Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu rüSTƏm kamal «Kİtabi-DƏDƏ qorqud»



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə30/35
tarix18.06.2018
ölçüsü0,9 Mb.
#49784
1   ...   27   28   29   30   31   32   33   34   35

hüdudlarında baş verir. Başqa dünyanın nümayəndəsi zahirən, 

görkəmcə  qeyri-müəyyənliyə  malik  olduqlarından  onlar  ya 

tanınmır, ya da adi gözlə görünmürlər.

Tanıma  \  tanımama  situasiyası  (məsələn,  əsl  adaxlının 

tanınmamazlığı  motivi)  arxaik epik  süjetlərdə geniş yer tutur. 

Beyrək öz nişanlısının toyunda mifoloji «özgə»nin görünməz­

liyini,  tanınmazlığını  imitasiya edir.  «Bu»  dünyanın  sakinləri 

adətən «o» dünyadan gələnləri ya görmürlər,  ya da tanımırlar. 

Banıçiçəyin Beyrəyi da tanımaması bu üzdəndir.

Qazan  xan  qardaşı  Qaragünəyə  yuxusunda  gördüyünü 

xəbər  verir:  «Bilmirsən,  qarındaşım  Qaragünə,  duşumda  nə 

görindi?  Qara  qayğulu  vaqiə  gördüm,  yumruğumda  talbınan 

şahin bənim qışumı  alur gördüm,  düm  qara pusaraq ordumun 

üzərinə tökilir gördüm...».

Epik metonimiya üçün  “göz (baxış)”  demonoloji  perso­

najı  səciyyələndirmə  üsullarından biridir.  Dəli  Domrulun  de­

monoloji  personajla  qarşılaşması,  görüşməsi  və xəbərləşməsi 

süjetdə situasiyasının dəyişməsinə səbəb olur.

Demonoloji  personaj  (Əzrayıl)  Dəli  Domrulun  gözünə 

birdən (nagahan) görünməklə özünün gerçək varlığını, gerçək 

mahiyyətini ona hiss etdirir.

«Dəli Domrul  qırq yigit ilən yeyüb-içüb oturarkən naga- 

handan Əzrayıl çıqa gəldi.  Əzrayılı nə çavuş gördi, nə qapuçi. 

Dəli Domrulun görər gözi görməz oldı, tutar ələri tutmaz oldı. 

Dünya-aləm Dəli Domrulun gözinə qarannu oldu».

Arxaik  düşüncə  üçün  hadisənin  bir  anda,  qəfil,  gözlə­

nilmədən  baş  tutması  səciyyəvidir.  «Kitabi-Dədə  Qorqud»un 

xronotopunda «nagahan»,  «nagah»,  «birdən»  zaman zərfləri­

nin geniş yer tutması da bu üzdəndir.

Əski  təsəvvürlərə  görə,  insan  demonoloji  personajla 

qarşılaşarkən ona tərəf baxmamalıdır.  Ancaq oğuz qəhrəman­

ları  istər-istəməz  xtonik,  demonik  varlıqları  gözləri  ilə  gör­

118

mək,  baxışla  qarşılamaq  zorundadırlar.  Onların  demonik-mi- 



foloji  varlıqlarla  (Əzrayıl,  Təpəgöz)  ilk  fatik  dialoqu-xəbər­

ləşməsi  «göz»dən  başlayır.  «Bu  dünya»nm  «o  dünya»  ilə  -  

Əzrayıllın Dəli Domrul  ilə, ünsiyyəti «göz» üstündə qurulur.

Dəli  Domrulun  Əzrayılla  kontaktı  elə  gözlənilməz  olur 

ki,  onun  ilk  emosional  təəssüratı  da  «heybətli  qocanın»  -  

Əzrayılın «gözcügəzi»  ilə bağlı olur:

«Ağzın içi buz kibi,

Sümüklərin tuz kibi oldı.

Mərə sağalçığı ağca qoca,

Gözcigəzi cöngə qoca,

Mərə, nə heybətli qocasan?»

Bacıların  qardaşı  (dəli  ozanı)  tanıması  və  xəbərləşməsi 

Beyrəyin «gözlərindən» başlayır:

«Qara qıyma gözlərin cöngəlməsəydi,

Ağam Beyrək diyədən,  ozan, sana!

Yüzini qara saç örtməsəydi,

Ağam Beyrək diyədəm, ozan sana!

Qunt-qunt biləklərin solmasaydı,

Ağam Beyrək diyədəm, ozan, sana!

Apul-apul yurişındən 

Aslan kibi tutışmdan.

Qanrıluban baqışından

Ağam Beyrəgə bənzədürəm, ozan səni!»

«O  dünya»nın  nümayəndələri  adətən  eybəcər  görünüş­

ləri  ilə,  anormal  fiziki görkəmləri  ilə  fərqlənirlər.  Yad,  «özgə 

dünya»  sakinlərinin  neqativ  təsviri  mifoloji  düşüncə  üçün 

səciyyəvidir.  Onların  yadlığı  fiziki  çatışmazlığı  ilə,  anormal- 

lığı ilə qabardılır.

«Yedi başlu əjdərhanm yetüb vardım, 

Heybətindən sol gözün yaşardı.

119



Hey gözüm, namərd gözüm, müxənnət gözüm, 

Bir yılandan nə var ki, qorxdum.. .»

«Kitabi-Dədə  Qorqud»  da  Beyrək  gözləməkdən,  ağla­

maqdan kor olmuş atasının gözlərini  açır.

«Bu məhələdə bəglər Beyrəgi  gətürdilər.  Qazan bəg ay­

dır:  «Muştuluq,  Baybira  bəg!  Oğlan  gəldi»  -  dedi.  Baybirə 

bəg  aydır:  Oğlım,  idigin  andan  biləyim,  sirça  barmağını  qa- 

natsun,  qanını  dəsmala  dürtsün,  gözimə  sürəyin:  acılacaq 

olursa, oğlım Beyrəkdir!» -  dedi».

Zira  ağlamaqdan  gözləri  görməz  olmuş  idi.  Dəsmalı 

gözinə silçək, Allah-təalanın qüdrəti ilə gözi açıldı».

Yüksəklikdən,  yuxarıdan  baxma  motivi  eposun  məkan 

təşkilində  əhəmiyyətli  rol  oynayır.  Köşk,  çardaq  epik  məkan 

semiotikasının obyektləri  kimi  çıxış  edir ki,  bu  da qəhrəman­

lara ətrafı görməyə, uzaqları seyr etməyə imkan verir.

Oğuz bəyləri ətrafı (savaş və ya tamaşa meydanını) yük­

səklikdən (təpə  başından,  köşkdən,  çardaqdan)  baxıb müşahi­

də edirlər, yaxud xəbərləşirlər.

«Atına  mahmuz  urdı.  Bir  yüksək  yerə  çıqdı,  gözlədi, 

gördü kim, bir dərənin içində toz gah dərilür, gah tağılur»;

«Məgər  ol  gün  kafərlərin  ağır  günləriydi.  Hər  biri  ye­

məkdə-içməkdə idi.  Beyrəyi dəxi götürüb,  qopuz çaldırırlardı. 

Beyrək  yuca  çartağdan  baqdı,  bazırğanları  gördü.  Bunları 

gördiyində xəbərləşdi»;

«Beyrək gedli Bambam dərə başına çıqdınmı, qız?

Qanılamb dört yanına baqdınmı qız?»

Epik  kommunikativ  məkanda  xəbər,  xəbərləşmə  daha 

çox -  görmə-baxma aspekti ilə bağlıdır.

Beləliklə, xəbər-xəbərləşmə fatik nitq janrların epik xro- 

notopu  təşkil  etməsi  “Kitabi-Dədə  Qorqud”  da  süjet  poe­

tikasının özəl cəhətlərindən biridir.

120


NƏTİCƏ

«Kitabi-Dədə  Qorqud»un  ritual  davranış  poetikasında 

nitq janrlarının  “sistem  içində  sistem”  kimi  bərpası  adresant- 

adresat  münasibətlərinin,  söyləyici  ozan  və  auditoriya  obra­

zının təsvirini  mümkün  edir,  söyləyicinin kommunikativ  stra­

tegiyasını  müəyyənləşdirir,  eləcə  də  sosial,  ritual  davranış 

tiplərini öyrənməyə kömək edir.

«Kitabi-Dədə  Qorqud»  performativ  komponentlərin  da­

ha üstün olduğu epik mətnlərdən biridir, türklərin arxaik per- 

formativ  təcrübəsinin  möhtəşəm  örnəyidir,  performativ  “das­

tan -  potensiyası”dır. (N.Cəfərov).

Performativlik (alqış-qarğış,  vəsiyyət,  öymə, and,  xeyir- 

dua,  yuxuyozumu)  bilavasitə  epik  dilin  ritual  funksiyası  ilə 

əlaqədardır.  «Kitabi-Dədə  Qorqud  “  da  ritual  diskursun  ele­

mentləri  müxtəlif  səviyyələrdə  (ailə-məişət  ritualı,  ov-oyun 

ritualı, dini  inanc ritualları və.s), kommunikativ situasiyalarda 

mövcuddur.  Ritual  diskurs  epik təhkiyənin  məzmun  və  ifadə 

planını  ifadə  edir.  Ritual  öz  məqsədi,  strukturu  ilə  mifoloji 

hadisə və epik təhkiyə arasında vasitəçi rol oynayır. “Ən əsası 

-   mərasim  süjetyaradıcı  başlanğıc  kimi  çıxış  edir  və  buna 

müvafiq olaraq onun tərkib hissələri  və elementləri epos uçun 

səciyyəvi  məna  kəsb  edir  -   onların  konflikti  üzə  çıxır  və  ya 

açıq  görsənir  və  mərasim  iştrakçılannın  davranışı  mərasim 

deyil,  epik  xarakterli  olur.  Daha  doğrusu,  mərasimdə  olduğu 

kimi qalır, amma daxilən dəyişir” [216,79].

Ritual  davranış diskursu  “Kitabi-Dədə  Qorqudu”n  süjet 

məntiqini,  xronotopları  təşkil  edir.  Buraya  faktik  ünsiyyətin 

elementlərini də daxıl etmək olar.

Ritual  ”Kitabi-Dədə  Qorqud”  təhkiyəsində  bir  çox  hal­

larda klişe- formul səviyysində çıxış edə bilir.

«Kitabi-Dədə  Qorqud»  özü  bir  soylama-boylama  aktı 

olaraq yüksək performativliyə malikdir və  funksionallığı  per-

121



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə