Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu rüSTƏm kamal «Kİtabi-DƏDƏ qorqud»



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə15/35
tarix18.06.2018
ölçüsü0,9 Mb.
#49784
1   ...   11   12   13   14   15   16   17   18   ...   35

türk epos ənəsində ayrıca janr mahiyyətidir.

Epik  islam  «Kitabi-Dədə  Qorqud»da elə  kommunikativ 

situasiyalar  yaratmışdır  ki,  personajların  ritual  davranış  ste­

reotipləri  ayrıca  nitq  janrları  kimi,  xüsusi  süjetqurma  «dili» 

kimi çıxış edir. İslamın ontoloji təcrübəsi performativ aktlarda 

gerçəkləşib  qəhrəmanların  davranışını  modelləşdirir.  Epik 

söyləyicinin və personajların nitq janrları praqmatik xarakterli 

olub,  əsas  funksiyası  sakral  varlıqla əlaqə yaratmaqdır və da­

ra, çətinə düşəndə ondan yardım diləməkdir. Bu zaman sakral 

varlıq nitq janrının adresatı kimi çıxış edir.

Dəli Domrulun Haqqın dərgahında təkəbbürlük - mənlik 

etməsi,  “küfr  söz”  danışması  onun Tanrı  ilə  dialoq situasiya­

sına «girməsini» şərtləndirir.

«Dəli  Domrul  boyu»  «Kitabi-Dədə  Qorqud»un  o  biri 

boylarından  fərqli  süjet  (məna)  yaradıcılığına,  fərqli  davranış 

mətninə  malikdir.  S.Şıxıyeva  «Dəli  Domrul»  boyunun  islami 

düşüncənin  hələ  şüurlarda  dərin  kök  sala  bilmədiyi,  ölümə 

qarşı  çıxaraq,  ruhu  geri  qaytarmağa  inamın-şamanlığm  qüv­

vətli olduğu bir düşüncənin ifadəsi kimi də dəyərləndirir:  «İn­

san  ölümə  qarşı  çıxır  və  qalib  gəlir;  bu,  islami  alın  yazısı və 

qədər anlayışı ilə uyuşmayan bir düşüncə tərzinin  ifadəsidir» [ 

85  ,339].

İki  nüfuzlu (avtoritet)  dilin (teoloji  və folklor dillərinin) 

qarşılıqlı əlaqəsi bu boyda özünəməxsus «nitq gerçəkliyi» ya­

ratmışdır.  Dəli  Domrul  obrazını  kontaminasiya  olunmuş  ob­

raz  kimi  görürük.  Nüfuzlu  dilin  ritual  funksiyası  bu  obrazın 

dilində  «Allaha  müraciətYAllaha  yalvarma»  nitq  janrını  ak­

tuallaşdırır.

Tanrı  adı  insanın  ixtiyarında  olan  yeganə  mütləqdir, 

şübhə doğurmayan həqiqətdir. Tanrı adları onun varlığının sü­

butudur.  Tanrı  adı  “Yaradanla yaradılış  arasında  canlı  əlaqə­

dir”  (S.Bulqakov).  İlahi  onomatologiya  dünyanı  ad  kimi

58

(A.Losev)  nəzərdən  keçirir.  Belə  demək  mümkünsə,  ilahi 



onomatologiya  oğuz  insanın  mütləqlə  canlı  ünsiyyəti  qurma­

sına imkan veriridi.

«Dəli  Domrul  burda  soylamış,  görəlim,  xanım,  nə  soy- 

lamış - aydır:

Yucalardan yucasan,

Kimsə bilməz necəsən,

Görklü tənri,

Necə cahillər səni 

Göydə arar, yerdə istər,

Sən xub möminlər könlindəsən!

Daim turan cəbbar tənri,

Baqi qalan səttar tənri,

Mənim canmı alur, sən alqil!

Əzrayıla almağa qoymagil!”

«Əzrayıl  xatuna  canm  almağa  gəldi.  Adəmlər  əvrəni 

yoldaşına  qıymadı.  Allah  təalaya  burada  yalvarmış,  görəlim, 

necə yalvarmış. Aydır:

Yucalardan yucasan,

Kimsə bilməz necəsən!

Görkli tənri,

Çoq cahillər səni 

Gögdə arar, yerdə istər,

Sən xub möminlər könlindənsən.

Daim turan cəbbar tənri,

Ulu yollar üzərinə 

İmarətlər yaparım sənin içün.

Ac görsəm, toyurarım sənin içün!

Yalmcıq görsəm, tonadayım sənin içün!

Alursan, ikimüzün canun birgə alğil!

Qorsan, ikimüzün canın bilə algil!

Kərəmi çoq qadir tənri! -  dedi!».

59



Dəli Domrulun Allaha bu yalvarışı performativ nitq jan ­

rı  ilə  -   Allahın  əmri  ilə  yekunlaşır:  «Həq-təalaya  sözü  xoş 

gəldi.  Əzrayıla  əmr  elədi:  «Dəli  Domrulun  atasının,  anasının 

canını al! Ol iki həlala yüz qırd il ömür verdim» - dedi».

Heç  şübhəsiz,  «Kitabi-Dədə  Qorqudwda  islam  diskur- 

sunda nitq janrlarının  performativliyi  dövrün  «üslub  formasi­

yası»  (A.Flaker)  ilə  sıx  əlaqədar  idi.  Performativ  «üslub  for­

masiyası»  arxetipik oğuz insanının intensiya-düşüncə aləminə 

nüfiız  etməyə,  etnik  kommunikasiyanın  müəyyən  nöqtələrini 

bərpa etməyə imkan verir.

İslam  diskursunun  nitq janrları  (ismi  -  əzəm,  kəlimıyi- 

şəhadət, Ad vəsfi,  Tanrını  öymə, Tanrıya yalvarma-mədəd di­

ləmə  və  s.)  epik  mətnin  funksional  üslubunu  da  genişləndir­

miş, epik dilin ritual funksiyasını gücləndirmişdir.

Epik personajların  sakral  varlıqla mükaliməsi  ritual-dia­

loq xarakterlidir.  Bu ritual  dialoqlar da  adresat  (Tanrı,  Allah- 

tala)  -   nominasiya  -   adlandırma  aktı  ilə  qüdrətli  və  rəhmli 

fovqəlvarlıq  kimi  göstərilir,  çünki  orta  əsrlərin  performativ 

üslub situasiyası  bunu belə  tələb edirdi.  Bu dialoqun məqsədi 

adresantı  səmimi  şəkildə  islam  Allahının  qüdrətinə  inandır­

maq  (imperativlərin  və  ya  folklor-ovsun  priyomlarmın  vacib 

rolu bu üzdəndir) idi.

Dəli  Domrulun  sakral  obrazla ünsiyyəti  göstərir ki,  Al­

lah-Tanrı  obrazının  bu  cür  sərbəst,  sadəlöhvcəsinə,  bir qədər 

də ərkyana yaradılması, birincisi, epos təfəkkürünün xarakteri 

ilə bağlıdırsa, ikinci tərəfdən, türk düşüncəsinin tipologiyasın­

dan irəli gəlir. Türklər qədim dövrdərdən başlayaraq öz Tanrı­

ları  ilə  sıx  mənəvi-ruhi  təmasda olmuş,  ondan  qorxub  çəkin­

məmiş, əksinə, könüldən ona bağlanmış, İslamı müsəlman Al­

lahına münasibətdə də özünü göstərmişdir» [25,  16].

İslam  inancı  ilk  növbədə  sakral,  gözəl  adlan  şərəfləndi­

rir.  «De ki,  istər Allah,  Rəhman deyil  Ona.  Hansını  deyirsiniz

60

deyin. Təkcə Ona aiddir Ən gözəl adlar» (17,  10).



Sakral adların vəsf edilməsi -  öyülməsi  öz gündəlik ya­

şamında  fiziki  varlığında  sakral  adların  enerjisini  daim  hiss 

edən müsəlman oğuzlar üçün kosmoqonik akta və ya yaradılış 

aktına bərabər  idi.  Bu aktın ən ümdə  məqsədi «görklü»  -  gö­

zəl  adlar  vasitəsi  ilə  ilahi  keyfiyyətlərin  təlqin  edilməsidir. 

İlahi  adları  öymə -  vəsfetmə oğuz insanım Varlıq dünyasına, 

islam  inanc  dünyasına  «girməsinə»  imkan verirdi.  İslam  dis- 

kursunda müqəddəs  adların -  Cənabi-Allahın və Hz.Peyğəm- 

bərin  (s.ə.s.)  vəsfi  etnik  toplumda  islamın  varlığına və  onto- 

loji bəraətinə xidmət edirdi.

Görklü  Adların  öyülməsi  Oğuz  universumuna  sakral 

(qutsal)  dəyərləri  və  sakral  mənaları  sadəcə  daxil  etmirdi, 

həm də oğuz insanı üçün transendental dünyaya «giriş» idi.

«Kitabi-Dədə  Qorqud»da  Tanrı  Adı  ilə  epitetlər-bədii 

təyinlər  arasında  sıx  «aksioloji»  əlaqə  mövcuddur:  ulu  tənri, 

bəlli  tənri,  qəhhar  tənri,  görklü  tənri.  Eposda  Tanrı  «Yara­

dan»,  «yoxdan  var  edən»,  «Əziz»  «Qadir»,  «Qəhhar»,  «Cab­

bar»,  «Səttar»,  «Əhəd»,  «Səməd»,  «Haqq  təala»  və başqa  tə­

yinlərlə  vəsf  edilir  və  şərəfləndirilir.  Bədii  təyinlər  qutsal 

«adın çiçəklənmiş mahiyyətini» (A.Losev) göstərir.

Bədii  təyinlər (epitetlər)  sakral  Adm,  həm  də ad  vəsfi­

nin,  şərəfləndirmə  aktının  enerjisini  özündə yaşadırdı  və  din­

ləyicilərə bu enerjini  hiss etdirirdi.  Bu sakral  epitetlər müsəl­

man oğuzlar üçün Adm gözəlliyinin «əşyavi» - sübutu idi.

«Bəs Qazlıq Qoca oğlu Yegnək — taza yigitçilik yaradan 

Allaha sığındı. Bizəval məbud ağladı. Aydır:

Y ucalardan yucasan,

Kimsə bilməz necəsən!

Anadan doğmadın sən, atadan olmadın,

Kimsə rizgin yemədün,

Kimsəyə güc etmədin,

61



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə