Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu rüSTƏm kamal «Kİtabi-DƏDƏ qorqud»



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə14/35
tarix18.06.2018
ölçüsü0,9 Mb.
#49784
1   ...   10   11   12   13   14   15   16   17   ...   35

mələrə turkman  etnomədəni  hadisəsi  kimi  baxan  [38;  41;42J 

Ə.Əskər  yazır:  «Oğuznamədə  kənardan  görünən  «islami  ün­

sürlər» heç də asan görünməyən türkmanlıqdan doğur.  Söhbət 

o xalqdan gedir ki,  onun tarixi  islamla başlayır.  Bu xalqın tə­

fəkkürü  «ənənədən gələn ünsürlərlə»  «islami ünsürlərin»  sin­

tezindən yoğrulmuşdu  və  biz  Oğuznamədə  bu  təfəkkürlə  üz- 

üzə dayanmışıq <.. .>

Oğuznamə,  deyildiyi  kimi,  etnosun tarix  meydanına  çı­

xışım Allahın birliyinə inam ideyası ilə əlaqələndirir.  Ona gö­

rə də oğuzların cahangirlik yürüşləri istər-istəməz Allahın bir­

liyinə  inananların  öz  siyasi  iradələrini  dünyaya  diqtə  etmək 

istəyi kimi yozulur»  [42,32].

İslam  gerçəkliyi,  islamın  sakral  obraz-ad  dünyası  oğuz 

eposu  və  “türkmanlığın”  (Ə.Əskər)  ritual  nitq  təcrübəsi  üçün 

«ikinci dil», yəni epik dil üstündə qurulmuş ikinci dil olur. Bu 

«ikinci  dil»  həm  türkman-oğuz  insanının  «ünsiyyət  məkanın­

da»  təkamül  təcrübəsini  əks  etdirir,  həm  də  qazilik-şəhidlik 

ideologiyasının kontekstini müəyyən edir.

«Kitabi-Dədə  Qorqud»da  islam  diskursu  və  onun  nitq 

janları  türkman-  oğuz  insanının  sakral  Sözə,  sakral  adlara 

münasibətinin parlaq təzahürü olur.

Bu  ideologiyanın  təsiri  nəticəsində  Dədə  Qorqud mifo­

loji obrazı  da müqəddəs müsəlman obrazına -  “vilayət issf’nə 

transformasiya olunur.

Orta əsr mədəniyyətində,  «yazılı  söz -  şifahi  söz»  qarşı­

durması  kontekstində  yazılı  sözün  mövqeyinin  güclənməsi 

oğuznamə  mühitinin,  epos  auditoriyasının,  verbal  realizmin 

tədricən  məhdudlaşmasına  gətirib  çıxarır,  Oğuznamələrin  bir 

janr kimi, bir ədəbi etiket kimi ideoloji-sosial sistemdən çıxma­

sına, mifoloji dünyaduyumun pozulmasına səbəb olur.  N.Meb- 

dinin fikrincə,  «dastan  («Kitabi-Dədə  Qorqud» - R.R.) həm də 

onu  yazıya  alanın  şüurunda  baş  verənlərin  inikasıdır.  Yazıya

54

alanın şüuru isə elə bir dövrün məhsulu idi  ki,  bu zaman oğuz 



dünyaduyumu islam ilə pozulub sökülürdü [70,235-236].

Klassik türk eposu olan “Kitabi-Dədə Qorqud” islam ri­

torikasını qəbul  etməklə yeni mifoloji düşüncə tipi  və ritorika 

tipi yaratmış olur.

Əlbəttə,  eposda  yeni  sakral  mənalar  məkanının  forma­

laşmasında  əski  ritorika  tipi  ilə  bağlı  olan  etiketlərin və  dav­

ranış  formullarının,  nitq  janrlarının  rolu  danılmazdır.  Uca 

Tanrıya ünvanlanan yalvarışlar, diləklər, xahişlər,  alqış-dualar 

əski performativ üslubun əsasını təşkil edir.

Tanrı  ilə  Oğuz  qəhrəmanları  arasında  kommunikativ 

münasibətlər  (məsələn,  «Dəli  Domrul  boyunda»)  səmimi  sə­

viyyədə  qurulur:  İslam  diskursunun  performativliyi  qəhrə­

manların inamını gücləndirir, yaşam rifahını  və  dünyadüzəni- 

nin sabitliyini təmin edir.

Oğuz  bəylərinin  taleyində,  Uca  Tanrının  varlığı,  kafir­

lərə  qarşı  axınlarda,  savaşlarda  Tanrının  köməyi  («Tanrım 

qurtardı»;  «Qaranu dün  içində yol  azsam  ümum Allah»;  «Al­

lah  mənim  evümi  qurtaracaq  olur  isə  səni  əmir-i  axur  eylə­

yin»  və  s.  formullar)  arxetip  bahadır obrazının  qazilik,  şəhid­

lik statusuna keçməsindən xəbər verir.

Oğuz bəyləri üçün “doğru söz” məhz Tanrı sözüdür, Al­

lahın kəlamıdır, “doğru yol” isə «dini -  Məhəmməd yoludur». 

Söz və Yol  inancı onların Oğuzun «sası dinli» kafirlər üzərinə 

yürüşünə -  qəzasına mənəvi-dini bəraət qazandırır.

Oğuz  insanı  nüfuzlu  sözün  performativ  gücünə  inanır 

İslam  diskursu  performativləri  (ismi-əzəm,  amin,  kəlimeyi- 

şəhadət) verbal magiyanın elementi kimi çıxış edir.

Dədə Qorqudun “ismi-əzəm” duası ilə, yəni Allahın əm­

ri  ilə Dəli Qarcarın əli quruyur:

«Dədə  Qorqudun  ardından  Dəli  Qarcar  irdi.  İsmi-əzəm

oqıdı.

55



Dəli Qarcar qıhcm əlinə aldı. Yuqarısından öfkə ilə həm 

də qıldı.  Dəli bəg  dilədi ki, Dədəyi  dəpərə çala.  Dədə Qorqut 

ayıtdı: «Çalırsan əlün qünsm!» -  dedi.

Həq  təalanın  əmrilə  Dəli  Qarcarm  əli  yuqaruda  asılı 

qaldı. Zira Dədə Qorqut vilayət issi idi, diləgi qəbul oldı».

Basat  «Kəlmeyi-şəhadət»  oxuyub  Tanrının  varlığına, 

Tanrının  birliyinə  iman  gətirir.  Məhz  bu  inanc  duyğusu  onu 

Təpəgözün əlindən qurtulmasına yardım edir:

«Dəpəgöz aydır:  «Şöylə  çalayım  ki,  günbəndlə tartağan 

olasan», -  dedi. Basatm dilinə bu gəldi kim,  «la ilahə illallah, 

Məhəmməd rəsulallah»  -  dedi.  Dedi,  həman dəm günbəd ya­

rıldı, yedi yerdən qapı açıldı. Birindən taşra gəldi».

«Kitabi-Dədə  Qorqud»un  poetik  sistemində  islam  dü­

şüncəsindən qaynaqlanan sitatlar maraqlı kommunikativ möv­

qeyə malikdir.  Orta əsrlərdə kitab -  yazı mədəniyyətinin şifa­

hi  mədəniyyətə,  xüsusən  ritual  nitq  sferasına  təsiri  epik  təh­

kiyəyə  sitat  mövqeyi,  yaxud  bir  sitat  konteksti  qazandırmış­

dır.  Bu  sitatlar  ən  nüfuzlu  sözün  -   Quranın  əks-sədasıdır. 

Oğuz insanı  özünün sakral  dünyasını Ata (əcdad) sözü ilə Al­

lah  Kəlamının  vəhdətindən  yaradırdı  və  onu  profan  gerçək­

liyin sərt, amansız müdaxilələrindən qoruyurdu.

Müqəddəs  Kitab  (Qurani-Kərim)  oğuz insanma həqiqə­

tin  nə  olduğunu  müəyyənləşdirməyə  imkan  verməklə yanaşı, 

epos  fəlsəfəsinə  yeni  həqiqət  rejimi  gətirdi.  Eposun  mütləq 

sözü Müqəddəs  Kitabdan  sitatları  mütləq  söz kimi  tanıdı  və 

qəbul etdi. Mütləq söz isə həmişə performativdir.

Qurarı şeirləri -   sitatlar sakral  deyimlər kimi  epos poeti­

kasına və personajların kommunikativ dünyasına üzvi surətdə 

daxil  olur,  performativ  nitq  aktı  kimi  isə  oğuz  qəhrəmanları­

nın kafirlər üzərində qələbəsinə inamının ifadəsi olur.

«Qan-Turalı  gözün  açdı,  qapaqların  qaldırdı.  Gördi  gə­

lin  at  üzərində  geyinmiş,  süğüm  əlində.  Yer  öpdü.  Aydır:

56

«Amənna və səddəqna!  Məqsədimiz həq təala dərgahında ha­



sil  oldı» deyüb an  sudan abdəst aldı. Ağ alnını yerə qodı. Eki 

rikət nəmaz  qıldı,  atına  mindi.  Adı  görglü  Məhəmmədə  sala­

vat gətürdi. Qara tonlı kafərə at saldı. Qarşu vardı».

«Amənna və səddəqna» -  «inandıq» (təsdiq etdik), «iman 

gətirdik» deməkdir.  «Amənna və səddəqna» -  performativ for­

mulu  Qurani-Kərimdən  bir  sitat  olub  adətən  kafirlərin,  büt­

pərəstlərin İslam dininə iman gətirdiyi situasiyalarda işlədilir.

Quranda bəyan edilir:  «Kitab əhlindən olan zalım kəslər 

bir yana  qalanları  ilə  mübahisə  eləyəndə  yalnız  gözəl  sözlər 

deyin.  Deyin:  «Bizə  nazil  olana  da  sizə  nazil  olana  da  biz 

iman  gətirmişik.  Bizim  də Tanrımız  sizin  də  Tanrınız  birdir. 

Biz Ona təslim olmuşuq» (219,46).

«Səddəqna»  ilə  «o  dünyanın»,  yəni  cənnətin  gerçəkliyi 

də  təsdiq  edilir:  «Həmd  olsun Allaha,  gerçəyə  çevrilmiş  bizə 

verdiyi vədi, bizi  cənnət torpağına varis eləmiş.  Cənnətin ha­

rasında  istəsək  qala  bilərik.  Əməl  salehlərin  «əcri  nə  gözəl 

imiş!» - deyər onlar (139, 74).

Klassik inanc  poeziyamızda, məsələn, Nəsiminin şeirlə­

rində bu deyimə rast gəlirik. Böyük ifran şairimiz «səddəqna» 

və  «amənna»  deyimləri  ilə Fəzullahm üzündəki  ilahi -  mənə­

vi  nurun  müqəddəsliyinə  və  bununla  ayələrin  təsdiq  olunma­

sına işarə edir.

Dü əqlü helmü xu Məhəmməd şəninə gəldi,

Pəs «Amənnavü» «Səddəqna» anın alinə övladır.

yaxud:

Nuri -  imanlar cəmalın kim ki,  «Səddəqna» deməz.



Kafırü müşrikdir, ana div əgər dersək, nola!

Quran  sözünün  performativliyi  oğuz  qəhrəmanlarının 

davranışına,  hünər-ərənlik əməllərinə dərin etik-ideoloji məna 

verir.  Bu  baxımdan,  «Kitabi-Dədə  Qorqud»  bütövlükdə  orta 

əsr  oğuz  (türk)  ədəbiyyatı  üçün  xüsusi  bir  janr  anlayışıdır,

57



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə