Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu rüSTƏm kamal «Kİtabi-DƏDƏ qorqud»



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə16/35
tarix18.06.2018
ölçüsü0,9 Mb.
#49784
1   ...   12   13   14   15   16   17   18   19   ...   35

Qami yerdə əhədsən, allahı səmədsən!

Adəmə sən tac urdun,

Şeytana lənət qıldın.

Bir suçdan ötüri dərgahdan sürdün,

Namurd göyə ox atdı,

Qamı yarıq balığı qarsu tutdun.

Ululuğuna həddin,  sənin boyun-qəddin yoq!

Ya cisimlə cəddin yoq!

Urdığın ulatmıyan ulu tənri!

Bastuğun bəlürtməyin bəllü tənri!

Götürdüğin göyə yetürən görklü tənri!

Qolduğin qəhr edən qəhhar tənri!

Birligünə sığındım,  çələbim, qadir tənri!

Mədəd səndən!»

«Bəkil  oğlu  Əmran  boyu»nda  görklü  Tanrı  eynilə  belə 

Öyülür,  mədəd dilənir:

Yucalardan yucasan,

Yuca tənri!

Kimsə bilməz necəsən, görkü tənri!

İbrahimi tutdurdun,

Xam gönə çulğadun,

Gətürüb oda atdırdın, odu bustan qıldun,

Birligünə sığındım, əziz allah, xocam, mana mədəd!»

Bu  soylamalarda  -  yalvarışlarda  «görklü  tənri»  anlamı 

oğuzun  müqəddəslik  və  gözəllik  duyğusu  ilə  bağlı  idi.  Tanrı 

sevgisi,  Tanırya -  transdentliyə yüksəlmə  duyğusu onun özəl 

həyatının əsasını təşkil edirdi.

«Görklü»  epiteti  ali  məqsəddir,  Tannyla,  Allahla  ünsiy­

yətdən  doğan  bir  məqsəddir.  Dədə  Qorqudun,  Qorqud Atanın 

müqəddəsliyinin  nişanəsidir:  «Zira  Dədə  Qorqut  vilayət  issi 

idi».

«Vilayət  issi»  -   «müqəddəs  yiyə»  deməkdir  («issi»  -



62

türk  dillərində  «yiyə»,  «vilayət»  sözü  isə  -   ərəbcə  «müqəd­

dəs» mənasındadır).  «Vilayət» kəlməsi  islamda özəl yer tutur. 

«Vəli»  Quranda  «Allahın  dostu,  köməkçisi,  yardımçısı  və 

Tanrıya yaxın» deməkdir.

«Dədə Qorqud “ismi -  əzəm” oxuyanda da Tanrıya sığı­

nır.  O,  «vilayət  issi»dir,  vəlilik  və  kəramət  sahibidir.  Lakin 

bunu da İslam düşüncəsi ilə deyil, çox əski türk inanışlarından 

çıxış eləyərək demək olar»  [28. 222].

Klassik  irfan  şeirində  də  «vilayət»  mövzusuna  böyük 

əhəmiyyət verilirdi:

Fəzli-həqdən mən hidayət bulmışam,

Surətin nəqşini ayət bulmışam,

Mərtəbeyi-ailədə ğayət bulmışam (Nəsimi).

Neçə illərdir səri-kuyi-məlumat bəkləriz, 

Ləşkəri-sultani-iryanız,  vilayət bəkləriz (Füzuli).

Dədə Qorqud və Məhəmməd peyğəmbər (ə.s.) -  iki sak- 

ral Ad “Müqəddimə” mətnində qoşa verilir, bir araya gəlir: 

«Rəsul  əleyhissalam  zəmanına  yağın  Bayat  boymdan 

Qorqut  ata diyərlər,  bir ər qopdı.  Oğuzun  ol  kişi  təmam  bili- 

cisiydi,  -   nə  diyərsə,  olurdı.  Qayıibdən  dürlü  xəbər  söylə­

yərdi.  Həq təala anın könlinə ilham edərdi...»

(Dədə Qorqut, Qorqut Ata mifi sanki başqa bir mifə, baş­

qa bir sakral mənaya -  Məhəmməd peyğəmbərə (ə.s.) transfor­

masiya olunur.  Oğuz eposu yeni miflərin və mənaların məkanı 

olur. Orta əsr türk tarixi yeni miflərin yarandığı zamandır).

«Kitabi-Dədə  Qorqud»  üçün  iki  görklü  adın  şərəfləndi- 

rilməsi  oğuz  qövmünün  mənəvi-ruhani  həyatında  iki  dünya­

görüşün  və  iki  inanc  obrazının mövcudluğunun  bədii  təzahü­

rüdür.


«Vilayət  issi»  Dədə  Qorqud  və  «Adı  görklü  Məhəm­

məd» adları bir sakral düşüncə məkanında yer alır.

63



«Vilayət  issi»  Dədə  Qorqudun  qutsallıq  keyfiyyətlərin­

dən biridir, «Vilayət issi» bir nur-işıq keyfiyyətidir.

Ritual  nitq janrlarında (yumlarda,  öymələrdə,  dualarda) 

görklü  Adların  xatırlanması  bütövlükdə  epik  soylamaya  sak- 

rallıq mahiyyəti  verir.  Görklü Adlar soylamaya xüsusi  estetik 

dəyər  gətirir.  İslam  diskursunun  nitq  janrları  epik  təhkiyəni 

yeni estetik çevrəyə keçirir.

«Görklü»  epiteti  isə  peyğəmbərliyin  özəyi  və  mənbə­

yidir.  Görklü  Adın  gözəlliyi  yalnız  ozan  soylamalannda  və 

boylamalarında  özünü  göstərmir.  Ümumiyyətlə,  orta əsr mü­

səlman  təfəkküründə  «dini  -   Məhəmməd  yolunda»  axma  sa­

vaşa  gedən  qazilərin  dilində  «adı  görklü  Məhəmmədə»  səla- 

vət  gətirilməsi  («Adı  görklü  Məhəmmədə  səlavət  gətürdi») 

performativ ritual davranış aktı idi.

Görklü  adm  -  Allahın  vəsfi  -   öyülməsi  oğuzların  inanc 

sistemində, miforitual  düşüncəsində Varlığın transendent mən­

bəyinə  qayıtmaq  inamını  və  ümidini  ifadə  edir.  Ad  vəsfi  epik 

qərhəmanların  Allahla  dialoqunu  gərəkli  edir,  onların  ontoloji 

mövqeyini, ritual davranış normalarını müəyyənləşdirir.

İslam  estetik  dəyərləri  eposda  semantik  məkanı  geniş­

ləndirmişdir. Oğuz bəyinin camal  və kamal yiyəsi  olması İsla­

mın  estetik  mövqeyindən  gəlir.  İslamda  “kamal”  anlayışı 

Haqqa,  Həqiqətə  mənsubdur:  Camal  özünün  kamilliyini 

haqqın təbiətində tapır” [28,238]

Camal və kamal yiyəsi  olmaq oğuz qəhrəmanın sakrallı- 

ğınm şərtidir:  Qanturalı cəmal  və kəmal  yiyəsi  idi”.  S.Rzaso- 

yun  fikrincə,  Qanturalmm camal və kamal  yiyəsi  olması  qazi 

ərən  statusu  ilə  bağlıdır.  Oğuz  ərəblərinin  camal  sahibi  ol­

maları  müqəddəs sayılan sifətlərini,  kamal  sahibi  olmaları isə 

islamı biliklərini göstərir [80,89].

«Müqəddimə»də  sakrallaşma  prosedurunun  mahiyyəti 

«görklü» və «yeg» sözlərinin təkrarı ilə təsdiqlənir.

64

Təkrar zamanüstü sferaya semiotik qatılma forması olub 



(onun  sakrallaşdırma  funksiyası  bununla  əlaqədardır),  qədim 

ritorik  fiqurlardan  biridir.  Bu  fiqur  mətndə  magik  «çevrəni» 

müəyyənləşdirmişdir  və  dua  (öymə-alqış)  obyekt  ilə  vəhdət 

yaratmışdır:

Bu  fiqur  mətndə  magik  «çevrəni»  müəyyənləşdirmişdir 

və dua (öymə-alqış) obyekt ilə vəhdət yaratmışdır:

«Ağız uçub ögər olsam, üstimizdə tənri görkli!

Tənri dostu, din sərvəri Məhəmməd görkli!

Məhəmmədin sağ yanında namaz qılan Əbubəkr

Siddiq görkli.

Axır sepərə başıdır, əmmə görkli.

Qılıc çaldı, din açdı şahi-mərdan Əli görkli.

Əlinin oğulları -  peyğəmbər nəvalələri -

Kərbəla yazısında yəzidilər əlində şəhid oldı -

Həsənlə Hüseyn iki qardaş billə, - görkli.

Ol Qurani yazdı -  düzdi.

Üləmalar ögrənincə köydi-biçdi.

Alimlər sərvəri Osman Uffan oğlı görkli.

Alçaq yerdə yapılubdur Tənri evi Məkkə görkli.

Ol  Məkkəyə  sağ  varsa,  əsən  gəlsə,  sidqi  bütün  hacı 

görkli».

«Kitabi-Dədə  Qorqud»  oğuz  insanının  sakral  mətnidir, 

mütləq epik zamanla islam zamaninin vəhdətidir. «Kitabi-Dədə 

Qorqud»da  islam  diskursunun  nitq janrları  oğuz  insanının  is­

lamın estetik dəyərlərini və mənalarını dərketməyə imkan verir.

«Kitabi-Dədə  Qorqud»  orta  əsrdə  etiketlərinin  gerçək­

ləşdiyi bir abidədir. A.Qureviç yazır: “Orta əsrlər ritualın, şər­

ti, demonstrativ jestin,  lənət və ya alqış sözünün, bütün sosial 

sahələrdə  etiketin  ciddi  üstünlüyə  malik  olduğu  dövrdür” 

[133,65].

Ritualda istifadə olunan semiotik vasitələrin substansio-

65



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə