Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu rüSTƏm kamal «Kİtabi-DƏDƏ qorqud»



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə3/35
tarix18.06.2018
ölçüsü0,9 Mb.
#49784
1   2   3   4   5   6   7   8   9   ...   35

müəllif üçün  ən  mühüm  iş  oxucunun  öncə  mətnin  yaratdığı 

hərəkəti,  sonra  mətnin  nədən  bəhs  etdiyini  anlamasıdır. 

Y.B.Qryaznova  «Performativ  mətnin  təhlili  (P.Feyerabendin 

«Metodoloji  məcburiyyətə  qarşı»)»  adlı  araşdırmasında  belə 

nəticəyə gəlir ki, performativ mətnlər spesifik semantikaya iti­

likdir.  Bu tipli  mətnlərdə  struktur elementlər -  giriş,  ön  sözü, 

haşiyələr,  nəticələr və  s.  önəmlidir,  çünki mətni  kommunika­

tiv fəaliyyətə çevirir [132].

C.Batler  «Ekspressiv  nitq:  Performativlik  siyasəti» 

(1997)  kitabında performativ  diskurs  və  performativ  subyek- 

tivlik  anlayışını  genişləndirir,  subyektiv performativliyin  rito­

rik -  dil  aspektinə  diqqət yetiririr,  performativ  deyimin  siyasi 

təbiətini  təhlil  edir.  C.Batler  performativ  deyim  nəzəriyyəsi­

nin  əsas  tezisindən  istifadə  edir:  dil  subyektivliyi,  gerçəkliyi 

formalaşdırır,  performativ  nitqin  şərhi  üçün  İncildən  klassik 

bir nümunə gətirir -  «İşıq olsun!»  [115,164].

C.Batler performativ  subyektivlik konsepsiyasını fransız 

filosofu M.  Fukonun hakimiyyət konsepsiyası  ilə əlaqəlndirir: 

vücudun  rnaddiliyi  hakimiyyət  dinamikasının  effektivliyi  ki­

mi,  performativlik  isə  onu  tənzimləyən diskurs  kimi başa dü­

şülür.  Tədqiqatçı  «vücud»  kateqoriyası  baxımından  ekspres­

siv nitqin  fərqli  tiplərini  (nifrət nitqi,  rasist nitqi,  təhqir nitqi) 

təhlil edir.

C.Batler «Cins»  anlayışının  diskursiv hüdudları  haqqın­

da»  (1993)  kitabında  «sitat»ın  performativliyi  prinsipini  da­

vam  etdirir.  C.Batlerə  görə,  cinsin  performativliyi  bədəni  və 

seksualltğı  formalaşdıran  qanunun  sitatlığıdır  və  bu  fikrin 

sübutu üçün məhkuma hökm oxuyan hakimi misal gətirir. Ha­

kim hökm çıxardarkən qanunu sitat gətirir: hökmün yerinə ye­

tirilməsini  məhz  sitatın  performativliyi  təmin  edir  [Bu  haqda 

bax:  115,213-215].

Performativlik  problemi  tanınmış  fransız  poststruktura-

10

listi  R.Bartin  «Müəllif  ölümü»  adlı  əsərində  də  qaldırılır. 



R.Bartın  fikrincə,  «yazı»  özü  refleksiv  -   performativ  aktdır 

(müq.  et:  «...artıq  «yazmaq»  felinin  mənası  nəyisə  qeyd  et­

mək,  nəyinsə  şəklini  təsvir  etmək,  çəkmək  deyil.  Oksford 

məktəbinin  filosofları  kimi  dilçilərin  «performativ» adlandır­

dığı mənada olmalıdır»)  [111, 387-388].

Görkəmli  Kanada  medievisti  P.Gümtor  «performans» 

anlayışını  orta  əsr  poeziyasına tətbiq  edir,  bu  zaman  «mətn» 

(Text)  və  «əsər»  (Werk)  anlayışlarını  fərqləndirir:  «əsər» 

səslə,  musiqi  və  bədənlə,  xüsusi  kontekstdə,  təkrarsız  və 

situativ, spesifik publikativ ifa olunur [287,24].

P.Gümtor  orta  əsrlər  üçün  «performativlik»  anlayışım 

ənənəvi  mətnin  gerçəkləşdirilməsi  (realizə  olunması),  məlum 

olanın  tanınması  kimi  müəyyənləşdirir.  Performativlik o şeyi 

konkretləşdirir  və  aktuallaşdırır  ki,  tamaşaçı  -   dinləyici  onu 

yenidən  tanıyır.  Mətn  yalnız  performans  üçün  mənbə  olur 

[287, 9-50].

Orta əsrlərin narrartiv məkanında performativ I iyə müəy­

yən təcrübəni (ritual, adət-ənənə) proqramlaşdıran, yaxud mo­

delləşdirən  sistem kimi  baxılır.  O.M.Freydenberqə, görə ar- 

xaik  mədəniyyətdə  hər  söz  hərrəkə  bərabərdir  “[261,104]. 

V.N.Toporov yazır ki, bu vəziyyət o mədəniyyətlərdə saxlanı­

lır ki,  orda  dilin  ritual  funksiyası  itməyibdir  və  deməli,  ritual 

funksiyalı  hər  deyim  mahiyyətcə  performativdir”  (söz məldir 

və ya hətta ilk növbədə söz deyil, əməldir)”  [244,146].

Orta  əsrlərdə  etnik  toplumun  həyatı  üçün  ritualların, 

mərasimlərin,  yaşam  normalarının,  oyunların  icrası  (perfor­

mance)  çox  əhəmiyyətli  məsələ  idi.  İnsanın  gündəlik  həyatı 

sanki  teatr səhnəsində  oynanılırdı,  performativlik  aktı  isə  hə­

min tamaşanı «düzüb-qoşurdu».

Performativlik  müəyyən kommunikativ hadisələrin situa­

siyaların,  toplumun  və  fərdin  dış  dünya  ilə  ünsiyyət  münasi­

11



bətlərini də modelləşdirir. Performans toplumsal yaddaşın əsas 

forması və etnik sosial təcrübənin əsas ötürülmə kanalı olur.

Narrativ  (təhkiyə)  müasir  ədəbiyyatşünaslıqda  “Perso­

najların vasitəsiz nitqi  istisna olmaqla,  epik əsərin bütün mət­

ni,  hərəkət və hadisələrin zaman üzrə təsviri, mühakimə....  ki­

mi  qəbul  edilir  [229,280].  Narrativin  əsas  təhkiyə  vahidi  ha­

disə  olduğundan,  onda  “Kitabi-Dədə  Qorqud”da  epik  narra­

tivin  əsas  kateqoriyası  kimi  ritual  hadisənin,  ritual  davranış 

hadisəsi  olduğunu düşünə bilərik.

«Kitabi-Dədə  Qorqud»da təhkiyə  sisteminin,  epik  üslu­

bunun  əsasını  performativ  vahidlər  (deyimlər,  formullar,  per- 

formativ -  diskursiv təcrübələr və konstruksiyalar) təşkil  edir. 

«Kitabi-Dədə  Qorqud”un  linqvopoetik  təhlili  göstərir  ki,  bir 

sıra  sintaktik  konstruksiyalar  performativ  deyimlər  -   kons­

truksiyalar öz növbəsində sisteminə daxildir:

“Performativ  konstruksiyalar,  demək  olar ki,  bütün  növ 

nitq  aktlarında  reallaşır,  onlar  1)  deklarativlərin  (konstativ- 

təstiq),  2) direktiflərin (inyunktiv-  əmr və rekvestiv-xahiş),  3) 

verdiktivlərin  (qərarların,  təqdir  və  qeyri-təqdir),  4)  permis- 

sivlərin (icazə),  5) ekzersi-tiflərin (qərar, ləğv),  6) komissivlə- 

rin  (zəmanət,  öhtəlik  and,  vəd),  7)  ekspozitivlərin  (razılıq, 

mübahisə,  etiraz),  8)  satisfaktivlərin  (minnətdarlıq,  təəssüf, 

üzvxahlıq, arzu), və s.  funksional ekvivalentlərdir” [53,82].

«Kitabi-Dədə  Qorqud»un  epik  təhkiyəsində  performa- 

tiylik  və  sakral  semiozis  sujetqurmanın  ən  vacib  komponen­

tidir.  Hər  bir  boyun  süjeti  özlüyündə  «mübarizədir».  Oğuz 

bəylərinin  hər  qələbəsi,  ovçuluğa  və  savaşa  çıxmaları  uğurlu 

fəaliyyət  -   davranış  aktları  kimi  epik  süjetin  performativ  re­

surslarından qaynaqlanır.

Performativlik  eposda  sadəcə  sözlə  işin-əməlin,  sözlə 

hərəkətin  -  fəaliyyətin  eyniliyi  deyil,  həm  də  Oğuzda  sosial 

hakimiyyətin, sosial nüfuzun bir ifadəsidir.

12

Eposda performativ  vahidlər -  ritual  və yaxud rituallaş- 



mış  performativlər  sakral  semiozisdə  gerçəkləşir  və  sakral- 

ibadət perfomativləri,  aqioqrafık mətnlər (yaxud sakral narra­

tiv  perfovmativlər)  dini  performativləri,  ritual  performativləri 

(yalvarışlar,  mədətdiləmə,  öymələr,  votivlər,  profetizmlər 

keriqmativlər və s.) əhatə edir.

Ənənəvi  türk  (oğuz)  mədəniyyətinin  daha  çox  verbal 

(şifahi) realizmə,  ritual  sözə əsaslanması  eposda nitq davranı­

şının  fərqli tiplərində ifadəsini tapmışdır. Etnik toplumun sözə 

magik  münasibəti  şifahi  kommunikasiyanın  intensivliyini  də 

şərtləndirmişdir.

«Kitabi-Dədə  Qorqud»un şifahi  xarakterli  olması, şifahi 

sözün  performativ  mahiyyəti  eposda  istənilən  ritual  dialoqu 

kommunikasiyanın universal mexanizminə çevirir.

«Kitabi-Dədə Qorqud»u performativ vahidlərin üstün ol­

duğu möhtəşəm  epik  mətnlərə aid etmək  olar:  söyləyici  oğuz­

ların  «mütləq  keçmişini»  (M.Baxtin),  epik  əcdadların  hünər­

lərini təsvir etsə də, epos qətiyyən informativ xarakter daşımır.

«Kitabi-Dədə  Qorqud»  ritual  nitq  hadisəsidir,  dilin 

ritual  funksiyasının  və  arxaik  performativ  tərcrübənin  mü­

kəmməl örnəyidir. Performativlik etnik toplumun ritual təcrü­

bəsi ilə sıx bağlı olduğundan, «xüsusi təfəkkür tipi, xüsusi mi- 

fopoetik sözdür -  sakral söz-əməldir»  [252,60].

Bir sıra performativ  nitq aktları -  öyüdlər, yasaqlar, yu- 

xugörmələr və yuxuyozmaları oğuznamə personajlarının dav­

ranışının əsasım təşkil edir.  Yasaqlar, xəbərdarlıqlar, yuxular, 

yuxuyozumun gənc oğuz  igidinin inisiasiya sınaqları ilə bağlı 

qarşına çıxan təhlükələr onun «tale mətni»ni müəyyənləşdirir. 

Qəhrəman mifoloji  məna yaradıcılığının mediatorudur. O, də­

yişmə-yeniləşmə  prosesini  canlandırır.  Qəhrəmanın  identifi- 

kasiyası yasaqlar və təhlükələr kontekstində baş verir.

Performativlik  linqvokültüroloji  kateqoriya  kimi  bizim

13



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə