Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/94
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51034
1   2   3   4   5   6   7   8   9   ...   94

 
 
6
– Nə şərt? 
Deer: 
– Ya sən böyüh ol, ya mən böyüh olom”. 
Yerli  ləhcədə  danışan  söyləyici  dialoqlarda  bəlağətdən, 
ibarəçilikdən  büsbütün  uzaqlaşır.  Padşahla  dialoq  belə  bəzən 
iki sadədil əkinçinin söhbəti səviyyəsinə endirilir: “Deer: 
– A Məhəmmət, balıx hanı? 
Deer: 
– Ay dədə, balığı suya tulladım. 
Deer: 
–  A  bala,  niyə?  Deməli,  sən  balığı  mənnən  çox  isdeer-
mişsən
ı
?.. Cəllatdar aparsın bunun boynunu vursun
ı

Görən, bilən deer: 
– Əə, öyü yıxılmışın oğlu, bu yaşın
ı
da sən oğlun
ı
un boy-
nunu  vurdursan
ı
,  san
ı
a  irəhmət  tüşörmü?  Munu  burax,  qoy 
çıxsın
ı
,  varsın
ı
  getsin”.  Qəzəbli  padşaha  müraciət  edərkən  ət-
rafdakı  adamların,  tutalım,  “qibleyi-aləm  sağ  olsun”  əvəzinə 
“əə, öyü yıxılmışın oğlu” şəklində müraciət etməsi şifahi təh-
kiyədə loru deyim tərzinin qabarıq olmasını göstərir. 
Mətnlərin  tərtib  edilməsində  əsas  istinad  nöqtəsi  infor-
matorların  –  söyləyicilərin  necə  və  nə  danışmasıdırsa,  onda 
bu  adamların  kimlərdən  ibarət  olmasına  diqqət    yetirmək  zə-
rurəti  yaranır.  Zərurət  yaranır  ki,  söyləyicilərin    savad  dərə-
cələri,  danışıqda  ədəbi  dil  elementlərinə  meyilli  olub-olma-
maları, mətni dolğunluğu  ilə çatdırmağa səriştələrinin kifayət 
edib-etməməsi  və  s.  məsələlər  nəzərə  alınsın.  Bu  kimi  məsə-
lələr  nəzərə  alındıqda  mətnlərdən  bir  qismində  başqa  mətn-
lərlə müqayisədə xalq danışıq dilinin sönük,  məzmunun zəif, 
süjetin  qırıq-sökük  çatdırılması  təəccüb  doğurmur,  əksinə, 
belə hal şifahi nağıletmənin söyləyicidən asılı olaraq müxtəlif 
səviyyələrdə  ortaya  çıxmasından  xəbər  verir.  Şifahi  təhkiyə-
nin  söyləyici  səriştəsindən  asılı  olaraq  müxtəlif  səviyyələrdə 


 
 
7
ortaya  çıxmasını  eyni  nümunənin  ayrı-ayrı  söyləyicilər  dilin-
dən yazıya alınması faktlarında daha aydın görmək olur. Am-
ma  bu  məsələnin  götür-qoy  edilməsinə  folklorun  ilkin  şərt-
lərindən  olan  variantlaşmadan  başlasaq,  daha  münasib  olar. 
Çünki  folklor  toplularına  münasibətdə  sıravi  və  ya  qeyri-sı-
ravi oxucuların narazılıqla qarşıladığı məsələlərdən biri də va-
riantlaşma  məsələsidir.  Bəli,  bəzi  oxucular  nə  vaxtsa,  hansı 
kitabdansa  oxuduqları  əfsanə  və  rəvayəti,  nağıl  və  dastanı, 
atalar  sözü  və  məsəli,  tapmaca  və  bayatını…  məzmunca  “bir 
az” fərqli şəkildə başqa kitablarda –  yeni toplanmış material-
lar  sırasında  gördükdə  “Buna  nə  ehtiyac  var?!”  deyib,  yeni 
toplanmış  materialın  məzmunca  da  “yeni”  olmasını  mühüm 
tələb kimi irəli sürürlər. Bu tələbdə, başqa sözlə desək, bu ic-
timai  sifarişdə səmərəli cəhətin olması danılmazdır. Səmərəli 
cəhət  orasındadır  ki,  bu  tələb  folklor  toplayıcısını  indiyəcən 
diqqəti cəlb etməmiş,  yazıya alınmamış və toplulara salınma-
mış  nümunələrin  aşkara  çıxarılması  istiqamətində  səyi  daha 
da  artırmağa  səsləyir.  Amma  xatırlatdığımız  tələbin  və  ya 
ictimai sifarişin zərərli cəhətinin də olması unudulmamalıdır. 
Unudulmamalıdır  ki,  “yeni”  nümunə  axtarışı  folklorun  va-
riantlaşma kimi mühüm prinsipinin diqqətdən kənarda qalma-
sına gətirib çıxara bilər. O da unudulmamalıdır ki, hər “yeni” 
nümunənin  də  uydurma  yox,  həqiqi  mətn  olduğunun  başlıca 
göstəricilərindən  biri  həmin  nümunənin  hardasa  variantının 
olub-olmamasıdır.  Tutalım,  bir  kənddə  qeydə  alınmış  “yeni” 
nümunənin qonşu kəndlərdə,  yaxın bölgələrdə  variantına rast 
gəlmiriksə,  onda  həmin  nümunənin  kollektiv  şüur  süzgəcin-
dən  keçməsinə,  folklor  nümunəsi  olmasına    inanmaq  çətinlə-
şir. Variantlaşmanı konkret olaraq Gədəbəydən toplanmış ör-
nəklər üzərində dəyərləndirmək istəsək, üç cəhəti xüsusi qeyd 
etməliyik: 


 
 
8
a)  qabaqcadan  məlum  olan  motiv,  süjet  və  obrazlarda 
“bölgəyə məxsus” detalların özünü göstərməsi; 
b)  “bölgəyə  məxsus”  nümunələrdə  qabaqcadan  məlum 
olan motiv, süjet və obrazlarla müəyyən səsləşmələrin olması;  
c)  eyni  folklor  nümunəsi  ilə  (məsələn,  hansısa  rəvayət, 
nağıl, bayatı və atalar sözü ilə) bağlı bir yox,  bir neçə mətnin 
təqdim edilməsi. 
Kitabdan  variantlaşmanın  hər  üç  istiqamətinə  aid  çoxlu 
misallar çəkmək olar. Amma buna ehtiyac görmədən bir nağıl 
üzərində  ötəri  dayanmaqla  kifayətlənmək  istəyirik.  Üzərində 
az-çox  dayanmaq  istədiyimiz  nağıl  “Qarğa  ilə  keçəl”dir. 
1980-ci illərin əvvəllərində  yazıya alınan bu nağılın “bölgəyə 
məxsusluğu”  nağılda  qarğa  obrazının  xüsusi  yer  tutması  ilə 
bağlıdır.  Bu  nağılda  qarğa  elə-belə,  epizodik  bir  obraz  yox, 
qarğalar  padşahıdır,  hadisələrin  gedişatına  əsaslı  təsir  göstə-
rən fəal yardımçı qüvvədir. Nağılın baş qəhrəmanı, yəni bir ti-
kə çörəyə möhtac olan, fərasətsizliyi ilə ənənəvi kələkbaz ob-
razlarından daha çox  Tənbəl Əhməd tipli obrazlara bənzəyən 
keçəl məhz qarğanın sayəsində bir dəfə sehrli qazan, bir dəfə 
sehrli eşşək, bir dəfə isə sehrli toxmaq əldə edir. Keçəl sehrli 
qazanın hesabına dünyanın naz-nemətinə, sehrli toxmağın kö-
məyi  ilə  şər  qüvvələrə  –  qazanı  onun  əlindən  almaq  istəyən 
padşaha, eşşəyi onun əlindən almaq istəyən dəyirmançıya qa-
lib gələ bilir. Qarğanın bu qədər xüsusi  yer tutduğu bu nağıla 
indiyəcən toplanıb çap olunmuş Azərbaycan nağılları sırasın-
da  rast  gəlmirik.  Şərti  olaraq  “bölgəyə  məxsus”  nümunə  ad-
landırdığımız  və  bununla  ilk  dəfə  məhz  Gədəbəydən  toplan-
masına işarə etdiyimiz “Qarğa ilə keçəl”ə əsaslanıb bu nağıl-
dakı qarğanın qabaqcadan bizə məlum olan obrazlarla heç cür 
səsləşmədiyini iddia etmək mümkündürmü? Əlbəttə, mümkün 
deyil. Əvvəla, ona görə mümkün deyil ki, dünya mifologiyası 
və  folklorunda  qarğa  obrazının  mühüm  yer  tutduğu  saysız-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə