Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/94
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51034
1   2   3   4   5   6   7   8   9   ...   94

 
 
9
hesabsız süjet və motivlər var. İkinci tərəfdən ona görə müm-
kün  deyil  ki,  Azərbaycan  inanclar  sistemində  və  Azərbaycan 
folklorunun  ayrı-ayrı  janrlarında  qarğanın  sakral  aləmə  bağlı 
olmasına aid çoxlu faktlarla qarşılaşırıq. Gədəbəydən toplanıb 
yazıya alınmış “Qarğa ilə keçəl”i konkret olaraq nağıllarımız-
la  müqayisədə  gözdən  keçirəndə  qarğanın  yardımçı  qüvvə 
timsalında təqdim edilməsinin ənənədən gəlməsinə, başqa na-
ğıllarımızdakı  müvafiq  epizodlarla  (məsələn,  “Nardanxatın” 
nağılının bu kitaba salınmış iki variantından birində qarğanın 
bələdçilik  edib,  Nardanxatını  qardaşlarına  qovuşdurması  epi-
zodu ilə) səsləşməsinə bir daha inanmış oluruq. 
“Gədəbəy  folklor  örnəkləri”  kitabında  təqdim  olunmuş 
mətnlərin, heç şübhəsiz, bir  vaxtlar xüsusi  ifa konteksti olub. 
Nağılları uzun qış gecələrində xüsusi nağılçılar çoxlu adamın 
toplaşdığı  məclislərdə  danışıblar.  Aşıqların  böyük  şövqlə 
apardığı  dastan  məclisləri  saatlarla  çəkib,  bəzən  günlərlə  da-
vam edib. Bayatılar  yas məclislərində avazla oxunub... Təəs-
süf  ki,  folklor  nümunələrini  o  cür  təbii  kontekstində  dinləyib 
yazıya almaq bu gün müşkülə dönüb. Səbəbin biri o cür məc-
lislərdən  çoxunun  sıradan  çıxmasıdırsa,  biri  də  biz  folklorşü-
nasların  folklor  daşıyıcıları  ilə  qaynayıb-qarışa  bilməməyi-
mizdir.  Qaynayıb-qarışmaq,  səmimi  ünsiyyətə  girmək  müm-
kün  olsa,  yas  məclislərində,  dar  dairə  üçün  nəzərdə  tutulan 
xüsusi  mərasimlərdə iştirak  edib, qeydlər götürmək də  müm-
kün olar. Bu gün az-çox  mümkün olan  söyləyici  və  toplayıcı 
dialoqudur.  Bəli,  bu  gün  əldə  edilən  folklor  nümunələrinin 
böyük  əksəriyyəti  məhz  həmin  dialoq  kontekstində  ortaya 
çıxır. Toplayıcı ordan-burdan söz salıb, əfsanə və rəvayətdən, 
nağıl  və  dastandan,  atalar  sözü  və  məsəldən,  tapmaca  və  ba-
yatıdan  misallar  çəkib,  söyləyicinin  yaddaşını  tərpətməyə, 
onu dilləndirməyə çalışır. Folklor daşıyıcısının  “dil açıb” da-
nışması məhz toplayıcının  yarada bildiyi isti münasibət hesa-


 
 
10
bına baş tutur. Belə isti münasibətin əlamətləri kitabdakı bəzi 
mətnlərdən  də  görünməkdədir:  “Hər  kəş  öz  yoluna  davam 
elleer.  Gedellər,  gedellər.  Böyüh  qardaş,  a  qızım,  başqa  bir 
ölkədə bir doxdura rasd olor. 
…Kişi həkimliyi bu oğlana tam örgəder. Son
ı
ra qızınnan 
muna  toy  elləməli  olor,  a  bala”.  Bu  mətndə  “a  qızım”,  “a 
bala” söyləyicinin toplayıcıya xitablarıdır. Söyləyici xitablarla 
kifayətlənməyib, bəzən söylədiyi  mətnin sonunda toplayıcıya 
“alxış” da edir: “Qızım, bəxdi gələn qızdardan  ol. Qoy  mun-
nan,  bax  bu  nağıllardan  san
ı
a  bir  bəxşiş  olsun,  sənin
ı
  ruzun
ı
 
bol olsun, canın
ı
 sağ olsun, Allah san
ı
a ağ günnər versin”. Xa-
tırlatdığımız  xitablar  və  xeyir-dualar  folklor  mətnlərinin  söy-
ləndiyi  şərait  barədə  təsəvvür  yaratmaq  baxımından  mühüm 
əhəmiyyət daşıyır. Folklor  mətninin hansı şəraitdə söylənmə-
sinin, hansı kontekstdə ifa olunmasının vacib bir məsələ oldu-
ğunu  nəzərə  aldığındandır  ki,  toplayıcı  diktofona  yazdığı 
mətnləri  sonradan  vərəqlərə  köçürərkən  ilk  baxışda  maraqsız 
görünən,  amma  şifahi  söyləyiciliyin  göstəricisi  olan  bir  çox 
elementləri ixtisar etmək yolu tutmur. Belə elementlər sırasın-
da  mimika  və  jestləri  qeyd  etmək  olar.  Danışdığı  müxtəlif 
məzmunlu  əhvalatlara,  söylədiyi  və  ya  ifa  etdiyi  lirik  parça-
lara  münasibətdə  informatorun  üz  cizgilərində  hansı  dəyişik-
lik  müşahidə  edilir?  Yaxud  əl-qol  hərəkətləri  danışıq  prosesi 
ilə nə dərəcədə ahəngdarlıq  yaradır? Bu cür suallara  yeri gəl-
dikcə  aydınlıq  gətirməyin  faydalı  olacağı  nəzərə  alındığına 
görə kitabda xüsusi toplayıcı və tərtibçi qeydlərinə yer verilir. 
Məsələn, kitabda toplayıcının belə bir ətək yazısı ilə tanış olu-
ruq: “Söyləyici  bayatıları avazla – mahnı kimi oxuyur”. Top-
layıcının  bu  qeydi  bir  tərəfdən  bayatının  məclisdən  asılı  ola-
raq şeir kimi qiraətlə oxunmamasından xəbər verirsə, digər tə-
rəfdən  də  söyləyicinin  zahirdə  üzə  çıxan  daxili  yaşantısına 
işarə  edir.  Kitabdakı  mətnlərin  bir  neçəsində  isə  söyləyicinin 


 
 
11
əl-qol  hərəkətlərinə  işarə  edən  cümlələrə  rast  gəlirik:  “Baxdı 
ki, burda bir dev oturuf. Qənirsiz gözəl bir qız saçınnan göy-
dən asılıf. Dev də əlində bir  yekə qurvağeyi belə-belə sığallı-
yır”.  “Dev”  sözünün  ləhcədə  (“döy”  şəklində)  deyilməməsi 
ilə “qənirsiz gözəl” ifadəsinin işlənməsi ilə savadlı adam tərə-
findən  söyləndiyi  bəlli  olan  bu  mətndə  “belə-belə  sığallıyır” 
cümləsi  işarə  ilə  danışmaq  nümunəsidir  və  toplayıcı  qeydin-
dən də göründüyü kimi, həmin cümlə əllə sığal çəkmək məna-
sındadır. 
Əlbəttə, folklor konteksti çox geniş anlayışdır və folklor 
mətninin  hansı  situasiyada  söylənməsi,  yaxud  ifa  olunması 
həmin anlayışın yalnız bir cəhətidir. Folklor kontekstində mü-
hüm  cəhətlərindən  biri  də  folklor  nümunəsinin  hansı  situa-
siyada yaranması məsələsi ilə bağlıdır. Şifahi yaradıcılıq üçün 
mühüm  olan  bu  məsələ  imkan  daxilində  “Gədəbəy  folklor 
örnəkləri”ndə  də  nəzərə  alınıb.  Təsadüfi  deyil  ki,  kitabda  bir 
çox deyimlərin, atalar sözü  və məsəllərin, aşıq  şeiri nümunə-
lərinin,  lətifələrin,  etnoqrafik  nəğmələrin  yaranma  situasiyası 
ilə bağlı söyləyici şərhləri,  yaxud xüsusi mətnlər vardır. “Xo-
ruzunu qoltuğuna vermək” deyimi, “Saman düşdü, Zaman öl-
dü” məsəli, Aşıq Ələsgərin “Düşərsən” rədifli qoşması, külə-
yin kəsməsi, günün çıxması, yağışın yağması, bəd nəzərin so-
vuşması  ilə bağlı nəğmələr kitabda  yaranma konteksti xüsusi 
olaraq aydınlaşdırılan xeyli miqdarda nümunə sırasındadır. 
Aşıq ədəbiyyatına aid nümunənin folklorun digər nümu-
nələri ilə eyni sırada xatırlanması fürsətindən istifadə edib bir 
məsələyə  də  toxunmaq  istəyirik.  Bu  məqamda  toxunmağa 
ehtiyac  duyduğumuz  məsələ  tək  Gədəbəydə  yox,  ümumən 
Gəncəbasar  bölgəsində  aşıq  sənətinin  yeri  və  çəkisi  ilə  bağlı 
məsələdir.  Aşıq  sənətinin  bu  bölgədə  nə  qədər  mötəbər  yer 
tutması,  ağır  çəkisinə  görə  necə  sayılıb-seçilməsi  şəksiz-şüb-
həsizdir.  Amma  bu  mötəbərlik  və  sayılıb-seçilmək  biz  folk-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə