Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu rüSTƏm kamal «Kİtabi-DƏDƏ qorqud»



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə31/35
tarix18.06.2018
ölçüsü0,9 Mb.
#49784
1   ...   27   28   29   30   31   32   33   34   35

formativ-etiket  nitq janrlarının  toplumun  inanc  düşüncəsi  və 

güclü magik yaddaşı ilə şərtlənir.

Oğuznamələrdə islam düşüncəsi  və  şəhidlik-  qazilik mi- 

fologemininin qarşılıqlı əlaqəsi “epik islam” adlanan bir anla­

yışın  mövcudluğunu  əsaslandıra.  Bunun  bir  səbəbi  də  ritual 

sözün inanc sözü ilə vəhdətdə olmasıdır.

“Kitabi-Dədə  Qorqud”da performativlik  xüsusi  davranış 

aspektidir, hadisələrin və situasiyaların mahiyyətini təşkil edir.

Quran şeirlərinin «Kitabi-Dədə Qorqud»un təhkiyə poe­

tikasına, kommunikativ sisteminə, ritm-intonasiya axarına üz­

vi  surətdə  daxil  olması,  islami  təsəvvürlərin  ritual  tipli  nitq 

janrları  ilə  əlaqəyə  girməsi  eposda  performativlik  məkanının 

xeyli genişlənməsinə səbəb olmuşdur.

Epik islamın, yaxud islam diskursunun şərtləndirdiyi  bir 

sıra  kommunikativ  situasiyalarda  verbal  davranış  streotipləri 

xüsusi süjetqurma «dili» kimi  çıxış edir.

Eposda  islam  diskursunun  performativliyi  orta  əsrlərin 

«üslub formasiyası»ndan gəlirdi.

Sakral  adların  vəsfı-öyülməsi  epik  təfəkkürdə  İslamın 

varlığına,  onun ontoloji bəraətinə xidmət edir-sakral mənaları 

Oğuz universumuna daxil edir.

Ritual  öymə  eposun  davranış  poetikasında  o  qədər 

önəmli  yer tutur  ki,  «Kitabi-Dədə  Qorqud»u  bütövlükdə  mü­

rəkkəb panegirik nitq janrı kimi qəbul etmək olar.

Ritual öymələr sosial ritualın tərkib hissəsi olub, orta əsr 

dünyagörüşünün  etiketliyini  ifadə  edir.  Yumlarda,  öymələrdə 

-   dualarda  görklü  adların  ritual  öyülməsi  oğuznamələri  bir 

sakrallıq məkanına daxil edir.

«Kitabi-Dədə  Qorqud»  un poetik sistemində  fatika dialo­

qun  əsasını  təşkil  edir,  fatik janrlarla  (xəbər,  xəbərləşmə,  söh­

bət, tənbeh-təhqir, kinayə, mübahisə (qavğa) və s.) ifadə olunur,

Xəbər nitq janrı  kimi  eposda kommunikativ  gerçəkliyin 

və  ya  hadisənin  əsasını  təşkil  edir.  Eposun  bədii  məkanı  əs­

122


lində xəbər-xəbərləşmə məkanıdır

Xəbərlə  bağlı  qarşıdurmalar  (ölü-diri  xəbəri,  yalan  xə- 

bər-doğru xəbər,  bəd xəbər-şad xəbər) epik mətnin antinomik 

strukturunu təşkil edir.

Xəbərləşmələr  nitq  davranışı  kimi  kritik  situasiyalarla, 

semiotik qarşıdurmalarla bağlı olur.

Ritual xəbərləşmələr mərasim -  savaş səhnələrində per­

sonajlar arasında ritual dialoqu təmin edir. Qəhrəm anların bir- 

birindən  adım  xəbər  alması,  Qazan  xanın  su  ilə,  qurdla  və 

köpəklə xəbərləşməsmi ritual dialoq örnəkləridir.

“Kitabi-Dədə  Qorqud”da  fatik  ünsiyyətin  baş  verdiyi 

əsas  mikroxrontop  epik  ziyafətlərdir.  Oğuz  bəylərinin  bu 

ziyafətlərdə,  bu  söhbətlərdə  davranış  stereotipliyi,  etiketliyi 

epik  qəhrəmanlıq  dünyasının  dəyişməzliyi,  sabitliyi  ilə  bağ­

lıdır. Etiketlik,  etiket nitq janrları personajların davranış  funk- 

sionallığın şərtləndirən mühüm amillərdən biridir.

Fatik  ekspressivlik  (belə  demək  mümkünsə)  əsasən  ri- 

tual-kommunikativ  situasiyalarda  (məsələn,  yas -  şivən)  təq­

dim  olunur.  Ağlaşma-şivən  (yumru-yumru  ağlamaq,  zar-zar 

ağlamaq) ritual xronotopu ilə əlaqədardır.

Ofkəlilik,  acığı  tutmaq (qəzəblənmə) kimi psixoloji  akt­

lar  bəylərin  impulsivliyini  səciyyələndirir,  onların  bədii  por­

tretini  (Qaragünə,  Büğdüz Əmən) tamamlayan,  impulsiv dav­

ranışını  ifadə edən bədii detallardır.

Nitq  janrları  süjet  strukturunda  praqmatik-sintaqmatik 

səviyyədə  nizamlanır:  süjetin  inkişaf məntiqindən,  xronoto- 

pun  janryaradıcı  funksiyasından,  mətni  yaradan  etnomədəni 

mexanizmlərdən  və  söyləyicinin  və  personajların  nitq  strate­

giyasına bağlı  deyimləri  birləşdirən “nitq sintaksisi”ndən asılı 

olaraq dəyişir.

“Kitabi  -   Dədə  Qorqud”un  kommunikativ  məkanın  da 

nitq janrları  paradıqması  (performativ,  fatik,  ekspressiv janr­

lar) süjetlərin qrammatikasını anlamağa imkan verir.

123



İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

Azərbaycan dilində

1.  Qurani-Kərim. Çevirəni N.Qasımoğlu. Bakı: “Azərbay­

can” nəşriyyatı”,  1992

2.  Abdulla  B.  «Kitabi-Dədə  Qorqud»un  poetikası.  Bakı: 

Elm,  1999, 224s.

3.  Abdulla B.  «Kitabi-Dədə Qorqud» və  islam dini.  Bakı: 

Ozan,  1997,40 s.

4.  Abdulla  K.  Müəllif-əsər-oxucu.  Bakı:  Yazıçı,  1985.

156 s.


5.  Abdullayev K. Gizli Dədə Qorqud. Bakı:  Yazıçı,  1991,

152 s.


6.  Abdulla  K.  Sirr  içində  dastan  və  yaxud  gizli  Dədə 

Qorqud -  2. Bakı: Yeni Nəşrlər Evi, Elm,  1999,288 s.

7.  Adilov  M.,  Verdiyeva  Z.,  Ağayeva  F.  İzahlı  dilçilik 

terminləri. Bakı: Maarif,  1989.

8.  Acalov A.  «Dəli  Domrul»  boyunun kökləri  və mifoloji 

simvolikası  //  Azərbaycan  filologiyası  məsələləri.  Bakı:  Elm, 

2000, s.37-42.

9.  Anar.  Dədə  Qorqud  dünyası  //  Dünya  bir  pəncərədir. 

Bakı: Gənclik,  1986, s. 125-217.

10.  Bayat F.  Oğuz epik ənənəsi və «Oğuz kağan» dastanı. 

Bakı:  Sabah,  1993,  194 s.

11.  Bayat  F.  Oğuznamələr  //  Dədə  Qorqud  Ensiklopedi­

yası. Bakı: Yeni Nəşrlər Evi,  1999, s.225-235.

12.  Bayat  F.  Alqışlar  və  qarğışlar  //  “Kitabi-Dədə  Qor­

qud” ensiklopediyası II cild. Bakı: Yeni nəşrlər evi,  1999, s.  19.

13.  Bədəlov  R.  Epos:  mif və  tarix  //  «Kitabi-Dədə  Qor­

qud» (məqalələr toplusu). Bakı: Elm,  1999, s.27-29.

14.  Bəydili  (Məmmədov)  C.  Qorqud  Ata  //  Kitabi-Dədə 

Qorqud ensiklopediyası. Bakı: Yeni nəşrlər evi, 1999. s.  185-189.

15.  Bəydili  C.  Dəli, dəlilər // Kitabi-Dədə Qorqud ensik­

124

lopediyası. II c.  Bakı:  Yeni nəşrlər evi,  1999. s.  84.



16.  Bəydili  C.  Yum,  Yom  //  Kitabi-Dədə  Qorqud  ensik­

lopediyası. II c., Bakı.: Yeni nəşrlər evi,  1999. s. 330-331.

17.  Bəydili  C.  Argış  //  Kitabi-Dədə  Qorqud  ensiklope­

diyası. II c. Bakı.: Yeni nəşrlər evi,  1999. s. 27

18.  Bəydili  (Məmmədov)  C.  Qorqut  Atanın  advermə 

funksiyası. // Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər. 

X kitab. Bakı:  Səda, 2001, s.29-39.

19.  Bəydili (Məmmədov) C. Türk mifoloji sözlüyü: struk­

tur və funksiya. Bakı: Mütərcim, 2007, 272 s.

20.  Bəşirova  X.  «Kitabi-Dədə  Qorqud»da  və  «Koroğlu» 

dastanında ov və toy səhnələri // Orta əsr əlyazmaları və Azərbay­

can  mədəniyyəti  tarixi  problemləri.  «Kitabi-Dədə  Qorqud»  1300, 

VI elmi-nəzəri konfransın materialları. Bakı: Örnək, 1999, s.68-69.

21.  Cabbarlı  N.  «Kitabi-Dədə  Qorqud»  Azərbaycan  mü­

hacirət ədəbi-elmi  fikrində // «Kitabi-Dədə  Qorqud»  (məqalələr 

toplusu). Bakı:  Elm,  1999, s.109-111.

22.  Cəfərli M. Dastan və mif. Bakı: Elm, 2001,188 s.

23.  Cəfərli M. Dastan yaradıcılığı. Bakı: Elm, 2007,108 s.

24.  Cəfərli  M.  İstək  diləmə  ritualı  («Kitabi-Dədə  Qor­

qud» əsasında) // Elmi axtarışlar. -  2009. №5. s.64-70.

25.  Cəfərov  N.  «Kitabi-Dədə  Qorqudwda  islama  keçidin 

poetikası. Bakı: Yeni nəşrlər evi,  1999, 60 s.

26.  Cəfərov N. Eposdan kitaba. Bakı: Maarif,  1999,220 s.

27.  Cəmşidov  S.  «Kitabi-Dədə  Qorqud»  (Tarixi,  coğrafi, 

tesktoloji tədqiq və Drezden əlyazmasının dürüstləşdirilmiş elmi 

mətni). Bakı: Elm,  1999, 678 s.

28.  Cümşüdoğlu  N.  Füzulinin  sənət  və  mərifət  dünyası. 

Bakı-Tehran:  Süruş,  1997, 286 s.

29.  Əlizadə  S.  «Dədə Qorqud»un türkmən nəşrinin linqvis- 

tik-lekstoloji xüsusiyyətləri // «Dədə Qorqud», 2001, №1, s.35-49.

30.  Əlizadə  S.  Ad  haqqında  Sokrat  təlimi  «Kitabi-Dədə 

Qorqud»da adqoymanın üslubi əsası kimi // Orta əsr əlyazmaları

125



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə