-ozan-söyləyici  obraz­

larının  sinkretikliyini  təsdiq  edir.  A.Saqalayev «yom»  sözünü

48

«əfsanə,  şaman  hekayəti  və  xəstə  ruhun  axirət  dünyasında 



məcarası» kimi mənalandırır [227, 54].

Türkməncə  «yom»  sözü  müalicə,  dərman  anlamında 

«em»  sözü ilə  qoşa işlənir:  «Emin-yomun  şu bolsun!»  («Edi­

lən  müalicə  şəfalı  müalicə  olsun!»).  Təbibilik  və söyləyicilik 

mənaları  çuvaş  dilində  yumax  «nağıl»,  «əfsanə»  və  yumac 

«təbib»  sözlərində  mövcuddur  və  hər  iki  söz  yum  «sehr-mö- 

cüzə» sözündən yaranıbdır.

Dialektoloq  E.Əzizov  «Yuma-səmə  inanma,  yumsuz- 

səmsiz  də  qalma»  deyiminin  şaman  xeyir-duası  və  ya  fal 

vasitəsilə müalicəyə işarə olduğunu qeyd edir [43,21].

Örnək gətirdiyimiz bu paralellər monqolca «domoq» - əf­

sanə» və «dom» -  «sehr» sözləri arasında da məna yaxınlığının 

olduğunu  göstərir.  C.Bəydili  qırğızca  «jomok»  və  monqolca 

«domoq»  sözləri  arasında  əlaqəni  müqayisəli  səviyyədə Altay 

dilləri  çərçivəsində  axtarır.  «Qırğız  türkcəsində  qəhrəmanlıq 

dastanlarının və ya qəhrəmanlıq məzmunu olan bu tipli dastan­

lara comoq, həmin  dastanları  söyləyən ozana isə çomoqçu de­

yilir  ki,  bu  sözlər  də yumWyom  (y-c  dialekt  fərqidir)  sözü  ilə 

bir kökdəndir (əslində  «qazi»  ərənlər də başına nə gəldiyi  söy­

lənilən oğuznamələr qəhrəmanlıq ruhundadır).  YumWyom Vol- 

qaboyu türklərindən tatarların, başqurdlarm dilində nağıl, heka­

yət,  əfsanə  anlamları  ifadə  edən  yomakWyumak  sözünün  də 

əsasında dayanır»  [16,330].

Ümumiyyətlə,  türk  folklor  diskursunda  arxaik  mətnlə­

rin, magik mətnlərin funksiyasının tədqiqi vacib məsələlərdən 

biridir.  Folklor-ritual  nitq  janrlarının  funksionallığı  onların 

ayrılmaz  şərtidir.  Folklor  -   nitq  janrı  mətni  kodlaşdırılmış, 

reqlamentləşmiş,  funksionallığı  müəyyənləşmiş,  etnik toplum 

tərəfindən qəbul olunmuş mətndir.

Yumları  da  funksional  cəhətdən  arxaik  folklor  -   nitq 

janrlarına  şamil  etmək  mümkündür  və  «yum  verəyim,  xa­

49



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə