Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu rüSTƏm kamal «Kİtabi-DƏDƏ qorqud»



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə6/35
tarix18.06.2018
ölçüsü0,9 Mb.
#49784
1   2   3   4   5   6   7   8   9   ...   35

Qalın Oğuz elinə xəbər vara,

Qanlı qoca oğlı Qanturalı netmiş deyələr:

Qara buğa gəldügində qılçatmamış,

Qağan aslan gəldügində nə kiçikmiş?! -  deyələr. 

Ulu-kiçi qalmaya,  - söz aydına,

Qarı-qoca qalmaya, -  qu aydma.

Ağ saqqallu baban bunlu ola,

Qarıcıq olmuş anan qan-yaş dökə.

Xanım, qalqubanı yerindən durmaz olsan,

Altı cəllad ənsəndə yalın qılıc tutar.

Ğafillicə görklü başın kəsər.

Aşağadan yuqarı baqmazmısan?

Qarşuna ala qaz gəldi,  şahinin atmazmısan?

Sarı donlu Selcan xatun işarət edər görməzmisən?

Səni dəvə bumından zəbun olur dedilər,  bilməzmisən? 

Sarı donlu Selcan xatun köşkdən baqar,

Kimsə baqar, eşqlə oda yaqar!

San  donlu  bir  «hu».  Qanturalı  Uru  durdu.  Mərə,  qolca 

qopuzum çalun,  ögün məni!  Yaradan Qadir Tanrıya sığındım. 

Bir buğradan dönəyinmi? İnşallah,  bunun dəxi başın kəsəyim! 

-  dedi.

Yigitlər  Qanturalıyı  ögüp  soylamış,  görəlim,  xanı  mnə 

sönləmi:

Qab qayalar başında yuva tutan,

Qadir, ulu Tanrıya yaqın uçan,

Mancılığı ağır daşdan ğızıldayıb qatı enən,

An gölün ördügin şaqıyıb alan,

Qaba öykə dib yürürkən dartub uzən,

Qarıncığı ac olsa, qalqub uçan,

Cümlə quşlar sultanı  çal qaraquş 

Qanadıyla sağsağana kəndözin şaqıdarmı?

Alb yigitlər qırış güni qırımından qayırırmı? -  dedilər.

22

Sarı donlu Selcan xatun köşkdən baqar



Kimə baqsa, eşqiylə oda yaqar!

Sarı donlı qız eşqinə bir «hu!» - dedi.

Qanturalı  Adı  görklü  Məhəmmədə  salavat  gətürdi.  Də­

vəyə bir dəpmə urdı».

Beləliklə,  otuz  doqquz  igidin  qopuz  çalıb  Qanturalım 

öyməsi  ritual  təkrar  kimi,  müəyyən  ssenari  içində  baş  verir. 

Qanturalının  hərəkətlərinin  və  öymə  formullarının  təkrarlan­

ması  (muq.et:  C.Ostinnin  performativ  deyimlər  nəzəriyyəsi 

işığında ovsun  təcrübəsində  sözlə  əməlin  eyniləşməsi)  [205] 

ritual mahiyyətlidir.

Ritual  sözün  performativliyi  nəticəsində  Qanturalı  hər 

üç sınaqdan qalıb çıxır və Trapezund təkuru qızını ona vermə­

li olur:

«Vallah,  bu yigidi  gözüm gördi,  könlüm  sevdi»,  -  dedi. 

Qırq yerdə otaq dikdirdi. Qırq yerdə ala gərdək dikdirdi. Qan- 

turalıya qızı gətürüb, gərdəkə qoydular».

Muştuluq  şad,  xeyir  xəbər  olub,  dünyalar  arasında  mü­

badilə aktlarından biridir.

Muştuluq sevincin, şad xəbərin ifadəsi olub, qəhrəmanın 

ölülər  dünyasından  dirilər  dünyasına,  «özgə»dən  «özünün- 

kü»yə keçidini təsdiqləyir.

«Həm «oğlın gəldi»  deyü Aruza muştladı.  Aruz sevindi. 

Qalın Oğuz bəglər ilə Basata qarşu gəldi»;

«At ağızlı  Aruz qoca evinə çapar gəldi.  Atasına Basatın 

sevinc verdi: «Muştuluq!  Oğlun Dəpəgözi dəplədi!» - dedi;

«Bu  mərhələdə  bəglər  Beyrəyi  götürdilər.  Qazan  bəy 

aydır:  «Muştuluq, Baybörə bəg! Oğlun gəldi!» - dedi».

«Haman qız sıçradı,  ata mindi, Beyrəyin atasına-anasma 

muştuluğa çapar getdi».

Dastanda  müjdə  (muştuluq)  xəbəri  çatdıranlara  «muşt- 

çu» deyilir:

23



«Qanlu  kafər  əlindən  babasını  tartıb  aldı.  Qalın  Oğuz 

elinə gəlüb çıqdı. Ağa yüzil anasına muştçu saldı»;

«Oğlan  babasına  muştçu  göndərdi,  qırımım  aldum»  -  

dedi»;


«Bunlı  qoca  ilə Yapağlı  qocayı  Oğuza muştçı  göndərdi. 

Ağboz  atlar  binübən  yortışdılar.  Qalın  Oğuz  ellərinə  xəbər 

gəldi»;

«Ağ  saqqallı  babasına  muştçu  göndərdi.  «Babam  mana 



qarşu gəlsün!» -  dedi».

«Uşun  qocaya  çapar  gəldi.  «Muştluq!  Gözün  aydın! 

Oğullarun ikisi billə sağ-əsən gəldi». -  dedilər».

Muştuluğun  maddi  rəğbəti əndirmə  forması  da  var. 

B.Abdulla  muştuluğu  müəyyən  xəbərin  əvəzində  verilən  hə­

diyyə  kimi  səciyyələndirir:  «İntizarı,  nigarançılığı  çəkilən 

müəyyən məsələ, uğurlu hadisə sandan xəbər gətirənə, gözay­

dınlığı  verənə  bilavasitə  həmin  xəbəri  gözləyənin  mütləq  hə­

diyyə  verməsi  əskilərdən  «muştuluq»  adı  ilə  davam  edib gə­

lən  adətdir,  ənənədir...»  [2  ,  101]..  Sərgəym nişanlısı ona xe­

yir xəbər gətirəni hədiyyələrlə rəğbətləndirəcəyini bildirir:

«Xeyir  xəbər  gətirənə  at,  ton  verəm,  qaftanlar  geydü-

rəm».

Dəli  Qarcar  Bayındır  xanın  divanına  varıb,  Beyrəklə 



bağlı  xəbər  gətirənə:  «Bir  yiğit  olsa,  dirisi  xəbərin  gətirsə, 

çarğab (çuxa), altun-ağça verərdim», - deyir.

Müştuluq  mətninin  strukturu  alqış-dua  mahiyyətli  olub, 

əsas  motivlərin-formulların  təkrarlanması  ilə  magik  intonasi­

yası, ritul onu dilin miforitual təcrübəsi ilə bağlılığını göstərir.

Arğab-arğab qara tağın yıxılmışdı, yucaldı, axır!

Qanlu-qanlu suların sovğulmuşdı, çağladı, axır!

Qaba ağacın qunmışdı, yaşardı axır!

Müqayisə üçün boyların  sonunda alqışlarda -  yumlarda 

imperativlərə və formullara diqqət yetirək:

24

Qarlu qara tağların yığılmasun!



Gölgəlicə qaba ağacın kəsilməsin!

Qamən aqan görklü suyun qurumasın!

Bu  mətnlərdə,  ümumiyyətlə,  eposun  dilində  sıx-sıx  ke­

çən  «qanlu-qanlu  sular»,  «axmtılı  görklü  sular»,  “qarlı  qara 

dağlar”,  “gölgəlicə  qaba  ağac”  folklor  klişeləri  olub  müqəd­

dəs, mübarək varlıqları adıdır.

Bol  sulu,  axmtılı  çayların  quruması,  qarlı  qara dağların 

yıxılması,  qaba  ağacın  kəsilməsi  metaforik  mənada  Ölümü 

bildirir.

Ağac ilə «insan planı»nm semantik eyniləşdirilməsi türk 

miforitual ənənəsinin bütün səviyyələri üçün səciyyəvi haldır.

Banıçiçək  qayınatasına,  qayınanasına verdiyi  muştuluq­

da Beyrəyin əsirlikdən qurtulmasını  ağacın yenidən yaşarma- 

sına, göyərməsinə, yıxılmış dağların yenidən ucalmasına bən­

zədir.  K.Abdulla  ilə  razılaşırıq  ki,  «öz  köküylə  bu bənzətmə 

real bir inanca söykənməlidir»  [6,26].

«Arğab-arğab qara tağın yıxılmışdı, yucaldı axır!

Qanlu-qanlu suların sovğulmuşdu, çağladı, axır!

Qaba ağacın qunmışdı, yaşardı, axır!»

«Uşun qoca oğlu Segrək boy»unda oxşar soylama keçir:

«Qarşu yalan qara tağın yıqılmış idi, yucaldı axır!

Qaba ağacda tal-budağm qunmışdı,

yaşarıb gögərdi, axır!»

Ağacın yaşarıb göyərməsi yeni həyatdan («dirilmədən») 

xəbər verir.  Sayan -  Altay türkləri  inanırlar ki, əgər məzar üs­

tündə  ağac  bitirsə,  deməli  ölən  adam  «bu  dünya»da  xoşbəxt 

imiş.

Şor  dastanlarında  bahadırın  ölümü  ilə  ağac  yıxılır,  ay- 



günəş ölür: “yeddinci gündə böyük ağac yıxıldı, nəhəng baha­

dır nəfəsini çəkdi və yıxıldı. Ay ağarıb öldü, günəş saralıb öl­

dü”  [145,  169]

25



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə