Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu rüSTƏm kamal «Kİtabi-DƏDƏ qorqud»



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə5/35
tarix18.06.2018
ölçüsü0,9 Mb.
#49784
1   2   3   4   5   6   7   8   9   ...   35

matik  məqam  bundan  sonra  başlanırdı.  Hər  iki  tərəfdən  qo­

şundan bir döyüşçü irəli çıxır: «Hər biri ucadan, hiddətli səslə 

nəsil-nəcabətini, atalarının göstərdiyi böyük hünərləri söyləyir 

və bu döyüşdə  ordusunun  hərəkətini  ədalətli  olduğunu bəyan 

edir.  Bununla  da  yoldaşlarının  döyüş  ruhunu  qaldırmağa, 

rəqibini isə qorxutmağa çalışır» [102,25].

Oğuz eposunda kafirlə Bəkil oğlu Əmranın əlbəyaxa sa­

vaşında oxşar  situasiya baş verir.  Kafir döyüşçü gənc  və təc­

rübəsiz Əmranı qorxutmağa çalışır:

«Yüz  kafər seçülüb  oğlanın  üzərinə  gəlmiş.  Oğlana ka- 

fər soylamış, görəlim, nə söylamış, aydır:

Oğlan, oğlan, ay oğlan, haramzada oğlan!

Altında al ayğırı anq oğlan.

Qara polad üz qılıcı gödək oğlan!

Əlindəki sügüsü sınıq oğlan!

Ağ tozlu yayı gödə oğlan!

Biləgində toqsan oqı  seyrək oğlan!

Yanmdağı yoldaşları çılpaq oğlan!

Qarannulıca gözləri  cöngə oğlan!

Şökli Məlik sana qatı pusdı 

«Meydandakı sol oğlanı tutun,

Qarusmdan ağ əllərin bağlan,

Qafil licə görklü başın kəsin,

Alca qanın yüzünə tökün!» - dedi.

Ağ saqqallu baban var isə, ağlatmağil!

Ağ birçəklü anan varsa, bozaltmağil!

Yalnız dibi bərk olmaz.

Qadası yetmiş qavat oğlu qavat,

Qayida dön buradan! -  dedi.

Oğlan dəxi burada soylamış, görəlim, nə soylamış, aydır: 

Hərzə-mərzə söyləmə, mərə itim kafər!

Altında al ayğırım nə bəgənməzsən, - səni gördi oynar,

18

Əgnimdəki dəmür tonum cignum qısar.



Qara polad üz qılıcum qının toğrar.

Qarğı talı sügum nə bəgənməzsən,

Köksün dəlüb gögə pırlar.

Ağca tozlu qatı yayım zari-zari inlər,

Sadaqda oxum kişin dələr.

Yanımda yigitlərim savaş dilər.

Alp ərə qorqu vermək eyb olar.

Bəri gəlgil mərə kafər dürişəlim! -  dedi».

«Kitabi-Dədə Qorqud»da ritual performativliyin bir nü­

munəsi də kafər üzərinə yürüşə -  axma çağırışlardır.

Kafir üzərinə  axına  gedərkən Oğuz bəylərinin  adlarının 

sadalanması, bir-bir çağırılması təhkiyədə performativliyin tə­

sir effektini gücləndirən amillərdəndir.

“Əvvəl dəmür Dərvəndində bəg olan, qarğu sügü ucında 

ər  bögirdən,  ğırıma getdügində kimsən  deyü  sormıyan  Qıyan 

Selcik oğlı Dəli Tondaz səninlə bilə varsun! -  dedi.

Ayğır gözlər yüzdirən əlli yedi  qələnin kəlidin  alan  İlək 

qoca oğlı Dülək Uran billə varsun! -  dedi.

Ooşa  bürcdən  qayın  oqı  əglənməyin  Yağrıncı  oğlı  İlal- 

rnış səninlə bilə varsun! -  dedi.

Üç kərə yağı  görməsə,  qan  ağlıyan Toğsun  oğlı Rüstəm 

billə varsun! -  dedi.

Əjdahalar  ağzından  adam  alan  Dəlü  Uran  billə  varsun! 

«Yerin  bir  ucından  bir  ucına  yetim  deyən  Savqaıı  Sarı  bilə 

varsun!».

«Qazan  bəg  aydır:  «Gəl  muradına yetiş!»  Beyrək  aydır: 

«Yoldaşlarımı  çıqarmayınca,  hasarı  almayınca  murada  irmə- 

zəm!»  -  dedi.  Qazan  bəg:  «Oğuz  bəyi  yetsün!  -   dedi.  Qalın 

Oğuz bəgləri atlandılar».

Savaş  (sınaq)  meydanında,  inisiasiya  aktında  neofiti  -  

Qanturalını  performativ  fimksiyalı  öymə\ögmə  arxaik  ritual

19



təcrübənin geniş yayılmış aktlarından biridir.  Epik qəhrəmanı 

öymə  toplumun  sosial  təbiəti  ilə  sıx  bağlı  olub,  performativ 

mahiyyətə malikdir.

Sözün və hərəkətin, yaxud obrazın -  adın təkrarlanması ri­

tual davranışın səciyyəvi cəhətidir. Ritual təkrarlar Qanturalımn 

sınaq meydanında qalib gəlməsini  şərtləndirir.  Hər savaş öncəsi 

Qanturalımn qırx yoldaşı qopuz götürüb onu öyməyə başlayır.

«Qanturalı sağma baqdı,  qırd yigidin ağlar gördi.  Solma 

baqdı,  eylə  gördi. Aydır:  «Hey,  qırq eşüm,  qırd yoldaşım,  ni­

yə  ağlarsız?  Quruluca qopuzum gətirüm,  ögün məni!»  -  dedi. 

Burada qırq yigit  Qanturalıyı  ögmişlər.  Görəlim, xanım,  necə 

ögmişlər. Aydır:

Sultanım Qanturalı, qalqubanı yerindən durmadmmı?

Yelisi qara Qazılıq atu binmədinmi?

Aqru  bili Ala dağı avlayuban -  quşlayuban?

Babanın  ağ-ban  eşigində  qaravaşlar  inək  sağar  görmə- 

dinmi?

«Buğa, buğa!» dedikləri qara inək buzağısı degilmişdir?



Alp ərənlər qırımından qayururdı.

Oldur, Sarı donlu Selcan xatun köşkdən baqar,

Kimə baqsa, eşqiylə oda yaqar!

Qanturalı  Sarı  donlu  qız  eşqinə  bir  «hu!»  dedi.  «Mərə, 

buğanızı qoyu verin, gəlsün!» - dedi < ...> .

Vardılar,  aslanı  çıqardılar,  meydana  gətürdilər.  Aslan 

hayqırdı,  meydanda  nə  qədər  at  varsa,  qan  qaşındı.  Yigitləri 

aydır:  «Buğadan  qurtuldu,  aslandan  necə  qurtula?»  -  dedilər. 

Ağlaşdılar.  Qanturalı  yigitlərin  ağlar gördi.  Aydır:  «Mərə,  al­

ça  qopuzum  ələ  alun,  məni  ögün!  San  donlu  qız  eşqinə  bir 

aslandan dönəyinmi?»  -  dedi. Yoldaşları burada soylamış, gö­

rəlim, xanını, nə soylamış, aydır:

Sultanım Qanturalı,

Ağca sazlar içində

20

San gönlər görübən taylar basan,



Ön damarın dəlübən qanın soran,

Qara polad uz qılıcdan qayıtmayan,

Ağca tozlu qatı yaydan dərsinməyən.

Ağ yeləklü ötkün oxdan qayıqmayan 

Canvərlər sərvəri qağan aslan qıran 

Ala köpək itinə kəndözin taladarmı?

Alp yigitlər savaş güni qırımından qayurırmı? -  dedilər. 

Sarı donlı Selcan xatun köşkdən baqar,

Kimə baqsa, eşqiylə oda yaqar!

Sarı  donlu  qız  eşqinə  bir  «hu!»  dedi  Qanturalı:  «Mərə 

kafir, aslanını  qoy-ver gəlsün!» - dedi.  «Qara polad uz qılıcım 

yoq  kim,  qarvaşduğı  dəm  iki  biçəydim.  Sana  sığındım  co­

mərdlər comərdi, ğəni Tanrı, mədəd!» - dedi <...>.

Çün inayət Tanrıdan oldı, bəğün, paşanın himməti Qan- 

turalıya  oldı.  Təkür  «Dəvənin  ağzın  yedi  yerdən  bağlan!»  - 

dedi. Həsud kafirlər bağlamadılar, yülərin sıyırıb salı verdilər. 

Qanturalı  qızlar,  dəvənin  qoltuğundan  girər,  fırlar-çıqar.  Sər­

xoş  yigit  həm  iki  canvərlə  savaşmışdı.  Tayındı,  düşdü.  Altı 

cəllad ənsəsinə gəldilər.  Yalın qılıc tutdılar. Burada yoldaşları 

soylamış, görəlim, xanım, nə soylamış:

Qalqubanı, Qanturalı, yerindən durı gəldün,

Yelisi qara Qazılıq atın butun bindin.

Ala gözlü yigitlərin yanma aldm.

Arqu beli Ala dağı dünin aşdın,

Aqındılı suyın dünin keçdin,

Qanlu kafir elinə dünin girdin.

Qara buğa gəldügində xurd-xaş eylədin.

Qağan aslan gəldügində belini bükdün.

Qara buğra gəldügində nə keçdin?

Qara-qara dağlardan xəbər aşa.

Qanlu-qanlu sulardan hənir keçə.

21



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə