Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu rüSTƏm kamal «Kİtabi-DƏDƏ qorqud»



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə22/35
tarix18.06.2018
ölçüsü0,9 Mb.
#49784
1   ...   18   19   20   21   22   23   24   25   ...   35

Ata qollı sapammca gəlməz mana!

Bəkil  oğlu  Əmran  da  kafirlə  qarşılaşmada  öz  atmı  (al 

ayğır),  geyimini  (dəmirdən)  və  silahlarım  (qılınc,  süngü,  ox) 

belə öyür:

Hərzə-mərzə söyləmə, mərə itim kafər!

Altımda al ayğırın nə bəgənməzsən, -

səni gördi, oynar.

Əgnimdəki dəmür donum çığnüm qısar.

Qara polad üz qılmcum qmın doğrar.

Qarğı dalı sügüm nə bəgənməzsən,

Köksün dəlüb gögə parlar.

Ağca tozlu qatı yayım zarı-zarı inlər.

Sadaqda oxum kişin dələr.

Yanımda yigitlərim savaş dilər.

Ümumiyyətlə, öymə -  öyünmə aktları “Kitabi-Dədə,Qor- 

qud”da  epik  qəhrəmanların  ritual-nitq  davranışının  əsas  for­

malarından  biridir.  Öymə-öyünmə  Oğuzun  gündəlik həyatının 

və yaşam psixologiyasının tərkib elementlərindən biridir:

«Av  ağartdılar.  Çün  av  yarağı  oldı,  kim  atın  ögər,  kim 

qılıcın, kim çəküb atmağın ögər.  Salur Qazan nə atın ögdi,  nə 

kəndin ögdi.  Əmmə bəglərin hünərin söglədi».

Hər  bir  oğuz  bəyi  özünü,  atını,  ovçuluq  məharətini  ög- 

düyü halda,  Salur Qazan  «təvazökarlıq»  edir,  yəni  özünü  öy- 

mür.


Ancaq  başqa  bir  epizodda  Qazan  xan  Bəkilin  ovçuluq 

məharətini tərifləyib öymür,  onun ovçuluq hünərini atın hünə­

ri  ilə  əlaqələndirir:  «Yoq,  at  işləməsə,  ər  ögünməz.  Hünər 

atındır», -  deyib Bəkilin xətrinə dəyir, onun incik salır.

Özünüöymə, təkəbbürlük oğuz bəylik -  ərənlik əxlaqına 

və  davranışına  yad  (“Müqəddimə”də  Dədə  Qorqud  soyla- 

masmı  xatırlayın:  «Təkəbbürlük  eyləyəni  Tənri  sevməz») 

məsələlərdir.

86

Özünüöymənin,  təkəbbürün  ibrət  nəticəsi  “Dəli  Dom- 



rul”  boyunun  süjetini  təşkil  edir.  Dəli  Domrul  quru  çay  üzə­

rində körpü yapıb gələnə-gedənə özünü öyməyə başlayır:

«Məndən  dəli,  məndən  güclü  ər  varmıdır  ki,  çıqa  mə­

nimlə savaşa, - deyirdi, mənim ərligim, bəhadarlığım, cılasun- 

luğım Ruma,  Şama gedə çavlana», -  deyirdi».

Dəli Domrulun bu təkəbbürlü davranışı -  onun «ulu dər­

gahda  gəzib  mənlik  eyləməsi»  Uca  Tanrının  xoşuna  gəlmir, 

onu cəzalandırmaq istəyir.

Qanturalı  kafirlərlə  ağır  savaşdan  sonra  düşünür  ki, 

Selcan  xatun  Oğuzda  gedib  ögünərsə,  Qanturalımn  “başına 

qaxınc,  üzünə  toxunc”  deməkdir.  Bu,  psixoanalitik  anlamda 

Qanturalımn  kastrasiyası  deməkdir,  yəni  bəylər  içində  onun 

hörmətdən düşməsi, sosial  nüfuzun itirilməsi deməkdir. 

Qalqubam Selcan xatun, turduğmda,

Yelisi qara Qazlıq atun bindügində,

Babamın ağ-ban eşiginə düşdigində,

Oğuzun ala gözli qızı-gəlini bildıqda 

Hər kişi sözin söglədikdə,

Sən orada turasan, ögyəsən:

«Qanturalı zəbun oldı,

At ardına aldım çıqdım» -  deyəsən 

Gözüm döndi, könlüm getdi 

Öldürərəm səni! -  dedi».

Ögünməklik ərlik -  alpərənlik məkanında qadının (övrə­

tin)  varlığını  mümkünsüz  edir,  çünki  ögünmə  -   ögmə  baha- 

dırlıq diskursuna aid olan davranışdır.

«Bəg yigit, ögünərsə, ər ögünsün, -  aslandır. 

Ögünməklik Övrətlərə böhtandır.

Ögünməklə övrət ər olmaz»

Öymə  epik  qəhrəmanın  bədii  portretini yaratma  üsulla­

rından  biri  olub,  epitetlər  vasitəsilə  qəhrəmanın  zahiri

87



gözəlliyi,  hünəri  və  ov-savaş  atributları  ilə  bir  yerdə  təqdim 

edilir. Bu tipli portret-öymələr partiarxal təfəkkürlə, epik dilin 

ritual  funksiyası sıx  bağlı  ilə olub,  türk qəhrəmanlıq poeziya­

sının  estetik  ənənələrindən  qaynaqlanır.  Dirsə  xanın  öz  Xatu­

nunu öyməsinə diqqət yetirin:

Bərü gəlgil başum baxtı, evim taxtı,

Evdən çıqub yuriyəndə səlvi boylum!

Topuğunda sarmaşanda qara saçlum,

Qurulu yaya bənzər çatma qaşlum!

Qoşa badam sığmayan dar ağızlum,

Güz almasına bənzər al yanaqlum,

Qavunum, verəgim,  döləgim!

Qanturalmın  Selcan  xatunu  öyməsində  həmin  klişelər- 

dən, formullardan istifadə olunur:

Yalab-yalab yalayıban incə donlum!

Yer basmayıb yüriyən,

Qar üzərinə qan danmış kibi qızıl yanaqlım!

Qoşa badam dar ağızlum!

Qələmçələr çaldığı qara qaşlım!

Qurması qırq tutam qara saçlım!

Aslan uruğı, sultan qızı.

Ozan öymələri  ov-savaş kontekstilə bağlı olur.  “...Oğul, 

at üzərindən məni  qap,  döşəgimə çıqar,-dedi.  Aslan ənigi ye­

nə aslandır.  Atası  at  üzərindən qarvadı-tutdu,  döşəginə  çıqar- 

dı. Cübbəsin üzərinə büridi. Qapısın örtdü”.

Beləliklə,  «Kitabi-Dədə  Qorqud»da  öymə  həm  davra­

nış-etiket  aktı  olmaqla yanaşı,  həm də orta əsr bahadırlıq dis- 

kursunda panegerik janrdır,  ərlik -  bəylik hadisəsidir.  Oğuz- 

namələri bütövlükdə bütövlükldə dini-ritual kult və sosial eti­

ket sferası  ilə əlaqədar olduğunu janr güman etmək mümkün­

dür.

88

II FƏSİL



EPİK FATİKA VƏ OĞUZ DAVRANIŞ 

STREOTİPLƏRİ



2.1. Şivən və öfkə; oğuz insanının impulsivliyi

«Kitabi-Dədə  Qorqud»un  davranış  məkanında  epik  söz 

yüksək  ritual  emosionallığı  və  ekspressivliyi  ilə  seçilir.  Bu 

ekspressivlik  və  emosionallıq  obyektiv  gerçəkliyin  təsviri  ilə 

yanaşı, həm də oğuz insanının psixoloji durumunun bədii ifa­

dəsidir.


Epik  qəhrəmanların  emosiyası  ritual  situasiyalarla,  so­

sial  davranış normaları  və  ekspressiv  nitq aktları  ilə şərtlənir, 

emosiya necə deyərlər «mədəni artefaktlardır»  [133,96].

Dastanda personajların əsas “emosional -  ekspressiv yü­

kü”  ağlaşma -  şivən sferasına düşür.  Ataların  ağlaması  fərqli 

«illokutiv gücü» malikdir: Baybörə bəy oğuzda hər kəsin oğlu 

ilə  Bayandır  xanın  söhbətinə  qatıldığını  görüncə  ürəyi  qana 

dönür:  «Bayandır xanın  qarşısında Qaragünə  oğlı  Qarabudaq 

bəy dayanıb durmışdı, sağ yanında Qazan oğlı  Uruz durmışdı. 

Sol  yanında Qazılıq qoca oğlı bəg Yegnək durmışdı. Baybörə 

bəg bunları gördügündə ah eylədi».

Ənənəvi Oğuz mədəniyyətini  «postfiqurativ mədəniyyət 

tipinə» (M.Mid)  aid etmək  olar,  yəni  oğuzda hünəri,  təcrübə­

ni, davranışı oğul atadan görüb öyrənir:

«Oğul  atadan  görməyincə  süfrə  çəkməz».  Ona  görə  də 

Qazan  xamn  onaltı  yaşma  çatmış,  ancaq  hələ  hünər  göstər­

məmiş oğlundan narahatlığı bu üzdəndir:

«Qazan  sağına  baqdı,  qas-qas  güldi.  Solma  baqdı,  çoq 

sevindi.  Qarşusına baqdı,  oğlancığım -  Uruzı  gördi.  Əlin-əli­

nə çaldı ağladı:

89



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə