Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu rüSTƏm kamal «Kİtabi-DƏDƏ qorqud»



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə8/35
tarix18.06.2018
ölçüsü0,9 Mb.
#49784
1   ...   4   5   6   7   8   9   10   11   ...   35

yaşını Allah versün!» - dedi.

Qalın  Oğuz  bəgləri  əl  götürdülər,  dua  qıldılar.  «Bu  ad 

bu yigidə qutlu olsun!»  - dedilər».

Dədə  Qorqudun  adqoyma  mərasimində  Dirsə  xana, 

Baybörə bəyə ünvanlanan müraciəti-diləyi ritm-intonasiya ba­

xımdan  alqış-dua  xarakterli  performativ  mətndir.  Ovsunlara- 

dualara  xas  olan  ekspressivlik,  leksik  təkrarlar Dədə  Qorqud 

sözünün magik effektini gücləndirir:

«Sözüm  dinlə,  Baybörə  bəg!  Allah-təala  sana  bir  oğul 

vermiş,  tuta  versün!  Ağır  sancaq  götürəndə  müsəlmanlar  ar­

xası  olsun!  Qarşı  yatan  qara  qarlı  tağlardan  aşar  olsa,  Allah- 

təala  sənin  oğluna  aşut  versün!  Qanlu-qanlu  Qarabalıq kafirə 

girəndə  Allah-Tala  sənin  oğluna  fürsət  versün!  Sən  oğlum 

«Bamsam» deyü oxşarsan.  Bunun adı Boz ayğırlı Bamsı Bey­

rək olsun! Adını bən verdim, yaşım Allah versün! - dedi»:,

«Oğuz  bəyləri  gəlüb,  oğlan  üstinə  yığnaq  oldılar, təhsin 

dedilər. Dədəm Qorqut gəlür oldı.  Oğlanı alub babasına vardı. 

«Hey  Dirsə  xan!  Oğlana  bəglik  vergil,  Təxt  vergil,  ərdəmli- 

dir!..»

Oğuzların inanc -  mərasim  dünyası  bütövlükdə arzu-di­



lək  dünyasıdır.  «Dədə  Qorqud»  məkanı  qəhrəmanların  istək- 

diləklərinə yetdiyi kommunikativ məkandır:

«Böylə  digəc  Qalın  Oğuz  bəgləri  yüz  gögə  tutdılar.  Əl 

qaldırıb dua eylədilər».

Onların  əl  qaldırıb  dua  eyləməsi  sadəcə  inancla  bağlı 

jest-davranış  aktı  deyil,  həm  də  sosial  statusla arzu-istək mo- 

dallığı arasında qurulan münasibətin formasıdır.

«Bamsı  Beyrək boyu»nun  süjeti Dədə  Qorqudun,  Oğuz 

bəylərinin  sakral  sözündən,  yəni  performativ  aktın gerçəkləş­

məsindən  başlayır.  Bəybican  bəy  Allahdan  qız  övladının  ol­

masım diləyir:

«Bəglər,  mənim  dəxi  haqqıma bir dua  eylən.  Allah tala

30

mana bir qız verəcək olursa, siz tanıq olun, mənim qızım Bay­



börə bəg oğlma beşikərtmə yavuqlı olsun!» - dedi».

Oğuz atalarının Bəybörə bəyin bir diləyi — arzusu da oğ­

lunun hünər göstərib ad  qazanması,  xan divanında layiqli  yer 

tutmasıdır.

«Mənim dəxi  oğlum  olsa, xan Bayındırın qarşusın  alsa- 

dursa,  qulluq  eyləsə,  mən  dəxi baqsam,  sevinsəm,  qıvansam, 

güvətısəyim!»

Hacət  diləyən-adresantın  kommunikativ  mövqeyi  hacət 

dilənəndən-adresatdan asılı olur.

Oğuzda  hacət  diləyi  üçün,  «duaların  müstəcab  olması» 

üçün  müəyyən  ayinlər  keçirilir:  aclar  doyuzdurulur,  çılpaq 

olanlar geyindirilir, dərvişlərə nəzir verilir:

«Dirsə xan disi əhlinin sözilə ulu toy elədi. Hacət dilədi. 

Atdan-ayğırdan,  dəvədən  buğra,  qoyundan  qoç  qırdırdı.  İç 

Oğuz,  Taş Oğuz bəylərin  üstinə yığnaq  etdi.  Ac görsə, toyur- 

dı.  Yalın  görsə,  tonatdı.  Borcluyı  borcmdan  qurtardı.  Dəpə 

kibi  ət yığdı.  Göl  gibi  qımız sağdırdı.  Əl götürdilər, hacət di­

lədilər. Bir ağzı dualının alqışilə Allah-təala bir əyal verdi».

Dirsə  xanın  xatunun  «diləklə  bir  oğul  bulması» 

müəyyən ayinlər nəticəsində baş tutur:

“Quru-quru çaylara su saldım.

Qara donlu dərvişlərə nəzir verdim.

Yanıma ala baqduğımda qonşuma eyü baqdım.

Umanma-usanana aş yedirdim.

Ac görsəm, doyurdum.

Yalıncıq görsəm, donatdım.

Dilək ilə bir oğul güclə buldım».

Eposda qızdiləmə -  qız istəmə «elçilik mətni»nin,  evlən­

mə-toy mərasiminin bir hissəsidir, elementidir. Dədə Qorqudun 

Dəli  Qarçardan  Banıçiçəyi  istəməsi  və  Qanturalınm  Trabzon 

elçiliyi ritual davranış formalarına müvafiq yerinə yetirilir:

31



Qarşu yatan qara dağım asmağa gəlmişəm 

Aqmdılı görklü suyum keçməyə gəlmişəm.

Gen ətəgünə, dar qoltuğuna qısılmağa gəlmişəm. 

Tanrının buyruğıyla, peyğəmbərin qövliylə 

Aydan arı, gündən görkli qız qardaşın Banıçiçəyi 

Bamsı Beyrəgə diləməgə gəlmişəm!

«Yııxu -  xəbərdarlıq» kimi ənənəvi motivlərin performa- 

tivliyi  epik  süjetdə  davranışı  «proqramlaşdırma»  prinsiplərinə 

tabedir.  «Yuxugörmə»  formulu  özüylə 

əyyən  təhkiyə  sıra­

sını  gətirir,  yuxunun  mahiyyəti-məzmunu  danışılır,  sonra  yu­

xunun  yozumu  verilir,  yəni  qəhrəmana  xəbərdarlıq  olunur  və 

bundan sonra qarşıya çıxan sınaqların, təhlükələrin «təqdimatı» 

başlayır.  Məhz  qəhrəmanın  kənardan  verilən  «replikalara», 

sirli,  ilahi  işarətlərə  -   əlamətlərə  reaksiyası  hadisələrin  yeni 

süjet ardıcılığı ilə şərtlənir, yəni süjetyaratma aktına çevrilir.

«Kitabi-Dədə  Qorqud»da  yuxunu  danışma  və  ya  yuxu 

yozma  proseduru  ritual  dialoq  kimi  qurulur.  Yuxuyozumu 

əslində hadisə  ilə  işarə  arasında  müəyyən  məna eyniliyinin ta­

pılması,  simvolik  əlamətlərin  şərhidir,  L.Vitqenşteynin sözləri 

ilə  desək,  bir simvolun  başqa bir simvolun  əvəz etməsi, yaxud 

bir mərasimin başqasının yerinə qoyulmasıdır [128,252].

Eposda  yuxugörmə  və  yuxuyozma  prosedurları  yüksək 

statuslu  qəhrəmanlar  -   Qazanxan  və  Qaragünə  arasında  baş 

verir.  K.Q.Yunq  göstərir  ki,  Şərqi  Afrika  qəbilələrində  adi 

adamların yuxuları  əhəmiyyətli  deyil, qəbilə üzvləri, ümumiy­

yətlə,  yuxu  gördüklərini  inkar  edirlər.  Yalnız  qəbilə  başçısı­

nın,  şamanların  «böyük»  yuxuları  qəbilənin  həyatı  və  rifahı 

üçün önəm daşıyır.

İngilislərin buraya gəlməsindən sonra, «böyük» yuxuları 

görmək  an 

dairə  komissiya  sədrinin  funksiyasına  şamil 

olunur [280,46].

Yuxuyozanın  kommunikativ  məqsədindən  asılı  olaraq,

32

yuxu “mətnin”də əlamətlərin şərhi qaydalar, sınamalar və afo­



rizmlər (atalar sözü, məsəllər) kimi səslənə bilir.

Yuxu  yozumları  kommunikativ  intensiyasma  -   məqsə­

dinə  görə,  qaydalara,  quruluşuna  görə  sınamalara  yaxındır, 

praqmatik  iç  strukturu  sınamaların  və  qaydaların bəzi  cəhət­

lərini  özündə  əks  etdirir.  Sınamalar  kimi,  yuxular  da  meta­

forik-simvolik dilə malik olan aktlardan biridir. Yuxuyozumu 

hadisələrin uğurlu\uğursuz, xeyirii\xeyirsiz olmasını  şərh  edir 

və kompozisiyasına görə,  əlamətlərə-sınamalara, kommunika­

tiv intensiyasma görə qaydalara yaxındır. Folklorşünaslar belə 

bir  mülahizə  irəli  sürürlər  ki,  atalar  sözlərinin  müəyyən  his­

səsi mənşəcə sınamalardan və qaydalardan törəmişdir.  (Məsə­

lən:  «Şimal  müdrikliyi.  Dolqanların,  neneslərin,  nqasanlann 

atalar  sözləri  və  məsəlləri»  kitabındakı  60  nqasan mətnindən 

32-si qaydalar və sınamalardır).

Yuxuların əsas funksiyası yalnız proqnostik (öncəgörən- 

lik) məlumat-bilgi  vermək deyil, həm də artıq baş vermiş ha­

disələr haqqında xəbər-informasiya verməkdir.

«Məsəl-sınama»  adlanan bu tipli  mətnlər sual  formasın­

da olsa da,  yozumu təsdiq  formasındadır.  Məsələn:  Qaragünə 

Qazan xanın yuxusunu belə yozur:

«Qaragünə  aydır:  Qara  bulut  dedigin  sənin  dövlətindir. 

Qar  ilə  yacmur dedigin təşkərindir.  Saç  qaycudur.  Qan  qara­

dır. Qalansın yora bilmən, Allah yorsun!»

Qaragünənin  yuxuyozumu  performativ  akt  kimi  Qazan 

xanın  növbəti  hərəkətini  şərtləndirir:  Qaragünənin yuxuyozu­

mu  Qazan  xanm  ovu  yarımçıq  kəsib  evə  qayıtmasına  səbəb 

olur.

Yuxunun çin olması da yuxu yozumunun performativlik 



əlamətidir.  «Yegnək  qarşıda  olacaq  hadisələrin  proqramını 

yuxuda  görür  və  yuxusu  çin  olur»  [50]  -   Yegnəyin  yuxuda 

Dədə  Qorquddan  öyüd  alması  yuxu  aktının  performativlik

33



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə