Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu rüSTƏm kamal «Kİtabi-DƏDƏ qorqud»



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə29/35
tarix18.06.2018
ölçüsü0,9 Mb.
#49784
1   ...   25   26   27   28   29   30   31   32   ...   35

Demək  olar  ki,  personajların  hamısı  potensial  «xəbər­

çidirlər», xəbər daşıyıcılarıdır.  Onlar xəbər-xəbərləşmə dialoq 

situasiyasında fəal  iştirak edirlər.  Artıq “müqəddimədə” Dədə 

Qorqud xəbər sferası  ilə bağlı obraz kimi təqdim olunur:  qaib- 

dəndürin xəbərlər söylədi”.

Eposun  kommunikativ  sistemində  çobanlar,  ozan,  ca­

suslar və bəzirganlar xəbər daşıyıcıları  kimi  aparıcı  mövqeyə 

malikdirlər.  Bəzirganlar  yad-özgə  məkanlarla,  uzaq  məmlə­

kətlərlə, yəni yol xronotopu ilə bağlı marginal varlıqlardır.

Kafir  əsirliyində  olan  Beyrəklə  bəzirganların  xəbərləş­

məsi  də  «iki  dünya»nın  informasiya  mübadiləsinə  çevrilir. 

Beyrək  bəzirganlara  «argış»  deyə  müraciət  edir,  ata-anasım, 

nişanlısını,  oğuz  bəylərini  xəbər  alır.  C.Bəydilinin  fikrincə, 

«argış»  sözünün  içində  «xəbər  və  xəbər  çatdıran»  məzmunu 

da yer alır [17,27]

«Beyrək yuca çartağdan baqdı, bazırganları  gördi. Bunla­

rı gördigində xəbərləşdi. Görəlim, xanım, nə xəbərləşdi. Aydır: 

Alan-alçaq həva yerdən gələn arğış!

Bəg babamın,  qadın anamın soğatı  arğış!

Ayağı uzm şahbaz ata binən arğış!

Ünim  anla, sözüm dinlə,  arğış!

Qalın Oğuz içində Ulaş oğlı Salur Qazanı 

Sorar olsam, sağmı, arğış?

Qıyan Səlcuk oğlı Dəli Tondaz 

Sorar olsam, sağmı,  arğış?

Ağ saqqalu babamı, ağ bırçəklü anamı 

Sorar olsam, sağmı, arğış?

Göz açuban gördigim, könüllə sevdigim 

Baybican qızı Banıçiçək evdəmi, arğış, 

yoxsa gordamı,  arğış?

Degil mana,

Qara başım qurban olsun, arğış, sana! -  dedi»

114

Xəbər sferasında semiotik  qarşıdurmalar (ölii-diri  xəbə­



ri,  xeyir xəbər-şər xəbər, yalan xəbər-doğru xəbər,  bəd xəbər- 

şad  xəbər)  epik  mətnin  antinomik  strukturunu  təşkil  edir. 

Personajların  davranışı  xəbər  tiplindən  asılı  olur.  Bəd  xəbər- 

şad xəbər,  ölü-diri xəbəri  kommunikativ  hadisəni  -  süjeti  təş­

kil  edən əsas  oppozitivlərdir.  Süjetin ifadə və məna planlarını 

əsasən  bu  oppozitivlərin  formalaşdırması  qənaətindəyik.  Bəd 

xəbər -  şad  xəbər,  doğru  xəbər -  yalan  xəbər  qarşıdurmaları 

süjet  dinamikasını  genişləndirir,  xronotopik  elementləri  və 

obrazların  süjetdə  «işləməsini»  şərtləndirir.  Bütün  bədii,  de­

tallar, kommunikativ situasiyalar bu antitezlərin ətrafındadır.

Xəbər janrı personajın ritual məkana daxil  olmasına im­

kan verir.

“Banıçiçək  aydır:  «Hey,  hey,  dayələr,  babam  mana bən 

səni  yüzi  niqablu  Beyrəyə  vermişəm,  diərdi.  Olmıya kim,  bu 

ola. Mərə, çağırın, xəbərləşəyim», -  dedi.

Çağırdılar,  Beyrək  gəldi.  Banıçiçək yaşmağlandı,  xəbər 

sordı».

Kafir  casusu  Oğuz-kafır  dünyaları  arasında  dialoqu  və 



kommunikativ hadisə yaradan xronotopik obrazlardan biridir. 

Casusun  “işi”  “casuslamaqdır”  sərhəddən  periferiyadan  Mər­

kəzə (təkura) xəbər çatdırmaqdır.

«Kafirin  casusu  casusladı.  Vardı  kafərlər  arğunı  Şökli 

Məlikə xəbər verdi»;

«Məgər  kafərin  casusu  vardı.  Bu  xəbəri  eşidüb  vardı, 

Təkura xəbər verdi»;

«Məgər kafərin casusu  vardı.  Gəlüb  təkura aydır:  «Mə­

rə,  Oğuzdan  bir  bölük  atlı  gəldi.  Qorunın  qapusın  ovatdılar, 

atlarının  əyərin  alub,  geyimlərin  çıqardılar.  Mərə,  nə  tutar- 

sız?» - dedilər»;

115



«Məgər kafərin casusı  vardı.  Gəlüb təkura aydır:  Oğuz­

dan  bir  dəlü  yigit  gəldi.  İlqıçıları  Öldürdü.  Yundları  ürkitdi, 

gətürüb qonya qoydı»;

«Yarımasın-yarçımasun  kafərin  casusu  bunları  casusla- 

dı. Varıb Bayburd hasarı bəginə xəbər verdi»;

«Məgər  başı  açuq  Tatyan  qələsindən,  Aqsəqa  qələsin- 

dən kafərin casusı vardı. Bunları görüb təkura gəldi»;

Çobanlar,  çığırtmaçılar,  ilxıçılar xəbərçilər sırasında da­

ha  fəal  yer alır ki,  bu  həm  də  eposun  mental-etnik mahiyyə­

tindən gəlir.

«Məgər bir  sığırtmaçılan  vardı.  Gördi kim,  qələyi  aldılar. 

Qaçdı təkura vardı, Aya Sofya alunduğın xəbər verdi. «Nə  otu- 

rarsız, üzərünizə yağı gəldi, başımıza yarağın görün!» -  dedi»:

«İlxıçı  Alp  Aruza  çöldə  gördüyü  hadisəni  xəbər  verir: 

«Xanım,  sazdan  bir  aslan  çıqar,  at  urar,  apul-apul  yürüyışi 

adam kibi. At basuban, qan sümürər».

Dastanın  kommunikativ  məkanında  xəbər  tiplərindən 

biri də xeyir xəbər -  şər xəbər qarşıdurmasıdır.

Sınamalar  (əlamətlər)  da  xəbər  motivi  ilə  əlaqədardır. 

Proqnostik  informasiyanın  verilməsi  bu  tipli  deyimlərin  əsas 

funksiyasi  və məna əlamətidir. Ananın sağ qulağı cingildəyir- 

sə, yaxud sol gözü səyirirsə, bəd xəbərə işarədir.

Oğuz  eposunda  bütün xəbərlər  sanki  “gözlə”  təsdiqlən­

məlidir.  Demək  olar  ki,  bütün  xəbərlərin  «göz»lə  (görmə- 

baxma ilə) əlaqəsi var.

Eposda gözlə bağlı bir inanc -  sınama motivinə rast gə­

lirik: sol gözün səyirməsi bəd xəbərə işarədir.

Bəd  xəbər  gözləntisi  göz  mimikası  ilə,  yəni  mifoloji 

mənalı  «səyirmək»  predikatı  ilə  verilir:  «Cıqsın  bənim  kor 

gözüm, a Dirsə xan, yaman səgrir».

«Bamsı Beyrək boymmda artefaktlan  görmə-tamma yad­

daş-xatırlama  aktı  ilə  əlaqələndirilir.  «Beyrək yay gördigindən

116

yoldaşların andı, ağladı». Bamçiçək ozandan əllərini gizlətsə də 



(«Əllərin yerinə çəkdi. Görükməsin deyü oyuna girdi»), Beyrək 

qızm barmağındakı üzüyün nişanələrini ondan xəbər alır.

Bir  çox  ənənələrdə  «qıza  baxma»,  «gəlingörmə»  toy 

mərasiminin  tərkib  elementidir.  Məsələn,  toyda  gəlinə  «bax­

ma», yaxud doğum mərasimində hamilə qadını «görmək» akt­

ları bu qəbildəndir.

Ərə  varan  Banıçiçəyin  ritual  «gizlədilməsi»,  Bamsı 

Beyrəyin  onu  «görməsi»  toy  mərasimin  tərkib  elementidir: 

«Gördi  gög çayırm üzərinə bir qırmızı otağ dikilmiş...  xəbəri 

yoq ki, alacağı ala gözli qızın otağı olsa gərək...».

Yasağa  görə,  ərə  varan  qız  toy-düyünə  qədər  gözə  gö­

rünməməlidir:

«Qız aydır:  «Ya nə məsləhətə gəldin, yigit?» - dedi. Bey­

rək  aydır:  «Baybican  bəgün  bir  qızı  varmış,  annı  görməgö 

göldim!» Qız aydır:  «Ol öylə adam degildir kim, sana görinə!» 

-  dedi». K. Abdulla yazır: «Qədim Oğuz aləmində belə yaşağın 

olması  bu  aləmin  daxili  bütövlüyünə  dəlalət  edən  çəhətdir  və 

bu  cəhət  Beyrəklə  Banıçiçəyin  görüşü  zamanı  Banıçiçəyin 

Beyrəyə dediyi  «Ol qız elə adam deyil ki, sənə görükə»  sözlə­

rində  özünü  göstərir.  Bamçiçək  özü  də  bilir  ki,  Beyrəyə  gö­

rünmək yasaqdır, etik normanın pozulmasıdır» [5,58].

Görünməzlik  mifoloji  düşüncədə  özgəliyin,  yoxluğun 

əlamətidir,  “iki  dünya”  sakinlərini  bir-birindən ayıran  simvo­

lik  sərhəddir.  Beyrəyin  profan  məkandan  (ölülər  dünyasın­

dan)  qayıdışı  mifoloji  mənada  dəfn  mərasiminin  təkrarıdır. 

Epik  qəhrəmanın  müvəqqəti  «ölümü»  profan  məkanda -   ka­

firlər ölkəsində,  «dirilməsi» isə sakral dünyanın mərkəzində -  

Qalın Oğuzda baş verir.

Başqa dünyadan olan varlıqların mahiyyəti  “bu dünya”- 

da insana görünməz olmasıdır,  onların görə görünməsi,  bu və 

ya digər görkəmdə olması müəyyən şəraitdə, zaman və məkan

117



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə