Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu rüSTƏm kamal «Kİtabi-DƏDƏ qorqud»



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə2/35
tarix18.06.2018
ölçüsü0,9 Mb.
#49784
1   2   3   4   5   6   7   8   9   ...   35

M. 

Baxtinin  nəzəriyyəsi  hardasa  Y.M.Lotmanm  məişət 

davranışı nəzəriyyəsi  ilə  [180]  kəsişir.  Y.M.Lotmanın  məişət 

davranışı  semiotik  nəzəriyyəsi  bədii  mətn  struktur  nəzəriy­

yəsinə oxşar qurulubdur.  Hər bir davranış janrının öz üslubu, 

kompozisiyası və tematikası var. Janrın sərhədi bir adamın və 

ya insan qrupunun hərəkətlərinə başqalarının reaksiyası olur.

Y.M.  Lotman  Rusiyada  davranış  janrları  sisteminin 

XVIII əsrə şamil edir və ədəbi janrların kodlaşdırılması və hə­

yat məkanının differensiallaşması ilə əlaqədardır [180,258].

«Kitabi-Dədə  Qorqud»  mürəkkəb  funksional  əlaqələrin 

gerçəkləşdiyi davranış sistemidir.

Bu  sistemin  “nitq  qrammatikası”  qaydaları  üzrə  qurul­

muş  sadə və  mürəkkəb,  elementar  və kompleks,  monoloji  və 

dioloji  nitq janrlarının kontaminasiyası  kimi  öyrənilməsi  tari­

xi poetikanın vacib problemlərindən biridir.

“Kitabi-Dədə Qorqud”da ritual  davranış  situasiyası  “se- 

miozisin  istiqamətini  müəyyənləşdirən  mental  modeldir  və 

mətnlər  (işarə  kompleksləri)  ilk  növbədə  müəyyən  «de­

yimlər»,  «replikalar»  olub,  daim  kommunikativ  məkanda 

verilir [bax: 266].

“Kitabi-Dədə  Qorqud”un  nitq  davranışı  məkanında sis- 

temyaradıeı nitq janrları  personajlar,  adresant və adresat üçün 

zəruri  diskursiv  məkanlar  yaradır  ki,  bu  da  öz  növbəsində 

mətnin sosial, mətnin ritual kontekstini  şərh etməyə, epik nar- 

rativdə  ünsiyyətin mahiyyətini,  dialoq  fəlsəfəsini  bərpa etmə­

yə imkan verir.

K.Abdullayev davranış yasaqlarının epik mətn daxilində 

xüsusi bir sistem yaratdığını göstərir  [5],  bu mənada yasaqları 

davranış janrları kimi səciyyələndirmək olar.

N. 

Cəfərov  «Kitabi-Dədə  Qorqud»un  poetik  sistemində 



müraciətlərin  tipologiyasını  verir,  «nitq janrı,  nitq  aktı»  ter­

minlərini  işlətməsə  də,  müraciətlərin  sistem  təşkili,  adresant-

6

adresat məsələsinə toxunur [27].



«Kitabi-Dədə  Qorqud»  yalnız  orta  əsrlərin  təhkiyə  mə­

dəniyyətinin  xüsusiyyətlərini  özündə  ehtiva  etmir,  həm  də 

müəyyən diskurslarm  (epik,  dini, ritual) informasiya resursla­

rını əks etdirir.

“Kitabi-Dədə  Qorqud”un  kommunikativ-diskursiv  mə­

kanı  elə  bir  kontinumudur  ki,  bəzən  nitq janrlarını  iyerarxi­

yasını  müəyyən  etmək  çətin  olur,  “burada da təhkiyə  ilə  dia­

loqun ayrı-ayrılıqda aparmalı olduqları funksiya dəqiq sərhəd­

lərə  bölünməmişdir.  Təhkiyə  ilə  müəllif dilindən  verilən  bir 

hadisə çox zaman dialoq vasitəsi ilə sürətlərin də dilindən ve­

rilir” [4,17].

Biz araşdırmamızda  fransız poststrukturalistlərin  (xüsu­

sən  M.Fukoda)  ən  populyar  termin  olan  “diskurs”  terminin­

dən  və  N.Mehdinin  bu  çoxmənalı  termininə  verdiyi  izahı 

veririk:  “Diskurs  həmənki  tekstdir,  bir-iki  cümlədə  abzas  da, 

geniş  mətn  də  ola  bilər.  Ancaq  diskursun  tekstdən  bir  fərqi 

var.  Tekst şəhəri  də,  təsviri  də,  Göy  Məscidi də  bildirə bilər, 

yəni  onların  hərəsini  tekst  saymaq  olar.  Diskurs  isə  sözdən 

düzlənmiş tekstləri bildirir.” [72,329].

“Kitabi-Dədə Qorqud”un ritual davranış məkanın bərpa­

sı  üçün  elə  nitq  janrları  və  aktları  seçilmişdir  ki,  eposun 

ideoloji xarakterinə,  ritorik  sisteminə uyğun gəlir. Ritual  dav­

ranış  diskursunun  funksionallığı  performativ  və  ritual-fatik 

nitq  janrları  ilə  gerçəkləşir,  orta  əsrlərin  inanc  düşüncəsi  və 

dünyagörüşü ilə sıx bağlıdır.

7



I FƏSİL

«KİTABİ-DƏDƏ QORQUD» 

PERFORMATİV NİTQ HADİSƏSİ KİMİ

1.1.  Epik dilin performativ təcrübisi

Son  illər  müasir  humanitar  elmlərdə  “performativlik” 

(performativity)  mövzusu  aparıcı  rol  oynamağa  başlamışdır. 

Antropoloqlar, filosoflar, dilçilər,  ədəbiyyatşünaslar, tarixçilər 

və sənətşünaslar bu mövzuya daha çox müraciət edirlər.  Bəzi 

müəlliflər  müasir  elmdə  və  mədəniyyətdə  bir  “performativ 

dönüş”ün olduğunu da qeyd edirlər [121].  Bu,  həm də müasir 

incəsənətdə  “performans”  janrının  geniş  yayılması  ilə  də 

bağlıdır.

Performativlik  çağdaş  etnokulturoloji  diskursun,  xüsu­

sən ritual nəzəriyyəsinin ayrılmaz hissəsidir.  «Performativlik» 

geniş  planlı  termindir  və  müəyyən  şərtlər  içində  nitq  aktla­

rının (nitq aktları nəzəriyyəsi) yerinə yetirilməsi, teatral-ritual 

aktların səhnələşdirilməsi və ifa edilməsi  (V.Temerin nəzəriy­

yəsi) ilə əlaqədardır. V.Temerin «Dramatik ritual, ritual teatr» 

[289],  V.İzerin  «Mimesis  və  performans»  [286],  «Perfoma- 

tivlik  və  performans»,  S.Tambianın  «Ritual  performativ  nə­

zəriyyəsi»  [288]  adlı tədqiqləri bu qəbildəndir.  C.Ostinin per­

formativlik nəzəriyyəsi (205) çağdaş humanitar elmlərdə artıq 

universal-mədəni  konsepsiyaya çevrilmişdir.  C.Ostin  ilk dəfə 

olaraq  göstərdi  ki,  deyimin  tələffüz  edilməsi  həm  informasi­

yanın bildirilməsi  və  başqa hərəkətlərin yerinə  yetirilməsidir. 

İnsanlar  ünsiyyət  prosesində  sadəcə  cümlə  qurmurlar,  onlar­

dan nitq aktları  olan əmr, vəd, təşəkkür bildirmə və s. hərəkət­

lərin yerinə yetirilməsi üçün istifadə edir. C.Ostin performativ 

cümlələrin mövcudluğunu  aşkar etməklə nitq  aktları nəzəriy­

8

yəsinin əsasmı  qoydu.  Təhkiyə  strukturuna malik olan cümlə 



o zaman performativ  ola bilər ki,  yalnız hərəkəti təsvir etmir, 

həm də bu hərəkətin özünə bərabərdir [207,  19-20]

Performativliyə həsr olunmuş araşdırmaların çoxluğuna 

və  tədqiq  istiqamətlərinin  genişliyinə baxmayaraq,  bu anlayı­

şın  şərhində hələ  də  qeyri-müəyyənlik  və terminoloji  anlaşıl­

mazlıq var. Bunu aşağıdakı kiçik icmaldan bilmək olar.

Performativlik  prinsipini  mətnə  ilk  dəfə  XX  əsr  alman 

filosofu  Y.Habermas  tətbiq  etmişdir.  Onun  fikrincə,  perfor- 

mativliyin  mahiyyəti  ondadır  ki,  hər  bir mətn  nədən  bəhs  et­

məyindən  öncə  nəyisə  adlandırır,  söyləniləm  bəyan  edir,  ya­

xud müşaiyət edir (288).

S.Tambianın  ritual  performativlik  nəzəriyyəsində  ritual 

performativlik sosial interaktiv proseslərdən asılı olaraq,  «tən­

zimlənən  improvizasiyalar»  kimi  nəzərdən  keçirilir  və  onun 

fikrincə,  ritual  fəaliyyətin  performativliyə  keçməsi  üç  halda 

mümkündür:  l) C.Ostin mənasında - konvensional nitq aktla­

rının həyata keçirilməsi;  2) dramatik performans mənasında -  

iştirakçılar  müxtəlif  vasitələrdən  istifadə  edirlər  və  hadisəni 

intensiv  oynayırlar;  3)  indeksial  (Pirs)  mənada  -   aktyorlar 

performans zamanı  oyuna yad element daxil edirlər [288]

Alman  ədəbiyyatşünası  V.İzer  «oxu  aktı»nı  performa­

tivlik anlayışının resepsiya nəzəriyyəsinə daxil edir.

V.İzer göstərir ki,  mətni  anlama situasiyası  oxu aktında 

«fərdi  oxu  situasiysı»  kimi  hər  dəfə  yenidən  yaradılır  və  ya 

yenidən yaranır, çünki oxucu hər dəfə yeni situasiya ilə qarşı­

laşır.  Bu,  bədii  mətnin  oxusuna  xüsusilə  aiddir.  Bədii  nitq 

performativ  deyimin  kontekstual  şərtlərini  nitq  aktlarından 

fərqli təşkil edir [286]

Performativ  mətnlərin  semantik-struktur  təhlili  göstərir 

ki,  müəllifin  bütün  gücü,  intensiyası  ilk  növbədə  oxucuya 

mətni  necə  oxumağı  və  anlamağı  göstərməyə  yönəlir,  yəni

9



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə