Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/94
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51034
1   2   3   4   5   6   7   8   9   ...   94

 
 
12
lorşünaslara əsas vermir ki, Gəncəbasar folklorunun digər sa-
hələrinə biganə  yanaşaq, gəncəbasarlının yaşayış, davranış və 
düşüncə  tərzində  bola-bol  qorunub  saxlanan  etnoqrafik  zən-
ginliyə göz yumaq. Əgər oğuzlar (yerli ləhcə ilə desək, uğuz-
lar) haqda rəvayətlər ən çox bu bölgədən toplanırsa; Hal (Hal 
anası,  Hal  arvadı)  haqda  məlum  və  məşhur  mətnlərə  bu  böl-
gədə  “yeni”  portret  cizgiləri  əlavə  olunursa;  ruhların  çağırıl-
ması ilə səciyyəvi olan şaman mərasimlərinin izlərini bu böl-
gədə tapmaq heç bir çətinlik  törətmirsə; biz  folklorşünasların 
əli ilə dolaşığa salınmış Novruz kələfinin açılıb-çözülməsində 
bu  bölgədən  toplanmış  materiallar  köməyimizə  gəlirsə,  onda  
doğrudan  da,  bu  bölgədəki  etnoqrafik  zənginliyə  biganə  qal-
mağa haqqımız yoxdur. 
 
Muxtar Kazımoğlu (İmanov) 
AMEA-nın müxbir üzvü 


 
 
13
MİFOLOJİ MƏTNLƏR 
 
1-8. YERİN-GÖYÜN BİNASI 
 
1. 
Bavamın,  dədəmin  deməyinə  görə,  yerin,  göyün  yeddi 
qatı var. İndi biz neçənci qatındayıx, bilmerəm. Ancax dünya 
qızıl öküzün belindədi. Qızıl öküz, deerdi, tükünü tərpədəndə 
zəlzələ olor. 
 
2.  
Yer  yeddi  təbəqədi.  Yeddi  yerdə  yaşayış  var.  İndi  də 
var. Bizdən aşağı var haa, indi bu qayda orda  yer də var, göy 
də var. Yeddi mərtəbə yaşayış var. 
 
3. 
Deellər,  guya  ki,  öküz  quyruğunu  buluyanda  görörsən
ı
 
ki,  dünyada  zəlzələ  baş  verir,  təlatümlər  baş  verir.  Allah  elə-
məmiş,  belə  bir  istilihdə  o  öküzü  böyələh
1
  sanşsa,  onda  yer 
kürəsi pütün kutarardı e öküzün belində. Mən onu eşitmişəm 
ki, bu zəlzələ-zad öküz quyruğunu tərpədəndə əmələ gəler. 
 
4. 
İnsan dünyaya Allah-taala tərəfinnən göndərilif. Dünyaya 
ilk dəfə Adəmnən Həvva gəlif. Adəmnən Həvva çörəh nə oldu-
ğunu bilmellərmiş. Eləjə bir gül varmış, o gülü iyliyəllərmiş. O 
gülü iyliyəndə insan toxlanarmış. Şeytan alladır, çörəyi yidirdir. 
Onnan  son
ı
ra  da  Allah-taaladan  səda  gəler  ki,  bunu  xaric  elə-
məh  lazımdı.  Şeytan  yidirdif  insanı.  Bular  bir-birinə  neçə  illər 
yaxın gəlmillərmiş. Onnar görüşənnən son
ı
ra bax bu insannarın 
meydana  əlməsi  olor.  Özü  də  kişi  kotan  əkermiş,  arvat  ona 
çörəh aparıf, meyillənif, bax onnan da insannar əmələ gəlif. 
                                                             
1
Böyələh – milçəkdən bir az iri, sancan həşərat
 


 
 
14
5. 
Bir qadın  yuxa pişireymiş, çörəh pişireymiş. Yanında da 
körpə uşax varıymış. Bu qadın təntiyif bu yuxoynan uşağın nə-
cisini siley. O da Allah-təlaya çox ağır gəley. Göy çəkiley oxa-

2
. Ona kimi bu itnən, pişih uluuy. Uluuy ki, amanın bir günü-
dü, o heş, bə bizə yazığın
ı
 gəlsin. İndi ona görə deellər ki, itnən 
pişiyin üzünə yiirih çörəyi. 
 
6. 
Yernən  göy  bir-birinə  çox  yaxın  oluflar.  O  qar  ki  yağır 
ha,  o  vaxdı  uzun  un  yağıf  guya.  Bir  arvat  yuxa  yayanda,  de-
məyinən uşağını  yuxoynan təmizdiyəndə o  yernən göy uzax-
laşıf,  bu  qayda  qalıf.  İtdər  ulaşıf,  nə  bilim,  çox  şey  oluf.  Bu 
qədər  qalxannan  son
ı
ra  Allah-taala  day  qoymor  göy  qalxa. 
Onnan belə qalıf. 
 
7. 
Yuxanı  yayer qarı. Həə, bu itə atmer. Bu çörəh  isdi çö-
rəhdi də, bunnan atmalısan itə. Bu, pişirer  yığer orəə, itə ver-
mer.  Verməəndə  göy  guruldööf  də  qalxıf  gedif  –  tam  geder-
miş ey. İtdər ulaşıf, pişihlər mauldoyuf, onnarın üzünə Allah-
tala  orda  saxleef  göyü.  Deef,  daa  dünya  bərqərər  olmaz.  On-
nan son
ı
rasına cinsdər artıf. 
  
8. 
Ayın anası kündə yayermış. Ay gəlif şuluxlux salıf, ona 
mane  olanda  anası  ona  şillə  vuruf.  Ayın  üzündəki  ləkə  o  kü-
lün yeridi. 
 
 
                                                             
2
 Oxarı – yuxarı 


 
 
15
9-13. UĞUZLAR 
 
9. 
Uğuzdar bizdən çox qavağ oluf. Uğuzun anası bizim ki-
mi balacaboy adamları görsədif deef ki, oğul, dünyoyu bunnar 
yəəjəh. Uğuza deef ha! 
Uğuz da deef:  
  – Ana, bunnarı mən çəhməmin boğazında əzdireyrim. 
Deef: 
– Oğul, dünyöyü bunnar yəələnəjəh
3
, dünya bunnara qa-
lajax. 
Bax o dediyim daşdar, qəəlar
4
 uğuzdarın oluf. Bizim ki-
mi  adamlar  onnarın  yanında  bir  hörümçəh  hesav  olunuf.  O 
qədər hündür, o qədər qüvvəli insannarıymış ki uğuzdar. 
 
10. 
Boyu iki metir adamlar yadıma gəlir. Bir kişi vardı, oqqə-
dənə  böyüydü  ki,  qəbirə  də  sığışmırdı.  Onu  üş  dəfə  qəbirdən 
çıxartdılar, qəbri genəltdilər. Çox yekə barmaxları vardı. Biçin 
vaxdı adi adamın bir-iki saata pişdiyini bu bir dəfəyə piçirdi.  
 
11. 
İri, hündürboy adamlar bizim ellərdə də yaşıyıf. Cavannı-
ğımda  olardan  görmüşəm.  Nə  indiki  əkqavılar  oların  əyağına 
olmazdı,  nə  də  indiki  paltarrar.  Olar bizim  kətdəniydilər.  Çox 
yiirdilər.  Vedrəynən  yiirdilər.  Quruşqada
5
  doymurdular,  suyu 
cürdəydə
6
 bir dəfəyə dörd-beş litir içirdilər. İndiki pitinin beş-
altısını yiirdilər. Mən belə görmüşəm. Oların qəbirrəri iri olur-
                                                             
3
 Yəələnəjəh – yiyələnəcək 
4
 Qəəlar – qayalar 
5
 Quruşqa – rus dilindəki kruşka sözünün şivə variantıdır. 
6
 Cürdəy – cürdək, su qabı 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə